Məhkəmə qərarları › İş №2(102)-2602/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2602/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2602/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əsassız varlanmaya görə pul tələbi) 12.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh qızı və onun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XX nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən (İş № 1(101)-630/2019), Cavabdeh (hazırki iş üzrə cavabdeh) Azərbaycan Respublikasının CMnin 178.2.1-ci, 178.2.4-cü, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 178.2.1-ci və 178.2.4-cü maddələrlə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 32 4., 312.2-ci maddə ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə uyğun olaraq Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən olunaraq o, hə min cəzaya şərti məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh qabaqcadan bir qrup şəxslə əlbir olub etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxs halında vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü və qeyrisi vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Cavabdeh, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilən qardaşı XX5 ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin” 1-ci və 6.1-ci maddələrinə əsa sən ali və orta ixtisas təhsil müəssisələrinin müxtəlif pillələrinə tələbə qəbulunun müasir kompüter texnologiyalarından istifadə etməklə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməsinə və ona müraciət etmiş şəxsin əsasnamə ilə müəyyən edilən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən imtahan üzrə hər hansı ali və orta ixtisas təhsil müəssisəsinə qəbul edilmədiyini bilməsinə baxmayaraq 2005-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunmuş imtahanlarda “RF” altqrupu üzrə 103.339 bal, “RK” altqrupu üzrə 96.339 bal, 2008-ci ildə “R” altqrupu üzrə 31 bal toplayıb hər hansı təhsil müəssisəsinə qəbul olunmamasına görə respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrindən birinə qeyri-qanuni yolla qəbul olunmasında köməklik göstərilməsinə dair 20 08-ci ilin sentyabr ayında özünə müraciət edən tanışı (hazırki iş üzrə iddiaçı) İddiaçı XXX Universitetinin rəhbər vəzifəli şəxsləri ilə olan yaxın münasibətlərindən istifadə etməklə onu tələbə kimi həmin universitetə qəbul etdirmək imkanına malik olduqlarını XX5la birlikdə yalandan bildirərək aldatmış, məsələni yaxın münasibətdə olduğu göstərilən vəzifəli şəxsə İddiaçı xeyrinə bilə-bilə qanunsuz hərəkətin edilməsinə görə özü və XX5un vasitəsi ilə birbaşa yolla maddi nemət olan 15000 manat verilməsi müqabilində həll edəcəyini bildirəndə bu adla 2008-ci ilin oktyabr ayında İddiaçı özünün yaşadığı ünvan 1 ünvanının yaxınlığında 15000 manat məbləğində pul vəsaitini alaraq XX5la aralarında bölmüş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı məxsus 15000 manat məbləğində pu l vəsaitini, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib adı çəkilən şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, XX5la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və XX5 vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə İddiaçı təhrik etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 15000 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10000 manat, çəkdiyi xərclərin əvəzinin ödənilməsi məqsədi ilə 5000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçını aldadaraq iddiaçıya məxsus 15000 manat məbləğində pulu ələ keçirməsi faktı ilə bağlı istintaq orqanı tərəfindən icraatı başlanılmış ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmünə əsasən cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş, təqsirli bilinərək sınaq müddəti tətbiq edilməklə şərti cəzaya məhkum edilmişdir. Ona qaytarmalı olan 15000 manat isə ödənməmişdir. Odur ki, qeyd edilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı, pozulmuş hüquqlarının bərpası üçün 5000 manat məbləğində xərc çəkmişdir ki, həmin xərcin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmış, psixoloji iztirablar keçirmişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 10000 manat məbləğində pul tutulmalıdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 14100 manat məbləğində pul vəsaitin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu i l tarixli hökmü ilə Cavabdeh qızının hüquqi əsas olmadan İddiaçı 15000 manat pulu alması müəyyən edilmiş,dir. Belə olan halda cavabdeh hüquqi əsas olmadan başqa şəxsin, yəni iddiaçının hesabına əldə etdiyi əmlak olan pul vəsaitini iddiaçıya geri qaytarmalıdır. Məhkəmə iddia tələbinə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsinin sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsi, barəsində baxılan cinayət işi üzrə İddiaçı şahid statusunda olması, buna görə də, həmin pulu tələb etmək hüququnun olmaması ilə bağlı cavabdehin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, iddiaçının sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs statusuna xitam verilsə də, hökmlə Cavabdeh qızının İddiaçı 15000 manat məbləğində pul vəsaitini alması müəyyən olunmuşdur, hansı ki, məhkəmə artıq bu məsələyə yuxarıda hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019- cu il tarixli hökmü ilə Cavabdeh qızının İddiaçı aldığı puldan ümumilikdə 900 manat məbləğində hissəsini qaytarması təsdiq olunduğundan, həmin məbləğ nəzərə alınmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə zərərçəkən şəxs olmadığı üçün hazırda maddi ziyan tələb edə bilməz. İddiaçının əməli də hüquqaziddir və buna görə də onun rüşvət kimi verdiyi vəsaiti geri tələb etməyə hüququ yoxdur. Bundan başqa cinayət işi üzrə müəyyən edilmişdir ki, iddiaçıdan pulu XX5 almış və həmin puldan cavabdehə heç bir qəpik belə çatmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Xumar Mərdanova) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri i lə bağlı qeyd etmişdir ki, MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən hökmdən göründüyü kimi, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Həmin cinayət işi üzrə iddiaçının zərərçəkən şəxs qismində tanınıbtanınmasından asılı olmayaraq iddiaçının hazırkı tələbi irəli sürməyə hüququ var. Çünki məhkəmənin hazırki iddia tələbi üzrə müəyyən etməli olduğu hal cavabdehin iddiaçıya məxsus pul vəsaitini ələ keçirib-keçirməməsidir. Cavabdehin h əmin vəsaiti ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır, cavabdeh məhz buna görə də məhkum olunmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınıb-tanınmaması, baş vermiş hadisə ilə bağlı iddiaçının hüquqazidd əməli hazırki mülki işə baxılan zaman heç bir əhəmiyyət kəsb etmir. Cavabdeh pul vəsaitini heç bir hüquqi əsas olmadan əldə etdiyi üçün əsassız varlanmışdır və o, aldıqlarını iddiaçıya qaytarmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi qanuni qüvvəsin almış hökmlə 15000 manatın taleyi, kimdə olduğu müəyyən edilməmişdir. Belə ki, qeyd olunan vəsait cavabdehin iştirakı ilə iddiaçı tərəfindən vəfat edən şəxsə göndərilmişdir. O isə öz növbəsində iddiaçını söz verdiyi kimi ali məktəbə qəbul etdirmişdir. Təhsil aldığı dövrdə iddiaçının oğlu dərslərə məsuliyyətsiz yanaşmış və bu da onun imtahanlardan kəsilməsinə və yekunda Universitetdən qovulmasına səbəb olmuşdur. Yəni iş üzrə barəsində xitam verilmiş digər təqsirləndirilən şəxs cinayət törətmiş olsa da, üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Buda iddiaçının qeyd olunan pulu tələb etmək hüququnun olmadığını bir daha sübuta yet irir. Eyni zamanda cinayət işi üzrə məhkəmə gedişatı zamanı qeyd olunan pul vəsaiti təqsirləndirilən şəxsdən tutulmuş olsa belə, pul iddiaçıya deyil, dövlət nəfinə ödənilməli idi. Ona görə də İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi statusuna xitam verilmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş Sübutların qiymətləndirlməsi haqqında qərarda, CPM-nin 39.1.5-ci maddəsi ilə cinayət işi üzrə digər təqsirləndirilən şəxs vəfat etdiyindən ona münasibətdə cinayət təqibinə, eyni zamanda hazırki mülki iş üzrə İddiaçı zərərçəkmiş şəxs statusuna xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən mahkəm ə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunan müddəa bir daha həm birinci instansıya məhkəməsinin, həm də apellyasiya məhkəməsinin işə səthi yanaşdığını göstərir. Belə ki, məhkəmə adıçəkilən müddəaya istinad etməyi uyğun görürsə, o halda cinayət işi ilə tanış olub, mübahisə predmeti olan 15000 manatın taleyini daha dərindən araşdırmalı və pulun hansı hissəsinin iş üzrə cavabdehdən tutulmalı olduğunu müəyyən etməli idi. Pulun qalan hissəsini isə cinayət işi üzrə barəsində vəfat etdiyinə görə xitam qərarı çıxarılmış digər təqsirləndirilən şəxsin hüquqi varisindən tutulmalı olduğunu göstərməli idi. Lakin işə baxan hər iki məhkəmə qeyd olunan faktı araşdırmamış və bütün öhdəliyi cavabdehin üzərinə qoyaraq, 15000 manatın tam şəkildə ondan t utulması barədə qətnamə qəbul etmişdir. Bu isə bir daha qeyd olunan qətnamələrin qanunsuz olduğunu göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədəqorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı cinayət məsuliyyətindən azad olsa da, onun cinayətdə iştirakçılığı danılmaz faktdır. Bu səbəbdən də, onun göstərilən pulu və ya digər rüşvət qismində verdiyi neməti geri tələb edə bilməz. Göründüyü kimi Cavabdeh cinayət işi üzrə heç bir iştirakçılığı olmamışdır. Yalnız cinayətə təhrik etmə halı mövcud olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahat dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallard a baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədl əri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamı şdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx. xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci, 178.2.4-cü, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 178.2.1-ci və 178.2.4-cü maddələrlə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 32 4., 312.2-ci maddə ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə uyğun olaraq Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən olunaraq o, həmin cəzaya şərti məhkum edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh qabaqcadan bir qrup şəxslə əlbir olub etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmla kını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq, qabaqcadan əlbir olduğu bir qrup şəxs halında vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü və qeyrisi vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmə əməlləri ilə təqsirli bilinərək məhkum edilmişdir. İddiaçı hazırkı tələbində cavabdehdən həmin hökmlə müəyyən edilmiş 15000 manat pulun qaytarılmasını tələb edir. Tələbin digər rədd edilən hissələri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına istinad edərək qeyd etmişdir ki, hökmdən göründüyü kimi, Cavabdeh aldatma və etibardan suiistifadə et mə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Həmin cinayət işi üzrə iddiaçının zərərçəkən şəxs qismində tanınıb-tanınmasından asılı olmayaraq iddiaçının hazırkı tələbi irəli sürməyə hüququ var. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokuroru ya nında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2019-cu il tarixli qərarında müəyyən edilir ki, İddiaçı (hazırki iş üzrə iddiaçı) əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,312 (rüşvət verməyə cəhd) kimi qiymətləndirilmiş, lakin o törətdiyi əməl barədə könüllü olaraq məlumat verdiyindən CM-nin 312-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, cinayət işinin başlanmasının rədd edilmiş xüsusatlarla bağlı materialları ayrılaraq İdarənin arxivində saxlanılmışdır. Həmçinin işdən müəyyən edilir ki, Cavabdeh təqsirləndirildiyi cinayət işi üzrə İddiaçı zərəçəkmiş şəxs qismində statusuna xitam verilmişdir. Göründüyü kimi, iddiaçı 15000 manatı cavabedehə rüşvət kimi verməklə cinayət törətmişdir, lakin törətdiyi cinayət əməli barəsində könüllü olaraq hüquq mühafizə orqanlarına məlumat verdiyindən cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Rüşvət verənin rüşvətin predmeti olan həmin pulu, qiymətli kağızları və ya sair maddi nemətləri rüşvət alandan, yaxud r üşvətdə vasitəçilik edən şəxsdən tələb etmək hüququ, sonuncuların isə rüşvətin predmetini rüşvət verənə qaytarmaq öhdəliyi əmələ gəlmir. Rüşvətin predmeti olmuş pulu, qiymətli kağızları və ya sair maddi nemətləri rüşvət alandan, yaxud rüşvətdə vasitəçilik edən şəxsdən tələb etmək hüququ CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirə qaydasında dövlət tələb edə bilər. Rüşvət verənin rüşvətin predmeti olmuş pulu, qiymətli kağızları və ya sair maddi nemətləri tələb etmənin hüquqi əsasları qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət məsuliyyətindən azad edilməsi onun əməlinin hüquqazidd olmasını aradan qaldırmır və cinayət predmetinə çevrilmiş pulun tələb edilməsinə hüququ əsas vermir. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmiş, bu barədə cavabdehin dəlillərinə qiymət verərəkən pulun iddiaçıdan aldatma və etibardan sui-sitifadə yolu ilə alınmasını qeyd etmiş, lakin cavabdehin əməllərində həmçinin rüşvət verməyə təhriketmə cinayətinin olmasını diqqətdən qaçırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1092-ci maddəsində göstərilən “varlanmış şəxs” və “məhrum olan şəxs” anlayışları Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Hazırki işdə əsassız varlanmanın dispozitiv şərtlərinin mövcud olması üçün 3 hal müəyyən edilməlidir: 1) Məhrum olan əmlakından məhrum olmalıdır, 2) Varlanan şəxs əmlak əldə etmə lidir, 3) Varlanan şəxs məhrum olanın əmlakı hesabına varlanmalıdır. Baxılan iş üzrə iddiaçı həmin pulu rüşvət kimi verdiyindən və həmin pulun müqabilində qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözlədiyindən, o, əmlakdan məhrum olan şəxs kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməyək maddi hüquq normasının tələblərini pozmuşdur. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv e dilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XX nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar