Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2577/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun ödənilməsi tələbi Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-342/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1-(099)421/2021 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilmək lə həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə əsas və əlavə cəzanın təyin edilməməsi, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkki z) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı şahid qismində dindirilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(106)- 185/2022 nömrəli qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(099)-421/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh 300.000 (üç yüz min) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 53-cü maddəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə məhkəməyə “iddia hə cminin artırılmasına dair” ərizə ilə müraciət edərək, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh 396500 (üç yüz doxsan altı min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş Astara rayon Şiyəkəran kənd icra nümayəndəsi olmuş Cavabdeh 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat pul vermişdir. Cavabdeh iddiaçıya həmin torpaq sahəsinin hərrac yolu ilə satılacağını bildirmişdir. Həmin torpaq sahəsi iddiaçıya ayrılmış, iddiaçı həmin torpaq sahəsində mal-qara saxlamaq üçün tövlə tikmiş, 3000 metr uzunluğunda kanallar qazmış və 16000 ağac əkmişdir. Torpaq sahəsi əvvəllər tamamilə yararsız halda ol duğundan həmin torpaq sahəsinin yararlı hala gətirilməsi üçün bir neçə aylar fasiləsiz olaraq həmin torpaqlarda texnikalar işləmişdir. Lakin, sonradan iddiaçıya cavabdeh tərəfindən verilmiş sənədlərin saxta olduğu məlum olmuş və cavabdeh barəsində cinayət işi açılmışdır. X3 Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1-(099)-421/2021 nömrəli hökmü ilə Cavabdeh 08 il, 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökm Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı torpaq sahəsinin yararlı hala salınması üçün 396500 (üç yüz doxsan altı min beş yüz) manat məbləğində pul xərcləmişdir.
6. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 2(018)-1127/2022, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “396500 (üç yüz doxs an altı min beş yüz) manat pulun ödənilməsi tələbi barədə” iddiasının əsassız olmasına görə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, 22 noyabr 2021-ci il tarixli, 1-(099)-421/2021 nömrəli cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində cəlb edilmədiyindən cinayət işi üzrə təqsirləndirilən şəxs – hazırkı mülki iş üzrə Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini tələb edə bilməz.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 2015-ci ilin iyun ayında Cavabdeh 06 hektar torpaq sahəsinə görə 2.000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14.000 (on dörd min) manat pul verərkən həmin pulun Cavabdeh rüşvət verməsini, onun tərəfindən isə rüşvət kimi qəbul edilməsini bilmişdir. Ona görə də İddiaçı törədilmiş cinayətində zərərçəkmiş şəxs olmadığından, o, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi üçün tələb etmək hüququ yoxdur.
9. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh almış olduğu torpaq sahəsinə xərc çəkməsinə görə 396500 (üç yüz doxsan altı min beş yüz) manat ziyan dəyməsi barədə tələbi də əsaslı olmadığına görə təmin edilməməlidir. Belə ki, İddiaçı həmin daşınmaz əmlak olan, torpaq sahəsinə müvafiq Dövlət reyestrindən hüquqmüəyyənedici sənədlər almadan qeyd edilən işləri aparmışdır. İddiaçı Cavabdeh hərəkətləri nəticəsində ona 396500 (üç yüz doxsan altı min beş yüz) manat məbləğində ziyan dəyməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 139.3, 139-1.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbayc an Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) 2(106)-342/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin 2(018)-1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı “396500” (üç yüz doxsan altı min beş yüz) manat pulun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı Nümayəndə Cavabdeh qarşı maddi ziyan barədə tələblərinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsi təşkil edir. Çünki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, “dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və y a yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.” Maddi hüquq normasının mənasından da göründüyü kimi, iddiaçının iddiasının əsaslarına görə cavabdeh Astara rayon Siyəkəran kənd icra nümayəndəsi vəzifəsində işləyərkən onunla torpaq qanunvericiliyinin tələblərinə zidd hərəkət etmiş, onu aldadadaraq 6 ha torpaq sahəsinə görə 20.000 ABŞ dolları, 29 ha torpaq sahəsinə görə isə 14.000 min AZN məbləğində pul almış, Cavabdeh ona bildirmişdir ki, həmin torpaq sahələrini ona hərrac yolu ilə satacaq, məhz bu səbəbdən də, qeyd olunan torpaq sahələri ona ayrılaraq təhkim olunmuş, o, da ayrılmış torpaq sahəsində vermiş olduğu rüşvə tlə birlikdə (346500+50000=396.500) 396.500 manat dəyərində xərc çəkmişdir. Belə olan halda torpaq qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş vəzifəli şəxsin qanunsuz hərəkətlərindən irəli gələn maddi tələbləri ödəmək cavabdehliyi Azərbaycan Respublikasının üzərinə düşür. Yəni bu cür hərəkətlərin və qəbul edilmiş aktın qanunsuz olması və qanunsuzluğun nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi sübut olunsa belə, bu hərkətlərə cavab verməli olan şəxs Cavabdeh ola bilməz. İddia tələbləri konkret halda Azərbaycan Republikasında müvafiq icra hakimiyyəti orqanına qarşı yönəldilməli idi.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində aparılmış icraatın nəticələrindən müəyyən edilir ki, Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olmasını görmüş, la kin bu haldan xəbərdar olmasına baxmayaraq prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, Cavabdeh qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.5, 1100-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ta m təmin edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qaydada işə baxan məhkəmələr nədənsə yalnızca rüşvət alma cinayəti üzərində dayanmış, iddiaçının cinayət işində zərərçəkmiş kimi tanınmadığına əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmışlar. Nəticədə iddiaçının həm konstitusiya, həm Mülki Məcəllə, həm də Avropa İnsan Hüquqları üzrə Konvensiyanın 1 saylı Protokolu ilə müəyyən edilmiş mülkiyyət hüququ kobud olaraq pozulmuşdur. Eyni zamanda məhkəmələrin Azərbaycan Respublikası CPM-nin 7.0.36,87.1,87.4 və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddələrinə istinad etməsi də məntiqli deyildir. İstər Azərbaycan Respublikası Mülki Məcəlləsi, istərsə də X5 Məhkəməsinin çoxsaylı qərarlarında pul mülkiyyət kimi dəyələndirilmiş, şəxslərin öz mülkiyyətin dən qanunsuz məhrumetmənin ədalətli olmadığı vurğulanmaqdadır. Lakin bütün bunları məhkəmə görməzdən gəlmişdir. İddiaçının zərərçəkmiş şəxs deyil, şahid qismində tanınmasını vurğulayaraq mülkiyyətindən məhrum edilməsi qanunsuz və ədalətsizdir. Nəticə etibarı ilə iddiaçının hüquqları pozulmaqda davam edir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində Mülki Məcəllənin 1100-cü maddəsinə istinad olunaraq iddianın əsil cavabdehə qarşı irəli sürülmədiyi vurğulanır. Məhkəmənin qənaətinə görə Cavabdeh yox bələdiyyə cavabdeh qoyulmalı idi. Məhkəmənin bu qənaəti ona görə əsassızdır ki, Cavabdeh birbaşa olaraq dələduzluq cinayətini və digər cinayət əməllərini törətmişdir. Dələduzluq cinayətinin bələdiyyə ilə heç bir əlaqəsi olmamışdır. Cavabdeh müstəqil bir fərd kimi öz aldatma niyyətindən istifadə edərək iddiaçıya məxsus olan pul vəsaitini ələ keçirmiş, nəticədə iddiaçının külli miqdarda zərərə uğramasına səbəb olmuşdur. X4 Məhkəməsi, həm də Astara Rayon Məhkəməsinin mübahisələndirdiyi qətnamələrində heç bir əsaslandırmadan söhbət gedə bilməz. Məhkəmələr işlə bağlı qəbul edilmiş digər məhkəmə qərarlarını və maddələri sadalamaqla işlərini bitmiş hesab etmişlər. Məhkəmə işə baxan zaman gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və eyni zamanda qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Digər tərəfdən məhkəmə öz qətnaməsi ilə maddi və prosessual hüquq normalarını da pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. T ətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuz una vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassator qeyd edir ki, “Cavabdeh birbaşa olaraq dələduzluq cinayətini və digər cinayət əməllərini törətmişdir. Dəl əduzluq cinayətinin bələdiyyə ilə heç bir əlaqəsi olmamışdır. Cavabdeh müstəqil bir fərd kimi öz aldatma niyyətindən istifadə edərək iddiaçıya məxsus olan pul vəsaitini ələ keçirmiş, nəticədə iddiaçının külli miqdarda zərərə uğramasına səbəb olmuşdur”.
35. Bununla əlaqədar məhkəmə tərkibi bildirir ki, hər hansı şəxsin cinayət əməli nəticəsində zərər çəkməsi cinayət prosesini həyata keçirən orqanın qərarı ilə müəyyən edilir. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr bu halı müəyyən etməmişlər. Eyni zamanda şəxsin öz əşyasından hüquq qaydasını pozmaq məqsədilə istifadə etdiyi halda (rüşvət vermə və s.) həmin əşyaların özünün və ya dəyərinin zərər formasında geri tələb edilməsi yolverilməzdir.
36. Kassasiya kollegiyası onu da nəzərə alır ki, iddiaçı öz tələbini sözügedən torpaq sahəsində t ikinti inşa etməsi, kanallar qazması, ağaclar əkməsi, yəni sahəni yararlı hala gətirməsi üçün xərclər çəkməsi ilə əsaslandırmışdır. Əşyaya edilmiş yaxşılaşdırmaların əvəzinin ödənilməsi barədə tələb əşyanın mülkiyyətçisinə qarşı irəli sürülə bilər (§ 21). Bu baxımdan Cavabdeh iddiaya cavab verməli olan şəxs sayılmır.
37. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə aldıqda məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı iş üzrə iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən digər xüsusatlar üzrə əlavə araşdırma aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət yoxdur.
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-342/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.