Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2604/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işi üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız sayılması barədə tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəkil Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2569/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)250/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclular X4, X7, X6, X9 və X2 tələbkar "xxxx" QSC-nə olan borcu cəmi 85991,75 ABŞ dolları məbləğində borcunun mülkiyyət hüququ üzrə X5 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 4 nömrəli evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti kimi likvid qiyməti 32000 manat məbləğində və mülkiyyət hüququ üzrə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 0,0249 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti kimi l ikvid qiyməti 66000 manat məbləğində müəyyən edilib yönəldilməsi qərara alınmışdır;
3. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 tərəfindən verilmiş N.M-107471/2022 saylı, xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə daxil olmuş) sifariş üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 66000 manat olmaqla hərracın keçirilməsi xx.xx.2023-ci il tarixə saat 10:00-a təyin edilmişdir; 4. 07.06.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi ( məktubu) ilə bildiriş göndərilmişdir;
5. Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində X1 və X3 ünvanı ünvan 3stərilən ünvana göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından X1 və X3 digər ünvanları və ya digər əlaqə vasitəsi barədə məlumat verilməsi xahiş olunmuşdur; 6. xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmuş, lakin qalib alıcı protokolu imzalamaqdan imtina etmişdir. Odur ki, xx.xx.2023cü il tarixdə təyin edilmiş ilkin hərrac baş tutmamışdır. xx.xx.2023-ci il tarixdə “Birj anews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir;
7. Cavabdeh2 MMC tərəfindən İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin satış qiyməti 56100 manat məbləğində müəyyən edilməklə təkrar hərracın keçirilməsi xx.xx.2023cü il tarixə saati 10:00-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, icra vərəqəsində qeyd edilən ünvandan köçməsi qeydi i lə geri qaytarılmışdır; 8. xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamış və xx.xx.2023-cü il tarixdə təyin edilmiş təkrar açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında bununla bağlı elan yerləşdirilmişdir;
9. Cavabdeh2 MMC tərəfindən ipoteka saxlayan "xxxx" QSC-yə xx.xx.2023cü il tarixli 1597/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə təklif ünvanlanaraq "xxxx" QSCyə İddiaçı məxsus olan tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (56100 manat) 25 faiz az olmayan qiymətə (42075 manat) əldə edilməsi təklif edilmiş və bank tərəfindən razılıq verilərək sözügedən əmlak "xxxx" QSC tərəfindən əldə edilmişdir;
10. Bununla bağlı, Cavabdeh2 MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023cü il tarixli, 199/23 saylı protokolu tərtib edilmiş və daha sonra həmin protokol əsasında "xxxx" QSC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış (RX seriyalı ******* nömrəli) verilərək Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin adına qe ydiyyata alınmışdır və onun xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində 0,0249 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 136,50 kv.m olan 7 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, hərrac yekunları barədə 199/23 saylı 11 avqust 2023-cü il tarixli Protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi tərə findən "xxxx" QSC-nin adına verilmiş çıxarışın (reyestr nömrəsi **********40-10302, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023cü il) etibarsız hesab edilməsi, həmin yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 sifarişi ilə mülkiyyətindəki ipoteka predmeti olmuş Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində 0,0249 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,50 kv.m olan 7 saylı fərdi yaşayış evi Cavabdeh2 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublik asının qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq, yuxarıda qeyd etdiyi yaşayış evi açıq hərracın yekunları barədə 199/23 saylı 11 avqust 2023cü il tarixli Protokola əsasən tələbkar "AccessBank” ASC tərəfindən 42075 manata əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən isə yaşayış evi **********40-10302 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə ("xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan xəbəri olmayıb. Belə ki, hərracın keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da həm C avabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərrac keçirilməsi qaydaları ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Ona görə də, həmin qanunla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərrac nəticələri və yaşayış evinə dair hərracın yekunları barədə 199/23 saylı 11 avqust 2023-cü il tarixli protokola əsasən daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" QSC-nin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir.
13. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Bu səbəbdən, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur.
14. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(004)474/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsələr d ə, iş materiallarında olan sənədlərdə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya və digər borclulara sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzil ilkin satış qiyməti 66000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 66000 manatın enmiş faizləri: “ İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı salınmaqla, əmlakın son satış qiyməti 42075 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində olan 0,0249 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evini 42075 manata almışdır. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
16. Məhkəmə həmçinin iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 414.2, 414.3, 415.5, 416.1, 416.2; “İcra haqqında” Qanunun 53.2, 61.1-ci, 61.2; “İpoteka haqqında” Qanununun 41.2, 42.1, 43.4, 43.5, 43.7, 44; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırm ışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir. Bununla yanaşı cavabdehlər tərəfindən hərracın keçirilməsi barədə göndərilmiş bildirişlərin iddiaçı tərəfindən qəbul edilərək imzalanmasına dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçı iddia tələbi barədə lazımi sübutları məhkəməyə təqdim etdiyini, lakin məhkəmənin hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi faktını nəzərə almadığını qeyd et mişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov və Kamran Əkbərov) 2(103)-2569/2024 nömrəli mülki iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(004)474/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.
22. Belə ki, iddiaçı tələbində, eləcə də apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, həmçinin bildirişin ona təqdim edilməməsini qeyd etsə də, işin qeyd edilən hallarından müəyyən edilmişdir ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir.
23. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.. Odur ki, keçirilmiş hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddianın digər hissəsi çıxarışın etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində də təmin edilə bilməz. Çünki iddianın - çıxarışın etibarsız hesab edilməsi və əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi - hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən asılı olmuşdur ki, tələbin həmin hissəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 414.1, 414.2, 415.2, 416.1, 416.2-ci maddələri; “İpoteka haqqında Qanunun” 41.2, 41.3, 42.1, 42.2, 42.4, 42.6, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1, 43.8-ci; “İcra haqqında Qanunun” 53.2, 61.1, 61.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 382, 384, 392, 393 və 405-ci maddələrinə və “İpoteka haqqında” Azə rbaycan Respublikasının Qanununun 43.443.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.8-ci maddəsində təsbit olunmuş mülki qanunvericiliyin prinsiplərindən biri məhkəmə tərəfindən şəxsin pozulmuş hüquqlarının bərpasının təmin edilməsidir. Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac iddiaçının xəbəri və iştirakı olmadan keçirilmiş və bununla da, onun hüquqları pozulmuşdur. Lakin, məhkəmə qəbul etdiyi qətnamə ilə şəxsin hüquqlarını bərpa etməmişdir. Həmin Məcəllənin 416-cı maddəsində qeyd olunur ki, Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən h ərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hərracın qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilməməsinə baxmayaraq, məhkəmə qeyd olunan maddi hüquq normasının tələblərini tətbiq etməmişdir
28. Kassator, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmalıdır. Lakin, məhkəmə bütün halları tam araşdırmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqq ında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Lakin, məhkəmə, icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir.
29. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.8, 416-cı; Mülki Prosessual Məcəlləsinin 388-ci və “İpoteka haqqında” Qanunun 41.2-ci, “İcra haqqında” Qanunun maddələrinə i stinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
32. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
33. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otu z gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
34. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
35. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respubl ikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
36. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
37. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi intern et saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymət inin 5 faizi məbləğində beh ödəməlidir.
38. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
39. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
40. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə h ərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
41. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
42. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi günd ən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
43. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
44. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqla rının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
45. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
46. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kif ayət qədər olsun.
47. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
48. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı, hərracın etibarsız sayılmasına əsas verən halları sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qə naətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyi ndən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2569/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.