Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2581/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X4 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehlərin vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 İsrafil qızı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3420/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavab dehlərə İddiaçı məxsus tikiliyə və torpaq sahəsinə yaradılan müdaxilənin aradan qaldırılması öhdəliyi qoyulmuş, qarşılıqlı iddia təmin edilməmişdir. (hakim S.Quliyeva) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən, məruzəçi), A.Abbasov və T.Məmmədov, 2(105)3034/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3420/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər tərəfindən tikiliyə və torpaq sahəsinə edilən müdaxilənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, idd iaçı xx xxxxxx 1976-cı il tarixdən Bakı Mebel hissələri kombinatında işləmişdir. Həmin fabrikdə işlədiyi üçün ona bağçılıq üçün 500 kv.metr torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə daima baş çəkmiş, qulluq etmişdir. Lakin maddi imkanı olmadığı üçün hasara aldıra bilməmişdir. Torpaq sahəsi qanunsuz şəkildə başqasına satılsa da Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli qətnaməsi ilə mülkiyyət hüquqları qorunmuş, torpaq sahəsi özünə qaytarılmışdır. Sonradan, yəni, 2017-ci il tarixdə həmin sahəni hasara aldırmış və orada ev tikməyə başlamışdır. Cavabdeh2 onun torpağına çıxarışının olduğunu iddia edərək, tikintinin dayandırılmasına cəhd etmişdir. Hətta tikintinin müəyyən hissələrini sökməklə ona maddi ziyan vurmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətind ə qalmışdır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, mülkiyyətində olan 0,10 ha torpaq sahəsində İddiaçı tərəfindən aparılmış yarımtikililərin onun hesabına sökülməsi, torpaq sahəsindəki daş hasarın onun hesabına bərpa edilməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyasının qərarı ilə 0,10 ha torpaq sahəsi ona ayrılmışdır. Həmin torpaq sahəsində 2005-ci il tarixdə daş hasar çəkdirmiş və həmin vaxtdan da torpaq sahəsinə sahiblik etmişdir. İddiaçını isə ümumiyyətlə tanımır və onu həmin torpaq sahəsində heç vaxt görməmişdir. Ona görə də qarşılqılı iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxar ılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2 İsrafil qızı və Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh2 iddia tələbi üzrə cavabdeh olmasına baxmayaraq o, məhkəmə tərəfindən ümumiyyətlə cəlb olunmamış, yəni məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmədə işə baxılmasından və iş üzrə qətnamə çıxarılmasından sonradan xəbər tutmuşdır. Bununla da onun ədalətlə məhkəmə araşdırması, çəkişmə və birinci instansiya məhkəməsində prosessual hüquqlardan istifadə etmək kimi hüquqları pozulmuşdur. İlk iddia tələbi üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlə rin əsilləri yoxdur. Bununla da Azərbaycan Respublikasının MPM-nin 89-cu maddəsinin tələbləri pozulmuşdur. İddiaçının ev tikmək üçün başqa şəxslərə satdığı mübahisəli torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqdır, orada hər hansı evin tikilməsi (Azərbaycan Respublikası MM-nin 180-cı maddəsinin təsiri altına düşür) qanunsuzdur. Həmin torpaq sahəsi 2005-ci ildən hal-hazıradək Cavabdeh1 mülkiyyətində olsa da o, otən illər (13 il) ərzində iddiaçını heç vaxt orada görməmişlər və İddiaçı heç vaxt onu narahat etməyib. Cavabdeh1 məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun torpaq sahəsi 0.10 ha olmaqla və həmin mübahisəli yerdə də olan və Cavabdeh1 mülkiyyətində, sahibliyində və istifadəsində olan torpaq sahəsi 0.10 ha-dır. İddiaçının həmin torpağa heç bir sənədi olmamasına baxmayaraq bildirir ki, bura (mübahisəli torpaq sahəsi) onundu və həmin torpaq sahəsinin ona məxsus olması heç bir sübutla təsdiq olunmur. Hətta qonşu torpaqların istifadəçiləri, mülkiyyətçiləri və qonşuları da İddiaçı tanımırlar. İddiaçı ona məxsus olmayan həmin torpaq sahəsini başqa şəxlərə satmış, başqa şəxslər də orada fərdi yaşayış evi tikməyə cəhd etmiş, lakin cavabdehlər tərəfindən onun qarşısı alınmışdır. İş üzrə çıxarılmış qətnamədən görünür ki, işə baxan hakim iddiaçı ilə əlbir olub, Cavabdeh1 məxsus həmin torpağı ələ keçirməkdə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının satdığı şəxslərin ev tikməyinə (özbaşına tikintiyə rəvac verərək qanunsuz hərəkətlərinə) köməklik edir. Həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında cavabdehlərdən Cavabdeh1 məxsusdur. İddiaçı torpaq sahəsin i hasara almamış, əksinə, Oktaya məxsus torpaq sahəsinin daş hasarını sökərək torpaq sahəsini, tanımadığı başqa şəxslərə satmış, başqa şəxslər isə orada ev tikməyə cəhd etmişlər. İş materiallarında həmin torpaq sahəsinin İddiaçı məxsus olması təsdiq edən heç bir mötəbər sübutu yoxdur. Hətta İddiaçı təqdim etdiyi Binəqədi rayon Məhkəməsinin qətnaməsində hara (Abşeron rayonu ərazisinə) aid olmamasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, başqa şəxslərlə İddiaçı arasında olan iş üzrə çıxarılmış qətnamənin 2-ci səhifəsinin 4-cü və 5-ci abzaslarında göstərilən 315 nömrəli sahənin məhz hazirda Cavabdeh1 mülkiyyətində, sahibliyində və istifadəsində olan sahə (0.10 ha-dır) olması barədə heç bir sübut olmamasına baxmayaraq, məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir ki, Cavabdeh1 0.10 ha torpaq s ahəsinin 0.05 ha torpaq sahəsi yəni, yarısı İddiaçı məxsusdur. İşə baxan məhkəmə kollegiyası iş üzrə iddia müddətinin ötürülməsinə də əhəmiyyət verməmişdir (apellyasiya şikayətinin dəlillərindən biri) və bu barədə (iddia müddətinin tətbiqi barədə) təqdim edilmiş ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili X6 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olm adan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmələr mübahisə ilə bağlı son nəticəyə gələrkən aşağıda müəyyən edilən hallara istinad etmişlər. Abşeron RİK-nın xx.xx.1989-cu il tarixli, 343 saylı qərarına əsasən Bakı-Şamaxı şosse yolunun 15-ci km-də, X2 “At Yalı” ərazisində Bakı Mebel Hisələri Kombinatına bağçılıq-bostançılıq üçün 22,50 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.2005-ci il tarixədək Bakı Mebel Hissələri Kombinatında işləmişdir.Bakı Mebel Hissələri Kombinatının həmkarlar komitəsinin və müdiriyyətinin xx xxx 1990-cı il tarixli qərarı ilə Bakı Mebel Hissələri Kombinatının bağçılıq-bostançılıq təsərüffatı sahəsindən 315 nömrəli, 0,05 ha torpaq sahəsi İddiaçı ayrılmış, ona bağçının üzvlük kitabçası verilmişdir. Yenə JN-897A, kod 30800036 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən məlum olmuşdur ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron AİK-nın xx.xx.2005-ci il tarixli qərarı ilə Cavabdeh1 verilmişdir. Hazırda cavabdehlər kassasiya şikayəti verərək mübahisəli torpaq sahəsinin Cavabdeh1 məxsus olduğunu əsas gətirərək torpaq sahəsinin boşaldılmasını tələb edirlər. Bakı Mebel Hissələri Kombinatının həmkarlar komitəsinin və müdiriyyətinin xx xxx 1990-cı il tarixli qərarından görünür ki, Bakı-Şamaxı şosse yolunun 15-ci km-də, X2 “A t Yalı” ərazisində yerləşən Bakı Mebel Hissələri Kombinatının bağçılıq-bostançılıq təsərüffatı sahəsindən 315 nömrəli, 0,05 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Bununla bağlı İddiaçı 67 nömrəli Bağçının üzvlük kitabçası verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Mebel Hissələri Kombinatının bağçılıq-bostançılıq təsərüffatı sahəsindən 315 nömrəli sahəsinin İddiaçı qaytarılması bağçılığın sədri X1 həvalə edilmişdir. JN-897A, kod 30800036 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron AİK-nın xx.xx.2005-ci il tarixli qərarı ilə Cavabdeh1 verilmişdir. X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İda rəsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, elektron baza məlumatına əsasən Abşeron rayon DTXK tərəfindən xx xxxxxx 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-897A, KOD 30800036 şəhadətnamə əsasında Cavabdeh1 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-897A, KOD 30800036 şəhadətnamənin verilməsinə əsas olan sənəndlər arxiv materiallarında aşkar edilməmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonunun keçmi ş X3 1998-1999-cu illərdə aqrar islahat aparılmışdır. Sovxozun ərazisində olan torpaq sahələri xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmana əsasən, inventarlaşdırılaraq bir hissəsi dövlət mülkiyyətində saxlanılmış, bir hissəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 111 saylı mütəxəssis rəyindən görünür ki, Bakı Mebel Hissələri Kombinatının həmkarlar komitəsinin və müdiriyyətinin xx xxx 1990-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsi Azərbaycan SSR Abşeron RİK-nın xx.xx.1989-cu il tarixli, 343 saylı qərarına əsasən Bakı Mebel Hisələri Kombinatına ayrılmış 22,50 ha torpaq sahəsinin daxilində yerləşir. JN 897A KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Cavabdeh1 ayrılmış 0,10 ha torpaq sahəsi isə iş üzə mübahisələndirilən torpaq sahəsindən 520 m. şimal-qərb tərəfdə yerləşir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İddiaçı onun torpaq sahəsinin Bakı Mebel Hissələri Kombinatına ayrılmış 22,50 ha torpaq sahəsinin daxilində yerləşməsi, cavabdehə ayrılmış torpaq sahəsinin həmin ərazidən kənarda olması hallarını sübuta yetirmişdir. Cavabdeh tərəfi n iddiaçıya məxsus torpaq sahəsinə iddia etməyə subyektiv hüquqları yoxdur. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı işdə cavabdeh tərəfin dəlilləri işə baxarkən Apellyasiya Məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh2 İsrafil qızı və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2581/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2581/2020
30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver