Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2615/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X1, cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2765/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxx» ASC-tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 10 sentyabr 2011-ci il tarixli, 14661 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı «xxxx» ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən bina 7, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 82.11 kv.metr olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 152.051,3 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 240 ay müddətində ödəməyi öhdəsinə götürür. 31 oktyabr 2012-ci il tarixli, İNK-İ-12/141 nömr əli kredit müqaviləsinin surətindən görünür ki, borc verən “xxxx” ASC borc alan İddiaçı 56.501,96 (əlli altı min beş yüz bir manat doxsan altı qəpik) manat məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürür. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 7, blok 1, 115 nömrəli mənzil kredit müqaviləsinin təminatı kimi çıxış edir. “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 28 mart 2014-cü il tarixli, 914 nömrəli məktubun surətindən görünür ki, müştəri İddiaçı mənzil üzrə verilmiş kreditin ödənişindən imtina etmişdir. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 11 iyun 2018-ci il tarixli, 2087 nömrəli məktubun surətindən görünür ki, 31 oktyabr 2012-ci il tarixində verilmiş 56.501,96 (əlli altı min beş yüz bir manat doxsan altı qəpik) manat məbləğində olan kredi t üzrə borc məbləği 28.03.2014-cü il tarixdə “xxxx” ASC tərəfindən tam olaraq ödənilmiş və müqaviləyə xitam verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2(008)3029/2015 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən bira 7, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 82.11 kv.metr olan 115 saylı (təzə nömrəsi 136) mənzilə dair «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış 10 sentyabr 2011-ci il tarixli, 14661 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılması və “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.12.2018-ci il tarixli 23484 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 115 (136) saylı mənzilin təmir edilən dövrdə təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün aparılmış tikinti-təmir işlərinin hal-hazırda bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 23.379 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2019-cu il tarixli 162644 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 115 (136) saylı mənzilin təmir edilən dövrdə təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün aparılmış tikinti-təmir işlərinin hal-hazırda bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 23.379 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, 115 (136) saylı mənzilinin dəyəri kimi tərəfindən ödənilmiş 16.000 manat nağd pul məbləğin, 31.12.2012-ci il tarixli, İNK-İ12/141 saylı kredit müqaviləsi əsasında onun adına rəsmiləşdirilmiş və evin dəyəri kimi «X2 Korporasiya» ASC-nin hesabına köçürülmüş 56.501,96 manat kredit məbləğinin, həmin mənzilin təmirinə xərclənmiş 30.000 manat pulun və 10.000 manat mənəvi zərərin, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1-də yerləşən, 115 saylı mənzilə dair bağlanmış 10.09.2011-ci il tarixli, 14661 saylı müqavilənin ləğv edilməsini, həmin mənzilin boşaldılmasını və “xxxx” ASC-yə təhvil verilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3029/2015 nömrəli, 27 may 2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunmuşdur. Bununla da o, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən məhrum olmuş, mənzilin dəyərini artırılması ilə ödəməsinə baxmayaraq evi əlindən alınmış və ona, ailəsinə çox cid di maddi və mənəvi zərbə vurulmuşdur. Odur ki, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, o, müvafiq mənzil üçün əvvəlcə 16.000 (on altı min) manat, daha sonra 56.501,96 (əlli altı min beş yüz bir manat doxsan altı qəpik) manat (31 dekabr 2012-ci il tarixli, İNK-İ-12/141 saylı kredit müqaviləsi əsasında onun adına rəsmiləşdirilmiş və evin dəyəri kimi «X2 Korporasiyası» ASC-nin hesabına köçürülmüş) manat olmaqla, cəmi 72.502 (yetmiş iki min beş yüz iki) manat məbləğində ödəniş etmişdir. Bundan başqa mənzilin təmirinə 30.000 (otuz min manat) manat xərcləmişdir. Həmçinin «X2 Korporasiyası» ASC tərəfindən uzun müddət məhkəmələrə cəlb edildiyindən və yeganə yaşayış yeri olan müvafiq mənzildən məhrum edildiyindən o və ailə üzvləri çox ciddi mənəvi-psixoloji sarsıntı keçirmişlər. Hətta o, bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Lakin sonra bu problemin qanuni yollarının olmasını düşündüyündən və aldığı məsləhətlərdən sonra bu fikrindən daşınmışdır. Ona vurulmuş mənəvi zərərin məbləğini ən az 10.000 manat civarında qiymətləndirir. “xxxx” ASC İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı «xxxx» ASC-nin xeyrinə dəymiş ziyana görə 25.200,4 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, cəmi 25.230 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Akkord”a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən bira 7, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 82.11 kv.metr olan 115 saylı (təzə nömrəsi 136) mənzilin alınmasına dair “Akkord”la 10 sentyabr 2011-ci il tarixli, 14661 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə “xxxx” ASC ona qarşı «müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair» iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı kassasiya şikayəti də təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2011-ci ildən “Akkord”a məxsus mənzildə yaşasa da mənzi lin pulunu vaxtı-vaxtında ödəməmiş və nəticədə müqaviləyə məhkəmə qətnaməsi ilə xitam verilmişdir. İddiaçı mənzilə gecikmələrlə cəmi 14.483.55 manat pul ödəmiş və hazırda mənzilə görə ödədiyi pulun geri alınmasına dair iddia qaldırmışdır. İddiaçı bu 7 ildə kirayə yaşamış olsaydı, hər ay kirayə mənzilə minimum 300 manat kirayə haqqı ödəsəydi, deməli 7 ildə (84 ay) 25.200 manat kirayə haqqı ödəməli idi. “Akkord” mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi, 7 ilə ən azı 25.200 manat qazanc əldə edə bilərdi. Göründüyü kimi İddiaçı qeyd olunan “Akkord”a məxsus mənzildə əsassız yaşaması ilə “Akkord”a maddi ziyan dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-153/2019) ilk iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, 115 (136) saylı mənzilin alınması üçün ödənilmiş 14.483,55 (on dörd min dörd yüz səksən üç manat əlli beş qəpik) manat, aparılmış təmir-tikinti işlərinin dəyəri olan 23.379 (iyirmi üç min üç yüz yetmiş doqquz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh «xxxx» ASC-dən İddiaçı xeyrinə tutulması, ekspertiza xərcinin dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manatı İddiaçı, 75 (yetmiş beş) manatı isə «xxxx» ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, ilk iddianın qalan hissəsi təmin edilməmiş, «xxxx» ASC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu «xxxx» ASC-yə aid edilmişdir. Birinci instansiya məhkəməsi hesa b etmişdir ki, mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizalar nəticəsində mənzilin təmirsiz vəziyyətdən hazırki vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 23.379 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, onunla razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir. İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, 115 (136) saylı mənzilin alınması üçün “xxxx” ASC-yə bu günə qədər cəmi 14.483.55 (on dörd min dörd yüz səksən üç manat əlli beş qəpik) manat məbləğində pul ö dənilmişdir. İddiaçı tərəfindən iddia tələbində göstərildiyi qədər məbləğ ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı m əbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, ona vurulmuş mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «xxxx» ASC-nin İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməmiş və məhkəmə qeyd etmişdir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı və cavabdeh tərəf ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 noy abr 2019-cu il tarixli qətnaməsini ləğv edərək, yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-2765/2020) hər iki apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışında qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsinin mövqeyinə görə nəticə etibarı ilə, əgər ASC İddiaçı mənzildə yaşamağa davam etməsinə razı deyildisə, məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmalı idi. Buna baxmayaraq, İddiaçı mənzildən çıxarılması və həmin mənzilin kirayəyə verilmə si yönündə hərəkətsiz qalması, yəni fayda əldə etmək üçün tədbirlər görməməsi ASC-nin əldən çıxmış faydanı tələb etmək hüququnu aradan qaldırır. Apelyasiya şikayətlərinə münasibətdə rayon məhkəməsinin bu mövqeyi ilə razılaşan məhkəmə qeyd etmişdir ki, ASC öz tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, ASC ona maddi ziyan dəydiyini, həmçinin mənzilin pulunu dövriyyəyə buraxaraq gəlir əldə edəcəyini göstərsə də, həmin ziyanın və gəlirin nədən ibarət olmasını sübut edə bilməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışında qalan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti (vəkil X5) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2765/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərd ə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sü butlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesi ndə mübahisələndirilmir və yenidən sübut edilmir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdi r. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxx x” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2765/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2615/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2615/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver