Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2613/2024 10.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsinin Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işin məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh MMC-yə qarşı “qaz kəmə rinin mühafizə zonasının boşaldılması” tələbinə dair iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayətə 10 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac İdarəsi X2 Kəmərləri Sahəsinin” istismarında olan “Qazıməmməd-Qazax İ xətt” və “Qazıməmməd- Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Xəlilli kəndinin yaxınlığında yerləşən, Cavabdeh MMC tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaitləri hesabına çıxarılması, qaz kəmərlərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(037)-742/2024 nömrəli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsinin Cavabdeh MMC-yə qarşı “qaz kəmərinin mühafizə zonasının boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Qərardaddan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X1 xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət verərək şikayətində İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(037)-742/2024 saylı qərardadını ləğv edərək həmin iddia ərizəsinin icraata q əbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmaqla “Qaz İxrac” İdarəsinin məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bil ər.
5. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(037)-742/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
6. Birinci instansiya məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, "xxxx" MMC qeydiyyat nömrəsi (VÖEN): ********** olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsi respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və x arici bazarlarda satışı ilə məşğul olur və kommersiya fəaliyyətini həyata keçirir. Cavabdeh kommersiya təşkilatı olmaqla dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Cavabdeh MMC tərəfindən magistral qaz kəmərlərinin mühafizə zonasında basdırılmış ağaclar badam ağacları olmaqla kommersiya fəaliyyətinin predmetidir. Göründüyü kimi, tərəflər sahibkarlıq subyekti olmaqla yanaşı, olduqları və ya olmaq istədikləri hüquq münasibətləri (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə basdırılmış badam ağaclarının çıxarılması və təbii qaz həcmlərinin artırılması perespektivləri çərçivəsində iddiaçı qurum tərəfindən qərb istiqamətində qaz-nəql sisteminin yenidən qurulması və əsaslı təmiri işlərinin aparılması) məhz kommersiya fəali yyətinın həyata keçirilməsi ilə bağlıdır.
7. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
8. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) da ir işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibin in, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
10. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
11. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiy mətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər
12. Baxılan işdə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsi respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur və kommersiya fəaliyyətini həyata keçirir. Cavabdeh isə hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti həyata keçirir (VÖEN**********). Mübahisə isə onların ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı yaranan əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik hüquqlarının müdafiəsi ilə bağlıdır.
13. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan da müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz.
14. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı mübahisə kommersiya subyektləri arasında onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibk arlıq fəaliyyətindən irəli gəlir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasına dair gəldiyi qənaət qanuni və əsaslıdır.
15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə bax arkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
16. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-742/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir