Məhkəmə qərarları › İş №2(102)-2629/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2629/2022

17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2629/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş maddi ziyanın və xəstəliyin bərpası xərclərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)3640/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cinayət əməli nəticəsində yetirilmiş xəsarətə görə sonuncundan maddi ziyana görə 10.000 manat, mənəvi zərərə görə 20.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh 10 yanvar 2018-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya az ağır dərəcəli bədən xəsarəti yetirib. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı açılıb. Lakin, tərəflər arasında məhkəmənin gedişində barışıq əldə edildiyindən və cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan ödənildiyindən, sadələşdirilmiş icraat materialına xitam verilib. Həmçinin iddiaçı tərəfindən notarial qaydada təsdiq edilməklə yazılı ərizə verilib və o, ərizəsində cavabdeh tərəfindən ona vurulmuş ziyanın tam məbləğdə ödənildiyini və cavabdehə qarşı hər hansı tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirib. Bu səbəbdən də dəymiş ziyana görə iddiaçının yenidən cavabdehdən pul tələb etməsi əsaslı hesab edilə bilməz. Bundan başqa iddiaçıya İİİ qrup əlillik təyin edilsə də və o, məhdud əmək qabiliyyətli hesab edilsə də, onun tərəfindən müalicəsinin davam etdirilməsi üçün 10.000 manat vəsaitin tələb olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Eyni zamanda cavabdehin təqsiri üzündən iddiaçıya 20.000 manat mənəvi zərər dəyməsi mülki iş materialları ilə təsdiq olunmur. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1123.1-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyaiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilib, cavabdehdən dəymiş maddi zərərə görə 10.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 01 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, 06 may 2020-ci il tarixdə "xxxx"da sol diz oynağında icra ediləcək “artroskopik ACL rekonstruksiyası, iç yan bağ rekonstruksiyası və boyun gevşətmə əməliyyatları” onun şikayətləri və həmin Klinikada aparılmış MRT müayinəsinə əsasən təyin edilib. İddiaçı 10 yanvar 2018-ci ildə “sol oturaq sümüyünün yerdəyişməyən sınığı” diaqnozu ilə “Diaqnoz” Tibb Mərkəzinə sol bud-çanaq oynağında ağrı, hərəkət məhdudluğu şikayə tləri ilə daxil olub, döş qəfəsinin, çanağın və belin iki proyeksiyada rentgen müayinəsi aparılıb, abdominal ultrasəs müayinələrindən keçirilib, sol diz oynağı ilə əlaqədar şikayəti olmadığından instrumental müayinə aparılmayıb və 12 yanvar 2018-ci ildə kafi vəziyyətdə evə yazılıb. Həmçinin 04 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıda 10 yanvar 2018-ci il və 08 fevral 2018-ci ildə çəkilmiş rentgen şəkillərdə sol oturaq sümüyündə xətti sınıq, sol diz oynağında incik sümüyü başının sınığı, 02 iyul 2018-ci ildə aparılmış sol diz oynağının təkrar rentgen müayinəsində incik sümüyü başının bitişmiş sınığı aşkar edilib. Dəfələrlə aparılmış maqnit rezonans tomoqrafik müayinədə ön çarpaz bağın proksimal qopması, medial kollateral bağın hissəvi qopması, osteoartroz, diz qapağının xo ndromalyasiyası müəyyən edilib. İddiaçının sol diz oynağında "xxxx" MMC aparılması nəzərdə tutulan “atroskopik AEL rekons”, “iç yan bağ rekons” və “bayır gevşətmə diz” rekonstruktiv cərrahi əməliyyatın aparılması labüddür və yaranmış postravmatik dəyişiklikləri təqdim edilən MRT müayinələrinin görüntülərinə görə onun 10 yanvar 2018-ci il tarixdə avtomobil qəzası zamanı aldığı xəsarətlərlə bağlı olmasını inkar etmək olmaz. 04 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının hazırda tibbi xərclər əsasında irəli sürdüyü tələbləri 10 yanvar 2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun aldığı xəsarətlərlə səbəbli əlaqədədir. İddia tələbi üzrə isə yenidən tibbi xərclərin yaranması mülki iş materialları ilə istisna edilmir. Belə ki, “Mərkəzi Klinika “ MMC-nin iddiaçının tibbi xidmət xərcləri barədə 07 may 2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, onun əməliyyatı üçün 7.070 manat, tibbi sərfiyyat üçün 3.000 manat olmaqla, cəmi 10.070 manat tələb olunur. Ona görə də cavabdehdən maddi ziyanın əvəzi olaraq 10.000 manat pul tutulub iddiaçıya ödənilməlidir. Cavabdehin təqsiri üzəndən iddiçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinə gəlincə isə bu hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı tərəfindən notarial qaydada təsdiq edilməklə yazılı ərizə verilib və o, ərizəsində cavabdeh tərəfindən ona vurulmuş ziyanın tam məbləğdə ödənildiyini və cavabdehə qarşı hər hansı tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirib. Belə olan halda iddiaçının cavabdehə qarşı mənəvi zərərin əvə zinin ödənilməsi ilə bağlı tələbi təmin edildiyi halda qanunun ədalət prinsipi pozulmuş olar. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 21, 23, 1096.1, 1097-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətna mə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və y a hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1123.1-ci maddəsində göstərilir ki, əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırm a aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya inst ansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rəldd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh 10 yanvar 2018-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya az ağır dərəcəli bədən xəsarəti yetirib. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı açılıb. Lakin, tərəflər arasında məhkəmənin gedişində barışıq əldə ed ildiyindən və cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan ödənildiyindən, sadələşdirilmiş icraat materialına xitam verilib. Həmçinin iddiaçı tərəfindən notarial qaydada təsdiq edilməklə yazılı ərizə verilib və o, ərizəsində cavabdeh tərəfindən ona vurulmuş ziyanın tam məbləğdə ödənildiyini və cavabdehə qarşı hər hansı tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirib. 01 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, 06 may 2020-ci il tarixdə "xxxx"da sol diz oynağında icra ediləcək “artroskopik ACL rekonstruksiyası, iç yan bağ rekonstruksiyası və boyun gevşətmə əməliyyatları” onun şikayətləri və həmin Klinikada aparılmış MRT müayinəsinə əsasən təyin edilib. İddiaçı 10 yanvar 2018-ci ildə “sol oturaq sümüyünün yerdəyişməyən sınığı” diaqnozu ilə “Diaqnoz” Tibb Mərkəzinə sol bud-ça naq oynağında ağrı, hərəkət məhdudluğu şikayətləri ilə daxil olub, döş qəfəsinin, çanağın və belin iki proyeksiyada rentgen müayinəsi aparılıb, abdominal ultrasəs müayinələrindən keçirilib, sol diz oynağı ilə əlaqədar şikayəti olmadığından instrumental müayinə aparılmayıb və 12 yanvar 2018-ci ildə kafi vəziyyətdə evə yazılıb. Həmçinin 04 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıda 10 yanvar 2018-ci il və 08 fevral 2018-ci ildə çəkilmiş rentgen şəkillərdə sol oturaq sümüyündə xətti sınıq, sol diz oynağında incik sümüyü başının sınığı, 02 iyul 2018-ci ildə aparılmış sol diz oynağının təkrar rentgen müayinəsində incik sümüyü başının bitişmiş sınığı aşkar edilib. Dəfələrlə aparılmış maqnit rezonans tomoqrafik müayinədə ön çarpaz bağın proksimal qopması, medial kollateral bağın h issəvi qopması, osteoartroz, diz qapağının xondromalyasiyası müəyyən edilib. İddiaçının sol diz oynağında "xxxx" MMC aparılması nəzərdə tutulan “atroskopik AEL rekons”, “iç yan bağ rekons” və “bayır gevşətmə diz” rekonstruktiv cərrahi əməliyyatın aparılması labüddür və yaranmış postravmatik dəyişiklikləri təqdim edilən MRT müayinələrinin görüntülərinə görə onun 10 yanvar 2018-ci il tarixdə avtomobil qəzası zamanı aldığı xəsarətlərlə bağlı olmasını inkar etmək olmaz. 04 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının hazırda tibbi xərclər əsasında irəli sürdüyü tələbləri 10 yanvar 2018-ci ildə baş vermiş yolnəqliyyat hadisəsi zamanı onun aldığı xəsarətlərlə səbəbli əlaqədədir. İddia tələbi üzrə isə yenidən tibbi xərclərin yaranması mülki iş materialları ilə istisna edilmir. Belə ki, “Mərkəzi Klinika “ MMC-nin iddiaçının tibbi xidmət xərcləri barədə 07 may 2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, onun əməliyyatı üçün 7.070 manat, tibbi sərfiyyat üçün 3.000 manat olmaqla, cəmi 10.070 manat pul tələb olunur. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş z ərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəylərini digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçının səhhətinə zərər dəydiyindən, delikt törətmiş şəxs kimi o, iddiaçının səhhətinə dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mərkəzi Klinika “ MMC-nin iddiaçının tibbi xidmət xərcləri barədə 07 may 2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, onun əməliyyatı üçün 7.070 manat, tibbi sərfiyyat üçün isə 3.000 manat olmaqla, cəmi 10.070 manat pul tələb olunur. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kassasiya şikayətində, iddiaya etiraz ərizəsində iddiaçı qarşısında üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdiyini, ona maddi cəhətdən kifayət qədər pul vəsaiti ödədiyini və iddiaçının hər hansı müalicəyə, əməliyyata ehtiyacının olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla işdən görünür ki, iddiaçı aldığı xəsarətdən sonra məhdud əmək qabiliyyətli hesab edilməklə ona İİİ qrup əlillik təyin edilib. Digər tərəfdən Mülki Məcəllənin 1123.1-ci maddəsində göstərilir ki, əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3640/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar