Məhkəmə qərarları › İş №2(102)-2619/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2619/2023

22.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2619/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə (X36 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X37 ibarət tərkibdə, İddiaçı cavabdehlər Ca vabdeh2 MMC və Cavabdeh1nə (X36 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-543/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Seriya MH, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa gö rə Şamaxı rayonu, Çuxuryurd kəndində sahəsi 1,1 ha olan torpaq sahəsi hüquq sahibi Nağıyeva(Eldar) Nigar Əhnulla qızının adına 67 nömrəli vərəqində 29060872 qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinin məzmunundan görünür ki, X33 və X42 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmü 09 fevral 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır, cinayət işi üzrə zərərçəkmiş şəxslər X24 98620 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 103650 manat, X7 29500 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu cəmi 34500 manat, X46 82000 manat maddi ziyan və 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu cəmi 87030 manat, X3 78850 manat manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 83880 manat, X30 57500 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 62530 manat, X19 68500 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 73530 manat, X28 92000 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 97030 manat, X38 115595 manaf maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu, cəmi 120625 manat, X39 68500 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 73530 manat, X31 68850 manat maddi ziyan, 5000 manat mənəvi zərər 30 manat dövlət rüsumu, cəmi 73880 manat, X11 45000 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 50030 manat, X47 33900 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 38930 manat, X25 50000 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 55030 manat, X26 60000 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu, cəmi 65030 manat, X12 60000 manat maddi ziyan, 5000 manat mənəvi zərər, cəmi 65000 manat ödənilməlidir. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş X2 təyin edildiyi “Orxan-92” kiçik müəssisəsinin nəznində yaradılmış “ünvan 1 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili, Şamaxı rayonu Çuxuryurd kəndində 1,50 ha kənd tərəsüfatı təyinatlı torpaq sahəsi, faktiki olaraq Elmira Şirinovanın özünə məxsus olmaqla, X14 adın a Şamaxı şəhəri H.Z.Şirvani küçəsidə 9 saylı fərdi yaşayəş evi, ünvan 2 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi, ünvan 3anında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi, X20 adına Şamaxı rayonu Çuxuryurd kəndində 1,1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Elmira Şirinovanın adına olan “Nissan Teana” minik markalı, **-FM-*** dövlət nömrə nişanlı, X14 adına olan “Ford Fiesta” minik markalı, 1ORT-155 dövlət nömrə nişanlı, X35 adına olan “VAZ-21093” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı, X15 adına olan “Hundai İX-35” minik markalı, **-GO-*** dövlət nömrə nişanlı, X32 adına, olan “Hundai Sonata” minik markalı, **-DP-*** dövlət nömrə nişanlı, X5 adına olan “Mercedes C320” minik markalı, **-SH-*** dövlət nömrə nişanlı, X16 adına olan “Kia Optima” minik markalı, **-FL-* ** dövlət nömrə nişanlı, X27 adına olan “Mercedes Benz E240” minik markalı, **-LG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin saxlanılmış və Elmira Şirinovanın üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirə tətbiq olunmuş, üzərinə həbs qoyulmuş əmlaklar zərəçəkmiş şəxslərin mülki iddialarının təmin edilməsinə yönəldilmişdir.

3. Şamaxı rayonu İcra və Probasiya Şöbəsinin 24 may 2022-ci il tarixli 3178/3 saylı məktubunun məzmunundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqi icraya yönəldilmişdir. 4. 24 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın məzmunundan görünür ki, iş üzrə icraata başlanılması və borclu şəxslərə 10 gün müddətində könüllü icranı təmin etməsi təklif edilmişdir.

5. C avabdeh2 MMC-yə ünvanlanmış Cavabdeh1 Hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş X1 təyin edildiyi “Orxan-92” kiçik müəssisəsinin nəzdində yaradılmış “ünvan 1 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; Şamaxı rayonu Çuxuıyurd kəndində 1,50 ha kənd təsərrüüfatı təyinatlı torpaq sahəsi; faktiki-olaraq Elmira Şirinovanın özünə məxsus olmaqla, X6 adına Şamaxı şəhəri H.Z.Şirvani küçəsidə 9 saylı fərdi yaşayış evi, ünvan 2 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi, ünvan 3anında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; X17 adına Şamaxı rayonu Çuxuryurd kəndi ndə 1,10 ha kənd təsərüfatı təyinatlı torpaq sahələri açıq hərracda satılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2022-ci il tarixli vərəqəsinə əsasən borclulara məxsus əmlakların açıq hərracda satılması üçün hərracın keçirilməsi xahiş olunmuşdur.

6. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2022ci il tarixli əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, X21 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 22000 manat təşkil edir.

7. Açıq hərracın keçirilməsinə dair 15 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Ş amaxı rayon İcra şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsi açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X8 (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində “E-hərrac.com” yerləşdirilmişdir.

8. X10 Əmlak Hərrac Mərkəzi MMC- nin 28 sentyabr 2022-ci il tarixli hərrac yekunları barədə № 211/22 saylı prtokolundan görünür ki, əmlakın ilkin hərracda alış qiyməti 22.300 manat, hərracın nəticələrinə dair bu protokol Daşınmaz Əmlakın Dövlət Reyestrini həyata keçirən dövlət orqanına Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,10 ha torpaq sahəsinin X22 adına daşınmaz əmlakın d övlət reyestrinə daxil edilməsi üçün əsasdır. (Əsas: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.2-ci və 415.5-ci maddələri, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.2-ci maddəsi). Hərracın təşkili, keçirilməsi, rəsmiləşdirilməsi və sair prosedur qaydaları barədə hərracın iştirakçılarına müfəssəl məlumatlar verilmişdir. Hərrac xərcləri üzrə xidmət haqqı qalib alıcı X51 tərəfindən hərracın təşkilatçısının hesabına ödənilməlidir. Qalib alıcı, tələbkar X36 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır.

9. X10 Əmlak Hərrac Mərkəzi MMC- nin Cavabdeh1nə ünvanlanmış 04 oktyabr 2022ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 MMC-nin rəhbərliyi nəzərinizə çatdırır ki, 28 sentyabr 2022-ci il tarixli keçirilən hərracda işt irak edən X51 hərracın qalib alıcısı olmuşdur. Lakin hərracdan sonra X51 protokolu qəbul etməkdən, imzalamaqdan imtina etmişdir. Belə olan halda həmin əmlak Cavabdeh2 MMC tərəfindən hərracda iştirak edən ikinci iştirakçıya təklif olunmuş, ikinci iştirakçı təklifi qəbul etmişdir və ona hərracın qalibi kimi protokol tərtib edilərək verilmişdir. X43 verilmiş xx.xx.2022-ci tarixli, 211/22 saylı protokol ləğv olunmuşdur.

10. X22 X9 Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış 03 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, 28 sentyabr 2022-ci il tarixdə auksiyonun predmeti olan Şamaxı rayonu Çuxuryurd kəndi 1,10 ha torpaq sahəsi üzrə açıq auksionda iştirak etmişdir. X4 qalib gəlmişdir. Sonra isə ona bəlli olmuşdur ki, o auksiondan imtina edib. Hərracın qanuna görə qalib şəxs hərracdan imtina e tdikdə auksionun növbəliyinə görə birincilik ikinci şəxsə verilir. Odur ki, auksionda 2-ci olmuşdur. Buna görə də protokolun ona verilməsini xahiş etmişdir.

11. X22 nümayəndəsi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, olan Şamaxı rayonu Çuxuryurd kəndi 1,10 ha torpaq sahəsini hərrac vasitəsilə aldığını, həmin əmlakın dəyəri olan 22250 manat məbləğində pul vəsaitini Şamaxı rayonu İcra və Probasiya Şöbəsinə depozit hesabına ödəniş kimi ödədiyini, həmin məbləği hərracdan əldə olunan əmlakın dəyəri kimi nəzərə almağı xahiş etmişdi.

12. X10 Əmlak Hərrac Mərkəzi MMC- nin 28 sentyabr 2022-ci il tarixli Hərrac yekunları barədə № 211/22 saylı prtokolundan görünür ki, əmlakın ilkin hərracda alış qiyməti 22.250 manat, hərracın nəticələrinə dair bu protokol Daşın maz Əmlakın Dövlət Reyestrini həyata keçirən dövlət orqanına Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,10 ha torpaq sahəsinin X22 adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsasdır. (Əsas: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.2-ci və 415.5-ci maddələri, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.2-ci maddəsi). Hərracın təşkili, keçirilməsi, rəsmiləşdirilməsi və sair prosedur qaydaları barədə hərracın iştirakçılarına müfəssəl məlumatlar verilmişdir. Hərrac xərcləri üzrə xidmət haqqı qalib alıcı X36 tərəfindən hərracın təşkilatçısının hesabına ödənilməlidir. Qalib alıcı, tələbkar X36 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır. 13. 04.10.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh2 MMC-n in hüquqşünası Nümayəndə3, həmin Mərkəzdə hərrac mütəxəssisi vəzifəsində işləyən X29 və hərracın iştirakçısı X36 (etibarnamə üzrə nümayəndə X44), bu aktı tərtib edirik ondan ötəri ki, X36 (etibarnamə üzrə nümayəndə X44) hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 211/22 № li protokolda texniki səhvlik olaraq tələbkar kimi qeyd olunmuşdur. Lakin qalib alıcı X36 (etibarnamə üzrə nümayəndə X44) səhvən tələbkar olaraq,göstərilsə də bu iş üzrə tələbkar kimi heç bir imtiyazlarından istifadə etməmişdir. Belə ki, X36 (etibarnamə üzrə nümayəndə X44) ərizə ilə müraciət edərək hərracda iştirak etmiş, beh məbləğini, xidmət haqqını, sadələşdirilmiş vergi məbləğini hərraca ödəmiş, qalib alıcı olaraq hərracın yekunları barədə protokolu imzaladıqdan sonra, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləş ən sahəsi 1,1 ha olan torpaq sahəsinin sifarişdə göstərilən alış dəyərini tam olaraq Cavabdeh1 depozit heabına ödəmişdir. Göründüyü kimi X36 (etibarnamə üzrə nümayəndə X44) hərracda adi vətəndaş kimi iştirak etmişdir. Odur ki, bu aktı 2 nüsxədən ibarət olmaqla tərtib edib imzalarımızla təsdiq edirik. Aktın bir nüsxəsi Cavabdeh2 MMC-də saxlanılır, digər nüsxəsi isə X45ma (etibarnamə üzrə nümayəndə X44) təqdim olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayon İcra şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli hərrac sifarişi üzrə xüsusi mülkiyyətində olan Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair protokolun etibarsız sayılmasına və həmin torpaq sahəsinə dair qanunvericiliyə uyğun hərracın keçirilməsinə dair yeni sifarişin digər hərrac təşkilatına verilməsi vəzifəsinin Şamaxı rayon İcra şöbəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 1,1 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK DƏDRX Şamaxı Əİ-dən xx.xx.2006-cı ildə verilmiş, kitab 3, vərəq 67-də ********* nömrə üzrə qeydə alınmış reyestrdən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 1,1 ha torpaq sahəsi Şamaxı İcra Şöbəsin in 4457/3 saylı, xx.xx.2022-ci il tarixli sifarişi ilə Cavabdeh2 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Xüsusi mülkiyyətində olan 1,1 ha torpaq sahəsinin açıq hərracda ilkin satış dəyəri 22000 manat məbləğində müəyyənləşdirilmişdir. Torpaq sahəsinin ilkin satış dəyərinin 22000 manat məbləğində müəyyənləşdirilməsi tərəfindən məhkəmə qaydasında mübahisələndirilməklə, həmin iş hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. İşə hazırlıq iclasında baxılması xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Xüsusi mülkiyyətində olan 1,1 ha torpaq sahəsinə dair açıq hərracın xx.xx.2022-ci il tarixinə təyin edilməsi barədə ona heç bir məlumat verilməmiş, hərracın həmin tarixə təyin edilməsi ilə əlaqədar torpaq sahəsinin mülkiyyətçisi olaraq ünvanına hər hansı bildiriş göndərilməmi şdir.

16. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi ilə məhkəməyə müraciət edərkən "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən keçirilən hərracın başlanğıcını, gedişatını və yekunlarını əks etdirən bütün sənədlər tərəfindən əldə edilmədiyindən iddia tələbini yalnız hərracda iştiraka dəvət edilməməsilə əsaslandırmış, daha sonra Cavabdeh2 MMC-dən həmin sənədlərin surətləri onlara təqdim olunduqdan sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən hərrac kobud qanun pozuntuları ilə keçirilmişdir. Belə ki, İcra Şöbəsinin 6244/3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli, 211/22 nömrəli Hərracın yekunları barədə protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:00-dan 11:30-d ək olan müddətdə Şamaxı rayon İcra Şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,10 ha torpaq sahəsinin qalib alıcısı, fiziki şəxs X51 (ünvan: ünvan 6ə həmin torpaq sahəsi 22300 manata olmaqla ona satılmışdır. X40 adına Cavabdeh2 MMC tərəfindən tərtib olunmaqla həmin Mərkəzin direktorunun imzası və müəssisənin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 211/22 nömrəli protokola Elşad Musayev tərəfindən əl yazısı ilə aparılmış qeydlərdən görünür ki, o, hərracın predmeti olan torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduğuna və bu halın ona hərracdan sonra bəlli olduğuna əsaslanmaqla, adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 211/22 nömrəli protokolu imzalamaqdan imtina etmişdir. Eyni gündə, yəni 28 sentyabr 2022-ci il tarixində, eyni saatda, yəni 11:00-dan 11:30-dək keçirildiyi iddia olunan "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən tərtib və təsdiq olunmuş eyni nömrəli, yəni 211/22 saylı hərracın yekunları barədə digər protokoldan isə görünür ki, "Əmlak Hərrac Mərkəzi” MMC saxtakarlıq edərək X22 (etibarnamə üzrə nümayəndəsi X44) adına torpaq sahəsinin dəyəri 22250 manata olmaqla başqa protokol verilmişdir. Bu protokolda göstərilmişdir ki, qalib alıcı guya tələbkardır və o, tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır. Bildirir ki, Z.İ.Məmmədova tələbkar olmadığı üçün o, alış qiymətini İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Alış qiymətinin İcra Şöbəsinin depozit hesabına ödənilməsi də təsdiq edir ki, Z.Məmmədova tələbkar deyildir. Əgər Z.Məmmədovanın tələbi ol muş olsa idi o, alış qiymətini depozit hesabına köçürməli deyildi və protokolda göstərildiyi kimi tələbinin məbləği həcmində alış qiymətini ödəməzdi. İcra Şöbəsinin 6244/3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə ilə göndərilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(101)-130/2020 nömrəli icra vərəqəsindən görünür ki, tələbkar kimi təqdim edilmiş Zahidə Məmmədovanın tələbinin ümumi məbləği 65000 (altmış beş min) manatdır. Əgər onun 65000 manat tələbi varsa, onun tərəfindən torpaq sahəsinin dəyərinin İcra Şöbəsinin depozit hesabına ödənilməsi ciddi şübhələr doğurur. Güman edir ki, Zahidə Məmmədovanın tələbi ödənilmişdir. Bu halı təsdiq edən sənədlərin əldə edilməsi üçün tərəfindən tədbirlər həyata keçirilir. Zahidə Məmmədova tələbkar olmadığı halda hərracda tələbkar qismində iştirak etməsi də qanunsuzdur. İcra Şöbəsinin 6244/3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə ilə ünvanına göndərilmiş “Açıq hərracın keçirilməsinə dair bildirişdən də açıq aşkar görünür ki, hərrac barədə, hərraca çıxarılmış torpaq sahəsinin mülkiyyətçisı olaraq ona heç bir məlumat verilməmişdir. Belə ki, həmin bildirişdə göstərilən şəxslərin arasında adı yoxdur. Göstərilənlərdən açıq-aşkar görünür ki, Cavabdeh2 MMC saxtakarlıq edərək iştirakını təmin etməməklə qanun pozuntularına yol verməklə, həmdə saxtakarlıq edərək, eyni günə, eyni saata iki hərrac protokolu tərtib etmiş və əlavədə göstərdiyi digər qanun pozuntularına da yol vermişdir. Yuxarıda göstərdiyi iddia tələbinə baxılarkən hazırki əlavədə göstərdiyi qanun pozuntularını da nəzərə almağı xahiş etmişdi r.

17. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur ki, xx.xx.2022-ci il tarixli “tələbin güzəşti müqaviləsi”ndən görünür ki, tələbkarlardan biri olan X36 65030 manat məbləğində tələbini həmin icra sənədi üzrə digər tələbkar X34 güzəşt etmişdir. X36 xx.xx.2022-ci il tarixli “Tələbin güzəşti müqaviləsi” əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)130/2020 saylı, 05 yanavar 2022-ci il tarixli icra sənədi üzrə tələbini X34 güzəşt etdiyindən X36 (etibarnamə üzrə nümayəndəsi X41) 28 sentyabr 2022-ci ildə keçirilmiş hərracda tələbkar statusu ilə iştirak etməsi və bu statusdan sui-istifadə edərək hərracda iştirak etmək üçün beh məbləğini ödəməməsi qanunsuz və əsassız olmuşdur. Z.İ.Məmmədova 65030 manat məbl əğində tələbini X34 tam məbləğdə güzəşt etdiyindən L.N.Abbasova özünün və digər tələbkarların ona güzəşt etdikləri pul vəsaitinin əvəzində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin Cavabdeh2 MMC-yə verdiyi xx.xx.2022-ci il tarixli hərrac sifarişinə əsasən açıq hərraca çıxarılmış Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 770- ci məhəllədə yerləşən 6 nömrəli binanın 7 saylı mənzilini Cavabdeh2 MMC-nin 21 sentyabr 2022-ci il tarixli 207/22 nömrəli yekun protokolu ilə dəyəri 178000 manata olmaqla əldə etmiş və bununla da tələbkar L.N.Abbasova ozünün 73880 manat məbləğində olan tələbindən artıq qalan hissəsini şifarişçi İcra şöbəsinin depozit hesabına ödəməmişdir. X36 “Tələbin güzəşti müqaviləsi” əsasında icra sənədi üzrə tələbini X34 güzəşt etdiyindən, sonuncu Z.Məmmədovanın ona güzəşt etd iyi 65030 manat məbləğində tələbinin məbləğinin əvəzində dəyəri 178000 manat məbləğində olan mənzili əldə etmiş Z.İ.Məmmədovanın etibarnamə üzrə nümayəndəsinin 28 sentyabr 2022-ci ildə keçirilmiş açıq hərracda iştirak etmək üçün beh məbləğini ödəməməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərracın qanunsuz və əsassız olduğunu tam təsdiq edir.

18. X10 Əmlak Hərrac Mərkəzi MMC-nin Şamaxı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X36 (etibarnamə üzrə nümayəndə X44) hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 211/22 № li protokolda texniki səhvlik olaraq tələbkar kimi qeyd olunmuşdur. Lakin qalib alıcı X36 (etibarnamə üzrə nümayəndə X44) səhvən tələbkar olaraq göstərilsə də bu iş üzrə tələbkar kimi heç bir imtiyazlarında n istifadə etməmişdir. Belə ki, X36 (etibarnamə üzrə nümayəndə X44) ərizə ilə müraciət edərək hərracda iştirak etmiş, beh məbləğini, xidmət haqqım, sadələşdirilmiş vergi məbləğini hərraca ödəmiş, qalib alıcı olaraq hərracın yekunları barədə protokolu imzaladıqdan sonra, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən sahəsi 1,1 ha olan torpaq sahəsinin sifarişdə göstərilən alış dəyərini tam olaraq Cavabdeh1 depozit heabına ödəmişdir. Göründüyü kimi X36 (etibarnamə üzrə nümayəndə X44) hərracda adi vətəndaş kimi iştirak etmişdir. Azərbaycan Respublikasınıq Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni prcdmct barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının olması icraata xitam verilmə əsaslarından biridir. Eləcə də, X23 məxsus Bakı Ağır Cinayətlər Məhkəməsinin l(101)-130/2020saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə xüsusi müsadirə tətbiq edilmiş əjnlaklara dair yenidən qaldırılan iddialar müvafiq olaraq eyni predmet iizrə məhkəmədə ikinci dəfə mübahisələndirilməsi qanunla yol verilmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, Binəqədi Rayon Məhkəməsi və Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin olunmamışdır.

19. Şamaxı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(074)1195/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddianın qismən təmin edilməsi, Şamaxı rayon İcra şöbəsinin 4457/3 saylı, xx.xx.2022-ci il tarixli hərrac sifarişi ü zrə İddiaçı məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,10 hektar torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli Hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı olan cavabdeh “X10 Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi zamanı həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçı məlumat verilməm işdir. Buna görə iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair protokolun etibarsız sayılmalı, iddia tələbi digər hissədə təmin edilməməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 415.4, 415.5 və 416.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X36 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmü ilə mülki iddiaların təmin edilməsi üçün xüsusi müsadirə tətbiq edilmişdir. Həmin hökmdən iddiaçı tərəfindən əmlakın həbsdən azad edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayət şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddət keçdiyi üçün təmin edilməmişdir. Yəni iddiaçının əmlaka xüsusi müsadirə tətbiq edilməsindən məlumatı olmuş və bunu mübahisələndirmişdir. Xüsusi müsadirə tətbiq edilmiş Şamaxı rayon Çuxuryurd kəndində yerləşən 1,1 ha torpaq sahəsinin sahibinin qanuni qüvvəsin almış məhkəmə hökmü ilə X33 olması müəyyən edilmişdir. İddiaçının hərracın keçirilməsi yeri və vaxtı barədə ona məlumatın verilməməsi məsələsində istinad etdiyi hal əhəmiyyətsizdir. Belə ki, qeyd edildiyi kimi hərrac icra məmurunun sifarişi əsasında keçirilmiş, həmin sifarişdə əmlakın sahibinin X48 olması yox mə hz məhkəmə hökmünə əsasən X18 olması bildirilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Birinci inistansiya məhkəməsi sadalanan hala düzgün hüquqi qiymət verməmişdir. Əmlakın onun tərəfindən alınmasına münasibətdə isə Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən “Auksionlar və Müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər”. İş materiallarından aydın olur ki, hərracın nəticələrinə əsasən qalib alıcı hərracdan imtina etdiyindən ikinci ən yüksək məbləği təklif etmiş iştirakçı hərracın qalibi elan edilmiş və buna dair müvafiq protokol tərtib edilmişdir.

24. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsinə və iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəmiyyət hərracın keçiriməsi zamanı hər hansı qanun pozuntusuna yol verməmişdir. Belə ki, hərrac sifarişi cəmiyyətə daxil olduqdan sonra ilkin hərrac qanunvericilyiin tələblərinə uyğun olaraq təyin edilmiş, eləcə də hərracın keçirilməsinə dair elan kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” X8 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısınını r əsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. Həmçinin hərracın keçirilməsinə dair bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. Bundan əlavə olaraq iş üzrə hərracın keçirilməsinə dair bildiriş müvafiq olaraq sifariş məktubunda göstərilən ünvan 8 ünvanına poçt vasitəsi ilə 15 sentyabr 2022- ci il tarixli reyestrlə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsinin tələbinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilmə si, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda sözügedən maddəni, eləcə də həmin Məcəllənin 416-cı maddəsini tətbiq etməklə iddianı təmin etməməli olduğu halda, həmin maddələri hazırkı mübahisəyə tətbiq edərkən yanlış təsvir etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə hazırkı mübahisəyə tətbiq etdiyi hüquq normasını tətbiq etməməli olduğu halda tətbiq etmiş və beləliklə də iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

26. İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat vermiş, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(105)-543/2023 saylı qətnaməsi ilə (hakimlər G.İ.Cabbarova (sədrlik edən və məruzəçi), A.M.Süleymanova və S.A.Qafari) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X36 tərəfindən və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv olunmuş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq, bu hissədə iddia tələbi rədd edilmişdir.

28. Ape llyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlak barəsində xüsusi müsadirə tətbiq edilməsi, həmin əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması deməkdir. İndiki halda da barəsində hərrac keçirilmiş əmlakla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında xüsusi müsadirə tətbiq edilmiş, əmlak üzərinə həbs qoyulmuş və mülki iddiaların təmin edilməsinə yönəldilmişdir. İddiaçı isə həmin əmlakın mülkiyyətçisi olması halını əsas götürərək, müvafiq hərracın keçirilməsi barədə ona bildirişin göndərilməli olduğu halda, göndərilməməsi, bununla da onun hüququnun pozulması halına istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunan normalarının tələbinə əsasən həmin əmlak barəsində xüsusi müsadirə tətbiq edildiyindən, artıq həmin əmlak dövl ət nəfinə məcburi qaydada və əvəzssiz olaraq alınmışdır. Deməli, iddiaçının həmin əmlakın mülkiyyətçisi olması halı aradan qalxmışdır. Belə olan halda isə hərrac təşkilatının əmlakın mülkiyyətçisi qismində iddiaçıya müvafiq hərracın keçirilməsi ilə bağlı bildiriş göndərmək kimi öhdəliyi mövcud olmamışdır. Bununla belə qeyd olunmalıdır ki, müvafiq hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı maraqlı tərəflər, o cümlədən müvafiq sifariş vərəqində qeyd olunmuş şəxslərə, habelə X23 (hansıki müvafiq məhkəmə hökmündə ona məxsus əmlak qismində həmin əmlakın üzərinə həbs qoyulmuş və xüsusi müsadirə tətbiq edilmişdir) qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, rəsmi internet saytında, kütləvi informasiya vasitəsində bununla bağlı elan verilmişdir. Həmçinin, qeyd olunmalıdı r ki, barəsində məhkəmə hökmü qəbul edilmiş şəxs iddiaçının anası olmuş, habelə iddiaçı həmin əmlak barəsində qəbul edilmiş məhkəmə qərarlarını mübahisələndirmişdir ki, həmin hallar da öz növbəsində iddiaçının həmin əmlakla bağlı məhkəmə proseslərindən, o cümlədən həmin əmlak barəsində tətbiq edilən tədbirlərdən məlumatlı olmasını qeyd etməyə əsas verir. Eyni zamanda, qeyd olunmalıdır ki, həmin hərrac açıq hərrac formasında təşkil olunmuş, bu barədə elan verilmiş, iddiaçı adi alıcı qismində həmin hərrac prosesində iştirak etmək hüququna malik olmuşdur. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi qeyd olunan hallar həqiqəti əks etdirməməklə, heç bir dəlilə əsaslanmamış, qeyd olunan hissədə iddiaçının hər hansı h üququnun (mülkiyyətçi olması halı aradan qalxdığından) pozulması halı aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin əsası kimi istinad edilmiş digər hallarla bağlı onu qeyd edir ki, həmin tarixdə hərrac keçirilməsinə dair iki protokol tərtib edilmiş, ilk protokol tərtib edilsə də, qalib alıcı həmin əmlakı almaqdan imtina etmiş, ikinci qalib şəxs qismində X36 qalib alıcı qismində əmlakı əldə etmiş, bu səbəbdən də eyni gündə iki protokol tərtib edilmişdir. Qeyd edilən hallar da müvafiq hərrac təşkilatı tərəfindən tərtib edilmiş sənədlərlə rəsmiləşdirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı X22 tələbkar kimi qeyd edilməsi halını da pozuntu kimi qeyd etsə də, həmin halın qeyd edilməsinin də texniki səhv olması və bu barədə hərrac təşkialtı tərəfindən akt tərtib edilməsi halı müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallar formal xarakter daşımaqla, hərrac prosesinin keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulması halları kimi qiymətləndirilməsinə əsas vermir. Bunun əksi isə ilk növbədə hüquqdan suistifadə halının baş verməsinə, nəticə etibarilə hərrac iştirakçılarının, maraqlı tərəflərin hüquq və mənafelərinin pozulmasına gətirib çıxarda bilər. Digər hallar baxımından da hazırki mülki iş üzrə müvafiq əmlak barəsində hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin qeyd olunan normalarının pozulması halı aşkar edilmədiyindən, keçirilmiş hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün əsas olmamışdır. Qeyd olunan hall ara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, işin nəticəsinə təsir edən bütün halları aydınlaşdırmamış, bununla da gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.

29. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.3, 414.4, 414.5 415.1, 415.2, 415.4, 415.5, 416.1 və 416.2-ci maddələri, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 61.1, 61.2, 62.1 və 62.2-ci maddələri ilə əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti iddia ərizəsinə və iddia ərizəsinə əlavələrə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və bununla da heç bir hüquqi əsas olmadan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini iddianın təmin edildiyi hissədə ləğv etmiş və bu hissədə iddia tələbini əsassız olaraq təmin etməmişdir. Məhkəmə qətnaməsində X22 xx.xx.2022-ci il tarixdə keçirilən hərracda iştirak üçün beh məbləğini ödəməməsi dəlilinə məhkəmə ümumiyyətlə qiymət verməmiş, nəticədə prosessual hüquq normasının tələblərini də pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəf iddiaya etirazının əsası kimi istinad etdiyi halları, eyni gündə, eyni tarixdə tərtib edilməklə saxtalaşdırılmış protokola dair iddiaya etirazının əsasını sübuta yetirə bilməmiş, hərrac təşkilatı iddia tələbinin heç bir dəlilinə əsaslı cavab verməmişdir.

32. Kassasiya şikayətində daha sonra qeyd edilmişdir ki, işdə olan sübutlarla, xüsusən də X22 adına saxtalaşdırılmaqla tərtib olunmuş xx.xx.2022-ci iltarixli 211/22 № li protokolla, o cümlədən işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, Z.İ.Məmmədova tələbkar kimi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracda iştirak etməklə o, tələbkar kimi imtiyazlardan istifadə etmiş, beh məbləğini ödəməmişdir. Onun adına xx.xx.2022-ci il tarixli, 211/22 № li protokoldan da görünür ki, o, hətta tələbinin məbləği həcmində torpaq sahəsinin alış qiymətini ödəməkdən də azad edilmişdir. Şamaxı rayon İcra Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Cavabdeh2 MMC-yə ünvanladığı sifarişdə məhz mülki iddiaların təmin edilməsi məqsədi ilə İddiaçı adına dövlət reyestrinə daxil edilməklə, onun xüsusi mülkiyyətində olan Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən 1,1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi açıq hərraca çıxarılmışdır. Sözügedən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində 67 nömrəli vərəqində 29060872 qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı ildə dövət qeydiyyatına alınmış və onun adına MH seriyalı, ******* №-li reyestrdən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair də məhkəmə hökmü əsasında xüsusi müsadirə tətbiq edilsə də, hazırkı halda həmin torpaq sahəsi məhz cinayət işi üzrə zərərçəkənlərə vurulmuş mülki iddialar üzrə tələbin təmin edilməsi məqsədi ilə açıq hərraca çıxarılmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikası CPM-nin 99-1.3-cü, 99-3.2-ci, 99-1.1.2-ci və 99-1.1.3-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, həmin torpaq sahəsinə xüsusi müsadirə tətbiq edildiyindən “hüquq normalarının təhlili” əsasında əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi həmin əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması demək olduğundan guya iddiaçını n həmin əmlakın mülkiyyətçisi olması halı aradan qalxmış, guya hərracın təşkilatçısının bununla da hərraca çıxarılmış torpaq sahəsinin mülkiyyətçisi İddiaçı hərracın keçirilməsi ilə bağlı bildiriş göndərmək kimi öhdəliyi mövcud olmamışdır. Yuxarıda istinad olunan hüquq normalarının tələblərindən görünür ki, xüsusi müsadirə əmlakın məcburi və əvəzsiz qaydada dövlət nəfinə alınmasındır. Hazırkı hərracın xüsusi müsadirə ilə bu və ya digər əlaqəsi yoxdur. Bir daha qeyd edilməlidir ki, hazırkı sifariş ziyanın ödənilməsi ilə əlaqədardır.

33. Nəzərə alınması zəruridir ki, hazırkı iddia tələbi üzrə mübahisələndirilən hərrac Azərbaycan Respublikası MM-nin 415-ci maddəsinin və həmin Məcəllənin 414.2-ci maddəsinin tələbinə əsasən hərracın sifarişçisi Şamaxı rayon İcra Şöbəsi ilə hazırkı iddia tələbi üzrə hərracın təşkilatçısı Cavabdeh2 MMC ilə bağlanmış “Hərracın təşkili haqqında müqavilə”və həmin müqaviləyə 1 saylıəlavə olunan “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur qaydaları”nın tələblərinə uyğun keçirilməli olmuşdur. (Qeyd: Həmin qaydalar hərracın təşkilatçısının internet səhifəsində yerləşdirilmişdir.) Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin kollegiyası tərəfindən qəbul olunan qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi yalnız istinad etdiyi maddi hüqqu normalarının məzmunlarını qətnaməyə köçürmüş, maddi hüququn tətbiqində və təvsirində kobud səhvə yol vermiş və bununla da iş üzrə yanlış nəticəyə gəlməklə düzgün olmayan qətnamə qəbul etmişdir.

34. Apellyasiya instansiyası məh kəməsi Azərbaycan Respublikası MM-nin 416-cı maddəsinə qəbul etdiyi qətnaməsində deklorativ olaraq istinad etsə də, həmin maddəni mübahisəyə faktiki olaraq tətbiq etməmişdir. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsi qaydalarının pozulmasının nəticələrini ehtiva edən Azərbaycan Respublikasının MM-nin 416-cı maddəsinin tələbinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Üçüncü şəxs Memmedova Zahida İsbi qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 414.1. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

37. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

38. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı u dmuş sayılır.

39. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.

40. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

41. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikl ə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

42. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

43. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

44. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

45. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

46. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunve riciliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

47. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

48. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

49. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

50. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Az ərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

62. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının adına dövlət qeydiyyatına alınmış 1,1 ha torpaq sahəsinin faktiki olaraq məhkum edilmiş X23 məxsus ol ması və həmin əmlak barəsində xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzssiz olaraq alınması qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş, bununla da iddiaçının həmin əmlakın mülkiyyətçisi olması halı aradan qalxmışdır. Belə olan halda isə hərrac təşkilatının əmlakın mülkiyyətçisi qismində iddiaçıya müvafiq hərracın keçirilməsi ilə bağlı bildiriş göndərmək kimi öhdəliyi, iddiaçının isə hərracın keçirilməsində mülkiyyətçi kimi iştrak etmək, mülkiyətçiyə aid hüquqlardan istifadə etmək hüququ olmamışdır.

63. Odur ki, qeyd olunanları nəzərə alınmaqla kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-543/2023 nömrəli iş üzrə 27 fevral 2023-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar