Məhkəmə qərarları › İş №2(102)-2594/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2594/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2594/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-312/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin, 11, 21 və 23 saylı mənzilləri İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir.

2. «Sifarişçi» qismində "xxxx" ASC ilə «Podratçı» qismində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialı (bundan sonra – cavabdeh) arasında bağlanmış 01 avqust 2017-ci il tarixli «Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi» və «Təzəpir məscidi kompleksinin ətrafındakı ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılm ası işləri» layihəsinin 2-ci mərhələsi üzrə müqaviləyə əsasən, Podratçı Layihənin planlaşdırılması, təchizat və inşaat işlərini həyata keçirir (bənd 2.). Podratçı işin icra olunması üçün müvəqqəti mühəndis kommunikasiyalarının (şəbəkələrinin) saxlanılması (istismarı) və layihə icra olunduqdan sonra isə müvəqqəti mühəndis kommunikasiyalarının (şəbəkələrinin) ərazidən daşınmasına məsuldur (bənd 4.5.1). Podratçı inşaat işlərini təhlükəsiz və səmərəli şəkildə icra etməlidir (bənd 4.6)

3. Yasamal RİH MKTB-nin 61 saylı İstismar Sahəsi tərəfindən İddiaçı qıqına ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən, yoxlama zamanı iddiaçıya məxsus mənzilinin giriş hissəsində, pilləkən qəfəsində divarda çatların olduğu məlum olmuşdur. Bundan əlavə, mənzilin bir otağının tavanının 2,0 kv metr sahəsi nin uçulub dağılması və vanna otağının divarının bir hissəsinin sökülməsi faktları aşkar olunmuşdur. Mənzilin daxilində tələb olunan hər hansı bir təmir işlərinin aparılması mənzil sahibinin öz vəsaiti hesabına olmalıdır. Mənzilə dəymiş maddi ziyanın hesablanması üçün 61 №-li MKİS-də ekspert-mühəndis mütəxəssisi yoxdur. 61 №-li MKİS-in ərazisində aparılan tikinti işlərini «İLK İnşaat» Tikinti İdarəsi aparır. Həmin idarə ilə 61 №-li MKİS arasında heç bir müqavilə bağlanmadığına görə həmin idarə haqqında məlumatları yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh şirkətdən vurulmuş maddi ziyana görə 18000 manat, mənəvi ziyana görə isə 1 00000 manat məbləğin tutularaq na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə il bundan əvvəl «Sovetski» adlandırılan ərazidə söküntü işləri başlanmış və söküntü işlərini cavabdeh «İlk İnşaat» Tikinti İdarəsi icra etmişdir. Şirkət əməkdaşları evlərindən bir az aralıda hansısa qurğu quraşdırıb həmin qurğu ilə torpağa güclü zərbələr endirməklə iş görmüşlər. Bu zərbələrdən mənzilin böyük zalında tavan dağılmağa başlamışdır. İddiaçı Bakı şəhəri Yasamal rayonu 61 saylı MKİS-ə şikayətlə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə oradan 31 saylı cavab almışdır. Həmin cavabda bildirilmişdir ki, həmin ərazidə tikinti işlərini cavabdeh «İlk İnşaat» Tikinti İdarəsi aparır. Yazılı müraciətinə cavab verilməmişdir. Cavabdehin iddiaçıya cavab verməməsini Konstitusiyada nəzərdə tutulmuş hüquqlarının pozulması kimi qiymətləndirir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə-tikinti ekspertizasının təyin edilməsini, vurulmuş maddi ziyanın müəyyən olunmasını və müəyyən edilmiş məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsini qanunauyğun hesab edir. Bundan əlavə, iddiaçının və ailə üzvlərinin həyatı və sağlamlığı daimi təhlükə altındadır, bilmirlər ki tavanın hansı hissəsi nə vaxt başlarına uçacaq. Ona görə də cavabdehdən mənəvi ziyana görə 100000 manat məbləğin alınaraq iddiçıya verilməsini əsaslı hesab edir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək həmçinin göstərmişdir ki, iddiaçı və ailəsi 3 il ərzində həmin evdə dağılmış şəraitdə yaşamağa məcbur olmuşlar. Sonradan normal yaşayışları bərpa etmək üçün özləri təmir işləri aparmışlar və hal-hazırda orada yaşayırlar. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adının «İlk İnşaat» Tikinti İdarəsindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə əvəz edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və bununla bağlı yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh heç vaxt göstərilən ərazidə söküntü işləri aparmayıb. Qeyd edilən ərazidə söküntü işləri başa çatdıqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə «Təzəpir məscidi kompleksinin ətrafındakı ərazinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri» çərçivəsində müqavilə əsasında abadlıq işləri başlanmışdır. Abadlıq aparılan ərazi iddiaçının yaşadığı ünvandan təqribən 300 metr aralıda yerləşir, orada yaşayış binaları və əlavə aradan enli (təqribən 25-30 metr) avtomobil yolu keçir. Abadlıq aparılan ərazidə heç bir qurğu qurulmamışdır və zatən buna ehtiyac da yoxdur. Şirkət olaraq onlar vətəndaşların müraciətlərinə hörmətlə yanaşırlar. Lakin iddiaçıdan onlara müraciət daxil olmamışdır. Sözügedən ərazidə cavabdeh şirkət tikinti və söküntü işləri deyil, abadlıq işləri aparmışdır. Bu işlərin aparılması da cavabdehlə "xxxx" MMC arasında bağlanmış Podrat müqaviləsi əsasında həyata keçirilmişdir. Həmin ərazidə tunel isə birbaşa sözügedən şirkət tərəfindən çəkilmişdir. Onlar abadlaşdırma işləri aparmağa başlayanda artıq tikintisöküntü işləri aparılmışdır və başqa şirkət tərəfindən həyata keçirilmişdir. Ekspert rəyindən də görünür ki, orada evə dəymiş zədənin məhz onların həmin ərazidəki fəaliyyətləri nəticəsində yaranıb-yaranmamasının müəyyən edilə bilməməsi qeyd olunmuşdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

9. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16613 saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən, 1-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11, 21 və 23 saylı mənzilin pilləkən qəfəsinin divarlarında ayrı-ayrı hissələrdə müxtəlif istiqamətli çatlar yaranmış, şpaklyovka və emulsiya qatı qopub tökülmüşdür. Mənzilin yaşayış və yardımçı otaqla rında xarici və daxili divarlarda, eləcə də arakəsmələrdə şaquli və üfüqi istiqamətlərdə, bəzi yerlərdə ikitərəfli çatlar əmələ gəldiyi, şpaklyovka və emulsiya qatının qopub töküldüyü, zalda tavanın beton və suvaq qatının bir neçə yerlərdə qopub döşəmənin üzərinə töküldüyü, ayrı-ayrı hissələrin, həmçinin divarların çatladığı, sanitar qovşağında dartılma asma tavan partlayaraq cırıldığı, tavanın şpaklyovka və emulsiya qatının qopub töküldüyü müəyyən olunmuşdur. 2-ci sual üzrə: Rəyin təhqiqat hissələrində göstərilənlər nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11, 21 və 23 saylı mənzilinin yaxınlığında (bitişik ərazidə) söküntü işlərinin aparıldığı müəyyən olunmuşdur ki, bu da həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qa tının boşaldaraq sürüşməsi nəticəsində iddiaçıya məxsus mənzildəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Qeyd olunur ki, tədqiq olunan mənzildəki zədələrin, konkret olaraq «İLK İnşaat» Tikinti İdarəsinin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid deyildir. 3-cü sual üzrə: tədqiq olunan mənzilə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunması üçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, mübahisəli mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi üzrə tikinti konstrukto runun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.

10. İş üzrə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 10/7053 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən, 1-ci sual üzrə: Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11, 21 və 23 saylı mənzilin pilləkən qəfəsinin divarlarında ayrı-ayrı hissələrdə müxtəlif istiqamətli çatlar yaranmış, şpaklyovka və emulsiya qatı qopub tökülmüşdür. Mənzilin yaşayış və yardımçı otaqlarında xarici və daxili divarlarda, eləcə də arakəsmələrdə şaquli və üfüqi istiqamətlərdə şpaklyovka və emulsiya qatının qopub töküldüyü, zalda tavanın beton və suvaq qatının bir neçə yerlərdə qopub döşəmənin üzərinə töküldüyü, ayrı-ayrı hi ssələrin, həmçinin divarların çatladığı,sanitar qovşağında dartılma asma tavan partlayaraq çırıldığı, tavanın şpaklyovka və emulsiya qatının qopub töküldüyü müəyyən olunmuşdur. Rəyin təhqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11, 21 və 23 saylı mənzilinin yaxınlığında (bitişik ərazidə) söküntü işlərinin aparıldığı müəyyən olunmuşdur ki, bu da həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçıya məxsus mənzildəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Lakin tədqiq olunan mənzildəki zədələrin, konkret olaraq «İLK İnşaat» Tikinti İdarəsiinin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək tikinti ekspertin səlahiyyətinə ai d deyildir. 2-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11, 21 və 23 saylı mənzilinin sahəsi 60,0 kv metr təşkil etdiyini yaşayış otağında mövcud olan qüsurları nəzərə alaraq həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 18000,0 (60,0 kv metr x 300 manat) məbləğində müəyyən olunur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov, iş N 2(006)-26/2022) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 18000 (on səkkiz min) manat pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, iddaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11, 21 və 23 saylı mənzillərinə cavabdeh təşkilatın həmin ərazidə aparmış olduğu söküntü, qazıntı, təmir işləri ilə əlaqədar olması məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın rəyindən də müəyyən edilmişdir. Belə ki, sözügedən mənzil uzun illər öncə tikilmiş olduğu halda heç bir zədələnmənin olmaması (iddiaçının nümayəndəsi və vəkilinin izahatına uyğun olaraq), onun bu dərəcədə zədələnməsi isə yağış suları, qrunt suları və sair bu kimi təbii aşınma nəticəsində baş verməsi ağlabatan deyildir, ekspert rəyində də yaşayış evində olan zədələnmələrin həmin ərazidə aparılan (bitişik ərazi) söküntü işləri zamanı olan silkələnmələr nəticəsində baş verməsinin böyük ehtimalla mümkün olması müəyyən edilmişdir.

14. Məhkəmə həmçinin qeyd e tmişdir ki, sırf həmin tikilinin zədələnməsinin birbaşa cavabdeh təşkilat tərəfindən törədilməsi hazırda tikinti işləri yekunlaşdığından iddiaçının bu halı başqa cür məyyən etməsi də qeyri-mümkündür. Bu mümkünsüzlüyün isə faktiki ziyan çəkmiş iddiaçının məhkəmə müdafiəsindən kənar qalmasına gətirib çıxarması da hüquqa zidd olardı.

15. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, habelə ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəmişdir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 18000 (on səkkiz min) manat pul tutulmalıdır.

16. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 100000 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsassız hesab ed ilməlidir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

17. Məhkəmə iddianın təmin edilən hissəsində öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1, 21.2, 152.5, 1096, 1097.1 və 1115-ci maddələrinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarına, iddianın təmin olunmayan hissəsində isə MM-nin 21 və 23-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəm ələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddiaya etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilm işdir ki, cavabdeh şirkətlə iddiaçı arasında heç bir əlaqə yoxdur və cavabdehin ərazidə icra etdiyi işin iddiaçının əmlakına zərər verəcək nəticəsi ola bilməz. Çünki işin icra məkanı ilə iddiaçının yaşadığı ərazinin heç bir əlaqəsi yoxdur. İş materialları və ekspertin rəylərinə əsasən müəyyən edilir ki, yuxarıda qeyd edilən mənzillə işin icra edildiyi sahə arasında çoxsaylı yaşayış evləri var və həmin evlərə zərər dəyəsi gücündə iş görülməmişdir. Qeyd edilən xüsusat da işin mübahisəsiz halıdır. İddiaçı iddia edir ki, yaşadığı mənzilə ərazidə söküntü aparılan zaman zərər dəymişdir. Cavabdeh tərəfindən ərazidə abadlıq və yaxşılaşdırma işləri icra edilərkən iddiaçının yaşadığı ərazidən təqribən 800-900 metr aralıda (N.Nərimanovun heykəlinin yaxınlığında) beton qarışdıran aparat quraşdırılmış, parkda salınacaq piyada yollarının kənarlarına beton tökmək üçün həmin aparatdan istifadə edilmişdir ki, bu aparat işləyərkən heç bir titrəyiş və silkələnmələrin olma etimalı yoxdur. Ərazidə, onlara məlum olmayan qurumlar tərəfindən söküntü aparıldıqdan sonra abadlıq işlərinə başlanmış, beton tökmək üçün quraşdırılan aparat üzərində "İLK İNŞAAT” sözləri yazıldığından, bundan istifadə edən iddiaçı söküntü işlərinin cavabdeh tərəfindən aparılması iddiası ilə çıxış etmişdir ki, bu da absurddur. Təqdim olunan hər iki ekspert rəylərindən görünür ki, iddiaçının yaşadığı ev 1895-ci ildə inşa edilmiş, evin artıq 130 ilə yaxın yaşı vardır. Həmin çoxmənzilli evdə yaşayanların heç birinə zərər dəyməmiş, yalnız iddiaçının evinə ziyan dəymişdir. Bu məntiq və düşüncəyə uyğun gəlməyən haldır və qətiyyət lə rədd edilməli idi. Ekspert rəyində güman edilir ki, iddiaçının mənzilində yaranmış çatlar hər hansı torpaq boşluğunun əmələ gəlməsi nəticəsində baş verə bilər. Ekspert mənzilə dəymiş zərərin kim tərəfindən törədildiyini və ya təbii olduğunu müəyyənləşdirə bilmir. Güman edir ki, torpaq qatının boşalması mənzildəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Konkret olaraq bunun cavabdehin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmadığı bildirilir. Lakin iddiaçı hüquqlarından suiistifadəyə yol versə də, məhkəmə bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən dəllillərin işin hallarına qəti uyğunluğu olmadığı üçün məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddia nı əsassız olaraq qismən təmin etməklə yanaşı ekspertiza xərcini də cavabdehin üzərinə qoymuşdur.

13. Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 10/7526 saylı rəyindən görünür ki, iş materiallarında olan 07 iyun 2019-cu il tarixli 8 nömrəli “Yerinə yetirilən işlərin qəbul aktı”na əsasən Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin yerləşdiyi ərazi üzrə qəbul aktında göstərilmiş işlər yerinə yetirilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli, 8 nömrəli “Yerinə yetirilən işlərin qəbul aktı”nda göstərilmiş işlər yaxşılaşdırma işlərinə aid olduğundan, Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin 11, 21, 23 saylı mənzillərə zərər dəyməsi (divar və tavanının yararsız hala düşməsi və.sair) həmin qəbul aktında göstərilmiş işlərin görülməsi nəticəsində (təsirindən) yarana bilməz. Həmçinin, Bakı şəhəri, Yasamal rayonu Şami Əzizbəyov küçəsi 22 saylı evin 11, 21, 23 saylı mənzillərin divar və tavanının yararsız hala düşməsinin müəyyən olunmasına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin mütəxəssis rəyi mərkəzə təqdim olunmadığından, həmin mənzillərin divar və tavanının yararsız hala düşməsi hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmadığından qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova, (sədrl ik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz Hüseynov, iş N 2(103)-312/2023) apelyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəmə qətnaməsi qismən-iddianın təmin olunmuş və ekspertiza xərcinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, iş üzrə birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz), ümumilikdə 300 (üç yüz) manatın iddiaçıdan tutulması qət olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə zərər dəyməsi və zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-texniki ekspertiza və təkrar eksp ertiza təyin etsə də cavabdehin hansı işi icra etməsi sübutlar əsasında araşdırılmamışdır. Müəyyən olunmuşdur ki, cavabdehin istinad etdiyi və təqdim etdiyi iş materiallarında olan 07 iyun 2019-cu il tarixli 08 nömrəli "Yerinə yetirilən işlərin qəbul akı”na əsasən Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin yerləşdiyi ərazi üzrə qəbul aktında göstərilmiş işlər yerinə yetirilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli 08 nömrəli "Yerinə yetirilən işlərin qəbul akı”nda göstərilmiş işlər yaxşılaşdırma işlərinə aid olmuşdur.

16. Apellyasiya məhkəməsi ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd etmişdir ki, cavabdeh şirkətin hansı işi icra etməsi sübutlar əsasında araşdırılmadığından Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-ci i l tarixli 10/7526 saylı rəyini mötəbər sübut kimi qəbul etməməyə əsaslar görmür.

17. Cavabdehin mübahisəli ərazidə icra etdiyi işlər xx.xx.2019-cu il tarixli 08 nömrəli "Yerinə yetirilən işlərin qəbul aktı”nda göstərilmiş işlər olduğu və bu işlərin yaşıllaşdırma işlərinə aid olduğu müəyyən edildiyindən, cavabdehin digər hər hansı-söküntü və tikinti işləri aparmasına dair iş materiallarında sübutlar mövcud olmadığından, həmçinin Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin 11, 21, 23 saylı mənzillərinə zərər dəyməsi (divar və tavanının yararsız hala düşməsi və.sair) həmin qəbul aktında göstərilmiş göstərilən işlərin görülməsi nəticəsində (təsirindən) yarana bilməsi istisna olunduğundan iddaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 s aylı evin 11, 21 və 23 saylı mənzillərinə cavabdehin tərəfindən zərər vurulması sübuta yetirilmir.

18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qətnaməni ekspertiza xərcinin tutulması hissəsində də mübahisələndirmişdir.Eyni zamanda iddia rədd olunduğundan iş üzrə birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) ümumilikdə 300 (üç yüz) manat, iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsinə, MM-nin 21.1, 21.2, 1096, 1097.1 və 1115-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına, MPM-in 103.1 və 103.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlavə ekspertiza təyin etməyə ehtiyac olmadığı halda apellyasiya instansiyası məhkəməsi bunu etmiş və işə baxılmasında obyektiv olmadığını nümayiiş etdirmişdir. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspert qarşısına qoyulmuş bütün sualların cavablandırılmamasını məhkəmə nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcm də ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məs ələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Kassasiya şikayəti dəlillərindən əlavə ekspertiza təyin etməyə ehtiyac olmadığı, əvvəl verilmiş ekspert rəylərində natamamlıq olmadığı və suallar tam cavablandırıldığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilməklə rəy alınmasının məhkəmənin işə baxılmasında obyektiv olmadığını nümayiiş etdirməsi, əvvəlki ekspert qarşısına qoyulmuş bütün sualların cavablandırılmamasını məhkəmə nəzərə almaması, iş üzrə tam və hərtərəfli araşdırma aparılmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağl məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin olunması həm birinci instansiya, həm də apellyasiya məhkəməsinə təqdim edilmiş yeni sənədlər ("xxxx" ASC ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi, Yerinə yetirilən işlər üzrə Qəbul aktı)

42. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-312/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar