Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2599/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və x4 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh vəkili x5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş maşın yolunun açılması tələbinə dair mülki iş üzrə Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Əliyev x8 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsindən kassa siya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş zəruri 20 metr uzunluğunda maşın yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev, iş № 2(020)-213/2018) iddia təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (sədrlik edən və məruzəçi), T.Heydərov və T.Kərimov, iş № 2(106)-856/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Əhmə dova (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Ə.Şadiyev, iş № 2(102)-5549/2019) İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev, iş № 2(106)3108/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(020)-213/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən edilərək, İddiaçı Beyləqan rayonunun 2-ci Şahsevən kəndində 0,24 ha torpaq sahə sində yerləşən yaşayış evinə 19,12 m uzunluğunda gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılmaqla zəbtdən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili x7 izahatında göstərmişdir ki, işə baxarkən apel yasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə gö rə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulma sına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, JN-275B, KOD 60700098 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, Beyləqan rayon x3 16.11.1998-ci il tarixli, 58 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.24 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi 6 saylı Layihə-Tədqiqat İdarəsinin 09.04.2018-ci il tarixli, 6/M-017 saylı mütəxəssis rəyinə görə, Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonu İİ Şahsevən kəndində yerləşən JN 275B kod 60700098 saylı şəhadətna mə ilə verilmiş 0.24 ha torpaq sahəsinə gediş-geliş yolunun zəbt edilmədiyi və onun 0.24 ha həyətyani torpaq sahəsinə maneə müdaxilə faktı olmadığı müəyyən olunmuş, eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən zəbt olunan 19.12 metr uzunluğunda olan gediş-gəliş yolu İddiaçı həyətyani torpaq sahəsinin ərazisindəki bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinə gedən yoludur. Həmçinin Cavabdeh tərəfindən zəbt edilən gediş-gəliş yolu onun həyətyani torpaq sahəsinə də gedir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2018ci il tarixli,15109 saylı ekspert rəyinə görə, Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonu İİ Şahsevən kəndində yerləşən JN 275B kod 60700098 saylı şəhadətnamə ilə verilmiş 0.24 ha torpaq sahəsinə gediş-gəliş yolunun tutulmadığı və onun 0.24 ha həyətyani torpaq sahəsinə müdaxilə faktı olmadığı müəyyən olunmuş, eyni zamanda Cavabdeh tərəfindən tutulan 19.12 metr uzunluğunda olan gediş-gəliş yolu İddiaçı həyətyani torpaq sahəsinin ərazisindəki bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinə gedən yoldur. Həmçinin Cavabdeh tərəfindən tutulan gediş-gəliş yolu onun həyətyani torpaq sahəsinə də gedir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcə llənin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Torpaq islahatı haqqında» Azərb aycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Maddə 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti ―Torpaq islahatı haqqında‖ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar; ümumi istifadədə olan torpaqlar; hüquqi və fiziki ş əxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olaraq zəbt edilmiş bələdiyyə mülkiyyətində olan və əldə edilmiş sübutlar əsasında apaşdırma aparıb qətnamə qəbul etmək əvəzinə, Beyləqan rayon x2 3-cü şəxs qismində cəlb etməmiş, iş materiallarında olan əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İşin yeni apelyasiya baxışında yuxarıda göstərilən göstərişə əməl edən apelyasiya məhkəməsi müvafiq bələdiyyəni 3-cü şəxs qismində işə cəlb etsə də, onun nümayəndəsinin məhkəmə iclasında iştirakını təm in etməmiş və kassasiya instansiya məhkəməsinin qərarında aydınlaşdırılması zəruri olan məsəllərin araşdırılması üçün heç bir hərəkət etməmişdir. Halbuki cəlbetmə formal olmamalı və müvafiq göstərişlərin aydınlaşdırılması üçün bütün zəruri tədbirlər görülməli idi. Digər tərəfdən iş vərəqinin 139-cu səhifəsində olan Beyləqan rayon x1 03 sentyabr 2019-cu il tarixli məktubundan aydın olur ki, x6 həyətyanı torpaq sahəsinə gedən yol heç bir vətəndaş tərəfindən kəsilməyib, gediş gəlişə maneçilik törədən yoxdur və hal-hazırda işlək vəziyyətdədir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, işin apelyasiya icraatı zamanı Ali Məhkəmənin istinad olunan qərarında göstərilənlərdən (qeyd edilən sübutlarla da cavabdeh tərəfindən gediş-gəliş yolunun zəbt olunması faktı öz təsdiqini tapmışdır) fərqli hal müəyyən edilmiş, lakin apelyasiya məhkəməsi göstərilən ziddiyyətin aydınlaşdırılması üçün heç bir cəhd göstərməmiş və özlüyündə ziddiyyətli olan faktlar əsasında yekun qərar qəbul etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, süb utlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələ rinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılmas ı ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.