Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2607/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisinə (üçüncü şəxs Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti) qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, notariusun icra qeydi, notariusun vəzifələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7078/2020 nömrəli iş üzrə 15 ok tyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) üçüncü şəxs Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Azneft” filialı (bundan sonra – Bank) ilə 10.12.2015-ci il tarixdə kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən Bank iddiaçıya 36 ay müddətinə, illik 32,28 faiz dərəcəsi ilə 3658 manat kredit vermişdir. Həmin müqavilə üzrə Bankın müraciəti əsasında Bakı şəhəri 2 saylı Notariat Ofisi (bundan sonra – cavabdeh) tərəfindən 04.12.2019-cu il tarixdə icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək notarius X1 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icra qeydinin verilməsi barədə məlumatsız olmuş, qeydi və bildirişi 14.02.2020-ci il tarixdə almışdır. Cavabdeh icra qeydi verərkən iddiaçının şəxsiyyət vəsiqəsini yoxlamamışdır. Bundan başqa notarius aşağıdakı qanun pozuntularına yol vermişdir:
1. İcra qeydi verilən kredit sazişi 10.12.2015-ci il tarixdə 36 ay müddətinə bağlanmış və müddəti 10.12.2018-ci il tarixdə bitdiyi halda cavabdeh bunu qəsdən görməməzlikdən gəlmişdir.
2. Qanunun “borcun tələb etmək hüququnun yarandığı gündən 3 ildən çox keçməmişsə” ifadəsini diqqətə almamışdır.
3. Saziş tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında ləğv edilmədikdə, tələb etmə hüququ 10.12.2021-ci il tarixdə yaranır. Borclunun olduğu yer üzrə notarius borcun mübahisəsiz olduğunu müəyyən etdikdə və tələb etmə hüququnun yarandığı gündən 3 ildən çox keçməmişsə icra qeydi aparır. Cavabdeh bu qaydaya riayət etməmişdir.
4. Notarius Bankın təqdim etdiyi sənədləri araşdırmadan, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydi vermişdir.
5. Qanunda “Borclunun olduğu yer üzrə notarius” deyilir, lakin cavabdeh Səbail rayonunda fəaliyyət göstərir, iddiaçının ünvanı isə Cəbrayıl rayonundadır.
6. Cavabdeh qanunsuz icra qeydi verməklə yanaşı, tutulan dövlət rüsumunu da 3 dəfə azaldaraq səbəbini açıqlamamışdır. Bankın tələb etdiyi məbləğ qanunsuzdur və qəsdən şişirdilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – bi rinci instansiya məhkəməsi) 2(009)-877/2020 nömrəli iş üzrə 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qeydiyyat yeri Cəbrayıl rayonudur, faktiki məskunlaşdığı ünvan isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksidir. Həmin ünvan cavabdehin fəaliyyət göstərdiyi əraziyə daxil deyildir. Beləliklə, cavabdeh iddiaçının olduğu yer üzrə səlahiyyəti olmadan icra qeydi verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 76-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələri nə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7078/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olanaraq iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə həll edilməli olan mübahisə barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının Banka 7188,80 manat borcunun olduğu işin mübahisəsiz halıdır. Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid ərazi olduğundan icra qeydinin Bakı şəhəri Səbail rayonu ərazisində aparılması qanun pozuntusu hesab edilməməlidir. Belə ki, həm icra qeydini verən notariat ofisinin yerləşdiyi Səbail rayonu, həm də borclunun qeydiyyatda olduğu Qaradağ rayonu Bakı şəhərinin inzibati ərazi vahidləridir, Bakı şəhəri isə notariat fəaliyyəti baxımından vahid dislokasiya ərazisi sayılır. İcra qeydini vermiş notariat orqanının rəsmi adından da göründüyü kimi (Bakı şəhəri 2 saylı Notariat Ofisi) o, Bakı şəhərinin hər hansı bir rayonuna təhkim edilməmişdir və onun fəaliyyəti Bakı şəhərinin bütün ərazisini əhatə edir. B undan başqa, icra qeydinin Bakı şəhəri daxilində bu və ya digər notariat ofisi tərəfindən aparılması borclunun mahiyyət üzrə hüquqlarına təsir etmir. Belə ki, icra qeydinin Qaradağ rayonu deyil, Səbail rayonu ərazisində yerləşən notariat ofisində çıxarılması iddiaçının Banka olan kredit borcuna, onun artıb-azalmasına, borclunun gediş-gəlişinin çoxalmasına heç bir formada təsir etmir. Hər bir halda icra qeydi borclunun iştirakı olmadan çıxarılır və həmin icra qeydi borclunun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində icra olunur. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassator qeyd etmişdir ki, sözügedən icra qeydinin verilməsindən xəbəri olmamış, Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru onu dəvət etdikdən sonra icra qeydinin mövcudluğunu bilmişdir. İcra qeydini 14.02.2020-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra Notariat Ofisinə etiraz ərizəsi vermişdir. İcra qeydi verilərkən onun şəxsiyyət vəsiqəsi portaldan yoxlanmamışdır. O, hələ 2016-cı ildə şəxsiyyət vəsiqəsini dəyişdirmişdir və həmin dövrdən Bankla faktiki əlaqəsi kəsilmişdir. Cavabdeh Bankın təqdim etdiyi sənədlər əsasında icra qeydi verərək normal məhkəmə araşdırılmasına vaxt itirməmək kimi yeni təcrübə formalaşdırmağa çalışmışdır. Bank kredit sazişi üzrə məhkəmə münasibətlərind ən çəkinərək qanunsuz icra qeydinin verilməsinə nail olmuşdur. Kassator göstərmişdir ki, Bankın tələb etdiyi məbləğ qəsdən şişirdilmişdir, Bankla aralarında böyük mübahisə vardır ki, bu mübahisə yalnız məhkəmə qaydasında öz həllini tapa bilər. Onun Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı məktublar cavabsız qalmışdır, lakin qəbulda ona bildirilmişdir ki, onun krediti Prezidentin müvafiq Fərmanının təsiri altına düşür, lakin Bank özbaşınalıq edərək onun adını siyahıya əlavə etməmişdir. X3 bununla bağlı verdiyi şikayət araşdırılır və pozuntularla bağlı tədbir görüləcəkdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icra qeydi aidiyyət qaydalarına əsasən düzgün verildiyinə görə etibarsız hesab oluna bilməz. Lakin məhkəmə digər ciddi pozuntulara heç bir münasibət bildirməm işdir. Borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılsa da, məhkəmə həmin məsələyə əhəmiyyət verməmiş və heç bir hüquqi nəticəyə gəlməmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 9.3, 88, 217.1, 218.1, 220-ci, “Notariat haqqında” Qanunun 76, 78, 79-cu maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “Notariat haqqında” Qanun Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən A zərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmas ına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edə n sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdı rıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında t əsdiq edilməklə təqdim edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsa s olan sənədlərin” Siyahısı İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. MPM Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borc luya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsi, həmçinin nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə gö ndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Qaydaların 162-ci maddəsinə əsasən müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavil ədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Nəzərə alınmalıdır ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin siyahının İİ hissəsinin 2-ci bəndinə müvafiq olaraq Banklar tərəfindən kredit müqaviləsi üzrə icra qeydi almaq üçün aşağıdakılar təqdim olunmalıdır: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Beləliklə, qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və i cra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. Çünki MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımaqla yanaşı, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Baxılan iş üzrə iddiaçı iddia ərizəsini, həmçinin onunla əsaslandırmışdır ki, icra qeydinin verilməsi b arədə ümumiyyətlə məlumatsız olmuş, tələb olunan borcun məbləği Bank tərəfindən əsassız şişirdilmiş, notarius borcun məbləğinin mübahisəsiz olduğunu araşdırmamış, qanunla müəyyən edilmiş müddətlər nəzərə alınmadan kredit müqaviləsi üzrə icra qeydi verilmişdir. İddiaçı tərəfindən borcun məbləği mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi borcun mübahisəsiz olduğu barədə qənaətə gəlmişdir. Məhkəmə yalnız icra qeydinin verilməsi zamanı notarius tərəfindən aidiyyət qaydalarının pozulmadığına istinad edərək, tələbkar və notarius tərəfindən mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə düzgün riayət edilib-edilmədiyi üzrə hüquqi dəyərləndirmə aparmamış və MPM-in sübutetmə ilə bağlı müddəaları nəzərə almadan iddianın təmin olunmaması barədə məhkəmə aktı qə bul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7078/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qayt