Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2569/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsinin vəkili x2 iştirakı ilə, cavabdeh Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsinin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə b axaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh DSMF-nun Sumqayıt şəhər şöbəsinə qarşı aşbaz köməkçisi, aşbaz və yeməkxana müdiri vəzifəsində işləməyinin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova, iş № 2(060)-6547/2019) İddiaçı cavabdeh DSMF-nun Sumqayıt şəhər şöbəsinə qarşı aşbaz köməkçisi, aşbaz və yeməkxana müdiri vəzifəsində işlə məyinin müəyyən olunması tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı 01.05.1971-ci ildən 01.06.1972-ci ilə qədər Laçın rayonunda yerləşən “JDANOV” adına kolxozda kolxozçu, 16.11.1972-ci ildən 11.11.1973-cü il və 15.01.1976-cı ildən 15.05.1992-ci ilə kimi isə Laçın rayon ictimaiiaşə müəssisələri birliyində aşbaz köməkçisi, aşbaz və yeməkxana müdiri vəzifəsində işləməsi müəyyən edilmişdir Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev, iş № 2(105)4003/2019) Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsinin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(060)6547/2019 sa ylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsinin vəkili x4 izahatın da göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhk əmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsində şahid x1 ifadəsinə verərək bildirmişdir ki, iddiaçı ilə həmyerlidirlər, 1983-cü ildən İddiaçı tanıyır. O, 1982-ci ildən hərbi xidmətdən qayıtmış, 1983-cü ildən Laçın rayon ictimai-iaşə müəssisələri birliyində işə qəbul edilmiş, orada müxtəlif vəzifələrdə çalışmışdır. Həmin vaxt İddiaçı birliyə tabe olan yeməkxananın müdiri olmuş, o, isə aşbaz işləmişdir. Məlum hadisələrələ bağlı Laçın rayonu işğal edilənədək o, həmin müəssisədə Füzuli ilə birlikdə çalışmışdır. Birinci instansiya məhkəməsində şahid x5 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə həmyerlidirlər. 1987-ci ildən Füzuli ilə birlikdə Laçın ra yon ictimai-iaşə müəssisələri birliyində çalışmışlar. O, aşbaz işləmiş, Füzuli isə yeməkxana müdiri olmuşdur. O, orta məktəbdə təhsil aldığı vaxtdan Füzulini tanımış, həmin dövrdə də Füzuli qeyd olunan müəssisədə işləmişdir. Milli Arxiv İdarəsinin 19.10.2018-ci il tarixli, 5/1872 nömrəli arayışına görə, Dağlıq Qarabağ və ətraf rayonların arxivlərinin işğal altında qaldığından müvafiq arayış vermək imkan xaricindədir. DSMF-nin Sumqayıt şəhər şöbəsinin məktubuna görə, ərizəçiyə əmək pensiyasının təyin edilməsindən imtina edilərək, sığorta stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan məcburi köçkün işləri üzrə Dövlət Komitəsinin 024233 saylı arayışına görə, İddiaçı məcburi köçkündür. İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətinə görə, x5 07.0 8.1984-cü ildən 10.05.1992-ci ilə tarixədək Laçın İctimaiiaşə birliyində çalışmışdır. Laçın RİHB-nin 22 avqust 2019-cu il tarixli məlumatına görə, 19-cu əsrin 30-cu illərində Sovet hökuməti tərəfindən Laçın rayon Şəlvə kənd Sovetliyinin (Şəlvə kənd İƏD-nin) Şəlvə kəndində “Jdanov” adına kolxoz təçkil olunmuşdur və sovetliyə (nümayəndəliyə) daxil olan Şəlvə, İmanlar, hacıxanlı, Budaqdərə, Qovuşuq, Dambulaq kəndlərinin sakinləri məcburi olaraq kolxozda işləməyə məhkum edilmişlər. Həmin kolxoz təqribən 1987-1990-cı illərə qədər kolxoz kimi fəaliyyət göstərmiş, 1987-1990-cı illərdə isə həmin kolxoza Sovxoz statusu verilmiş, adı isə dəyişdirilərək “Koroğlu” qoyulmuşdur. “Koroğlu” Sovzosu 1992-ci ilin may ayına kimi Laçın rayonun Şəlvə kəndində fəaliyyət göstərmişdir. 1992-ci ilin may ayından mə lum Qarabağ hadisələri ilə əlaqədar, Laçın rayonunun işğalından sonra Ağcabədi rayonu ərazisində də, qismən fəaliyyət göstərmişdir. 1992-ci ildə işğal zamanı kolzoxun sənədləri və əmlakının çox hissəsi işğal altında qalmışdır. Ölkədə aparılan islahatlarla (özəlləşdirməylə) əlaqədar 1999-cu ildə “Koroğlu” Sovxozu ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: «x7» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarl a bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsi kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib- edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsas landırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Apelyasiya instansiya məhkəməsi haqı olaraq hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının əmək stajı ilə bağlı hazırkı faktın başqa qayda ilə təsdiq edilməsi mümkünsüzdür. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübu tları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini r əhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 Sumqayıt şəhər şöbəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2569/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2569/2020
16.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver