Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-26/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqi, ədalətli məhkəmə araşdırması hüququnun pozulması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, C avabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli 2(103)-2686/2023 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 066 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin müraciəti, DƏDRX-nin MH seriyalı JN-0037 saylı çıxarışı nəzərə alınaraq Xırdalan şəhəri ərazisində 12,83 ha olan torpaq sahəsində ticarət və iaşə obyektlərinin tikintisinə icazə verilmiş, xx.xx.2008-ci il tarixli “Qeyri-Dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin” istismara qəbul edilməsinə dair aktla "xxxx" MMC tərəfindən inşaası başa çatmış ticarət və iaşə kompleksi istismara qəbul edilmişdir. 2. "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2008-ci il tarixli 2 nömrəli protokoluna əsasən təsisçilər İddiaçı2 (NK-nın 50%), İddiaçı1 (NK-nın 25), iştirakçı X4 iştirakları ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 066 №-li Sərəncamı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində MH seriyalı JN-0037 KOD 30801006 və JN-0119 KOD 30801006 saylı Dövlət Aktları ilə "xxxx" MMC-yə məxsus Xırdalan şəhəri ərazisində 12,83 ha torpaq sahəsində təsisçilər İddiaçı2 və İddiaçı1 şəxsi vəsaitləri hesabına "xxxx" ticarət mərkəzinin tikilməsi, tikintinin aparılması X4 rəhbərliyi ilə X5, X9, X6, X7, X2 tapşırılması qərara alınmışdır.
3. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, BakıSumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133R nömrəli 129 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 91, 92, 95, 96, 97, 98, 99, 100 Cavabdeh3, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza №93 Cavabdeh5, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza №94 Cavabdeh4 qeyri-yaşay ış sahələrini satmışdır.
4. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133V nömrəli 74 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 47, 49, 50, 60, 61, 62, 63, 64, 65 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 53, 54, 55, 56, 57, 58, 80, 81, 82, 83, 84, 85 hər biri 27 kv.m. i barət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 66, 67, 68, 69, 78, 79 qeyri-yaşayış sahələrini Şahbazlı X1.
5. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133Q nömrəli 30 girişli, 1620,0 kv.m. ümumi, 1620,0 kv.m. əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 qeyri-yaşayış sahələrini Şahbazlı X1.
6. Abşe ron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133S nömrəli 99 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 51, 52, 59, 60, 61, 62, 63, 64, 65 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 53, 54, 55, 56, 57, 58 Cavabdeh6, hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqa viləsindən qalıq 4320 manata mağaza № 46, 47, 48, 49 Cavabdeh2 qeyri-yaşayış sahələrini satmışdır.
7. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AG nömrəli 81 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 41, 42, 43, 44, 45, 47, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67 hər biri 5 kv.m. ibarət olan və hər biri ilki n razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 48, 49, 50, 51, 52, 53, 68, 69, 70, 71, 72, 73 qeyri-yaşayış sahələrini Cavabdeh6 satmışdır.
8. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133L nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 31, 32, 33, 34, 35, 36, 37, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 64, 65, 66, 67, 68, 69, 70 biri 5 kv.m. ibarət olan və hər biri 400 manata mağaza № 38, 39, 40, 41, 42, 43, 58, 59, 60, 61, 62, 63 qeyri-yaşayış sahələrini İddiaçı2 satmışdır.
9. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133R nömrəli 129 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsin dən qalıq 2160 manata mağaza № 91, 92, 95, 97, 98, 99, 100 Cavabdeh3, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 93 X10, 27 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 94 Cavabdeh4 qeyri-yaşayış sahələrini satmışdır.
10. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AF nömrəli 75 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız 54 kv.m. ibarət olan və ilk in razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza №14 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
11. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133H nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 31, 66 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
12. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edil miş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133O nömrəli 77 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız 54 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 2 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
13. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133Y nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız 54 kv.m. ibarət olan və ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 42 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
14. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133T nömrəli 127 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəb əli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 9, 11, 12 qeyriyaşayış sahəsini Cavabdeh1 satmışdır.
15. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133A nömrəli 72 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 4, 7 qeyri-yaşayış sahəsini Ca vabdeh1 satmışdır.
16. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133E nömrəli 89 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 69, 70 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
17. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqav iləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133İ nömrəli 74 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 41, 42, 43, 60, 61, 64, 65 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
18. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində ol an 12,83 ha torpaq sahəsində yerləşən 133S nömrəli 99 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 26, 27, 66, 67, 68, 69 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 81, 82, 83, 84, 85 qeyri-yaşayış sahələrini Cavabdeh1 satmışdır.
19. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində ye rləşən 133R nömrəli 129 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız hər biri 27 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 2160 manata mağaza № 103, 104, 106, 118, 83, 87, 88, 89, 90 hər biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 75, 76, 77, 78, 79, 80, 109, 110, 111, 113, 114 qeyri-yaşayış sahələrini Cavabdeh1 satmışdır.
20. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133J nömrəli 119 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 27 kv.m. ibarət olan hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 52, 83, 109 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
21. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AB nömrəli 71 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 54 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 4320 manata mağaza № 13, 18 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
22. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133 nömrəli 88 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 43, 44, 45, 70, 72 qeyriyaşayış sahəsini Cavabdeh1 satmışdır.
23. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009cu il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində mülkiyyətində olan 12,83 ha torpaq sahəsində yerləşən 133AA nömrəli 71 girişli, 3968,50 kv.m. ümumi, 3192,0 kv.m. əsas, 776,5 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından yalnız biri 5 kv.m. ibarət olan və hər biri ilkin razılaşma müqaviləsindən qalıq 400 manata mağaza № 75, 76, 77, 107, 108, 111, 112 qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır.
24. Bağlanmış alqı-satqı müqavilələri əsasında alıcıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2009-cu ildə qeydə alınmış və Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir.
25. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2011ci il tarixli bağışlanma müqaviləsinə əsasən “Hədiyyə verən” "xxxx" MMC-nin təsisçilərin adından etibarnamə əsasında imza edən X3 rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində yerləşən 133A nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasından hər biri 54 kv.m. olan 9,13,16,22,23,24 nömrəli mağazaları; 133B nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 54 kv.m. olan 50,51,52,53,55 nömrəli mağazaları; 133C nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 54 kv.m. olan 44,46 nö mrəli mağazaları; 133D nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 54 kv.m. olan 49,66 nömrəli mağazaları; 133V nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 27 kv.m. olan 17,18,19,30, 31,33,37,39,90,96 nömrəli mağazaları; 133G nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından 54 kv.m. olan 35 nömrəli mağazanı; 133Y nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 27 kv.m. olan 10,15,51, 57,66 nömrəli mağazaları; 133H nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından 54 kv.m. olan 53 nömrəli mağazanı; 133X nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 27 kv.m. ol an 34,56,57,82,96, 113, 120 nömrəli mağazaları; 133AA nömrəli 3968,50 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasından hər biri 27 kv.m. olan 38,42,60,66 nömrəli mağazaları “Hədiyyə alan” Cavabdeh1 mülkiyyətinə vermiş, «Hədiyyə alan» isə Cavabdeh1 qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etmişdir. 26. "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli Nizamnaməsinə (2-ci redaksiyada) əsasən "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 (100 manat, 2 pay, 50%, pul şəklində), İddiaçı1 (50 manat, 1 pay, 25%, pul şəklində) və Cavabdeh1dur (50 manat, 1 pay, 25%, pul şəklində). Cəmiyyətin Nizamnamə kapitalı 200 manat həcmində hər birinin dəyəri 50 manat olmaqla 4 paydan ibarətdir və təsisçilər tərəfindən bir dəfəyə pul şəklində ödənilmişdir.
27. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhə ri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən "xxxx" MMC xx.xx.2002-ci ildə dövlət qeydiyyatına alınmış, İddiaçı2 –50% pay, İddiaçı1 – 25% pay, Cavabdeh1 – 25% pay hüququ ilə "xxxx" MMC-nin təsisçiləridir. 28. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən "xxxx" MMC xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyat idarəsində qeydiyyata alınmış, ona ********** saylı dövlət qeydiyyat nömrəsi (VÖEN) verilmişdir. Həmin tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə təsisçi kimi qeydiyyata alınmış Cavabdeh1 MMC-nin fəaliyyəti üçün investisiya, sair xərclərin ödənilməsi və digər sahələrin maliyyələşdirilməsi üçün heç bir pul vəsaiti "xxxx" MMC-yə daxi l olmamışdır.
29. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh6 cavabdehlər X17 və "xxxx" MMC-nin mühafizə və təhlükəsizlik xidmətinə (3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qarşı “daşınmaz əmlak üzərində istifadə etmə hüquqlarına edilən müdaxilələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, cavabdehlər tərəfindən delikt törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraat dayandırılmışdır.
30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməinin 2(005)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC-nin təsisçiləri Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddianın qismən təmin edilməsi, Cavabdeh1 1.114.703 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması, iddianın qalan hissələrdə rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 aid edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
31. İddiaçılar "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Ticarət mərkəzində Cavabdeh1 adına DƏDRX tərəfindən verilmiş 70 mağazanın və yaxın qohumlarının - həyat yoldaşı Cavabde h2 adına DƏDRX tərəfindən verilmiş 4 mağazanın, oğlu Cavabdeh6 adına DƏDRX tərəfindən verilmiş 98 mağazanın, Cavabdeh3 adına DƏDRX tərəfindən verilmiş 8 mağazanın, Cavabdeh4 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın və Cavabdeh5 adına DƏDRX tərəfindən verilmiş 1 mağazanın, ümumi şəkildə verilmiş 182 mağazaların çıxarışlarının ləğv edilməsi, həmin mağazaların "xxxx" MMC-nin təsisiçiləri İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Sonradan iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Ticarət Mərkəzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına dəyəri ödənilmədən alqı-satqı müqaviləsi əsasında satılmış və həmin müqavilələr əsasında adlarına rəsmiləşən 182 mağazanı n çıxarışlarının etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda Cavabdeh1 payına düşən 41.000.000 manat məbləğinin alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
33. İddiaçılar sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddia ərizəsində qeyd edilən əmlakların satışından əldə edilmiş pul vəsaiti iddiaçılara verilməmişdir. Göstərilənlərə əsasən mübahisəli əmlakların alqı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manat cavabdehlərdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
34. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Nizamnaməsinin 2-ci red aksiyası 3 nəfər təsisçi İddiaçı2, İddiaçı1 və Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. Lakin Cavabdeh1 müəssisənin nizamnamə kapitalından başqa "xxxx" ticarət mərkəzinin tikintisinə qoyulmuş investisiyadan, sərmayədən Cavabdeh1 üzərinə düşən payını nə pul, nə daşınmaz əmlak, nə də ki qeyri-əmlak formasında qoymamışdır. Buna baxmayaraq, onların ona inancları itməmişdir. Cavabdeh1 hər dəfə onları, yəni təsisçilər İddiaçı2 və İddiaçı1 söylədiyi saxta kəlmələrlə, verdiyi vədlərlə aldadaraq, tikintiyə qoyulmuş investisiyadan onun üzərinə düşən 25% təşkil edən 41.000.000 manatın verəcəyini söyləmiş və onları buna inandırmışdır. Onların ona olan etibarlarından sui-istifadə edərək, təkrarən hələ onlardan 2.000.000 manat nəğd pulda almışdır. Bu günədək Cavabdeh1 onların hesablarına varlanmaq məqsəd i ilə və hüquqdan dolayı formada istifadə edərək, onları aldadaraq, özünün Cavabdeh1 adına 70 mağazaya və yaxın qohumları - həyat yoldaşı Cavabdeh2 adına 4 mağazaya, oğlu Cavabdeh6 adına 98 mağazaya, Cavabdeh3 adına 8 mağazaya, Cavabdeh4 adına 1 mağazaya və Cavabdeh5 adına 1 mağazaya, ümumi şəkildə 182 mağazaya mülkiyyət hüququ verən çıxışlar əldə etmişdir. Bu günə qədər Cavabdeh1 əldə etdiklərinin heç bir hüquqi əsası yoxdur və əldə etdiklərini qaytarmalıdır. Cavabdeh1 "xxxx" MMC-nin təsisçi olsa da, onun təsisiçiliyi formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 əsası iş yeri və fəaliyyəti əsası onlar “Riyad-Renta” şirkətinin təsisçiləri tərəfindən qoyulmuş “Nigar” adlı Klinikasına rəhbərlik etməsi olmuşdur. Lakin Cavabdeh1 onlar təsisçilərin ona göstərdikləri etimad və qayğılardan vicdans ızcasına istifadə edərək “Riyad-Renta” şirkətinin “Nigar” adlı Klinikasının daşınar və daşınmaz əmlakını mənimsəmiş və əsassız varlanmışdır. Belə ki, Cavabdeh1 “Nigar Klinikası”na rəhbərlik etdiyi dövr ərzində ümumilikdə 14.417.160 manat məbləğini mənimsəmişdir. Eyni ilə də "xxxx" ticarət mərkəzindən yalancı vədlər verərək, onlar təsisçilərin etibarından sui-istifadə edərək 70 mağazanın öz adına, qalan hissəsini yaxın qohumlarının adına dəyəri ödənilmədən rəsmiləşdirməsinə nail olmuşdur. Belə ki, Cavabdeh1 həmin mağazaların dəyərini rəhbərlik etməsini ona həvalə və etibar etdikləri Nigar Klinikasından gələn gəlirlərdən ödəyəcəyini vəd vermişdir. Onlar da onun həmin dövrlərdə başına gələn ağır faciəni və s.nəzərə alaraq "xxxx" ticarət mərkəzindən Cavabdeh1 və onun yaxın qohumlarının adına m ağazaların dəyəri ödənilmədən alqı-satqı edilməsinə etiraz etməmişlər. Mübahisəli mağazaların alqı-satqısı Abşeron 1 saylı notariat kontorunda aparılmışdır. Həmin alqı- satqı müqavilələrindən də açıq-aşkar görünür ki, "xxxx" MMC ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış və mağazaların dəyəri müəyyən edilməmişdir. Sözügedən alqı-satqı müqavilələrinin dəyərinin müəyyən edilməməsi ilə yanaşı həmin əmlakların dəyərinin ödənilməsi barədə "xxxx" MMC-nin hesabına heç bir mədaxil olmamışdır. Bundan əlavə, Cavabdeh1 "xxxx" ticarət mərkəzinin tikintisi ilə əlaqədar üzərinə götürdüyü və payına düşən 41.000.000 manat hal-hazıradək ödəməmişdir və bu yolla əsassız varlanmışdır. Cavabdeh1 onları aldatmış, qeyd edilən əmlakların pulu onlara ödənilməmiş, iddiaçıla ra pulun qaytarılacağı barədə müxtəlif vədlər vermiş, daha sonradan vermiş olduğu vədə əməl etmədiyindən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
35. Cavabdehlər Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən iddia müddəti keçdiyinə görə iddia tələbindən imtina olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddia ərizəsində iddiaçılar tərəfindən etiraf edilir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş bina və tikililər 2008-ci ildə istismara qəbul olunmuş və iddia ərizəsinə əlavə olunmuş çıxışların təqdim olunmuş çıxarışların təqdim olunma tarixləri 2009-cu ilə təsadüf edilir. Yəni 2009-cu ildə verilmiş çıxarışların təqribən 8 ildən sonra iddiaçılar tərəfindən mübahisələndirilməsi onlara əsas verir ki, iddiadan imtina barəsində qərar çıxarm asına dair ərizə ilə məhkəməyə müraciət edək. Belə ki, iddiaçıların formal mülahizələrinə əsaslanan iddia tələbi təqribən 8 ildən sonra irəli sürülmüş və eləcə də ərizədə göstərilən dəlillər həqiqəti əks etdirmir. Yalnız və yalnız fərziyyələrlə əsaslandırılmışdır. Odur ki, iddiaçıların formal mülahizələrinə əsaslanmış tələbləri ilə razı olmayaraq qeyd edirlər ki, iddiaçılar qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. İddia müddətinin keçməsi barədə cavabdeh tərəfin verdiyi ərizə məhkəmə üçün iddiadan imtina edilməsinə dair qərar çıxarmasına qeyd şərtsiz əsas yaradır. Göstərilənlərə əsasən iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddiadan imtina barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 36. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qeyri-yaşa yış sahələrinin (mağazaların) qiymətləndirilməsi barədə hesabatına əsasən toplanmış məlumatlar nəzərə alınmaqla, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, mülkiyyətçilər Cavabdeh1 məxsus 70 sayda və ümumi sahəsi 1503 kv.m təşkil edən, Cavabdeh6 məxsus 98 sayda və ümumi sahəsi 3660 kv.m təşkil edən, Cavabdeh3 məxsus 8 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən, Cavabdeh2 məxsus 4 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən, Cavabdeh4 məxsus 1 sayda və ümumi sahəsi 27 kv.m təşkil edən və Cavabdeh5 məxsus 1 sayda və ümumi sahsi 27 kv.m təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında 12.83 ha torpaq sahəsi üzərində yerləşən, cəmi 182 sayda olan, ümumilikdə 5649 kv.m təşkil edən qeyri - yaşayış sahələrinin (mağazaların) tələblə təklifin qarşılıq lı təsiri nəticəsində bazar qiymətinin 1 kv.m = 1300 manat x 5649 kv.m. = 7.343.700 (yeddi milyon üç yüz qırx üç min yeddi yüz) manat, likvid qiymətinin 1 kv.m = 1100 manat x 5649 kv.m. = 6.213.900 (altı milyon iki yüz on üç min doqquz yüz) manat müəyyən edilmişdir.
37. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 02 mart 2022-ci il tarixli, 2(006)-4/2022 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, BakıSumqayıt şossesi ünvanında 12.83 ha torpaq sahəsi üzərində yerləşən və Cavabdeh1 məxsus 70 sayda və ümumi sahəsi 1503 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 1.953.900 (bir milyon doqquz yüz əlli üç min doqquz yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh6 məxsus 98 sayda və ümumi sahəsi 3660 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 4.758.000 (dörd milyon yeddi yüz əlli səkkiz min) manat məbləğində pul Cavabdeh6, Cavabdeh3 məxsus 8 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin dəyəri olan 980.800 (doqquz yüz səksən min səkkiz yüz) manat pul Cavabdeh3, Cavabdeh2 məxsus 4 sayda və ümumi sahəsi 216 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 280.800 (iki yüz səksən min səkkiz yüz) manat pul Cavabdeh2, Cavabdeh4 məxsus 1 sayda və ümumi sahəsi 27 kv.m təşkil edən qeyriyaşayış sahələrinin dəyəri olan 35.100 (otuz beş min yüz) manat pul Cavabdeh4, Cavabdeh5 məxsus 1 sayda və ümumi sahsi 27 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri olan 35.700 (otuz beş manat yeddi yüz) manat pul Cavabdeh5 tutularaq "xxxx" MMC- nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 27.300 (iyirmi yeddi min üç yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutulub "xxxx" MMC, VÖEN: **********, hesablaşma hesabı «Unibank» KB-nin 11 saylı Dərnəgül filialına köçürülməsi qət olunmuşdur.
38. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiçılar "xxxx" MMC-nin təsisçiləri olmuş, daha sonradan yuxarıda qeyd olunan əmlakların çox hissəsi alğı-satqı müqavilələri əsasında qiymətləri göstərilməməklə, nağd şəklində cavabdehlərə satılmışdır. "xxxx" MMC-nin maliyyə çıxarışına əsasən isə cavabdehlər tərəfindən Cəmiyyətə hər hansı bir vəsait daxil olmamışdır. İddiaçılar hal-hazırda mülkiyyətində olmuş əmlakların satışından əldə olunmalı pul vəsaitinin onlara geri qaytarılmasını xahiş edir.
39. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından aydın görünür ki, iddiaçılar təsisçisi olduqların "xxxx" MMC-nin mülkiyyətinə olan daşınmaz əmlakları cavabdehlərin mülkiyyətinə keçirmiş, lakin cavabdehlər isə əldə etdikləri əmlakların qarşılığında "xxxx" MMC-nin xəzinəsinə hər hansı bir vəsait daxil etməmişdir. Bunun əksini sübut edən isə hər hansı bir ödəmə qəbzi və s. mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçılar hal-hazırda mülkiyyətində olmuş əmlakların satışından əldə olunmalı pul vəsaitinin onlara geri qaytarılmasını xahiş edir.
40. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfindən hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilmiş, lakin iddiaçılar ın tələbləri mülkiyyətlərində olduqları pul vəsaitin geri qaytarılması tələbi olduğundan məhkəmə hesab etmişdir ki, qeyd olunan iddiaya iddia müddəti tətbiq edilə bilməz.
41. Məhkəmə həmçinin iddianın tutulan pul məbləğinin 10.000.00 manat məbləğində olmaması hissəsində qeyd etmişdir ki, iddiaçılar iddiasına 10.000.000 manat məbləğini iddia etsələrdə məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəydə bu hal öz əksini tapmamışdır.
42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560, 567, 646.1, 646.2, 385.1, 425.1, 448.1, 384.0.4, 375.1, 375.2, 377.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3, 119.1, 216220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat
43. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətləri verərək, qətamənin tam ləğv olunması və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər.
44. Cavabdeh1 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlərə qarşı belə bir iddia tələbinin qaldırılması üçün iddiaçıların subyektiv hüququnun olubolmaması, eləcə də iddiaçıların qaldırdığı tələblər açıq-aşkar korporativ münasibətlərdən irəli gələn mübahisələrə aid olduğundan məhkəmə aidiyyatının kommersiya məhkəməsinə aid olması məsələləri- ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçılar tərəfindən həm iddianın predmeti, həm də əsası dəyişdirilsə də, yəni nəticə etibarı ilə yeni bir iddia tələbi təqdim olunmasına baxmayaraq, məhkəmə həmin halı ümumiyyətlə dəyərləndirməmişdir. İddianın predmetini- mübahisəli əmlakların alğı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manat cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi təşkil etsə də, məhkəmə bilə-bilə qanunsuz olaraq iddia predmetindən kənara çıxmış və məhkəmə işində tərəf olmayan "xxxx" MMC-nin xeyrinə əsassız olaraq pul vəsaitinin tutulmasını qət etmişdi. İddiaçılarla cavabdehlər arasında başa çatmış və hazırkı iş üçün zəruri əhəmiyyət kəsb edən və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4055/2019 saylı, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-757 /2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1217/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5707/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarları- müəyyən edilmiş faktlara, hallara və tərəflərin hüquq münasibətlərinə isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Qanunvericiliyə əsasən-başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə isə, qanunla müəyyən edilmiş iddia müddətin keçməsi ilə bağlı iddiadan imtina edilməsi barədə ərizəni əsassız və qanunsuz olaraq təmin etməmişdir. İddiaçıların dəlillərinə görə, Cavabdeh1 25% payına düşən 41.000.000 (164 000 000 x 25%) manat məbləğ i lə şərt olaraq razılaşsaq (əlbəttə ki, biz bununla razı deyilik), müəyyən olunur ki, təsisçilər tərəfindən MMC-yə ümumilikdə 164.000.000 manat investisiya qoyulmalı idi. Digər tərəfdən, şahid ifadələri ilə müəyyən olunmur ki, digər təsisçilər həqiqətən öz paylarına uyğun 50% paya görə 82.000.000 manat və 25% paya görə isə 41.000.000 manat, toplam 123.000.000 manat investisiya qoymuşlar. Eyni qayda ilə cavabdehlər ilə MMC arasında müqavilələr imzalansa da, məhkəmə heç bir mötəbər əsas və səbəb qeyd etmədən cavabdehlər ilə bağlanmış müqavilələrdə qiymətlərin göstərilməməsini və onlar tərəfindən pul vəsaitinin ödənilməməsini müəyyən etmişdir. Qeyd olunur ki, mübahisələndirilən müqavilələr üzrə iddiaçılar ümumiyyətlə tərəf olmamışlar. Eləcə də, müqavilədə tərəf olan MMC isə hazırkı məhkəmə işi ndə nə iddiaçı, nə cavabdeh, nə də 3-cü şəxs kimi tərəf deyildir. Bir sözlə, iddiaçılar fiziki şəxs olaraq MMC-nin hüquq və öhdəliyinə görə cavabdeh olmadıqları halda, hüquqi şəxsin hüquq və öhdəliklərindən yaranmış iddiaları öz adlarından verilməsi qəbul edilən deyildir.
45. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, Cavabdeh6 Azərbaycan Respublikasından kənarda olduğundan, məhkəmə iclaslarından xəbərdar olmamış və işdə iştirak edən vəkilə və nümayəndəyə isə məhkəmə iclasları barədə lazımi qaydada məhkəmə bildirişləri təqdim edilməmişdir. Eləcə də, vəkilin məhkəmə informasiya sistemində şəxsi kabineti olmasına baxmayaraq, məhkəmə onu hazırkı iş üzrə qeydiyyata almamışdır. Odurki, ondan aslı olmayan səbəbdən-Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102) -4055/2019 saylı, xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-757/2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1217/2021 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5707/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarlarının; 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülməsi barədə arayışların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
46. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin (2-ci redaksiyada) xx.xx.2014-cü il tarixdə təsdiqi onu sübut edir ki, həmin dövrdə təsisçilər arasında hər hansı bir mübahisə olmamış, tərəflərin qarşılıqlı razılıqları əsasında onların MMC-nin nizamnamə kapitalındakı paylarına hər hansı bir dəyişiklik edilmədən yenidən təsdiq edilmişdir. Bu fakt,elecə də, iş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli 04 nömrəli və xx.xx.2014-cü il tarixli 05 nömrəli protokolları ilə bir daha sübut olunur. Belə ki, həmin potokollardan müəyyən olunur ki, MMC-nin təsisçiləri qarşılıqlı razılıq əsasında öz paylarına uyğun bölgülər aparmış və həmin protokolları notariat qaydada təsdiqləmişlər. Qeyd edilir ki, 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülmüşdür.
47. Cavabdeh5 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin (2-ci redaksiyada) xx.xx.2014-cü il tarixdə təsdiqi olunması; notariat qaydada təsdiqlənmiş "xxxx" MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli 04 nömrəli və xx.xx.2014-cü il tarixli 05 nömrəli protokollarında göstərilən pay bölgüləri; 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə olunan gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülməsi və həmin dövrədək tərəflər arasında ümumiyyətlə hər hansı bir mübahisənin olmaması-faktlarının məhkəmə tərəfindən araşdırılmaması və dəyərləndirilməməsi onu sübut edir ki, məhkəmə cavabdehlərə qarşı qərəzli olmuş və nəticə etibarı ilə iş üzrə əhəmiyyətli halları müəyyən etməmişdir. Göründüyü kimi, hazırkı iddiaçılarla cavabdehlər arasında bir sıra məhkəmə mübahisələri olsa da, həmin məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş faktlar və hüquq münasibətləri nəzərə alınmamış və nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
48. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, ümumiyyətlə maddi və prosessual hüquq normlarının pozulması ilə nəticələnin qətnamə qəbul etmişdir. Bakı şəhəri Nəsini Rayon Məhkəməsinin 2(006)-4\2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddianın predmetini isə mübahisəli əmlakların alqı-satqısına dair əldə edilmiş pul vəsaitinin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manatın cavabdehlərdən tutularaq iddiaçılara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi təşkil edir. Açıqaşkardır ki, məhkəmə bilə-bilə qanunsuz olaraq iddia predmetindən kənara çıxmaqla yanaşı, həm də məhkəmə işində tərəf olmayan "xxxx" MMC-nin xeyrinə pul vəsaitini tutmaqla, qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsini sübut edir.
49. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 05 aprel 2023-cü il tarixli, 2(103)-2686/2023 nömrəli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdiyev və F.H.Qasımov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və müəyyən etmişdir ki, iddiçılar "xxxx" MMC-nin təsisçiləri olmuş, daha sonradan yuxarıda qeyd olunan əmlakların çox hissəsi alğı-satqı müqavilələri əsasında qiymətləri göstərilməməklə, nağd şəklində cavabdehlərə satılmışdır. "xxxx" MMC-nin maliyyə çıxarışına əsasən isə cavabdehlər tərəfindən Cəmiyyətə hər hansı bir vəsait daxil olmamışdır. İddiaçılar mülkiyyətində olmuş əmlakların satışından əldə olunmalı pul vəsaitinin onlara geri qaytarılmasını xahiş etmişlər.
51. Kollegiya hesab etmişdir ki, iddiaçılar təsisçisi olduqları "xxxx" MMC-nin mülkiyyətində olan daşınmaz əmlakları cavabdehlərin mülkiyyətinə keçirmiş, lakin cavabdehlər isə əldə etdikləri əmlakların qarşılığında "xxxx" MMC-nin xəzinəsinə hər hansı bir vəsait daxil etməmişdir. Bunun əksini sübut edən isə hər hansı bir ödəmə qəbzi və s. mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Buna görə də, idida işdə olan sübutlara əsasən düzgün olaraq qismən təmin edilmişdir
52. Kollegiya apellyatorların prosessual məsələlərlə bağlı dəlillərini əsassız hesab edərək göstərmişdir ki, işdə olan sübutlara əsasən cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar. iddia ərizəsi xx.xx.2017-ci il tarixdə verilmiş, həmin vaxtı qüvvədə olan Mülki Prosessual Məcəllənin tələblərinə uyğun işə aidiyyəti üzrə düzgün olaraq ümumi məhkəmədə baxılmışdır.
52. Kollegiya məhkəmənin iddia müddəti ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, apellyatorların dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçıları n tələbləri mülkiyyətində olduqları pul vəsaitin geri qaytarılması tələbi olduğundan qeyd olunan iddiaya iddia müddəti tətbiq edilə bilməz.
53. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə,.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına, Mülki Məcəllənin 6.2, 384.0.4, 385.1, 375.1, 375.2, 377.1, 425.1, 448.1, 560, 560.2, 567, 646.1, 646.2-ci və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətlərinin dəlilləri
54. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 (Vəkil3), Cavabdeh1, Cavabdeh6 (Vəkil4), Cavabdeh3 və Cavabdeh5 (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayəti verərək qətn amənin ləğv edilib, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
55. Kassasiya şikayətləri apellyasiya şikayətləriinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, MMC tərəfindən MMC-nin təsisçilərindən biri olan Cavabdeh1 notariat qaydada təsdiqlənmiş müqavilə əsasında əgər 43 ədəd mağaza bağışlanırsa, həmin bağışlanmış mağazalar üçün 10 ildən artq müddət keçdikdən sonra MMC-nin digər təsisçiləri tərəfindən məhkəmə qətnaməsi əsasında hədiyyə alandan həmin 43 ədəd mağazaya görə pul vəsait MMC-yə tutulursa, göstərilən Qətnamənin əsassız, qanunsuz və ədalətsiz olması açıq-aşkardır. Eyni zamanda, digər mağazalar görə də, qətnamə çıxarılarkən məhkəmə kollegiyası tərəfindən göstərilən maddələrin tələbləri açıq-aşkar pozulmuşdur.
56. Belə ki, işin hallarından müəyyən olunur ki, cavabdehlər hüquqi şəxs olan "xxxx" MMC- ilə müqavilələr imzalamışlar. İddiaçılar tərəfindən "xxxx" MMC ilə cavabdehlər arasında bağlanılmış müqavilələrdən irəli gələn pul öhdəliklərinin guya cavabdehlər tərəfindən icra olunmaması və həmin pulların birbaşa iddiaçılara ödənilməsi iddia olunur. Açıq-aşkardır ki, mübahisələndirilən müqavilələr üzrə iddiaçılar ümumiyyətlə tərəf olmamışlar. Belə ki, müqavilədə tərəf olan MMC isə hazırkı məhkəmə işində nə iddiaçı, nə cavabdeh, nə də 3-cü şəxs kimi tərəf deyildir. Bir sözlə, iddiaçılar fiziki şəxs olaraq MMC-nin hüquq və öhdəliyinə görə cavabdeh olmadıqları halda, hüquqi şəxsin hüquq və öhdəliklərindən yaranmış iddiaları öz adlarından verilməsi qəbul edilən deyildir. Həmin hal MMC-nin Nizamnaməsinin 3.2-ci bəndi il ə və Mülki Məcəllənin 52.2-ci və 87.1ci maddələri ilə tam təkzib olunur. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Apellyasiya baxışında aşağıda qeyd edilən halların müəyyənləşdirilməsi üçün MMC-nin mühasibat uçotu və maliyyə hesabatları əsasında müqayisəli təhlili həyata keçirilməli idi: Məhkəmə iddiaçılar tərəfindən tələb olunan pul vəsaitinin onlar tərəfindən həqiqətən MMC-nin kassasına və ya hesablaşma hesabına mədaxil olunub olunması;həmin pul vəsaitlərinin MMC-nin kassasından və ya hesablaşma hesabından məxaric olunub-olunmamasını, o cümlədən hansı m əqsədlər üçün istfadə edilməsini; həmin dövrdə, yəni 2008-ci ildə qeyri-yaşayış sahələri artıq qəbul istismar aktına əsasən MMC-nin aktivlərinə aid edilərkən, həmin əmlakların balanc dəyərlərini və s. bu kimi halları araşdırılması üçün, MMC-nin mühasibat uçotu və maliyyə hesabatları əsasında müqayisəli təhlil etməklə müəyyən etmək əvəzinə, əsassız və qanunsuz olaraq, MMC-nin mühasibatlığına heç bir adiyyətı olmayan şahid ifadələri ilə müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə məhkəmə səhf nəticəyə gəlmiş və əsassız qətnamə çıxarmışdır.
57. Həmçinin MMC-nin xeyrinə pul vəsaitnin və ya əmlakın tutulması, həmin pulun və ya əmlakın MMC-nin mülkiyyət hesab edildiyindən, yəni iddiaçıların mülkiyyət hesab edilməsi üçün hər hansı bir sübut olmadığından, eyni zamanda tələb olunan pu l vəsaitlərinin iddiaçıların mülkiyyət hesab edilməsi üçün hər hansı bir maddi hüquq norması mövcud olmadığına görə, məhkəmə kollegiyası tərəfindən qanunla müəyyən edilmiş iddia müddətnin keçməsi ilə bağlı iddiadan imtina edilməsi barədə Ərizə təmin edilməməklə, cavabdehlərin hüquqlarına qarşı açıq-aşkar qərəzli və ədalətsiz qənaətə gəlimiş və bununla da göstərilən maddi hüquq normasının tələbi pozulmuşdur.
58. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4\2022 saylı, xx.xx.2022-ci il tarixli Qətaməsini dəyişdirmədən qüvvədə saxlanılması qətnaməsinə gələrkən apellyasiya instansiyası məhkəməsi bilməli idi ki, iddianın predmetni- mübahisəli əmlakların alqısatqısına dair əldə edilmiş pul vəsaitnin əvəzi olaraq həmin əmlakların dəyəri olan 10.000.000 manatn cavabdehlərdən tutularaq iddiaçıla ra, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi-təşkil edtdiyi halda, cavabdehlərdən pul vəsaitn in tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinin təmin edilməsi üçün qüvvədə olan hər hansı bir hüquq norması mövcud deyildir. Açıq-aşkardır ki, məhkəmə bilə-bilə qanunsuz olaraq iddia predmetndən kənara çıxmaqla yanaşı, həm də məhkəmə işində tərəf olmayan "xxxx" MMC-nin xeyrinə pul vəsaitini tutmaqla, qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsini sübut edir.
59. İş materiallarında olan notariat qaydada təsdiqlənmiş "xxxx" MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli 04 nömrəli və xx.xx.2014-cü il tarixli 05 nömrəli protokollarında göstərilən pay bölgüləri; "xxxx" MMC-nin Nizamnaməsinin (2-ci redaksiyada) xx.xx.2014-cü il tarixdə təsdiqi olunması ilə təsisçi lərin yekdil olması; 2015-ci ilin dekabr ayınadək MMC-nin bütün mağazalardan əldə o l u n a n gəlirləri təsisçilərin paylarına mütənasib bölüşdürülməsi və həmin dövrədək tərəflər arasında ümumiyyətlə hər hansı bir mübahisənin olmamasıfaktlarının gizlədilməsi, yəni olmamış kimi göstərilməsi onu sübut edir ki, məhkəmə cavabdehlərə qarşı qərəzli olmuş və nəticə etbarı ilə iş üzrə əhəmiyyətli halları müəyyən etməmişdir.
60. İddiaçılar tərəfindən həm iddianın predmet, həm də əsası 2 dəfə dəyişdirilməklə nəticə etibarı ilə yeni bir iddia tələbi təqdim olunsa da və bununla bağlı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinin pozulmasına, eləcə də Konstitusiyası Məhkəməsində formalaşmış hüquqi mövqeyə zidd olmasına dair birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş kobud qanu n pozuntuları barədə apellasiya şikayətndə göstərilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkəmə təcrübəsinin vahidliyinin açıq-aşkar pozulması ilə nətcələnən qətnamə qəbul edilmişdir.
61. Hazırkı iş üzrə iddiaçılar olan- İddiaçı2 və İddiaçı1, eləcə də Cavabdeh1 arasında bundan öncə yaranmış məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında- hazırda olduğundan fərqli olaraq həmin vaxt təsisçilər arasında hər hansı bir məhkəmə mübahisə və fikir ayrılıqlarının olmaması; həqiqətən 05 fevral 2008-ci il tarixdə "xxxx" MMC-nin təsisçilərin növbədənkənar ümumi yığıncağının keçirilməməsi; "xxxx" tcarət mərkəzi digər təsisçilərin şəxsi vəsait hesabına tikilmişdirsə, onda həmin mərkəzdə iddiaçının və ailə üzvlərinin, həmçinin qohumlarının adına çoxsaylı mağazalara dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; "xxxx" MMC təsisçilərinin növbədənkənar ümumi yığıncağının 05 fevral 2008-ci il tarixli iclasında qeyd olunan formada qərar qəbul edilə bilməzdi; Azinteroil” MMC 24 oktyabr 2016-cı il tarixli protokolu əsasında qəbul olunmuş Qərarların hüquqi əsaslarının olmadığı üçün etbarsız hesab edilməsi; və bu cür qərarların Cavabdeh1 mülkiyyət hüquqlarının pozulması- faktları və tərəflərin hüquq münasibətləri açıq- aşkar müəyyən edildiyi halda, hazırkı məhkəməhəmin faktları və tərəflərin hüquq münasibətlərini əsassız və qanunsuz olaraq yenidən mübahisə obyektinə çevirmiş; eləcə də etbarsız hesab edilən Protokolla qiymət verməklə, gəldiyi nəticə üçün mühüm əhəmiyyət olan yuxarıda göstərilən faktiki halların gizlədilməsinə cəhd edilmiş və həmin halla r, faktlar üzrə heç bir dəyərləndirmə aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
63. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
64. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
65. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
66. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
67. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
68. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
69. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahi yyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
70. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
71. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
72. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
82. Belə ki, iddiaçılar "xxxx"MMC-nin təsisçiləri kimi məhkəmədə iddia qaldıraraq MMC-nin digər təsisçisi olan Cavabdeh1 və onun yaxın qohumları olan cavabdehlərlə 2009-ci ildə bağlanmış alqı-satqı müqavilələri üzrə alınmış qeyri-yaşayış sahələrin ə görə alıcılar tərəfindən hər hansı ödəniş edilməməsinə əsaslanaraq həmin əmlakların bazar dəyərinin tutlmasını cavabdehlərdə tələb edirlər. Cavabdehlər isə mübahisəyə daşınmaz əmlak müqavillələri üzrə tələb hüququ üzrə 6 illik iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd edilməsini xahiş edir.
83. Məhkəmələr iddiaçıların tələblərinin mülkiyyətlərində olan pul vəsaitinin geri qaytarılması tələbi olduğundan qeyd olunan iddiaya iddia müddətinin tətbiq edilməməsi qənaətinə gəlmiş, bu zaman Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etmişdirlər.
84. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edilməsi düzgün olmamışdır. Belə ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları i lə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır.
85. Hazırki iddiada tələb edilən pul vəsaiti daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmədiyi iddia edilən alınmış əşyanın dəyəri olduğundan mübahisə üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş daşınmaz bağlı müqavilə tələbləri üzrə iddia müddəti əsas götürülməlidir.
86. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa ş əxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.
87. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıc ıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
88. Cavabdehlərə daşınmaz əmlakın satılması barədə müqavilələr 2009-cu ildə notarial qaydada bağlanmış və müqavilələrdə satılan əşyanın tam dəyəri göstərilməsə də, həmin müqavilələrdə ilkin razılaşma müqaviləsindən qalıq məbləğlər göstərilmiş, həmin əmlak cavabdehlərin istifadəsinə verilmiş və bu əmlaklara dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin bəzi daşınmaz əmlaklar isə bağışlama müqaviləsi əsasında əvəzsiz olaraq cavabdeh Ş Şahbazovun mülkiyyətinə keçmişdir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydın lıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
90. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olun an iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
91. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehlərin ərizəsi üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətini tətbiq etməklə işi yenidən araşdırmalı və maddi hüquq normalarının tələblərinə cavab verən qətnamə qəbul etməlidir.
92. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətinin işin nəticəsi üçün əhəmiyyətli olan dəlilləri, yəni iddianın qaldırılması üçün iddiaçıların subyektiv hüququnun olmaması, həmçinin iddianın iddia tələbindən kənara çıxmaqla təmin edilməsi və işdə iştirak etməyə cəlb edilməyən hüquqi şəxsin xeyrinə pul tutulması, həmçinin iddia tələbinin Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinin tələbləri pozulmaqla dəyişdirilməsi barədə dəlilləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və bu dəlillərə hər hansı hüquqi qiymət verilməmiş, bununla da cavabdehlərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
93. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılma sı hüququna malikdir.
94. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.
95. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.
96. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaq la kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
97. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.
98. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud deyildir.
99. İşə yenidən baxan məhkəmə hazırk i qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
100. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2023-cü il tarixli 2(103)-2686/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.