Məhkəmə qərarları › İş №2(102)-2610/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2610/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2610/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya: məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər, hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ASC-yə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-791/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı cəmi 72.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutulub iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə ödənilməli, tutma İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zər dabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq tələb edilən borcun ödənilməli, İddiaçı məxsus olan bu mənzilin ilkin satış qiyməti 143.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc tələbinə yönəldikdən sonra, qalan məbləğin ipoteka qoyana qaytarılmalı, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra X3 və İddiaçı həmin mənzildən çıxarılaraq mənzilin boşaldılmalı və hərracı udan şəxsə təhvil verilməlidir.

2. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Cavabdeh2 MMC-yə ünvanladığı “Hərracın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini hərracın təşkili və keçirilməsi üçün Cavabdeh2 MMC-yə göndərilərək, borclular İddiaçı və X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzil barədə hərracın keçirilməsi xahiş olunmuşdur.

3. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, borclular X2, İddiaçı və tələbkar Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1333/23 saylı “X5 dair” bildirişə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilin ilkin satış qiyməti 143000 manat olmaqla açıq hərraca çıxarıldığı bildirilmiş və bununla əlaqədar olaraq xx.xx.2023cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 (X8 ilə üzbəüz) ünvanında ilkin açıq hərracın keçiriləcəyi barədə məlumat verilmişdir.

4. Cavabdeh2 MMC-nin sənədlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli Reyestrinə əsasən xx.xx.2023-cü il tarixli, 1333/23 saylı X5 dair bildiriş X2 və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanı üzrə göndərilmişdir. Həmin bildirişin göndərilməsini təsdiq edən zərf üzərində aparılmış qeydlərə əsasən İddiaçı “ünvanın tam olmaması” səbəbindən, X2 isə “Köçməsi” səbəbindən bildirişin təqdim edilməsi mümkün olmamışdır. 5. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 119476/34 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2023-cü il tarixdə, saat 10:00-a ilkin açıq hərrac keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 143.000 manat məbləğində müəyyən edilmişdir.

6. Cavabdeh2 MMC-nin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsində İddiaçı ünvanları Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvana göndərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının ünvan tam deyil, qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından İddiaçı digər ünvanları və ya digər əlaqə vasitələri barədə onlara müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş olunmuşdur.

7. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoluna əsasən xx.xx.2023-cü il tarixdə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 8. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatınd a (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 119476/34 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2023-cü il tarixdə, saat 10:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir.

9. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, borcl ular X2, İddiaçı və tələbkar Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1603/23 saylı “X4 dair” bildirişə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzil satış qiyməti 121.550 manat olmaqla ilkin açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarıldığı bildirilmiş və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 (X8 ilə üzbəüz) ünvanında təkrar açıq hərracın keçiriləcəyi barədə məlumat verilmişdir.

10. Cavabdeh2 MMC-nin sənədlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli Reyestrinə əsasən x x.xx.2023-cü il tarixli, 1603/23 saylı “X4 dair” bildiriş X2 və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanı, həmçinin İddiaçı Naxçıvan şəhəri, V.Qasımov küçəsi ünvanı üzrə göndərilmişdir. Həmin bildirişin göndərilməsini təsdiq edən zərf üzərində aparılmış qeydlərə əsasən bu şəxslərə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanı üzrə “köçmələri” səbəbindən, həmçinin İddiaçı ünvan 6ünvanın tam olmaması” səbəbindən bildirişin təqdim edilməsi mümkün olmamışdır.

11. Cavabdeh2 MMC-nin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsində İddiaçı ünvanı ünvan 8ərilmiş h ərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının ünvan tam deyil qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından İddiaçı digər ünvanları və ya digər əlaqə vasitələri barədə onlara müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş olunmuşdur. 12. 25.07.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzillə bağlı satış qiyməti 121.550 manat olmaqla xx.xx.2023-cü il tarixdə, saat 10:00da təkrar hərrac keçiriləcəkdir.

13. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli “Hərracın baş tutmamasına dair” Protokoluna əsasən xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmi ş təkrar hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş təkrar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 14. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş 119476/34 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2023-cü il, saat 10:00-a təyi n edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir.

15. Cavabdeh2 MMC-nin ipoteka saxlayan Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin əldə edilməsi barədə” təklifə əsasən Cavabdeh1 ASC-yə borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilin təkrar hərracdakı satış qiymətindən (121 550 manat) 25 faiz az olmayan qiymətə (91.162,50 manat) əldə edilməsi təklif edilmiş, eyni zamanda, ipoteka saxlayanın təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verildiyi bildirilm işdir

16. Cavabdeh1 ASC-nin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2023cü il tarixli məktuba əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzilin 91.162,50 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmiş və qısa müddət ərzində yuxarıda göstərilən mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir. 17. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” X10 barədə xx.xx.2023-cü il tarixli, 190/23 saylı protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası qaydasında borclu İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərda bi prospekti 49, mənzil 40 ünvanında yerləşən 3 otaqlı mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (121550 manat) 25 faiz az olmayan qiymətə 91.162,50 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır.

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş elektron çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ASC-nin mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

19. Cavabdeh1 ASC ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ serialı, ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ASC mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 49, mənzil 40 ünvanında yerləşən mənzili 100.000 manata X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 49 ünvanında yerləşən 3 otaqlı 40 saylı mənzilin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Cavabdeh2 MMC-nin X10 barədə xx.xx.2023-cü il tarixli, 190/23 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 49 ünvanında yerləşən 3 otaqlı, 40 saylı mənzil Cavabdeh2 MMC tərəfindən hərraca çıxarıl araq, xx.xx.2023-cü il tarixli, 190/23 saylı Protokola əsasən Cavabdeh1 ASC-yə 91.162,50 manata satılmışdır. Hərracın keçirilməsi ilə bağlı onun məlumatı olmamış, bununla bağlı o, rəsmi qaydada hər hansı bildiriş almamışdır. Hərracın keçirilməsinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3388/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 119476/34 saylı sifariş məktubu əsas olmuşdur. Hərracın keçirilməsi barədə ona qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmişdir. Əlavə olaraq, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipot eka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanın qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edilməsinə səbəb olmuşdur. Nəticə etibarı ilə hərrac bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri pozularaq, onun xəbəri və iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 49 ünvanında yerləşən 3 otaqlı 40 saylı mənzilin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair X10 barədə xx.xx.2023-cü il tarixli, 190/23 saylı protokol etibarsız hesab edilməlidir.

22. Cavabdeh2 MMC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 9irişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Bu səbəbdən, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir.

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(004)4553/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimOrxan Məmmədli) iddia təmin edilməmişdir.

24. Məhkəmənin mövqeyi ondan i barət olmuşdur ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh1 ASC-yə satılmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” qanunların və Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsi ilə özgəninkiləşdirilmişdir. Hərracın keçirilməsi zamanı da hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 10yni zamanda Naxçıvan şəhəri, V.Qasımov küçəsinə) müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Bununla belə, hazırkı mübahisə üzrə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 190/23 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilmədiyindən məhkəmə iddian ın təmin edilməməsi qənaətinə gəlmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415, 416-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4, 218.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53cü, 62-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4, 43.8, 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

27. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə məhz hərracla bağlı proseslərin keçirilmə tarixini əsas götürməklə həmin dövrdə qüvvədə olan maddi hüquq normasını, yəni yuxarıda istinad edilən normanın yeni redaksiyasını tətbiq etməklə nəzərə almamışdır ki, hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranması daha əvvəl olmuşdu r, yəni iddiaçı ilə cavabdeh bank arasında mübahisəli hüquq münasibəti 2008-ci il tarixdən etibarən yaranmışdır. Belə ki, hərracın keçirilməsi məhz tərəflər arasında olmuş mübahisəli hüquq münasibətindən irəli gəlmiş məhkəmə mübahisəsinin nəticəsidir. Bu səbəbdən, iş üzrə hərracla bağlı proseslərin həyata keçirildiyi dövrdə qüvvədə olan maddi hüquq norması deyil, məhzi onunla cavabdeh bank arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq norması, yəni “İpoteka haqqında” Qanunun əvvəlki redaksiyada olmuş 42.1-ci maddəsi tətbiq edilməlidir. Bu səbəbdən həmin Qanunun yuxarıda istinad edilən əvvəlki redaksiyada olmuş norması tətbiq edilməlidir. Hərracın təşkilatçısı olan Cavabdeh2 MMC hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdir məklə yanaşı, həmçinin ona verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməli idi. Lakin iş materialları ilə həmin bildirişin ipoteka qoyana verilməsinin təsdiq edildiyi sübut olunmur, çünki belə bir bildirişin mövcudluğundan o, məlumatlı olmamış, həmin bildiriş ona çatdırılmamışdır və bu halı təsdiq edə biləcək yeganə sübut bildirişin çatdırılmasına dair sənəddir ki, həmin sənəd də mövcud olmadığı üçün cavabdeh hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərlə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilmədiyi təsdiq edilir. Hazırkı işdə sübutların düzgün qiymətləndirilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh hərrac təşkilatçısı tərəfindən ipoteka qoy ana verilməli olan bildirişin ona çatdırılmasına dair sənəd cavabdeh hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi cavabdeh hərrac təşkilatçısı tərəfindən iddiaçıya göndərilməli olan hərrac bildirişinin iddiaçıya çatdırılmasını təsdiq edən mötəbər sübutun olmadığına əhəmiyyət verməmişdir. Məhkəmə “İpoteka haqqında” Qanunun yeni redaksiyada olan 42.1-ci maddəsinə istinad etməklə cavabdeh hərrac təşkilatçısının həmin normada nəzərdə tutulmuş tələbləri yerinə yetirdiyi nəticəsinə gəlsə də, bu, işin hallarına uyğun olmamışdır. Belə ki, işin həqiqi halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh bank arasında mübahisəli hüquq münasibətindən irəli gəlmiş məhkəmə mübahisəsi olmuş və məhkəmə qətnaməsi ilə mənzilin ilkin satış qiyməti müəyyən edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-791/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil 2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

31. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti və iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qi ymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur;

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

35. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

36. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşki latçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

37. Maddə 416.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

38. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərba ycan Respublikası Qanun

39. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

40. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir

41. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siya hısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

42. Maddə 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir;

43. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir;

44. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilat çısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun;

45. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun;

46. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir;

47. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 fevral 2024-cü il tarixli 2(103)791/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar