Məhkəmə qərarları › İş №2(102)-256/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-256/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-256/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı iddiası ilə bağlı iş üzrə QƏRARİ İş № 2(102)-256/2025 (Açar sözlər: tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılması” tələbinə dair iddias ı ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1140/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu X5 prospekti, 83 saylı evin sahəsi 42,10 kv.m. olan 47 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixində qeydiyyatdan keçmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüq uqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarısa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 83 saylı evin sahəsi 29,60 kv.m. olan 48 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixində qeydiyyatdan keçmişdir. 3. xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı Cavabdeh1 onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında, İcra Hakimiyyəti orqanlarında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, Fövqəladə Hallar Nazirliyində, Vergilər Nazirliyində və onun bütün idarələrində, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün fiziki və hüquqi şəxslər qarşısında, digər idarə, təşkilat və strukturlarda, Dövlət Arxivində t əmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri almağı və təhvil verməyi, ərizə verməyi, imza etməyi, adından sorğular verməyi, sorğuların cavablarını almağı, hesabat hazırlamağı, o cümlədən Memarlıq və İnşaat işlərinə dair layihələrə imza atmağı və s. hərəkətlər etməyi 2 il müddətinə etibar etmişdir.

4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsinə əsasən, “Vəkalət alan” Cavabdeh1 “Vəkalət verən”-in İddiaçı tapşırığına əsasən 2 ay ərzində vəkalət verənə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********16-05101- 093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42,10 kv.m. və Əmlak Məsələ ləri Dövlət Komitəsinin yanında DƏDRX-nin tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********16- 05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,60 kv.m. olan mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsinə dair işlərin aparılması üzrə xidmət göstərilməsi ilə əlaqədar tapşırıq verir. Müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə vəkalət verən vəkalət alana 2 ay ərzində yuxarıda qeyd olunan mənzillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsi üzrə və işlərin aparılması ilə əlaqədar xidmətin göstərilməsi üçün muzd da daxil olmaqla, 60.550 manat məbləğində pul verir. Müqavilənin 1.3-cü bəndinə əsasən vəkalət alan Cavabdeh1 yuxarıda qeyd olunan tapşırığa əsasən 2 ay ərzində muzd müqabilində xidmətlərin görülməsini öhdəsinə götürmüşdür.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 83, yeni qaydalarla ünvan 3 ünvanında sahəsi 71,70 kv.m. olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixində qeydiyyatdan keçmişdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 39 A ünvanında qeyri-yaşayış sahəsinə dair texniki pasporta əsasən, qeyri-yaşayış sahəsi 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Tikilinin planına əsasən sahəsi 5 otaq nəzərə alın maqla, 172,8 kv.m.-dir.

7. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən təqdim edilən və İddiaçı ərizəsi əsasında təqdim edilən arayışa əsasən, İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciəti əsasında toplanmış materialda heç bir cinayət tərkibi olmadığından toplanmış materialın 19-cu PŞ-nin dəftərxanasında işə tikilmiş, mülki mübahisənin həlli ilə bağlı tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Arayışda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, 2-ci Alatava 4m ünvanda yaşayan İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-a ərizə ilə müraciət edərək, ünvan 7 ünvanda yerləşən 2 mənzilin qeyri yaşayış sahəsinə sənədləşdirilməsi üçün Cavabdeh1 ümumilikdə 70.550 manat pulu notarius vasitəsilə ödədiyini, ancaq sənədləri n hazır olduqdan sonra ala bilmədiyi ilə əlaqədar köməklik olunmasını xahiş etmişdir. Cavabdeh1 19-cu PŞ-nə dəvət olunmuş, izahatı alınaraq araşdırma aparılan zaman yuxarıda göstərilən işlərin görüldükdən sonra danışıqlara əsasən əlavə pul ödənişinin olunmaması səbəbindən hazır sənədləri İddiaçı təqdim etmədiyini bildirmişdir. Faktla bağlı Cavabdeh1 Nəsimi rayon prokurorluğuna etdiyi müraciət də materiala əlavə olunmuşdur.

8. İddiaçı Bahadur oğlu Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi Rəşad Əhmədzadəyə yazılan izahatında göstərmişdir ki, Cavabdeh1 təxminən 1 il olar ki, tanımışdır. ünvan 7 ünvanda yerləşən 29,60 və 42,10 kv.m. sahəsi olan mənzillərin qeyriyaşayış sahəsi olması üçün və əlavə olaraq mövcud olan 102 kv.m. sahənin özəlləşdirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 notariusd a 60.550 manat və əlavə olaraq 10.000 manat əlbəəl pul vermişdir. Ancaq Aqil göstərilən işlə bağlı işi sona çatdırmamış və özünün ona ödədiyi 70.550 manat pul vəsaitini mənimsəmişdir. Xahiş etmişdir ki, sənədlərinin həmin şəxsdən alınıb qaytarılmasına köməklik göstərilsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı notariat kontoruna (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Notariat Kontoru) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında digər cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xususi notariusu İlqar Məmmədov tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il ta rixli tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ümumilikdə 70.550 manatın və dövlət rüsumu olaraq ödənilmiş 315 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə, həmçinin Cavabdeh1 əməlində cinayət tərkibinin (dələduzluq) olmasının nəzərə alınaraq onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun etibarından sui-istifadə edərək, iddia ərizəsində üçüncü tərəf kimi qeyd etdiyi Bakı şəhəri 11 saylı notariat kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə ona məxsus 60.550 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq pr. 200/36 ünvanında yerləşən 11 saylı notariat kontorunda, daha sonra isə qısa müddət ərzində 10.000 manat, ümumilikdə 70.550 manat pul vəsaitini ona məxsus ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 29,60 kv.m. olan və ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 42,10 kv.m. olan hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29,60 kv.m.+42,10 kv.m.) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m. sahə ilə birlikdə qeyri-yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, ƏMDK yanında DƏDRX-da qeydiyyata alınaraq ümumilikdə 174 kv.m. olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun iddiaçının adına mülkiyyətdən çıxarışın verilməsini vəd edərək, ona məxsus 70.550 manat pul vəsaitini mənimsəmişdir. Cavabdeh tərəf dələduzluq niyyətlərinin qanuni müstəvidə cinayət xarakterli əməl kimi tövsif olunmaması üçün Bakı şəhəri 11 saylı notariat kontorunun rəisi İlqar M əmmədovun iştirakı ilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda tapşırıq müqaviləsi adında sənədə imza etdirib, vədinə əməl etdirmək məqsədilə 60.550 manat pulunu mənimsəmişdir. Həmin vaxt notariat kontoru ümumilikdə xidmət haqqı olaraq 400 ABŞ dolları vəsait alaraq dövlət rüsumu adı ilə onun saf niyyətindən sui-istifadə etmişlər. Cavabdeh1 qısa müddət sonra sənədinin hazır olduğunu va əlavə 10.000 manat vəsaitin gərəkli olduğunu qeyd edərək 2022-ci ilin fevral ayında 10.000 manat vəsaiti Yasamal rayon ərazisində yerləşən “Nəlbəki” restoranında ondan alaraq mənimsəmiş, vədinə tam şəkildə əməl etməmişdir. Cavabdeh1 hiyləgər və dələduzluq niyyətini mülki müstəviyə daşımaq və cinayət məsuliyyətindən yayınmaq məqsədilə notariat kontorundakı səlahiyyətli nin köməkliyi ilə tapşırıq müqaviləsi imzalatmışlar. Cavabdehlə aralarında onun istifadəsində olan telefon nömrəsi vasitəsilə “Whatsapp” yazışması və səsli mesajlarda Cavabdeh1 vəd etdiyi ona məxsus ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 29,60 kv.m. olan və ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 42,10 kv.m. olan yaşayış sahəsini qeyri-yaşayış sahəsi ilə əvəz edilməsi, həmçinin hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29,60 kv.m.+42,10 kv.m.) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m. sahə ilə birlikdə qeyri-yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, ƏMDK yanında DƏDRXdə qeydiyyata alınaraq ümumilikdə 174 kv.m. olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun iddiaçının adına mülkiyyətdən çıxarışın verilməsinə dair faktlar onun dələduzluq əməlini sübuta yetirmişdir. Cavabdeh1 ona vəd etdiyi 174 kv.m. deyil, elə hər iki mənzilin toplam 71,70 kv.m. uyğun sahəyə dair mülkiyyətdən çıxarış almağın real olmasından istifadə edərək ümumilikdə 70.550 manat pul vəsaitini mənimsəmişdir.

11. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə yazılı etiraz verərək qeyd etmişdir ki, tərəflər arasında mübahisə predmeti olan Bakı şəhəri Nərimanov rayonu F.Xoyski prospekti, 83 saylı evin, 47 və 48 saylı mənzillərinin və əlavə 102 kv.m. torpaq sahəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi və bu barədə özəlləşdirmə ilə bağlı sənədləşdirmənin aparılması üçün razılıq olmuşdur. İddiaçı tərəfindən də, həmin razılaşmaya görə cavabdehə ödəniş edilmişdir. İddia tələbini qəbul etmir, çünki cavabdeh müqavi lə üzrə götürülən öhdəliyi tam olaraq icra etmişdir. İddiaçının iş matariallarında olan polisə şikayəti onun tərəfindən iddiaçıya təqdim edilməyən sənədlərlə bağlı olmuşdur. Həmin vaxt görünmüşdür ki, aralarında pul mübahisəsi olmamışdır. Əgər iddiaçı cavabdehin ona qarşı dələduzluq əməlindən şübhələnmişdirsə, polisə ona çatmalı olan sənədlərlə bağlı yox, sırf məruz qaldığı dələduzluq halı ilə şikayət edərdi. Tərəflər arasındakı müqavilə notarial qaydada, tərəflərin sərbəst iradə ifadəsi nəticəsində bağlanmışdır. Mübahisənin hazırkı xarakteri və tərəflər arasında olan gərginliyin müddəti nəzərə alınarsa, iddiaçının cavabdehə verdiyi etibarnamənin ləğv edilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Lakin həmin etibarnamə ləğv edilməmişdir. Çünki, əlində qeyri-yaşayış sahəsi ilə bağlı texniki p asport var. Tərəflər aralarında bağlanmış müqavilə var. Cavabdeh1 tərəfindən müqavilənin şərtlərinə əməl olunmuşdur. Bundan başqa cavabdeh gedib iddiaçını axtarıb tapmayıb, iddiaçıya göstərəcəyi xidmətlə bağlı hər hansı təkliflər verməmişdir ki, bugünkü gün cavabdehin əməli ilə bağlı dələduzluqdan söhbət getsin. İddiaçı özü cavabdehi tapıb. Belə ki, Cavabdeh1 ixtisasca memardır və memar işləri ilə məşğuldur. Şəhərdə hündürmərtəbəli binaları layihələndirilməsi ilə məşğuldur. Bundan başqa həmin mənzillər qiymətləndirici şirkət tərəfindən 400.000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh artıq tapşırıq müqaviləsini icra etmişdir. Bu barədə Texniki pasport və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim edir. Mübahisənin bu yerə çatmasının səbəbi odur ki, iddiaçı görülmüş işlərə görə cava bdehə pul borcu qalmışdır. Cavabdeh1 bunun əvəzi kimi hazır sənədlərin əslini iddiaçıya onun pulunu verdikdən sonra verə biləcəyini bildirmişdir. İddiaçı bununla bağlı müvafiq hüquq mühafizə orqanlarına şikayət etmiş, orada tərəflərin izahatı alınmışdır. Sübutlar: xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh1 onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında, İcra Hakimiyyəti orqanlarında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, Fövqəladə Hallar Nazirliyində, Vergilər Nazirliyində və onun bütün idarələrində, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün fiziki və hüquqi şəxslər qarşısında, digər idarə, təşkilat və strukturlarda, Dövlət Arxivində təmsil etm əyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri almağı və təhvil verməyi, ərizə verməyi, imza etməyi, adından sorğular verməyi, sorğuların cavablarını almağı, hesabat hazırlamağı, o cümlədən Memarlıq və İnşaat işlərinə dair layihələrə imza atmağı və.s hərəkətlər etməyi etibar etmişdir. Beləliklə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün yuxarıda qeyd edilmiş hər hansı şərt işin halları ilə müəyyən edilmir. Bundan başqa iddiaçı tərəf cavabdehin özünü bu işin mütəxəssisi kimi təqdim etməsi nəticəsində yanılmanın təsiri altında əqd bağlaması barədə dəlilləri də işin halları ilə sübut olunmur. Ona görə ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətləri mübahisələndirilən tapşırıq müqaviləsinin bağlanması üçün vacib əhəmiyyət daşımamışdır. Qeyd edilən tapşırıq müqaviləsi üzrə istənilən şəxs müqavilənin subyekti kimi çıxış edə bilər və vəkalət almaqla həmin xidmətləri göstərə bilərdi. Yəni, bağlanmış tapşırıq müqaviləsinin məzmunu spesifik xarakter daşımamış və xidmətin göstərilməsi üçün xüsusi bilik tələb olunmamışdır. Eyni zamanda həm bu müqaviləyə qədər, həm müqavilədən sonra da tərəflərin oxşar hüquq münasibətlərində olması barədə cavabdehin dəlilləri də iddiaçı tərəfdən mübahisələndirilməmiş və bu hal məhkəmədə işin mübahisəsiz halı qənaəti formalaşdırmışdır.

12. Ağdam Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(013)-200/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı və Cavabdeh1 azad müqavilə bağlayaraq onun məzmununu müəyyənləşdirmiş, həmin müqavilə qanuna zidd olmamışdır. Tapşırıq müqaviləsi bağlayarkən Cavabdeh1 dələduzluq niyyətinin olması mülki işə baxılarkən təsdiq olunmamışdır. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 390.1, 421.1, 421.2, 423.1, 423.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apel lyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehlə aralarındakı whatsapp sosial şəbəkə yazışmaları və səsli mesajlarla sübut olunmuşdur ki, sonuncu iddiaçıya vəd etdiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, ev 83-də yerləşən 29,60 kv.m. və 42,10 kv.m. olan yaşayış sahələrini qeyri-yaşayış sahəsi ilə əvəz edilməsi, həmçinin hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29,60 kv.m.+42,10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m. sahə ilə birlikdə qeyri-yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq ümumilikdə 174 kv.m. olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun çıxarışın verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 iddiaçıya vəd etdiyi 174 kv.m. deyil, elə hər iki mənzilin toplam 71,70 kv.m. uyğun sahəyə dair mülkiyyətdən çıxarış almağın real olmasından istifadə edərək iddiaçının ümumilikdə 70.550 manat vəsaitini mənimsəmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1140/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli xüsusi qərardadı ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsinin icrası ilə bağlı Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1140/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin məzmunundan görünür ki, vəkalət alan müqavilədə göstərilən mən zillərin təyinatının qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı işlərin aparılması üzrə xidmətlərin görülməsini muzd müqabilində öhdəsinə götürmüşdür. İş materiallarındakı sənədlərdən də göründüyü kimi müqavilədə göstərilən tapşırıq artıq cavabdeh tərəfindən icra edilmişdir. Vəkalət verənin aldadılması ilə bağlı istinad etdiyi hallara dair iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Halbuki, iddiaçı cavabdehin onun etibarından suiistifadə edərək dələduzluq cinayətini törətdiyini bildirmiş və bunu onunla əsaslandırmışdır ki, layihə üzrə mövcud olan əlavə 102 kv.m. sahə ilə birlikdə, yəni ümumilikdə 174 kv.m. olan tikiliyə qeyriyaşayış təyinatına uyğun onun adına çıxarışın alınmasına vəd verilsə də, cavabdeh bunu etməyərək onu aldatmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi iddiaç ı tərəfin bu arqumentlərinə münasibətdə qeyd etmişdir ki, 102 kv.m. sahənin də qeyri yaşayış sahəsinə daxil olması ilə bağlı tərəflər arasında razılığın olması aralarında bağlanmış müqvilədən müəyyən olunmamışdır. Bundan başqa, cavabdehin özünü iş mütəxəssisi kimi təqdim etməsi nəticəsində yanılmanın təsiri altında əqd bağlaması barədə dəlilləri də işin halları ilə sübut olunmamışdır. Belə ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətləri mübahisələndirilən tapşırıq müqaviləsinin bağlanması üçün vacib əhəmiyyət daşımamışdır. Çünki, qeyd edilən tapşırıq müqaviləsi üzrə istənilən şəxs müqavilənin subyekti kimi çıxış edə bilər və vəkalət almaqla həmin xidmətləri göstərə bilərdi. Yəni bağlanmış tapşırıq müqaviləsinin məzmunu spesifik xarakter daşımamış və xidmətin gös tərilməsi üçün xüsusi bilik tələb olunmamışdır.

21. Nəzərdən qaçırmaq olmaz ki, həm müqaviləyə qədər, həm müqavilədən sonra da tərəflərin oxşar hüquq münasibətlərində olması barədə cavabdehin dəlilləri də iddiaçı tərəfdən mübahisələndirilməmiş və bu hal məhkəmədə işin mübahisəsiz halı kimi qənaət formalaşdırmışdır. Bu səbəbdən də iddiaçının kontragentin şəxsiyyəti barədə yanılması barədə dəlilləri əsaslı deyildir. Odur ki, qeyd edilən xüsusatlar tərəflərin müqavilə bağlamaq iradəsini, əqdin şərtlərini qəbul etdiklərini və onun mahiyyəti ilə razılaşdıqlarını təsdiq etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi işin şərh olunan hallarını məcmu halda qiymətləndirərək belə qənaətə gəlmişdir ki, mübahisələndirilən tapşırıq müqaviləsinin eibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxd ur, müqavilə mülki qanunvericiliyin tələbləri, habelə tərəflərin sərbəst iradə ifadələri əsasında arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə bağlanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla müəyyən olunduğundan əqdin etibarsız hesab edilməsi yolverilməzdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 337.1, 337.3, 337.4, 385.1, 777.1, 777.2, 778.1, 778.2, 779.1, 783.2-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Ka ssasiya şikayətinin dəlilləri:

24. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş, cavabdehin xeyrinə qərar qəbul edərək yanlış və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, Cavabdeh1 qanunsuz hərəkətlərinə dair iş materialında olan kifayət qədər mötəbər sübutların qiymətləndirilməsini təkzib edərək, qanuna zidd qətnamə elan etmişdir. Bundan əlavə məhkəmə cavabdehin əməllərində cinayət xarakterli xüsusatların olmasının iş materialındakı sübutlar, cav abdehin etirafedici izahatına dair sübutlar və işin real tərəflərini təkzib edərək, cavabdehin cinayət xarakterli əməllərinə himayədarlıq edərək onun barəsində “xüsusi qərardad” elan etmək əvəzinə, iddianın rədd edilməsinə dair qətnamə elan etmişdir. Bu da məhkəmənin ədalət muhakiməsinə dair səlahiyyətlərini doğru icra etməməsinə gətirib çıxarmışdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən cavabdeh tərəfindən irəli sürülmüş, heç bir əsası olmayan formal mülahizələri əsas kimi qəbul etmişdir. Belə ki, həm tərəflər arasındakı müqaviləyə qədər, həm də müqavilədən sonra tərəflərin oxşar hüquq münasibətlərində olması barədə cavabdehin dəlillərinin iddiaçı tərəfdən mübahisələndirilməməsi kimi fikirləri məhkəmə iddianın rədd olunması üçün əsas kimi qəbul et sə də, nə bu cür dəlillərin, nə də münasibətlərinin mövcud olmamasını araşdırmamış, cavabdehin formal, şifahi mülahizələrini diqqətə alaraq ədalətsiz qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 6.1.1. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.

29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əh əmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə q aytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şə rtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

40. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

41. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

42. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

43. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

44. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya bel ə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkə məsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

57. Bu baxımdan kassasiya ins tansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin əməllərində cinayət xarakterli xüsusatların olması ilə bağlı onun barəsində “xüsusi qərardad” çıxarılmaması haqqında dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsin ə dair apellyasiya instansiya məhkəməsinin 2(104)-1140/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli xüsusi qərardadı mövcuddur. Bu hal isə kassasiya şikayətinin qeyd olunan dəlilinin iş materialları ilə tanış olmadan, mülahizələrə əsasən irəli sürüldüyünü təsdiq edir.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kolle giyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyab r 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüq uq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1140/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar