Məhkəmə qərarları › İş №2(102)-2632/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2632/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2632/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-149/2019, hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin əvəzini n ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 9722 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13946/2019, hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: XXX ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin torpaq icarəsi müqaviləsi bağlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayonu Türkan bağlar sahəsində yerləşən, 242 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1088 saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edərək, mülkiyyət hüquqlarının Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestridnə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi qət edilmiş, həmin qərardan İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddiası rədd edilmiş, həmin qərar qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə X2 Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1087 saylı və 1087A saylı bağ sahələrindən çıxarılması və həmin bağ sahələrinin Cavabdeh1 təhvil verilməsi, X1 Qızılgül Müzəffər qızına məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1088 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı XXX ilə arasında xx.xx.2014-cü il tarixdə bağlanmış torpaq sahəsinin müvəqqəti torpaq icarəsi müqaviləsi üzrə onun qanuni sahibliyinə və istifadəsinə verilmiş, sonradan isə məhkəmə qərarları əsasında Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun tanındığı torpaq sahəsinə çəkdiyi xərcin əvəzi kimi 16470 manatın cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, heç bir qanuni əsas olmadan iddiaçı vicdanlı sahib kimi tanınmışdır. Məhkəmə kollegiyasınn iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı vicdanlı sahib kimi əldə etdiyi torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin həmin əmlaka mülkiyyət h üququ əldə etmiş cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsi onun istifadəsində və sahibliyində olduğu müddətdə həmin torpaq sahəsində mişar daşı ilə hazara almaqla 3 ədəd darvaza quraşdırmışdır. Torpaq sahəsində aparılmış işlərin dəyəri 9.722 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsa sı olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar