Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2619/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər; apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadıqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmmə d oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4260/2025 nömrəli, 4 iyul 2025-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı zavodun ailəvi yataqxanası olan (sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırkı nömrəsi 305 olan mənzilə dair Cavabdeh5 adına verilmiş 637 A nömrəli, 23 yanvar 2003-cü il tarixli orderin ləğv edilməsi və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilərək həmin mənzilin boşaldılması barə də qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, uzun müddət iddiaçılar İddiaçı2 və həyat yoldaşı İddiaçı1 B.Sərdarov adına Maşınqayırma zavodunda işləmiş və ev növbəsində olmuşlar. Həmin vaxt onlara Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi ev 9 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki mənzil nömrəsi 305 olan mənzil onların istifadəsinə verilmiş və 1993-cü ilədək həmin mənzildə yaşamışlar. 1993-cü ildə məlum hadisələrlə bağlı evdə olmadıqları müddətdə onların mənzillərinə və digər mənzillərə məcburi köçkünlər daxil olmuş və yaşamağa başlamışlar. Bundan sonra Ölkə başçısının məcburi köçkünlərin məskunlaşdığı mənzillərdə çixarılmasının dayandırılması barədə sərəncamı ol duğundan məcburi köçkünlərin çıxarılması mümkün olmamışdır. Lakin, bu yaxınlarda məlumat almışlar ki, mənzillərindəki məcburi köçkünlər evi tərk etmiş Cavabdeh4 onların mənzilini zəbt edərək saxta sənədlər əsasında mənzili özəlləşdirmişdir. Belə ki. Cavabdeh4 adına order verilmədən heç bir hüquqi əsası olmayan sərəncam verilmişdir ki, həmin sərəncam inzibati qaydada məhkəmədə mübahisələndirilmişdir. Təqdim olunan sənədlərdən aydın olur ki, onlara aid olan 305 nömrəli mənzil 637A nömrəli orderlə Cavabdeh5 adına yazılmışdır.
3. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-87/202 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsinə iddia rədd edilmişdir (hakim İ. Əliyev).
4. İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən aydın şəkildə göründüyü halda, məhkəmənin gəldiyi nəticə iddiaçıların mənzil hüquqlarının pozulmasına xidmət etmişdir. Yaşayış sahəsindən istifadə və onun istismarı ilə bağlı məsələlər mənzil qanunvericiliyi və Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənməlidir. Mülkiyyət və yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericilik müddəaları nəzərə alınmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaranmış mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən, bu tarixədək yaranmış münasibətlər isə Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun həll edilməlidir. 20 00-2009-cu illər arasında yaranmış münasibətlərə Mülki Məcəllənin, 2009-cu ildən sonrakı münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq olunmalıdır. Əgər tərəflər arasında istifadə qaydaları barədə razılaşma varsa, 30.4-cü maddə tətbiq edilmir. Belə razılaşmalar mülki və ailə qanunvericiliyi əsasında müxtəlif formalarda ola bilər. Əgər belə razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvünün istifadə hüququnun başa çatması üçün əsas sayılır. Məhkəmə, Mənzil Məcəlləsinin və digər müvafiq qanunvericilik aktlarının tələblərini düzgün tətbiq etməmiş, maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında da göstərildiyi kimi, qətnamə mübahisəli hüquq münasibətlərində aydınlıq yaratmalı, hüquqların real bərpasını təmin etməlidir. Mənzilə müvəqqəti və ya kirayə əsasında yerləşən şəxslərin istifadə hüququ olmadığından onların çıxarılması müqavilə şərtləri və mülki qanunvericilik çərçivəsində həll olunmalıdır. Bu zaman şəxsin mənzildən istifadə imkanları və mülkiyyətçi ilə münasibətləri hüquqi baxımdan qiymətləndirilməlidir. Şəxsin yaşayış yerindən çıxarılması üçün məhkəmə tərəfindən qəbul edilən qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsas rol oynayır. Bununla belə, məhkəmə iş üzrə mühüm əhəmiyyət daşıyan faktiki halları araşdırmamış və onların hüquqi qiymətləndirilməsini aparmamışdır. Qərardadla tələb edilən sübutlar təqdim olunmamış, yalnız formal cavablarla kifayətlənmişdir. Buna görə də hesab etmişdir ki, iş üzrə faktiki hallar yenidən araşdırılmalı və onlar a hüquqi qiymət verilməlidir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4260/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək iş materialları birinci instansiya məhkəməsinə göndərilməsi qət edilmişdir (hakimlər F. Qasımov (sədrlik edən və məruzəçi), G. Axundova və E. Kazımov).
7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinə 50,4 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə 26 may 2025-ci il tarixli, **********06825358 nömrəli qəbz (3-cü cild, 7-ci vərəqə) əlavə olunsa da, həmin rüsumun apellyasiya şikayətinin verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə ödənilməsi məlum deyildir. Elektron Məhkəmə İnformasiya Sisteminin “Qəbz haqqında məlumat” bölməsinə daxil olduqda da **********06825358 nömrəli qəbz barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Apellyasiya şikayətinin özündə də dövlət rüsumunun ödənilməsi barədə qəbzin nömrəsi əlavə olunmamış, “bu ödəniş rüsumdan azaddır” bölməsinin qarşısında “inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər” qeydi seçilmişdir.
8. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra - MPM) 361.3, 363.1.1-1, 363.1.2, 363.2, 366.1, 366.2-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2 və 8.6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı2 (vəkili Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4260/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və İddiaçı2 apellyasiya şikayətinin mümkün hesab edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 4 iyul 2025-ci il tarixli, 2(103)-4260/2025 saylı qərardadı əsassız və qanunsuz olmuşdur. Qeyd etmişdir ki, apellyasiya şikayətinə 50,4 manat məbləğində dövlət rüsumun un ödənilməsini təsdiq edən 26 may 2025-ci il tarixli, **********06825358 nömrəli qəbz əlavə olunsa da, məhkəmə bu sənədi nəzərə almamış, Elektron Məhkəmə İnformasiya Sistemində məlumatın görünməməsini əsas götürərək şikayəti qeyri-mümkün hesab etmişdir. Həmçinin apellyasiya şikayətində dövlət rüsumu barədə qəbzin nömrəsinin qeyd edilmədiyi, “Bu ödəniş rüsumdan azaddır” bölməsində isə inzibati hüquq münasibətləri ilə bağlı olan qeydin seçildiyi göstərilmişdir. İddiaçı bildirmişdir ki, bu hallar texniki səhv xarakteri daşıyır və əsaslı rüsum ödənişi mövcud olmuşdur. Bundan əlavə, qərardad çıxarıldıqdan sonra, 15 iyul 2025-ci il tarixdə ********** saylı sənədlə əlavə olaraq 50 manat dövlət rüsumu və 1 manat xidmət haqqı Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmişdir. Belə olduğu halda, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 363-cü maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin verilməsi üçün tələb olunan tələblər tam yerinə yetirilmiş, lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, qərardadın ləğv edilərək apellyasiya şikayətinin mümkün hesab edilməsi tələb edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
13. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 363.1.1-1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə qaytarılır.
18. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
19. Maddə 402.2.1. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutu lmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməs inin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası müəyyən etmişdir ki, apellyasiya şikayətinə 50,4 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə 26 may 2025-ci il tarixli, **********06825358 nömrəli qəbz (3-cü cild, 7-ci vərəqə) əlavə olunsa da, həmin rüsumun apellyasiya şikayətinin verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə ödənilməsi məlum deyildir. Elektron Məhkəmə İnformasiya Sisteminin “Q əbz haqqında məlumat” bölməsinə daxil olduqda da **********06825358 nömrəli qəbz barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Apellyasiya şikayətinin özündə də dövlət rüsumunun ödənilməsi barədə qəbzin nömrəsi əlavə olunmamış, “bu ödəniş rüsumdan azaddır” bölməsinin qarşısında “inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər” qeydi seçilmişdir.
26. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmamışdır. İddiaçı tərəfindən sonradan, yəni apellyasiya şikayəti qeyri-mümkün hesab olunandan sonra, 15 iyul 2025-ci il tarixdə dövlət rüsumunu ödəməsi də bu halı bir daha təsdiq edir. Qeyd olunanları nəzərə alaraq belə məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4260/2025 nömrəli iş üzrə 4 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.