Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2599/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərbəst hərəkət etmək hüququn müvəqqəti məhdudlaşıdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə ibarət tərkibdə, ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövl ət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7619/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxsin verdiyi kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanın rəhbəri Maraqlı şəxsdur. a)Birinci instansiya məhkəməsində icraat
2. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə ümumilikdə 45544, 71 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəlikləri Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə maraqlı şəxsin rəhbərlik etdiyi vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC-nin 15680,77 manat (o cümlədən, vergilər üzrə 12863,64 manat, faizlər üzrə 2817,13 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" MMC-nin 20114,37 manat (o cümlədən, vergilər üzrə 16500,71 manat, faizlər üzrə 3613,66 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəm ə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) və "xxxx" MMC-nin 9749,57 manat (o cümlədən, vergilər üzrə 7998 manat, faizlər üzrə 1751,57 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) ümumilikdə 45544,71 manat vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanın rəhbəri Maraqlı şəxsdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(004)6856/2019 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) ərizə təmin olunmuşdır.
5. Birinci instansiy a məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vergi ödəyicisi olan hüquqi şəxslərin rəhbərinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci və 23.1.15-3-cü və MPM-in 234.1,355-7.3 və 355-7.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya M əhkəməsinin mülki kollegiyasının (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi),Ş.A.Məmmədova və F.Ş.Talışinski) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7619/2021 saylı mülki iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyası, mübahisə ilə bağlı birinsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasını n 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 16.1.1, 32.1, 77.1 və 78.1ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Mülki Prossesual Məcəllənin 355.5.1-ci maddəsini hazırkı işə düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan şirkət lərin maraqlı şəxşə heç bir aidiyyəti yoxdur, həmin üç şirkətin və digər şirkətlərin saxta sənədlər əsasında onun adına yaradılması və idarə olunması bapədə cinayət işinin olması, bu barədə bir neçə şəxsə ittiham elan olunması haqqında məhkəmyə bildirsə də, işə baxan məhkəmələr bu məsələni araşdırıb hüquqi qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul edilmşidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsi
15. Maddə 16.1. Qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
16. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.
17. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
18. Maddə 78.1. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud gör ülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Madd 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari t ibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Çünki apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
27. Belə ki, işdən görünür ki, maraqlı şəxs Mətləb İsmayılov birinci instansiya məhkəməsində işə baxılan zaman iştirak edə bilməmiş və müvafiq olaraq ərizəyə etirazının əsaslarını göstərmək və bu barədə sübutlar təqdim etmək imkanından məhrum olmuşdur.
28. Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində rəhbəri kimi göstərilən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin, bir çox digər hüquqi şəxslərin vahid niyyətlə vergiləri dövlət büdcəsində ödəməkdən yayınmaq məqsədilə X1, X5, X3 və X4 Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2 və 213.3-cü maddələri ilə ( Mütəşəkkil dəstə tərəfindən külli miqdarda vergiləri, işsizl ikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmünün olduğu, həmin hökmlə vergidən yayınma ilə bağlı yuxarıda göstərilən hüquqi şəxslərə qarşı mülki ididanın təmin olunduğunu, bu hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığının müəyyən edildiyini göstərmiş, lakin apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin şikayətində istinad etdiyi hökmdə göstərilən halları təsdiq edən hər hansı sübut (hökmün təsdiq olunmuş surəti və s.) təqdim etməməsi əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
29. Bu zaman məhkəmə nəzərə almamışdır maraqlı şəxsin istinad etdiyi hökm məhkəmə aktı olub c inayət prosesi iştirakçılarına təqdim oluna bilər, maraqlı şəxsin həmin hökmün təsdiq olunmuş surətini almaq imkanı qanunla məhdudlaşdırılmışdır.
30. Digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi bir məhkəmə iclası ilə məhkəmə baxışını yekunlaşdırmış, maraqlı şəxs həmin məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən də məhkəmə hökmün təsdiq olunmuş surətini təqdim etməyi ona təklif etməmişdir.
31. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7619/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə gödərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.