Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2581/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Yasamal Rayon İcra və Probasıya Şöbəsı, “Yelo Bank” (əvvəlki “xxxx” İKB) İKB ASC, “xxxx” MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətının Bakı Şəhər Ərazi İdarəsinə qarşı “açıq auksion formasında təşkil olunmuş hərracın və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən v ə məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5104/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarından görünür ki, eyni iddiaçının eyni əsaslar üzrə hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi üzrə qanuni qüvvəyə minmiş Yasamal rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(004)-5283/2018 saylı qətnaməsi mövcuddur. Belə ki, həmin işdə iddiaçı eyni şəxslərə qarşı Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlil küçəsində ye rləşən 9 saylı binanın 2-ci mərtəbəsi, ümumi sahəsi 102.3 kv.m., 63 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilə dair hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini xahiş etsə də, hazırki iş üzrə eyni əmlak barədə hərracın və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə İddiaçı mübahisələndirdiyi əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin mövcud olmaması müəyyən edilmiş və bu əsasla iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1,“Yelo Bank” (keçmiş"xxxx" İKB) İKB ASC, "xxxx" MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasama l rayonu, Təbriz Xəlil küçəsində yerləşən 9 saylı binanın 2-ci mərtəbəsi, ümumi sahəsi 102.3 kv.m., 63 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilə dair “xxxx” MMC tərəfindən 14 sentyabr 2015-ci il tarixdə açıq auksion formasında təşkil olunmuş hərracın və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, həmçinin verilmiş çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlil küçəsində yerləşən 9 saylı binanın 2-ci mərtəbəsi, ümumi sahəsi 102.3 kv.m., 63 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilə dair vərəsəlik və mülkiyyət hüquqlarının tanınması və müvafiq qeydin aparılmasını və adına çıxarışın verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27 noyabr 2007-ci il tarixdə, MH seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlil küçəsində yerləşən 9 saylı binanın 2-ci mərtəbəsi, ümumi sahəsi 102.3 kv.m., 63 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı mənzil iddiaçının X1nun adına qeydə alınmışdır. X1 ilə anası X3 ilə 12 avqust 1965-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. X1 30 sentyabr 2009-cu il tarixdə kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Atasının atası Qəzənfər İbrahim oğlu 06 mart 1991-ci il tarixdə, atasının anası i sə Hava Bəyimağa qızı 02 oktyabr 2001-ci il tarixdə vəfat etmişlər. Atasının vəfatından qeyd olunan mənzil və onun adında digər əmlaklar iddiaçı tərəfindən faktiki sahiblik edərək qəbul edilmişdir. Eyni zamanda atasına məxsus mənzil sağlığında “xxxx” İKB ASC-də ipotekaya qoyularaq “xxxx” MMC-nin adına kredit pul götürülmüş, “xxxx” MMC kredit borcu ödəmədiyi üçün “xxxx” İKB ASC tərəfindən məhkəməyə iddia qaldırılmış, bundan sonra ümumiyyətlə vərəsəliyi qəbul etməmiş şəxslər atasının varisləri kimi işə cəlb edilmiş, onların iştirakı ilə aparılmış məhkəmə prosesində kredit borcu faktiki onun mülkiyyətini təşkil edən mənzilinə yönəldilməsi barədə qərar qəbul edilmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra məmuru Arzu Abdullayev tərəfindən 12 iyun 2013-cü il tarixdə “İcraata başlamaq haqqın da” Qərar qəbul edilmiş və mənzil vəfat etmiş atasının adından cavabdehlər "xxxx" MMC, “xxxx” İKB ASC və Cavabdeh1 imzalamış olduğu “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” 76/05 saylı, 14 sentyabr 2015-ci il tarixli protokoluna əsasən cavabdeh “xxxx” İKB ASC-nin nümayəndəsi Babaşov Orxan Əyyar oğlu “hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 14 sentyabr 2015-ci il tarixli müqaviləsinə əsasən ona aid olan mənzili “xxxx” İKB ASC-nin xeyrinə hərracdan 95625 manata almışdır. Mənzil vəfat etmiş şəxsin adından satılmış, buda öz növbəsində digər qanun pozuntusuna səbəb olmuş, bütün yuxarıda qeyd olunanlar iddiaçının vərəsə olmağına baxmayaraq onun iştirakı olmadan aparılmışdır. Həmçinin, mübahisə üzrə cavabdeh bank həmin mənzil üzrə aidiyyəti olmayan şəxsləri işə cəlb etməklə atasının yeganə vərəsəsi olduğu halda onun faktiki mülkiyyətində olan mənzil üzrə xəbəri olmadan qiymətləndirmə və hərrac keçirmiş, bununla da onun atasından qalan miras əmlakına dair hüquqlarını pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) 10 fevral 2020-ci il tarixli 2(004)-924/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, iddiada göstərilən əsaslarla qaldırılmış hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş 15.10.2018-ci il tarixli qətnaməsi (İş № 2(004)-5283/2018) mövcuddur. Həmin qətnamə ilə hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cav abdehlərə qarşı “mənzilin satılmasına dair hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilmişdir. Qeyd edilən qətnamənin məzmunundan müəyyən olunmuşdur ki, əvvəlki iddia ilə hazırki iddianın dəlilləri eynidir. Belə olan halda müəyyən edilmişdir ki, əvvəlki məhkəmənin icraatının qəbul etdiyi “hərracın nəticələrinin etibarsızlığı tələbi” barədə iddia olsa da, hazırda iddiaçı hərracın nəticələrinin ləğvini tələb edir, lakin hazırki tələb əvvəlki iddia tələbinə uyğun əsaslandırılmışdır. İddiaçı, iddia tələbinin formasını dəyişsə də, faktiki olaraq eyni dəlilərə istinad edir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 233.3 maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən İddi açı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) 2(103)-5104/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(004)-924/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia ərizəsində qeyd edilən dəlillər 2(004)-5283/2018 saylı mülki işə baxmış Yasamal Rayon Məhkəməsi tərəfindən araşdırılmış və artıq həmin dəlillərə qiymət verilmiş, bununla bağlı həmin məhkəmə tərəfindən 15.10.2018-ci il tarixdə qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göstərilən prosessual normaların tələbləri baxımından çıxış edən məhkəmə bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2018 saylı mülki işə qəbul etdiyi 15.10.2018-ci il tarixli qətnamə hazırki iş üzrə preyudisial xarakter daşıyır və bu səbəbdən iddiaçının cavabdehə qarşı irəli sürdüyü bu, yeni iddianın dəlilləri bir daha araşdırılmalı deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, apellyasiya məhkəmə hesab etmişdir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5104/2020 nömr əli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə dair etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatl andırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5104/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2581/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2581/2021
31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver