Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2573/2023 26.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsinin nəzərdə tutulmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X3 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması” t ələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3094/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək yə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Razılaşma” protokoluna əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdehnm mərhum əri vətənda ş X1 verilmiş qeydiyyat nömrəsi 003184 saylı, xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamədə göstərilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında əvvəllər yerləşmiş, ümumi sahəsi 278,65 kv.m. olan qeyri-yaşayış sahəsininİddiaçı MMC-yə təhvil verilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində inşa edilmiş yeni tikilmiş 3 saylı binasında “Razılaşma”ya uyğun olaraq ayrılmış ümumi sahəsi 280 kv.m. olan qeyri yaşayış sahəsinin təhvil alınması və təhvil-təslim aktının imzalanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və Cavabdeh qızma ödənilmiş 62.000 manat məbləğində kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında Cavabdeh İddiaçı MMC-yə qarşı “xx.xx.2016-cı il tarixli razılaşma protokolunun (Müqavilənin) ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli razılaşma protokolunun (Müqavilənin) ləğv edilməsi, onlara məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülərək məhv edilməsi nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 2.652.900 manat, mənəvi zərərə görə kompensasiya kimi 1.000.000 manat olmaqla cəmi 3.652.930 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim Səadət Səlimova) İddiaçı MMC-nin Cavabdeh qarşı öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2016-cı il tarixli razılaşma protokolunun ləğv edilməsinə, dəymiş maddi zərərə görə 2.652.900 manat, mənəvi zərərə görə 1.000.000 manat olmaqla cəmi 3.652.930 manat tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair 2(001)-193/2021 saylı mülki iş üzrə tərəflər arasında müəyyən olunmuş məzmunda barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır.
4. Həmin qərardad qanuni qüvvəsini almış və icraya yönəldilmiş, icranın həyata keçiri lməsi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 ərizə qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadına İddiaçı MMC tərəfindən Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)193/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadı ilə təsdiq olunan barışıq sazişinə əsasən, təhvil verilən qeyri-yaşayış sahələrində quraşdırılması tələb olunan su, işıq, qaz sayğaclarının sayı, faktiki olaraq təhvil verilmiş sahənin, görülmüş işlərin sazişə uyğun icra edilib-edilməməsi icra sənədini icra edən icra məmuru tərəfindən həmin sahələr üzrə xüsusi biliyə malik mütəxəssislər dəvət edilməklə müəyyən edilməlidir – kimi qeyd verilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.
6. Həmin qərardaddan İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7970/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)193/2021 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
10. Qeyd olunan qəradaddan cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 şikayət verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və şikayətə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Şəhə ri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 193/2021 saylı, 06 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qərardadından borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 verdiyi şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1467/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
13. Borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 25 oktyabr 2022-ci il tarixli qəra rdadından şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 01 mart 2023cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)193/2021 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsi təmin edilməmiş şikayət geri qaytarılmışdır.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 01 mart 2023cü il tarixli qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 16 mart 2023-cü il tarixdə şikayət vermişdir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2023 saylı, 27 mart 2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 01 mart 2023-cü il tarixli qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 verdiyi şikayət təmin edilməyərək şikayət, 2(001)- 193/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3094/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 01 mart 2023-cü il tarixli qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə şikayətin qeyri-mümkün hesab edilməsi və şikayətin borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Həmin qərardaddan İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 01 mart 2023-cü il tarixli qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
19. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və N axçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
20. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
21. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
22. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi g östərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
23. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
24. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edi lməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi mümkün olan qərardadların növləri dəqiq göstərilmişdir.
27. Həmin normada icra sənədinə izah verilməsi, yaxud icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. Mülki Prosessual Məcəllədə icra sənədinə izah verilməsi barədə əsas qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığı halda, həmin qərardaddan verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi barədə törəmə qərardaddan da kassasiya şikayətinin verilməsi mümkün olmadığı halda, apellyasiya instansiya məhkəməsi 2(103)-3094/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardad ının nəticə hissəsində, qərardaddan 10 gün müddətində kassasiya şikayətinin verilə bilməsini qeyd etməklə çaşğınlıq yaratmışdır.
28. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
29. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində n əzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
30. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olub-olmamasını araşdırmalı idi.
31. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3094/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.