Məhkəmə qərarları › İş №2(102)-2630/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2630/2022

07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2630/2022 07.04.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2674/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2978,20 manat məbləğində dəymiş z iyanın, 102,89 manat əvvəlki borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3.111,09 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(010)324/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.07.2018-ci il tarixil ******* saylı akt əsasında 388,80 (üç yüz səksən səkkiz manat səksən qəpik) manat məbləğində dəymiş ziyan, 102,89 (bir yüz iki manat səksən doqquz qəpik) manat əvvəldən olan borcun, ümumilikdə 491,69 manat (dörd yüz doxsan bir manat altmış doqquz) tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.12.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, iddianın qiyməti ümumilikdə 3.111,09 manat təşkil edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı mübahisə kassasiya baxışının predmeti ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1.-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatd an, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Odur ki, kassasiya şikayəti mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2674/2021 saylı, 08 dekabr 2021-ci il tarixli q ətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar