Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2631/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13616/2019 nömrəli iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisinin 2/5 hissəsini satın aldığını, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 20 may 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən həmin qeyri-yaşayış sahəsinin “A” tikilisinin 2/5 hissəsinin onun, 1/5 hissəsinin xxxnın, 2/5 hissəsinin isə MMC-nin mülkiyyətində olduğunu, “A” tikilisinin əsas sahəsinin 3571,5 kv.m təşkil etdiyi nəzərə alındığında mülkiyyətindəki 2/5 hissəsinin 1428,6 kv.m olduğunun müəyyən edildiyini, lakin təhvil-təslim zamanı ona yalnız 840,0 kv.m sahənin təhvil veri ldiyini, tərəfindən dəfələrlə MMC-nə müraciət edilməsinə baxmayaraq qalan 588,6 kv.m sahənin verilməsindən imtina olunduğunu bildirmiş, buna görə də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllədə yerləşən qeyriyaşayış sahəsinin A tikilisinin mülkiyyətində olan 2/5 hissəsinin (1428,6 kv.m) 588,6 kv.m-lik sahəsinin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Məmmədov) 25 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisinin 78 metr uzunluğunda və 19,7 metr enində olan 1536,6 kv.m sahəsinin İddiaçı ayrılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 mana tın “xxxx” şirkətindən alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-231/2017 saylı iş üzrə 25 avqust 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı “xxxx” MMC-nə qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.Birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertizanın xərci, 100 (yüz) manat İddiaçı aid edilmişdir. İddiaçı və vəkili Vəkilkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarix li qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxx ilə “xxxx” şirkəti arasında bağlanmış 20.04.2004-cü il tarixli müqavilədə adı çəkilən şəxsə satılan sahənin 1/30 hissə olması barədə düzəliş aparılmış, bununla belə onun adına aparılan qeydiyyat 1/5 hissə kimi rəsmiləşdirilərək sonradan Qurban Ədilova satdığı sahə də 1/5 hissə olaraq qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsi əvvəlki mülki iş üzrə 07.07.2017-ci il tarixli qətnaməsində, məhz Ədilov Qurbanın əldə etdiyi mülkiyyətdə payın həcmində uyğunsuzluq olmasına əsaslanaraq X16 “payın naturada bölünməsi” tələbinə dair iddiasını rədd etmişdir. X6 münasibətdə dövlət qeydiyyatına alınan p aylarla müqavilədə nəzərdə tutulan paylar arasındakı uyğunsuzluğun hazırki mülki işdə iddianın rədd edilməsi üçün heç bir əsası yoxdur və məhkəmənin belə nəticəyə gəlməsi qanunsuz olmaqla mahiyyəti üzrə işə baxan apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinmiş, məhkəmənin qətnaməsində göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Belə ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindəki payına münasibətdə həmin payın əldə edildiyi vaxtdan indiyə qədər həm alqı-satqı müqaviləsində, həm də daşınmaz əmlakın dövlət reyestr qeydiyyatında heç bir müxtəliflik, səhv qeydiyyat və ya hər hansı anlaşılmazlıq mövcud deyil. Tamamilə qanuni əsaslarla “xxxx” şirkətindən 20 aprel 2004-cü il tarixli alqı-satqı m üqaviləsi əsasında satın aldığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisinin 2/5 hissəsini, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 20 may 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət hüququ əldə etmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin A tikilisinin 2/5 hissəsi cəmi 1536,76 kv.m təşkil edir. Lakin təhvil-təslim zamanı ona yalnız 840,0 kv.m sahə təhvil verilsə də, qalan 696,76 kv.m sahə təhvil verilməmişdir. Bundan başqa, 19.06.2017-ci il tarixli ekspertiza rəyi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, ekspertiza texniki pasportun göstəricilərinə görə deyil, qeyri-yaşayış sahəsinin faktiki olaraq real ölçülərinə, digər mülki yyətçilərin faktiki istifadə etdikləri sahələrə görə araşdırılaraq tərtib edilmişdir. X28 nəticə hissəsinə görə tədqiq edilən sahədə- Bakı ş. Xətai r-n, Babək pr-ti 2199 məhəllə “A” tiklisində, 78 m uzunluğunda 19,7 m enində sahə arakəsmə divarla təcrid olunaraq İddiaçı 2/5 hissə payına uyğun naturada ayrılması mümkündür. Paylı mülkiyyətdə payın naturada ayrılması üçün əmlakın naturada bölünməsi fiziki cəhətdən mümkün olduğu halda mümkün sayılır və belə bir mümkünlük isə xüsusi bilik tələb edən texniki məsələ olduğundan ekspertiza rəyi ilə müəyyən edilir. Hazırda isə, iddiaçıya məxsus payın naturada ayrılmasının mümkünsüz edən hər hansı digər ekspert rəyi mövcud deyildir və iddiaçının mübahisəli tikilidə payının həcmini təsdiq edən hüquq müəyyən edici sənədlərdə heç bir anlaşılmazlıq da mö vcud deyil. Prosessual məsələlər: İddiaçı və vəkili Vəkil əvvəlki məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasında isə hər hansı bir səbəb bildirmədən iştirak etməmişlər. Cavabdehin vəkili X9 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən halları aşa ğıdakılardan ibarətdir: Sözügedən qeyri-yaşayış sahəsindən öz payının ayrılmasını tələb edən X16 iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllə, 29 ünvanında yerləşən qeyriyaşayış binasının “A” (ü/s 3841.9 kv.metr, ə/s 3672.7 kv.metr, k/s 169.2 kv.metr), “B” (ü/s 101.2 kv.metr, ə/s 55.2 kv.metr, k/s 46.0 kv.metr) tikililəri 11.02.1999-cu il tarixdə, “C” (ü/s 599.7 kv.metr, ə/s 402.3 kv.metr, k/s 197.4 kv.metr), “V” (ü/s 1235.7 kv.metr, ə/s 891.06 kv.metr, k/s 344.64 kv.metr) tikililəri 22.08.2008-ci il tarixdə, “D” (ü/s 448.9 kv.metr, ə/s 13.5 kv.metr, k/s 435.4 kv.metr), “E” (ü/s və ə/s 470.2 kv.metr), “F” (ü/s 472.0 kv.metr, ə/s 293.3 kv.metr, k/ s 178.7 kv.metr) tikililəri 23.07.2013-cü il tarixdə “xxxx” şirkətinin adına qeydiyyatdan keçmiş, X30 Bakı şəhəri 12 saylı DNK-da təsdiq edilmiş 10.08.1999-cu il tarixli, 3M5-945 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “B” tikilisini, xxx Bakı şəhəri 12 saylı DNK-da təsdiq edilmiş 20.04.2004-cü il tarixli 4Ə-03-590 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “A” tikilisindən 1/5 hissəni, İddiaçı Bakı şəhəri 12 saylı DNK-da təsdiq edilmiş 20.04.2004-cü il tarixli 4Ə-03-589 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “A” tikilisinindən 2/5 hissəni, xx Bakı şəhəri 12 saylı DNK-da təsdiq edilmiş 08.05.2004-cü il tarixli 4Ə-04-672 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “A” tikilisindən 1/14 hissəni “xxxx” şirkətindən almış, X31 Bakı şəhəri 14 saylı DNK-da təsdiq edilmiş 2 7.01.2006-cı il tarixli 4Ə-56 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “A” tikilisindən 1/5 hissəni xxxdan,xxx Bakı şəhəri 41 saylı DNK-da təsdiq edilmiş 29.09.2006-cı il tarixli 4Ə-650 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “A” tikilisindən 144.0 kv.metr hissəni, X25 Bakı şəhəri 41 saylı DNK-da təsdiq edilmiş 27.09.2006-cı il tarixli 4Ə-646 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “A” tikilisindən 72.0 kv.metr hissəni “xxxx” şirkətindən almış, “xxxx” şirkəti Bakı şəhəri 41 saylı DNK-da təsdiq edilmiş 26.09.2006-cı il tarixli 4Ə-641 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “A” tikilisindən 288.0 kv.metr hissəni Vatadi Hasana, 1350.0 kv.metr hissəni Vatadi Məryəmə, 600.0 kv.metr hissəni Vatadi Mashaya bağışlamış, Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 29.08.2008 -ci il tarixli 4Ə-4-697 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Vatadi Masha ona məxsus “A” tikilisindən 600.0 kv.metr hissəni, 17.09.2008-ci il tarixli 4Ə-5-765 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxx” Şirkəti “V” tikilisini X3, o isə qeyd olunan sahələri Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 06.10.2012-ci il tarixli 4ə-5/1517 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X22 bağışlamış, Vatadi Məryəm ona məxsus hissədən 360.0 kv.metr hissəni Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 29.03.2013-cü il tarixli 4Ə-2/807 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X2, Vatadi Hassan ona məxsus hissədən 72.0 kv.metr hissəni Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 30.08.2008-ci il tarixli 4Ə-4-705 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7, 72.0 kv.metr hissəni isə 30.08.2008-ci il tarixli 4Ə-4-704 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1, Vatadi Məryəm ona məxsus 990.0 kv.metr hissəni Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 13.04.2013-cü il tarixli 4Ə-2/885 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Vatadi Hassana bağışlamış, X32 Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 02.09.2013-cü il tarixli 4Ə-5-1696 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “E” tikilisindən 222.0 kv.metr hissəni “xxxx” şirkətindən almış, X24 Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 02.09.2013-cü il tarixli 4Ə-5-1698 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “F” tikilisindən 1-ci mərtəbə 12.8 kv.metr hissəni “xxxx” şirkətindən almış, xxxx Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 03.09.2013-cü il tarixli 4Ə-5-1704 reyestr nömrəli alqı-satqı müqavil əsinə əsasən “F” tikilisindən 1-ci mərtəbə 55.4 kv.metr və 2-ci mərtəbə 20.9 və 24.0 kv.metr hissəni “xxxx” şirkətindən almış, X25 Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 03.09.2013-cü il tarixli, 4Ə-5-1703 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “F” tikilisindən 1-ci mərtəbə 65.0 kv.metr və 2-ci mərtəbə 22.4, 7.3 və 21.2 kv.metr hissəni “xxxx” şirkətindən almış, Vatadi Hassan Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 04.09.2013-cü il tarixli, 4Ə-5-1711 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “F” tikilisindən 1ci mərtəbə 21.3 və 29.8 kv.metr hissə və 2-ci mərtəbə 21.0, 11.3 və 16.8 kv.metr hissəni “xxxx” şirkətindən almış, xxx Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 04.09.2013-cü il tarixli, 4Ə-5-1710 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “F” tikilisindən 283.3 k v.metr hissəni “xxxx” şirkətindən almış, X10 Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 02.09.2013-cü il tarixli, 4Ə-5-1697 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “F” tikilisindən 1-ci mərtəbə 3.5 kv.metr hissəni “xxxx” şirkətindən almış, xxx ona məxsus “A” tikilisindən 36.0 kv.metr və “F” tikilisindən 1-ci mərtəbədən 20.0 kv.metr və 2-ci mərtəbədən 20.0 kv.metr hissəni Bakı şəhəri 9 saylı DNK-da təsdiq edilmiş 20.12.2013-cü il tarixli, 4Ə-7-2263 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X17 bağışlamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2011-ci il tarixli qərarı ilə “A” tikilisində Vatadi Hassana məxsus 1134.0 kv.metr hissədən 1005.12 kv.metr hissə ayrılaraq “xxxx” şirkətinin mülkiyyətinə verilmişdir. İşin həmin qətnamə ilə müəyyən olunan halına görə, hazırda “B” tikili si - 101.2 kv.metr hissə X18, “A” tikilisindən 1/5 hissə X16, 2/5 hissə İddiaçı, 1/14 hissə X11, “A” tikilisindən 600 kv.metr hissə X19, “A” tikilisindən 360.0 kv.metr, “E” tikilisindən 222.0 kv.metr hissə Əliyeva Xumar Lətif qızının, “A” tikilisindən 72.0 kv.metr, “F” tikilisindən 1-ci mərtəbəsindən 12.8 kv.metr hissə X12, “A” tikilisindən 72.0 kv.metr və “F” tikilisinin1-ci mərtəbəsindən 55.4 kv.metr, 2-ci mərtəbəsindən 44.9 kv.metr hissə xxxxin, “A” tikilisindən 72.0 kv.metr və “F” tikilisinin 1-ci mərtəbəsindən 65.0 kv.metr, 2-ci mərtəbəsindən 50.9 kv.metr hissə X14, “A” tikilisindən 72.0 kv.metr, “F” tikilisindən1-ci mərtəbə 3.5 kv.metr (1 saylı sahə) hissə X5, “A” tikilisindən 108.0 kv.metr, “F” tikilisindən 99.3 kv.metr hissə xxxnın, “A” tikilisindən 36.0 kv.metr, “F” tikilisindən 4 0.0 kv.metr hissə X15, “A” tikilisindən 128.88 kv.metr və “F” tikilisindən 100.2 kv.metr hissə Vatadi Hassanın, “A” tikilisindən ü/s-1005.12 kv.metr, “C” tikilisi, “D” tikilisi, “E” tikilisindən 248.2 kv.metr hissə “xxxx” şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, xxx ilə “xxxx” şirkəti arasında bağlanmış 20.04.2004-cü il tarixli müqavilədə adı çəkilən şəxsə satılan sahənin 1/30 hissə olması barədə düzəliş aparılmış, bununla belə onun adına aparılan qeydiyyat 1/5 hissə kimi rəsmiləşdirilərək sonradan Qurban Ədilova satdığı sahə də 1/5 hissə olaraq qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın 19.06.2017-ci il tarixli rəyi ilə, Bakı şəhəri, Xətai rayonu, B abək prospekti 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisinin 2/5 hissəsinin, tikilinin texniki pasportunda olan göstəricilərinə uyğun olmaqla İddiaçı payına uyğun naturada ayrılmasının texniki cəhətdən mümkünlüyü, bunun üçün tədqiq olunan qeyri-yaşayış sahəsinin, 23.08.2008-ci il tarixli texniki pasportun göstəricilərinə uyğun olaraq “A” tikilisinin 78 metr uzunluğunda və 19,7 metr enində sahəsinin arakəsmə divarlarla təcrid olunaraq İddiaçı istifadəsinə ayrılmalı olduğu nəticəsinə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəmə tərəfindən də yoxlanılaraq qanuni qüvvəsini almış 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş halları da əsas götürməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi ek spert rəyində, ayrılması nəzərdə tutulmuş sahənin iddiaçının 2/5 payına, yəni “A” tikilisinin 2/5 hissəsini təşkil edən 1536,76 kv.m. sahəyə uyğun olması göstərilsə də, rəyə plan-cizgi əlavə edilməmiş, rəydə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 23.08.2008-ci il tarixdə tərtib edilmiş texniki pasportun göstəricilərinə istinad edilmiş, beləliklə də faktiki hala uyğun olmayan nəticəyə gəlinməklə qeyri-yaşayış sahəsinin hansı hissəsindən hansı qaydada pay ayrılmalı olması mücərrəd (real vəziyyətə uyğun olmayan) şəkildə göstərilmişdir. Bu qənaətə gələrkən apelyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsində “A” tikilisindən 1/5 hissənin X16, 2/5 hissənin İddiaçı, 1/14 hissənin X11, 600 kv.metr hissəsinin X19, 360.0 kv.metr hissəsinin X20, 72.0 kv.metr hissəsinin X12, 72.0 kv.metr hissəsinin xxxxin, 72.0 kv.metr hissəsinin X14, 72.0 kv.metr hissəsinin X5, 108.0 kv.metr hissəsinin xxxnın, 36.0 kv.metr hissəsinin X15, 128.88 kv.metr hissəsinin Vatadi Hassanın, 1005.12 kv.metr hissəsinin “xxxx” şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur; “A” tikilsinin ümumi sahəsinin 3841,9 m2(ə/s 3672,7 m2, k/s 169,2 m2) olduğu nəzərə alındığında isə, iddiaçının 2/5 payına uyğun sahənin naturada ayrılmasının qeyri-mümkünlüyü aydın olur. Belə ki, həmin qətnamə ilə də müəyyən olunduğu kimi, “A” tikilisinin 1566,76 m2-i İddiaçı, 274,4 m2-i xxa, 2562 m2-i isə digər mülkiyyətçilərə (Qurban Ədilov istisna olmaqla) məxsusdur (cəmi 4373,92 m2); tikilinin ümumi sahəsi 3841,9 m2 olduğundan İddiaçı 2/5 hissəsinə mütənasib 1566,76 m2 hissənin naturada ayrılması, qeyd olunan qeyri-müəyyənlik aradan qaldırılmadan, yəni hər bir mülkiyyətçinin dəqiq mülkiyyət hissəsi aydınlaşdırılmadan mümkün deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququ nda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı hə yata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. - 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə paylı mülkiyyətdə olan Xətai rayonu, Babək prospekti 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisinin iddiaçı və cavabdeh “xxxx” MMC-dən başqa xeyli sayda digər paylı mülkiyyətçilərinin olmasına baxmayaraq, paylı mülkiyyətdən payın naturada ayrılması tələbi həmin mülkiyyətçilərə qarşı yönəlməmiş, onlar cavabdeh kimi iddiada göstərilməmişdirlər. Bu isə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərinə uyğun deyildir. Həmçinin həmin əmlakın faktiki sahəsi ilə texniki pasportunda göstərilən ölçülər arasında fərq mövcuddur, buna görə də, həmin əmlakın ekspertiza rəyində göstərilən qaydada real bölgüsünün mümkünlüyü barədə qənaət işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “A” tikilisinin sənəd üzrə sahəsinin faktiki s ahədən fərqli olması və qeyd olunan qeyri-müəyyənlik aradan qaldırılmadan, yəni hər bir mülkiyyətçinin dəqiq mülkiyyət hissəsi aydınlaşdırılmadan mülkiyyətçilərdən birinin payınn naturada ayrılmasının mümkün olmaması barədə qənaətini əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 07 iyul 2017-ci il tarixli qətnaməsi əmlakın digər payçısı Q.Ədilovun iddiası üzrə və onun payının naturada ayrılması barədə olsa da, hazırki iş üzrə iddiaçı həmin işdə tərəf olmuş, həmçinin payın ayrılması tələb olunan əmlak eyni əmlak olmuşdur və həmin qətnamədə təkcə Q.Ədilovun payının həcminin mübahisəli olması deyil, ümumilikdə məhkəməsinin “A” tikilisinin sənəd üzrə sahəsinin faktiki sa hədən fərqli olması və qeyd olunan qeyri-müəyyənlik aradan qaldırılmadan, yəni hər bir mülkiyyətçinin dəqiq mülkiyyət hissəsi aydınlaşdırılmadan mülkiyyətçilərdən birinin payının naturada ayrılmasının mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərə k düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, ş ikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13616/2019 nömrəli iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2631/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2631/2020
22.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver