Məhkəmə qərarları › İş №2(102)-2611/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2611/2025

13.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2611/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri” X12 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 cəlb edilməklə) "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2025-ci il tarixli 2(105)465/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1298 nömrə ilə qeyd edilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” M ərkəzində Notariat Ofisinin 29 noyabr 2023-cü il tarixli, 1297 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1312/2023 saylı qərarı nəzərə alınaraq, Əliyev Həsənbala Ağa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair vərəsəsi Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X3, X4 cavabdehlər Cavabdeh1 və X8 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabde h1 cavabdehlər İddiaçı, X5, X6 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X7 və X4 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)1312/2023 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6. xx.xx.202 3-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlunun vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Əliyev Həsənbala Ağa oğluna verilmiş **********11- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli **********DU32102 qeydiyyat nömrəli arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. 7. xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 25000 manata X1.

8. Sumqayıt şəhəri, Aslan Atakişiyev küçəsi, 9A saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

9. Sumqayıt şəhəri, Aslan Atakişiyev küçəsi, 9A saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

10. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı mərhum xx.xx.2011ci i l tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılmasının bərpa edilməsi qət edilmişdir

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023- cü il tarixli, 2(060)- 4956/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişd ir.

12. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 3589/2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmişdir. Atasından Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12-də yerləşən 101 saylı ev miras qalmışdır. Cavabdeh-qardaşı Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən atalarından qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında ona xx.xx.2023-cü il tarixli ***** ***** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. O da varisdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hesab edir ki, atasından qalmış mirasda onun da vərəsə kimi payı vardır və bu səbəbdən qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış etibarsız hesab edilməlidir.

15. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisində Cavabdeh1 adına qeydə alınmış 2M-239 reyestr N-li xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və Cavabdeh1 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqınd a daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, Cavabdeh1 və X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsi və X9 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehlərə qarşı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına qeydə alınmış 2V-239 reyestr N-li xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kote c qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1954-cü il tarixdə mərhum Əliyev Həsənbala Ağa oğluna ayrılmış və sözügedən fərdi yaşayış evinə dair Sumqayıt şəhər Texniki İnventarlaşma Bürosu tərəfindən onun adına 1098-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmişdir. Həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən olan qardaşı İddiaçı mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etməmiş və orada yaşamamışdır. Atasının vəfatından sonra Cavabdeh1 xx.xx.2023-ci ildə ********** qeydiyyat nişanlı Çıxarış verilmişdir. İddiaçı hesab edir ki, mərhum H.Əİiyevin vərəsəsi kimi həmin 101 saylı fərdi evdən ona vərəsə kimi pay verilməlidir. İddia tələ binə aşağıdakılara görə etiraz edir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3327/2022 saylı qətnaməsi (həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2092/2022 saylı qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-1312/2023 saylı qərarı) ilə iddiaçının sözügedən 101 saylı fərdi evə köçürülməsi rədd edilmişdir. Həmçinin bildirir ki, iddiaçıya 1990-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, ev tikmiş və 2002-ci ildə həmin evə köçərək orada yaşamışdır. Sonradan həmin evi iddiaçı qızının adına rəsmiləşdirmişdir. O, vərəsə kimi atasının vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Hal-hazırda da ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yaşayır. Həmçinin bildirir ki, iddiaçı v ərəsə kimi notariat ofisinə müraciət etməmişdir. Eyni zamanda bildirir ki, o, mərhum atası H.Əliyevlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişdirlər. Belə olan halda MM-nin 1303-cü maddəsinə əsasən o, üstünlük daşıyır. İddiaçı miras əmlakı qəbul etməkdən imtina etdiyindən mərhum atasına məxsus fərdi evi qəbul etmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini vicdanlı satıcı kimi satmışdır.

17. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 2 saylı Sumqayıt Ərazi İdarəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və alqı-satqı m üqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2011-ci il tarixdə ölmüş Əliyev Həsənbala Ağa oğlundan miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin uzadılmasına dair qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-1435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi yeganə əsas aradan qalxmışdır.

20. Digər tərəfindən məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi sənədlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)1312/2023 saylı qərarı əsasında verilmişdir. Həmin qərarla isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və dolayısı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin qətnamə ilə məhkəmə hesab etmişdir ki, Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmiş, həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən C avabdeh1 mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmiş və orada ailə üzləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmişdir. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzili atasının vəfatından sonra, yəni xx.xx.2011-ci ildən etibarən miras əmlak kimi faktiki olaraq qəbul etdiyindən məhkəmə hesab etmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına elə həmin tarixdən qarşılıqlı iddiaçı Cavabdeh1 gözlənilən hüququ vardır. Qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində hal-hazıradək qeydə alınmaması isə 20 ildən çox orada yaşayan, miras əm lak kimi həmin evi qəbul edən və fasiləsiz olaraq ona sahiblik edən şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilməz.

22. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığını və mübahisələndirilən sənədlərin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlundan qalmış ünvan 1 ünvanında yerləşən əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnamə və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış) həmin məhkəmə aktları əsasında verildiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən sənədlərin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən həmin sənədlərin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.

23. Məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbinin təmin edilməməsi iddia tələbinin digər hissələrdə də (Cavabdeh1 və X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinin və X9 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi) təmin edilməməsinə səbəb olur.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsə lik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi, 29-cu maddəsinin İİİ hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixində vəfat etmiş Əliyev Həsənbala Ağa oğlunun varisidir. Atasından Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12 məhəllədə yerləşən 101 saylı ev miras qalmışdır. Ev xx.xx.2023-cü ildə mərhum atasının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh İddiaçı məqsədini anladığından, qabaqlayıcı tədbir kimi xx.xx.2022-ci ildə DƏDKRX-nə, Notariat Baş İdarəsinə və Sumqayıt “ASAN Xidmət” Mərkəzinə müraciət ünvanlayaraq “notarius tərəfindən miras əmlakın vərəsələr tərəfindən bölünəcəyi zamanı onun miras paya olan hüquqlarının nəzərə al ınması və onun adının qardaş və bacıları tərəfindən gizlədilməsinin qarşısının alınmasını” xahiş etmişdir. Həmin evdə pasport qeydiyyatında olmaqla yaşamış, digər varis Cavabdeh1 və ailəsi onun atasının həyətində, atasının razılığı ilə tikdiyi evdə yaşayışına mane olduğundan, o, mənzilə köçmək iddia tələbi, İddiaçı isə onun mənzilə istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3327/2022 saylı qətnaməsi ilə onun mənzilə istifadə hüququna xitam verilmişdir. Qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2/102/-1312/2023 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək ona qanun üzrə v ərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, məlum olmuşdur ki, notariat ofisinin xx.xx.2023-cü il tarixli 476 nömrəli vərəsəlik məktubu əsasında miras ev xx.xx.2023-cü il tarixli Çıxarışla mərhum atasının adına dövlət qeydiyyatına alınandan sonra, Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi və bir gün sonra isə onun adına - Sumqayıt şəhəri, Kotec qəsəbəsi,12 məhəllə, ev 101-in dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2023-cü ildə Cavabdeh1 və Rəsul Rzayev arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi onu varis kimi notariat orqanına dəvət etməmişdir. Yenidən notariat orqanı na müraciət etdikdə, notarius cavabdeh tərəfindən Ali Məhkəmənin onun mənzilə istifadə hüququnun itirilməsinə dair xx.xx.2023-cü il tarixli 2/102/-1312/2023 saylı Qərarının təqdim edildiyini və bu səbəbdən notariat orqanına çağırılmadığını bildirmiş və atasından miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbi ilə məhkəməyə müraciət etməyi ona tövsiyə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2/060/-4956/2023 saylı qətnaməsi ilə onun-İddiaçı mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilərək müddətin uzadılması bərpa edilmişdir. Notariat orqanı tərəfindən ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmiş, rəsmi qaydada məktub verilərək payların düzgün müəyyən edilməsi üçün cavabdehə verilmiş xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbi yenidən məhkəməyə müraciət etmək tələb olunmuşdur. Cavabdehin, onun tərəfindən tikilmiş, ona məxsus evin altındakı torpaqla X2 öyrəndikdən dərhal sonra müvəqqəti təminat tədbiri ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 16(060)-205/2023 saylı Qərardadı ilə miras əmlakın üzərinə həbs qoyulmuşdur. Qadağa qoyulmasına baxmayaraq həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Rəsul Rzayevin adına dövlət qeydiyyatına alınaraq ona xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarış məhəllə, ev 101 ünvanında yerləşən fərdi yaşayış evi və tor paq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır”, «Həm mübahisələndirilən sənədlər, həm də həmin sənədlərin verilməsinə əsas olmuş məhkəmə aktları xx.xx.2023-cü il tarixədək qəbul edilmişdir». Bununla da məhkəmənin qənaətinə görə xx.xx.2023-cü il tarixdə miras əmlaka dair alqı – satqı müqaviləsi bağlayan cavabdeh X11 vicdanlı alıcıdır. Həm mübahisələndirilən sənədlərin, həm də həmin sənədlərin verilməsinə əsas olmuş məhkəmə aktlarının xx.xx.2023cü il tarixədək qəbul edilməsinin hesab edir ki, əhəmiyyəti yoxdur. Məhkəmə həmin qərarların payların müəyyən edilməsinə təsirini, məhkəmədə işə baxılarkən qəsdən təcili alqı-satqı müqaviləsinin bağlanması və müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadının olmasına baxmayaraq cavabdehə sənəd verilməsinə qiymət verilməli idi. Məhkəmə mülahizələrə əsaslanaraq onun cavabdehlərə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, Çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Lakin məhkəmə onun iddia tələbinin payların müəyyən edilməsi tələbinə dair hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Qabaqlayıcı tədbir kimi xx.xx.2022-ci ildə AR İN yanında ƏMDX-nin DƏDKRX-nin rəisinə, AR ƏN Notariat Baş İdarəsinin rəisi Mehman Sultanova və Sumqayıt “ASAN Xidmət” Mərkəzinin rəhbərinə rəsmi Müraciət ünvanlayaraq “notarius tərəfindən miras əmlakın vərəsələr tərəfindən bölünəcəyi zamanı onun miras paya olan hüquqlarının nəzərə alınması və onun adının qardaş və bacıları tərəfindən gizlədilməsinin qarşısının alınmasını” xahiş e tmişdir. Lakin AR ƏN 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi onu varis kimi notariat orqanına dəvət etməmişdir. Məhkəmə onun vərəsə olmağına, mirasdan pay almaq hüququnun olmasına dəlalət etməli olduğu halda, mənzilə istifadə hüququnun itirilməsinə dair qərarlara istinad edərək iddianı təmin etməmiş, bununla da dövlət tərəfindən təminat verilən vərəsəlik hüququ pozulmuşdur. Mənzilə istifadə hüququnun itirilməsinə dair qətnamələrə və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1435/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına düzgün olmadan əsaslanaraq iddianı təmin etməməsi ilə məhkəmə səhv nəticəyə gəlmişdir.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Fuad Məmmədov)2025-ci i l 1 may tarixli 2(105)-465/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)737/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmış, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görməyərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 1133.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə bütün maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə qanunu səhv təfsir etmişdir. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu hald a, ehtimallara əsaslanmışdır. Belə ki, iddiaçı xx.xx.2011-ci ildə vəfat etmiş Əliyev Həsənbala Ağa oğlunun oğlu və varisidir. Mirasdan imtina etməmişdir. Məhkəmə 40 ildən artıq həmin evdə yaşamış varisin hüquqlarının məhdudlaşdırılmamalı olmasını bildirir, lakin cavabdeh tərəfindən iddiaçının evinin sökülməsinə nədən məcbur olub həmin evdə yaşamamağına qiymət verməmişdir. Yalnız hansı şəraitdə qəbul edilməsi məlum olmayan qətnamələrin xx.xx.2023-cü ilə kimi qəbul olunmasına əsaslanmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə qətnamələri ilə iddia tələbinin əsassız olduğu təsdiqlənmişdir. Mərhum atası xx.xx.2011-ci ildə vəfat etmiş, id diaçı isə miras əmlakın qəbulu üçün 11 ildən sonra yəni, 2022-ci ildə müraciət etmişdir. Həmin müddət ərzində iddiaçı Sumqayıt şəhərində yaşamış, atasının vəfatını bilmiş və keçirilən yas mərasimlərində iştirak etmişdir. Həmçinin hələ valideynlərinin sağlığında iddiaçıya Sumqayıt şəhərində digər bir yerdə ev sahəsi alınmış və uzun müddət orada yaşamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(060)-737/2024 saylı qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-465/2025 saylı qətnaməsi maddi və prosessual hüquq normaları baxımından düzgün qəbul edilmişdir, verilmiş kassasiya şikayəti əsassız olduğu üçün rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtlər i pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar.

38. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofis inə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsas lı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Bu mənada Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərilən hüquqi məsələlərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə laz ımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2025-ci il tarixli 2(105)465/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar