Məhkəmə qərarları › İş №2(102)-2570/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2570/2020

19.05.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2570/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, Cavabdeh və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3829/2019 saylı qətnaməsindən İddiaçı Şıxbala oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-1904/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Xəlilov) İddiaçı Şıxbala oğlunun Cav abdeh qarşı “miras qalmış, vəsiyyət edilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3829/2019 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, xx xxxxxx 1994-cü il tarixdə ölmüş nənəsi X1 miras qalmış və ona vəsiyyət edilmiş Xaçmaz rayonu, Hacıəbdürəhi moba kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili Rövşən Nəbiyev kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və vəkili Rəşid Novruzəliyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şika yətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mərhum Nicabət Süleymanova harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət edərkən mübahis əli torpaq sahəsinin ondan miras qalmış əmlakın kütləsinə aid olmamasına, iddia ərizəsi rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olan Mülki Məcəllənin 100-1, 537-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, X6 rayonu, Hacıəbdürəhim-oba kəndində yaşayıb və xx xxxx 1983-cü il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını və evini harada yerləşməsindən asılı olmayaraq nəvəsi İddiaçı vəsiyyət edib və xx xxxxxx 1994-cü il tarixdə ölüb. X4 ölümündən sonra ailə tərkibi olaraq qızları Mariya Əzizova, Minavər Güləmirova, Füruzə Mərdəliyeva və oğlu Cavabdeh qalmışlar. Eyni zamanda işdən görünür ki, X4 ölümündən sonra ev təsərrüfatını nəvəsi İddiaçı idarə etmişdir. JN-085 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Xaçmaz rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 03 saylı qərarı ilə Xaçmaz rayonu, Hacıəbdürəh im-oba kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi ölümündən sonra mülkiyyət hüququ üzrə X4 adına qeydə alınıb. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun olaraq çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Mülki Məcəllənin 537-ci maddəsinə əsasən, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Həmin M əcəllənin 100-1-ci maddəsinə əsasən, mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sadalanan maddələrin mənasına görə, hər bir vətəndaş yalnız öz mülkiyyətində olan əmlak barəsində sərəncam vermək: satmaq, bağışlamaq, vəsiyyət etmək və sair hüquqlara malikdir. Başqa sözlə əmlak barəs ində sərəncam verilməsi üçün həmin əmlakın sərəncam verildiyi vaxt vətəndaşın mülkiyyətində olması zəruridir. Lakin mərhum Nicabət Süleymanova xx xxxx 1983-cü il tarixli vəsiyyətnaməyə əsasən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət edərkən, Xaçmaz rayonu, Hacıəbdürəhim-oba kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətində olmamış və həmin torpaq sahəsi yalnız onun ölümündən dörd il sonra mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Həmin vaxt torpaq sahəsi Nicabət Süleymanovanın mülkiyyətində olmadığı üçün, sonuncu həmin torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət edə və torpaq sahəsinin üzərində sərəncam verə bilməzdi. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu ola n apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi mərhum Nicabət Süleymanovadan miras qalmış əmlakın kütləsinə daxil olmadığından iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Mülki qanunverciliyə görə, vəsiyyətnamə birtərəfli əqdir. Miras qoyan (vəsiyyət edən) vəsiyyətnamə vasitəsi ilə öz əmlakı (hüquq və vəzifələri) üzərində sərəncam verir. Vəsiyyət miras qoyana (vəsiyyət edənə) imkan verir ki, o, ölüm hadisəsi olacağı halda öz əmlakının (hüquq və vəzifələrinin) hüquqi taleyi barədə sərəncam versin. Yəni vəsiyyətnamə dedikdə- vəsiyyət edən şəxsin ölüm hadisəsi baş verəcəyi halda özünə məxsus və vər əsəlik üzrə keçə bilən əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin hüquqi taleyi barədə verdiyi şəxsi, birtərəfli, xəlvəti, formal sərəncam aktı başa düşülür. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, mübahisəli torpaq sahəsinin mərhum nənəsi Nicabət Süleymanova tərəfindən ona vəsiyyət olunmasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, A zərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Şıxbala oğlunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3829/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar