Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2626/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2626/2019 15 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh1 İKB ASC-nin vəkili ***nun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli, 2(107)2426/2018 nömrəli qətnaməsindən İddiaçı ***nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 30 may 2018-ci i l tarixli, 2(051)-718/18 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ***ndə yerləşən 5 N-li evə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracın və açıq hərracın yekunları barədə 31/01 N-li 06 avqust 2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.R.Rəfiyev, G.Q.Abbasov və E.Ş.Hüseynov) 23.11.2018-ci il tarixli, 2(107)-2426/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 İKB ASC-nin apelyasiya şikayəti təminolunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı *** və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı *** cavabdehlər Cavabdeh1 İKB ASC, Mingəçevir şəhər İcra bölməsi və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər X.Şuşinski küçəsi 5 N-li evə dair 06 avqust 2014-cü il “xxxx” MMC tərəfindən keçirilmiş hərracın və hərracın yekunları barədə 31/01 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İKB ASC-nin iddiası Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1050/2009 saylı 11 noyabr 2009-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdeh1 İKB ASC-nin X8 ilə 16 iyul 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 56842.76 manat əsas borc, 2984.18 manat faiz borc, 8526 manat penya, cəmi 68352.94 manat borc X4 tutulub iddiaçıya ödənilməsi, həmin borcun ipoteka qoyulmuş X3 məxsus 407 50 manat məbləğində qiymətləndirilmiş Mingəçevir şəhərinin “***” bağçılıq massivində yerləşən üç otaqlı evə, X1 mülkiyyətində olan 47270 manat qiymətləndirilmiş *** küçəsi 10A N-li evin 12 N-li mənzilinə və ***nun mülkiyyətində olan 65200 manat qiymətləndirilmiş ***ndə yerləşən 5N-li evə yönəldilməklə mənzillərin açıq hərracda satılması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İş üzrə cavabdehlərdən biri-*** onun atasıdır. O da atası və ailə üzvləri ilə birlikdə atasının mülkiyyətində olan, ipoteka qoyulmuş *** 5N-li evdə yaşayırdı. Mingəçevir şəhər İcra şöbəsi həmin evə dair hərracın keçirilməsi üçün sifariş vermiş, qanuna zidd olaraq 5-ci dəfə keçirilən hərracda, 06 avqust 2014-cü ildə həmin ev ipoteka saxlayan Cavabdeh1 İKB ASC tərəfindən əldə edilmişdir. H əmin hərrac və hərracın yekunları qanuna zidd olduğuna görə atası *** məhkəməyə hərracın və hərracın yekunları barədə protokolun ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılan müddətdə-10 yanvar 2015-ci ildə atası vəfat etmiş, xahişi ilə o, məhkəmə tərəfindən iddiaçının hüquqi varisi kimi tanınmışdır. Hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə deyil, ləğv edilməsi barədə iddia verildiyinə görə iddia təmin olunmamışdır. Ona görə də, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. *** 5N-li evə dair “xxxx” MMC tərəfindən 06 avqust 2014-cü ildə keçirilmiş hərracın yekunları barədə 31/01 saylı protokolu qanunsuz hesab edir. Belə ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə məhkəməni n qərarı əsasında *** 5 N-li evlə bağlı Mingəçevir şəhəri İcra şöbəsi tərəfindən hərracın keçirilməsi üçün sifariş verilmişdir. Birinci hərrac 03 oktyabr 2011-ci ildə keçirilmişdir. Hərrac baş tutmadığına görə təkrar olaraq hərrac 19 oktyabr 2011-ci ildə keçirilmişdir. İkinci hərracda ev satılmadığına görə hərrac mərkəzi 10 noyabr 2011-ci ildə evi 30134 manata almağı banka təklif etmişdir. 30 təqvim günü ərzində bank evi almadığı üçün hərrac mərkəzi sənədləri icrasız geri qaytarmışdır. 07 fevral 2012-ci ildə bank qanuni əsas olmadan icra sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. İcra şöbəsi də hərrac baş tutmaması, tələbkarın isə evi qəbul etməməsi səbəbindən icra vərəqəsinin icra edilməsi mümkün olmadığı üçün geri qaytarmalı olduğu halda, bankın müraciət əsasında geri qaytarmışdır. 22 fevral 2013-cü ildə isə Migəçevir şəhər İcra şöbəsi əsassız olaraq yenidən hərracın keçirilməsi üçün hərrac mərkəzinə sifariş vermişdir. Bundan sonra 06 may 2013-cü ildə “xxxx” MMC tərəfindən ***-li evlə bağlı hərrac keçirilmişdir. Lakin yenə hərrac baş tutmamışdır. 11 may 2013-cü ildə təkrar hərrac keçirilir. Hərrac həmin vaxt da baş tutmur, ipoteka saxlayan isətəklif olunan vaxtdan 30 təqvim günü müddətində evi qəbul etmir. Ona görə də 12 dekabr 2013-cü il tarixdə hərraca göndərilmiş sənədlər icrasız geri qaytarılmışdır. Lakin bir müddət sonra Mingəçevir şəhər icra şöbəsi yenə hərracın keçirilməsi üçün sifariş vermiş və qanuna zidd olaraq 5-ci dəfə hərrac keçirilmişdir və 06 avqust 2014-cü il tarixdə ilkin satış qiyməti 65200 manat olan evi 41565 manata ipoteka saxlayan Cavabdeh1 İKB ASC tərəfindən qəbul edilmişdir. Bu barədə “Açıq hərracın yekunları barədə” 31/01 N-li 06 avqust 2014-cü il tarixli protokol tərtib edilmiş və həmin protokol cavabdehlər tərəfindən imzalanmışdır. Hesab edir ki, bir ipoteka predmeti barədə beş dəfə hərrac keçirilməsi qanuna ziddir və ona görə də iddianın təmin olunmasını, *** 5 N-li evə dair “xxxx” MMC tərəfindən keçirilmiş 31/01 N-li 06 avqust 2014-cü il tarixli hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı *** və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iş in yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı *** kassasiya şikayətində işin hallarını və qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, qətnamənin əsassız və qanunsuz olduğunu qeyd etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İKB ASC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 23.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin edib, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1050/2009 N-li 11 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 İKB ASC-nin X8 ilə 16 iyul 2008-ci ildə bağlanmış kredit müqaviləsi üzrə 56842 manat 76 qəpik əsas borc, 2984 manat 18 qəpik faiz borc, 8526 manat penya, cəmi 68352 manat 94 qəpik borc, habelə iddia verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu X4 tutulub iddiaçı Cavabdeh1 İKB ASC-yə ödənilməsi, həmin borcun və dövlət rüsumunun ödənilməsi ipoteka qoyulmuş X3 məxsus 40750 manat məbləğində qiymətləndirilmiş, Mingəçevir şəhərinin “***” bağçılıq massivində yerləşən üç otaqlı evə, X1 mülkiyyətində olan 47270 manat məbləğində qiymətləndirilmiş, *** keçəsindəki 10A N-li evin 12 N-li mənzilinə və * **nun mülkiyyətində olan 65200 manat məbləğində qiymətləndirilmiş ***ndə yerləşən 5 N-li evə yönəldilməklə mənzillərdə olan şəxslər çıxarılaraq açıq hərracda satılması, ipoteka predmeti olan mənzillərin hərrac yolu ilə satışından əldə olunan vəsaitdən borc məbləği və tutmaya yönəldilən xərclərdən artıq qalan hissəsinin mülkiyyətçilərə qaytarılması qət edilmişdir. 2(051)-1050/2009 N-li 11 noyabr 2009-cu il tarixli icra vərəqəsinə əsasən, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1050/2009 N-li 11 noyabr 2009-cu il tarixli qətnaməsi 04 avqust 2010-cu ildə icra olunması üçün icra bölməsinə göndərilmişdir. Mingəçevir şəhər İcra bölməsinin icra məmurunun “İcraata başlamaq haqqında” 06 avqust 2010-cu il tarixli qərarına əsasən, iş üzrə icraat başlanılmışdır. “xxxx” MMC tərəfindən verilmiş, “Əmlakın q iymətləndirilməsi barədə” 29 noyabr 2010-cu il tarixli ekspert rəyində göstərilir ki, ***na məxsus Mingəçevir şəhəri Xan Şuşinski küçəsində yerləşən 5N-li fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 36000 (otuz altı min) manat təşkil edir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-70/2011 N-li 16 may 2011-ci il tarixli qərardadının surətinə əsasən, Mingəçevir şəhər məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu ***nun tələbi təmin olunmamışdır. Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən Cavabdeh1 İKB ASC-yə və ***na 01/2394 N-li 05 sentyabr 2011-ci ildə göndərilmiş açıq hərracın keçirilməsinə dair 03 sentyabr 2011-ci il tarixli 01 N-li bildirişə əsasən, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1050/2009 N-li 11 noyabr 2009-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan, ***nun mülkiyyətində olan *** 5 N-li evə dair hərracın keçirilməsi tarixi, vaxtı 03 oktyabr 2011-ci ildə saat 10:00-13:00 və 16:00-17:00-də ünvan 1 ünvanda keçiriləcəyi bildirilmişdir. Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən Cavabdeh1 İKB və ***na göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” 17 sentyabr 2011-ci il tarixli 01/2 N-li bildirişə əsasən, ***ndə 5 N-li evə dair hərrac 03 oktyabr 2011-ci il tarixdə keçirilməsi barədə ipoteka qoyana və ipoteka saxlayana məlumat verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin məktubu əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən məhkəməyə göndərilmiş Cavabdeh1 İKB-nin cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı aktın ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və keçi rilmiş hərracların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə əlavə olunmuş Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən Cavabdeh1 İKB-a və ***na 01/2836 N-li 10 oktyabr 2011-ci il tarixli məktubla göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” 02 N-li 08 oktyabr 2011-ci il tarixli bildirişə əsasən, ***nun mülkiyyətində olan *** 5 N-li evlə bağlı təkrar hərracın 19 oktyabr 2011-ci ildə saat 10:00-13:00 və 14:00- 17:00-də keçiriləcəyi barədə ipoteka qoyana və ipoteka saxlayana məlumat verilmişdir. İddia ərizəsinə və Mingəçevir icra şöbəsinin 587/10 N-li icra işində olan materiallara əlavə edilmiş Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən Cavabdeh1 İKB-a göndərilmiş 01/2968 N-li 24 oktyabr 2011-ci il tarixli və 01/3132 N-li 10 noyabr 2011-ci il tarixli təkliflərdə göstərilir ki, ***na məxsus ipoteka yüklənmiş *** 5 saylı evini “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində qeyd olunan əmlaka təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətdə, yəni 30134.63 (otuz min bir yüz otuz dörd manat altmş üç qəpik) manat olmaqla ala bilərsiniz. Cavabdeh1 İKB ASC-nin Yevlax filialının müdiri ***in Mingəçevir şəhər icra bölməsinin rəisi *** göndərdiyi 04/12 N-li 06 yanvar 2012-ci il tarixli məktubda göstərilir ki, Mingəçevir şəhər icra bölməsinin icraatında olan borclu X8 barəsində icra işinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş olunur. Buna səbəb ***ndə yerləşən 5 saylı evin sahibi *** və *** küçəsi 10A saylı evin 12 saylı mənzilinin sahibi X1 valideyninin banka müraciət edərək möhlət istəmələri olmuşdur. Mingəçevir şəhər icra bölməsinin icra məmurunun “İcra sənədinin qaytarılmasına dair” 07 fevral 2012-ci il tarixli qərarının surətinə əsasən, Mİngəçevir şəhər məhkəməsinin 2-1050 saylı 11 noyabr 2009-cu il tarixli icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə müvafiq olaraq icra olunmadan məhkəməyə qaytarılmışdır. 26 noyabr 2012-ci ildə verilmiş icra vərəqəsinə əsasən, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1050/2009 N-li 11 noyabr 2009-cu il tarixli qətnaməsi üzrə icra sənədi yenidən icraya yönəldilmişdir. Mingəçevir şəhər icra bölməsinin rəisi ***un 1670 N-li 22 fevral 2013-cü il tarixli məktubuna əsasən, “xxxx” MMC-yə 2(051)-1050/2009 N-li 11 noyabr 2009-cu il tarixli icra sənədi üzrə *** 5 N-li evə dair hərracın keçirilməsi üçün sifariş verilmişdir. Hərrac təşkilatı “xxxx” MMC tərəfindən Cavabdeh1 İKB-a və ***na göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” 01 N-li 06 aprel 2013-cü il tarixli və 01/12 N-li 20 aprel 2013-cü il tarixli bildirişlərə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1050/2009 N-li 11 noyabr 2009-cu il tarixli icra vərəqəsi üzrə ***nun mülkiyyətində olan, ipoteka qoyulan *** 5 N-li evlə bağlı hərrac 06 may 2013-cü il saat 10:00-13:00 və 14:00-17:00-də, ünvan 2 ünvanda keçiriləcəyi barədə ipoteka qoyana və ipoteka saxlayana məlumat verilmişdir. Hərrac təşkilatı “xxxx” MMC tərərfindən Cavabdeh1 İKB və ***na göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” 02 N-li 11 may 2013-cü il tarixli bildirişlərə əsasən, ***nun mülkiyyətində olan *** 5 N-li evlə bağlı təkrar hərracın 11 iyun 2013-cü ildə keçiriləcəyi barədə ipoteka qoyana və ipoteka saxlayana məlumat verilmişdir. Hərrac təşkilatı “xxxx” MMC-nin 18 iyun 2013-cü il tarixli məlumatında göstərilir ki, “İcra haqqında” qanunun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar bildirilir ki, üzərinə tələb yönəldilmiş ***na məxsus ipoteka qoyulmuş ***ndəki 5 N-li fərdi yaşayış evini “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 41565 (qırx bir min beş yez altmış beş) manata ala bilərsiniz. Hərrac Mərkəzi “xxxx” MMC-nin 01/3765 N-li 17 dekabr 2013-cü il tarixli məktubuna əsasən, ***na məxsus ***ndəki 5 saylı evin sənədləri icrasız geri qa ytarılmışdır. Cavabdeh1 İKB-nın problemli aktivlərin idarə olunması departamentinin rəisi ***n Mingəçevir şəhər icra şöbəsinə göndərdiyi 214/2014 N-li 11.02.2014-cü il tarixli məktubunda göstərilir ki, ***nun mülkiyyətində olan ***ndə yerləşən 5 N-li əmlakla bağlı 18.06.2013-cü il tarixdə Hərrac Mərkəzi tərəfindən banka təklif olunmuşdur. Bank təklifə öz razılığını bildirmişdir. Lakin protokollar təqdim olunmamışdır. Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən Mingəçevir şəhər icra bölməsinə göndərilmiş 06 avqust 2014-cü il tarixli məktubda göstərilir ki, təqdim etdiyiniz sifarişə əsasən auksion mərkəzi tərəfindən hərrac keçirilmişdir. 1675 N-li 22.02.2013-cü il tarixli sifariş məktubuna əsasən ***na məxsus ***ndə yerləşən 5 N-li ev 41565 (qırx bir min beş yüz altmış beş) manat hərraca çıxarılmış, Cavabdeh1 İKB-nin etibarnamə əsasında nümayəndəsi X2 “İpoteka haqqında” qanunun 42.4-cü maddəsinə əsasən əldə etmişdir. Hərrac təşkilatının ***na məxsus ***ndə yerləşən 5 N-li evlə bağlı Açıq hərracın yekunları barədə 31/01 N-li 06 avqust 2014-cü il tarixli protokol əlavə olunmuşdur. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, *** 10 yanvar 2015-ci ildə ölmüşdür. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ***nun atası ***, anası X7r. Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunun məktubuna əsasən, 10.01.2015ci ildə vəfat etmiş ***ndan qalmış miras əmlaka dair miras qoyanın oğlu İddiaçı *** 06.04.2015-ci il tarixdə Mingəçevir şəhər 2 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş və həmin tarixdə V-64/2015 saylı vərəsəlik işi açılmışdır. Maddi hüquq normalar yoxlanıl arkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 416.1-ci maddəsinin mənasına görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızığına səbəb olur. Digər tərəfdən qeyd olunan maddi hüquq normalarının mənasına görə hüquqi baxımdan hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Göründüyü kimi, qanunvericilik hərracın etibarsızlığının əsası kimi hərracın keçirilməsi qaydalarının pozulmasını müəyyən etmişdir ki, bu halın mövcudluğu öz təsdiqini tapmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-ci maddəsində göstərilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “xxxx” MMC-nin işə əlavə edilmiş 08 aprel 2013-cü il və 27 may 2013-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişlərində hərracın 06 may 2013-cü il və 11 iyun 2013-cü il tarixlərdə keçiriləcəyi göstərilsə də, həmin tarixlərdə keçirilmiş hərracın nəticələrinə dair protokolların surətləri işə əlavə edilməmişdir. Halbuki, Mülki Məcəllənin 415.5-ci maddəsinin mənasına görə hərraca çıxarılmış əmlakın satılıb-satılmamasından asılı olmayaraq auksionun və ya müsabiqənin keçirildiyi gün səbə bləri göstərilməklə hərracın nəticələri haqqında protokol imzalanmalıdır. Apellyasiya instansiyası düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin bu halı üzrə heç bir araşdırma aparmadan, həmin tarixlərdə ümumiyyətlə hərracın keçirilib-keçirilməməsini, keçirilmişdirsə onun baş tutmamasının səbəblərini aydınlaşdırmadan, bu barədə hərracın nəticələri haqqında protokol imzlanıbimzalanmamasını dəqiqləşdirmədən mübahisəli evə dair 5 dəfə hərracın keçirilməsi barədə əsassız nəticəyə gəlmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Hərrac Mərkəzi “xxxx”MMC tərəfindən məhkəmə kollegiyasına göndərilmiş məktubdan müəyyən edilir ki, İddiaçı ***nun hərracına dair məlumat və qeyd edilən iş üzrə icra sənədləri təqdim etmək mümkün deyildir. “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanunun 43.4-43.8-ci maddələrinin mənasına görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış ela n edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddənin mənasından da göründüyü kimi ipotekaya o, vaxt xitam verilə bilərdi ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Hazırkı işdə isə, bu hal istisna olunur və ümumiyyətlə, mülki iş materiallarında ipoteka saxlayan Cavabdeh1 İKB ASC-nin ipoteka predmetini əldə etməkdən imtina etməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Əksinə, işə əlavə edilmiş Cavabdeh1 İKB ASC tərəfindən tərtib edilmiş 17 fevral 2014-cü il tarixli məktubd an görünür ki, 18 iyun 2013-cü il tarixdə sözügedən ev Auksion Mərkəzi tərəfindən banka təklif edilmiş, bank təklifə öz razılığını bildirmişdir, lakin bu günədək protokol imzalanmamışdır. Digər tərəfdən işdən görünür ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan “xxxx” İKB ASC-nin ipoteka predmetini əldə etməməsinə səbəb bankın ipoteka predmeti olan evin qiymətini mübahisələndirməsi olmuşdur. Belə ki, işə əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 17 may 2013-cü il tarixli qərardadının surətindən görünür ki, “xxxx” İKB ASC-i ipoteka qoyan ***ə məxsus olan evin qiymətləndirilməsini mübahisələndirərək, qiymətləndirmə aktının ləğv edilməsini, mübahisəli evin qiymətləndirilməsinin yenidən keçirilməsini, evin satışı üzrə “xxxx” MMC tər əfindən keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş etmiş və müvafiq ekspertiza təyin edilməklə, iş üzrə icraat dayandırılmışdır. Bundan sonra qeyd olunan iş üzrə icraat dayandırıldığından Mingəçevir şəhər məhkəməsinin 06 aprel 2015-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 11 noyabr 2009-cu il tarixli qətnaməsi üzrə başlanmış icra işi üzrə də icraat dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icra sənədi üzrə icraat dayandırıldığından, eyni zamanda “xxxx” İKB ASC-i ***ə məxsus olan evin qiymətləndirməsini ayrıca məhkəmə qaydasında mübahisələndirdiyindən, Cavabdeh1 İKB ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi sadalanan maddi hüquq normalarının pozulması kimi qiymə tləndirilə bilməz. Daha sonra, iş materialları ilə müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İKB-nin iddia tələbləri qismən təmin edilərək, 16 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə borclu ***dan əsas borca görə 56.842,76 manat, faiz borcuna görə 2.984,18 manat, hesablanmış peniyaya görə 8.526 manat, cəmi 68.352,94 manat kredit borcunun tutulub Cavabdeh1 İKB ASC-nə verilməsi, tutmanın ipoteka predmeti olan digər daşınmaz əmlaklara, o cümlədən ***nun mülkiyyətində olan ilkin satış qiyməti 65.200 manat göstərilən *** saylı evə yönəldilməsi və həmin evin açıq hərracdan satılması qət edilmiş və qətnamənin icrası ilə bağlı bir sıra icra hərəkətləri aparılsa da ipoteka predmeti satılmamış və son nəticədə ipoteka predmetinin qiym əti birinci hərracdan sonra 15 faiz, təkrar hərracdan sonra isə 25 faiz aşağı endirilməklə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 41.565 manata Cavabdeh1 İKB ASC tərəfindən qəbul edilmiş və bu, “açıq hərracın yekunları barədə” 06 avqust 2014cü il tarixli, 31/01 saylı protokolla rəsmiləşdirilmiş və protokolu müvafiq surətdə hərracı udmuş Cavabdeh1 İKB ASC-nin və hərracın təşkilatçısı “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır. Yuxarıda sadalanan işin halları ilə tam müəyyən edilmişdir ki, iddia tələbində göstərildiyi kimi 5 dəfə deyil, qanunla müəyyən olunmuş qaydada “açıq hərracın yekunları barədə” 06 avqust 2014-cü il tarixli, 31/01 saylı protokolla rəsmiləşdirilmiş və protokolu müvafiq surətdə hərracı udmuş Cavabdeh1 İKB ASC-nin və hərracın təşkilatçısı “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. “Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan f aktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçiri lməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “***nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhk əmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd edilənlərə əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ***nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli, 2(107)-2426/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Hacıyev Sənan
Məhkəmə qərarları › İş №2(102)-2626/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2626/2019
15.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver