Məhkəmə qərarları › İş №2(102)-2564/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2564/2022

24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2564/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 8 saylı region üzrə X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlığın pozulmasına görə ödənc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyə n üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 8 saylı region üzrə X2rşı “qeyri istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödəncin və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2039/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC-nin daş-aqlay sexində kantçı vəzifəsini icra edərkən 11.10.2013-cü il tarixdə sağ əlinin 4 barmağının kəsilməsi ilə nəticələnən istehsalat xəsarəti almışdır. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 11 oktyabr 2013-cü ildə "xxxx" ATS-də istehsalat xəsarəti aldığına görə ona aylıq 244,57 manat ödəncin müəyyən edilməsi, hadisənin baş verdiyi vaxtdan bu günə qədər ödənilməmiş 18,504 manat 16 qəpik cəmi aylıq ödəncin, habelə ömrünün axırına qədər hər ay 244,57 manat ödəncin və vəkil xidmətinə görə ödədiyi 1800 manat pulun cavabdeh "xxxx" ATSC-dən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 8 saylı region üzrə X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilmişdir.

4. Sonradan İddia çı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh ATSC-nin daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə ömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi və 11.10.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21.307,47 manat ödəncin cavabdeh "xxxx" ATS-dən alınaraq ona veriməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 11 oktyabr 2013-cü ildə cavabdeh "xxxx" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərkən iş başında sağ əlinin 4 barmağının kəsilməsi ilə nəticələnən istehsalat xəsarəti almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 16.12.2013-cü il tarixli, 171 -T saylı əmrinə əsasən bə dbəxt hadisənin təhqiqatı aparılmış, onun həqiqətən də istehsalatda xəsarət almağı barədə təhqiqat aktı tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh "xxxx" ATSC onun istehsalatda xəsarət almağıyla əlaqədar "İZ" formalı aktı tərtib edərək təsdiq edib ona verməmişdir. O, "İZ" formalı aktı Mingəçevir Şəhər Məhkəməsinin 13.03.2018-ci il tarixli, 2(051)-383/2018 saylı qətnaməsinə əsasən 2019-cu ilin may ayında ala bilmişdir. Onun istehsalatda sağ əlinin 4 barmağının kəsilməsi və əmək qabiliyyətinin 45 faiz itirilməsi ilə nəticələnən istehsalat xəsarəti almağı məhkəmə hökmü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının 18.10.2019-cu il tarixli qərarı ilə ona əlilliyin səbəbi "əmək zədəsi" olmaqla müddətsiz 3- cü dərəcəli əlillik verilmişdir. O, ATSC-nin daşaqlay sexində kantçı vəzifəsində işləyərək orta aylıq 400-500 manat və əvəzçilik üzrə gözətçi işləyərək orta aylıq 93,50 manat əmək haqqı almışdır. İstehsalat xəsarəti nəticəsində əmək qabiliyyətinin 45 faizini itirmişdir. Onun hər 2 vəzifə üzrə orta aylıq əmək haqqı 543,50 manat təşkil edir. Ona görə də cavabdeh "xxxx" ATSC tərəfindən ona ödənilməli olan aylıq ödəncin məbləği 244,57 manat (543,50 X 45 %) təşkil edir. O, istehsalat xəsarətini 11 oktyabr 2013-cü ildə almışdır. Həmin vaxtdan bu günə kimi 75 ay 20 gün müddət keçmişdir. Ona görə də həmin vaxtdan bu günə qədər ona çatası, lakin ödənilməmiş aylıq ödənclərin cəmi məbləği 18.504 manat 16 qəpik təşkil edir. Bundan əlavə, cavabdeh "xxxx" ATSC hər ay ona ömrünün axırına qədər 244,57 man at aylıq ödənc verməlidir. O, bu barədə cavabdeh ATSC-nin İdarə Heyətinin sədri X10 müvafiq sənədləri əlavə etməklə 04.12.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəni onun ünvanına poçt vasitəsi ilə 05.12.2019-cu ildə göndərmişdir. Ərizənin "xxxx" ATSC-də 07.12.2019-cu ildə "XXX" tərəfindən qəbul edilməsi barədə xəbərnaməni poçt vasitəsi ilə 11.12.2019-cu ildə almışdır. 07.01.2020-ci ildə saat 15:05-də o, X8 ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ondan ərizəyə baxılması barədə məlumat verməsini xahiş etmiş, o isə bildirmişdir ki, "Siz bu barədə məhkəməyə müraciət edin. Məhkəmənin qətnaməsi əsasında tələbin ödənilməsinə razıdır. Ona görə də cavabdeh "xxxx" ATSC-nin daş-aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə ömrünün axırına qədər hər ay 258, 43 manat aylıq ödəncin müəyyən edilməsi və 11.10.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21.307,47 manat və vəkil xidmətinə görə ödədiyi 1800 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X12 iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı da "xxxx" ASC -nin heç bir məbləğdə borcu, müqavilə üzrə öhdəliyi və s. ödənilməli olan pul ödənişi yoxdur. Hazırkı iş üzrə İddiaçı ilə bu iş üzrə cavabdeh "xxxx" ASC arasında İddiaçı “İstehsalat xəsarəti alınmasıyla əlaqədar” mülki işə “eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işə Mingəçevir şəhər Məhkəməsində baxılmış və İddiaçı məhkəmə tərəfindən müəyyənləşdirilmiş məbləğdə əmə k haqqının dəyəri olan 4955.50 (dörd min doqquz yüz əlli beş manat 50 qəp.) və vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul bank qəbzi əsasında tam həcmdə ödənilmişdir. Ona görə də, İddiaçı hazırki 2(051)- 585/2020 saylı mülki iş üzrə təkrar iddiası “eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə” iddia olduğundan onun iddiası əsassız və heç bir qanunvericilik əsası olmadığından iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 8 saylı region üzrə X6 etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 11 oktyabr 2013-cü il tarixdə "xxxx" MMC- nin istehsalat sahəsində "xxxx" ATSC-nin işçisi İddiaçı istehsalat sahəsində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Həmin hadisə ilə bağlı təhqiqat komissiyasının rəyinə əsasən Təhqiqat komissiyası Təhqiqat aktının 4-cü bölməsinin 4.1 bəndinə görə "xxxx" ATSC-nin idarə heyətinin sədri - işəgötürən X1 cavabdehliyini, 4.2 bəndinə görə zərərçəkən - gözətçi İddiaçı ehtiyatsızlığını müəyyən etmişdir. İddiaçıla baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” nın 1.2 bəndinə əsasən istehsalat xarakterli sayılmış və Mingəçevir "xxxx" ATSC-də uçota alınmışdır.

8. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəl iyev) 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ATSC-dən İddiaçı daş emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 258,43 manat ödənc müəyyən olunması və həmin ödənc hər ay İddiaçı ödənilməsi, iddiaçının tələb etdiyi 21307.47 manat məbləğdə ödəncin verilməsi iddiaçıya ömrünün axırına kimi təyin olunmuş ödəncə daxil edilməklə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 18.10.2019-cu il tarixdən əmək zədəsi səbəbi ilə əmək qabiliyyətinin 45 faizini itirmiş, üçüncü dərəcə əlillik təyin edilmiş, sağəlin 2 və 3-cü barmaqlarının proksimal falanqasının orta 1/3-ni n 4-cü barmağın proksimal falanqanın aşağı 1/3- nin 5-ci barmağın orta falanqanın əsas səviyyədə amputasiya edilməklə faktiki olaraq əmək fəaliyyəti qabiliyyətinin 45 faizini itirmişdir. Məhkəmə sadalanan diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, istehsalat nəticəsində sağlamlığının pozulmasına görə iddiaçının tələb etdiyi ödənc ədalətli məbləğ olaraq cavabdeh "xxxx" ATSC-dən daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin iddiaçıya ödənilməsi məqsədə uyğundur.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118, 1119-cu maddələrinə, Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə, 238-ci maddəsinə, Azərbaycan Respublikası Naz irlər Kabinetinin 28 fevral 2000ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydaların 1.2, 1.3, 1.6 və 1.7-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki 1-ci icraat

11. Cavabdeh "xxxx" ATSC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-383/2018 saylı 13 mart 2018-ci il tarixli qətnaməsi ilə “istehsalat xəsarəti alması ilə əlaqədar tərtib və təstiq edilmiş “İZ” formalı aktın cavabdeh "xxxx" ATSC və üçüncü şəxs Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 8 saylı X3 alınıb İddiaçı verilməsi, əmək kitabçasının cavabdehdən alınıb iddiaçıya verilməsi, əmək haqqının dəyəri olan 4955.50 manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğdə pulun cavabdeh ATSC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ATSC-də gözətçi vəzifəsində işləmişdir. Həmin qətnamə ilə də iddiaçının gözətçi kimi aylıq əmək haqqı məbləğinin 93,50 manat olması müəyyən edildiyindən ona ödənilməmiş əmək haqqı olaraq 4955,50 manat cavabdeh "xxxx" ATSC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər arasında olan mübahisəyə baxan başqa məhkəmə üçün məcburi xarakter daşıyır. Lakin hazırkı işə baxan Mingəçevir şəhər məhkəməsi nədənsə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinin nəzərə almamış, Mingəçevir Şəhər Məhkəməsinin 13.03.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları sanki görməmişdir. İddiaçı əmək xəsarəti alarkən işəgötürən "xxxx" ATSC-də kantçı vəzifəsində deyil, gözətçi vəzifəsində işləmişdir. Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhədliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilik yalnız əmək münas ibətlərində olan işəgötürən və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşımasını müəyyən edib; - birinci instansiya məhkəməsi ödəncin məbləğini müəyyən edərkən 2013-cü il üzrə kantçı vəzifəsinin orta aylıq əmək haqqı kimi 454,30 manatı əsas götürmüşdür. İddiaçı heç vaxt ASC-də kantçı vəzifəsində işləməyib. Məhkəmə bunu müəyyən edərkən heç bir rəsmi sənədə istinad etməyib, iddiaçı gözətçi işlədiyi üçün 2013-cü ildə ödənc olaraq onun aylıq əmək haqqı kimi 95,50 manat nəzərə alınmalı idi.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) 9 mart 2021-ci il tarixli, 2(107)191/2021 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" X13 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmi ş, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə İddiaçı hər ay 56.25 (əlli altı manat iyirmi beş qəpik) manat aylıq ödəncin müəyyən edilməsi, cavabdeh ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən başlayaraq hər ay 56.25 (əlli altı manat 25 qəpik) manat ATSC-dən alınaraq (son yaş həddinədək) pensiya yaşınadək İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf xəsarət almazdan və yaxud peşə-əmək qabiliyyətini itirdiyi gündən əvvəl mal ik olduğu orta əmək haqqının məbləği barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, tələb etdiyi əmək haqqının məbləğini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətinə əsasən isə iddiaçı Məmmədov X5 ASC-də gözətçi işləməklə 120 manat məbləğində əmək haqqı almışdır. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş əmək müqaviləsinə və əmək haqqı barədə verilmiş arayışa da tənqidi yanaşaraq, həmin il üçün (2013-cü il üçün) yaşayış minimumunu əsas götürməyi məqsədə müvafiq hesab etmişdir. “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat müəyyən edildiyindən, apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli qərarına istinadən iddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta əmək haqqı həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faiz miqdarında müəyyən edilərək (125 x 45:100=56.25) ödənilməlidir. Apellyasiya məhkəməsi iddia tələbinin “ömrünün sonuna qədər” hissəsi ilə də razılaşmayaraq qeyd etmişdir ki, ödəmələr iddiaçının pensiya yaşına qədər həyata keçirilməlidir. Belə ki, müəyyən yaş həddindən sonra iddiaçıya dövlət tərəfindən müvafiq müavinət (pensiya) ödəniləcəkdir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 1108, 1119.1, Əmək Məcəlləsinin 191, 239-cu maddələri və “Azərbaycan Respublikasında 2013cü il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkə məsindəki 1-ci icraat

16. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilən hissəsində də rədd edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

18. Qətnamədən həmçinin İddiaçı da kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödəncin məbləği müəyyən edilərkən orta aylıq əmək haqqı deyil, 2013-cü ilin yaşayış minimumunun əsas götürülməsi düz deyil. Məhkəmə Mülki Məcəllənin 1119-cu maddəsinin tələblərini pozaraq ödəmələrin iddiaçının pensiya yaşına qədər həyata keçirilməli olmasını müəyyən etməklə Mülki Məcəllənin 1118-ci ma ddəsinin tələblərinə əməl etməmişdir. İddiaçının kantçı kimi işlədiyi dövrdə aldığı əmək haqqı barədə sübutları cavabdeh təşkilat təqdim etməmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlərA.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) 13 sentyabr 2021-ci il tarixli, 2(102)-4132/21 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-191/2021 nömrəli, 9 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmış, cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmişdir.

21. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi ödəncin məbləğini müəyyən edərkən qüvvədə olan qanunvericiliyə əsasən həmin dövrdə eyni istehsa lat sahəsində, eyni vəzifədə orta aylıq əmək haqqını müəyyən etməklə, buna uyğun olaraq ödəncin məbləğini hesablamalı idi.

22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2 və 1119.1-ci maddələrinə istinad etmişdir. e)Apellyasiya instansiyası məhkəməsindəki 2-ci icraat

23. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - A.M.Eyvazov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və İ.H.Şükürov) 24 noyabr 2021-ci il tarixli, 2(107)-2039/2021 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tə ləbi qismən təmin edilmiş, İddiaçı "xxxx" ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə hər ay 180,27 (bir yüz səksən manat iyirmi yeddi qəpik) manat aylıq ödənc müəyyən edilmiş, "xxxx" ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 ( bir yüz səksən manat iyirmi yeddi qəpik) manat ATSC-dən İddiaçı alınaraq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, istehsalat nəticəsində sağlamlığının pozulmasına görə iddiaçının tələb etdiyi ödənc ədalətli məbləğ olaraq cavabdeh "xxxx" ATSC-dən daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 (400,6 x 45:100=180,27) manat aylıq ödəncin iddiaçıya ödənilməsi məqsədə uyğundur.

25. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108, 1118 və 1119-cu maddələrinə, Əmək Məcəlləsinin 191 və 239-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh "xxxx" ATSC (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hala yenidən hüquqi qiymət vermiş, iddiaçıya öd ənilməli olan ödəncin məbləğini müəyyən edərkən onun gözətçi vəzifəsində deyil, kantçı vəzifəsində işləməsi kimi qəbul etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmçinin müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-də gözətçi vəzifəsində işləmiş və onun aylıq əmək haqqı miqdarı 95,50 manat təşkil etmişdir. Belə olan halda iddiaçıya ödənilməli olan ödəncin miqdarı 42,97 manat məbləğində müəyyən edilməlidir. Lakin işə baxan məhkəmə instansiyaları bu hala diqqət yetirməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerji sindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;

30. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetir ilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

31. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Azərbaycan Respublika sının Əmək Məcəlləsi

32. Maddə

191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır.

33. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əl avə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

44. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallara yenidən hüquqi qiymət verilməsi dəlili əsassızdır. Həmin məsələyə artıq əvvəl ki instansiyalarda dəfələrlə qiymət verilmişdir.

45. Beləki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-383/2018 saylı 13 mart 2018-ci il tarixli qətnaməsi ilə “istehsalat xəsarəti alması ilə əlaqədar tərtib və təstiq edilmiş “İZ” formalı aktın cavabdeh "xxxx" ATSC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 8 saylı X3 alınıb İddiaçı verilməsi, əmək kitabçasının cavabdehdən alınıb iddiaçıya verilməsi, əmək haqqının dəyəri olan 4955.50 manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğdə pulun cavabdeh ATSC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ATSC-də gözətçi vəzifəsində işləmişdir. Həmin qətnamə ilə də iddiaçının gözətçi ki mi aylıq əmək haqqı məbləğinin 93,50 manat olması müəyyən edildiyindən ona ödənilməmiş əmək haqqı olaraq 4955,50 manat cavabdeh "xxxx" ATSC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

46. Hazırkı tələb isə 11 oktyabr 2013-cü ildə "xxxx" ATS-də istehsalat xəsarəti aldığına görə ona aylıq ödəncin müəyyən edilməsi və ödənilməsi ilə bağlıdır. Əvvəlki mübahisənin predmeti və əsası başqa olduğundan həmin mübahisələrin eyni tərəflər arasında eyni predemt və eyni əsasla analoji mübahisə olması barədə dəlil əsassızdır.

47. İddiaçının ödəncinin hansı vəzifəyə uyğun müəyənləşdirmləsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının kantçı vəzifəsində və yaxud gözətçi vəzifəsində işləməsi ilə bağlı ödəncin müəyyən edilməsi tələbi ilə cavabdeh təşkilat hər bir halda razılaşmamışdır. Sonuncu dəfə işə b axan kassasiya məhkəməsi apelyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yeni baxışa göndərərkən mübahisənin digər hallarına son qoyaraq göstərişləri belə olmuşdur ki, ödənclər müəyyən edilməlidir və bu qüvvədə olan qanunvericiliyə əsasən həmin dövrdə eyni istehsalat sahəsində, eyni vəzifədə orta aylıq əmək haqqını müəyyən etməklə buna uyğun olaraq hesablanmalıdır. Lakin buna baxmayaraq cavabdeh təşkilat yenə də ödəncin hesablanmasında iştirak etməmiş, sübutlar təqdim etməmiş, həqiqətə uyğun olmayan sübutlar təqdim etmiş (əvvəlki məhkəmə baxışında əmək haqqına dair təqdim etdiyi arayışları məhkəmə real hesab etməmiş və qüb letməmişdir), ödəncin ümumiyyətlə tutulmalı olmasına etiraz etmişdir.

48. Ona görə işə baxan məhkəmə müvafiq sorğular verməklə analoji işdə çalışan işçilərin orta əm ək haqqına dair məlumat almaqla ödəncin məbləğini müəyyən etmişdir. Müvafiq sorğuya cavabda kantçı vəzifəsinin hazırda mövcud olmadığı təsdiq olunmuş, oxşar işləri görən işçilərin orta əmək haqqı müəyən edilmişdir. Qarşı tərəf həmin məbləğin düzgün olmamasına dair, o cümlədən gözətçi işini görən işçilərin orta aylıq əmək haqqısının nə qədər olmasına dair mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh gözətçi vəzifəsinə uyğun olaraq ödəncin hesablanmasını tələb edirdisə, onda həmin vəzifənin orta aylıq məbləğinə dair real məlumatı məhkəməyə təqdim etməliydi. Çünki, belə məlumatlar işçidə yox, işəgötürəndə olur. İşəgötürən həmin məsələ ilə bağlı mübahisə açırsa, özündə olan mötəbər sübutları ortaya qoymalıdır ki, qərar qəbul edilməsində şübhələr ortaya çıxmasın.

49. Nəzərə almaq lazımdır ki, m əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Ödəncin hansı dövrlər tutulmalı olmasını qanunvericilik müəyyən edir və bununla bağlı əvvəlki icraatlarda hüquqi dəyərləndirmələr aparılmışdır. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildi kdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)2039/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar