Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2632/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhəri Cavabdeh3nə qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi, qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının verilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Azərb aycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhəri Cavabdeh3nə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi” barədə ilk, Cavabdeh2 İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının cavabdehə verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülk iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-51/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 21 iyun 2018-ci il tarixdən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.
2. Az ərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar mübahisəli mənzilin yerləşdiyi bina da daxil olmaqla normativ istismar müddəti bitmiş binaların sökülməsinin təmin edilməsi məqsədilə qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmış, lakin mübahisəli mənzil söküntüyə təhvil verilməmişdir.
3. Zərifə Əliyeva onun xəbəri və razılığı olmadan mülkiyyətindəki mənzilin yararsız hala salındığını, Cavabdeh2 isə rəhbərlik tərəfindən İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqların aparıldığını, binanın qəzalı vəziyyətdə olması halının nəzərə alınaraq sökülməsinə icazə verilməsinin və yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsinin təklif edildiyini, lakin razılıq əldə olunmadığını bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsinə və Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh2 tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixə dək hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür. 6. ünvan 1 ünvanında hansı fiziki və ya hüquqi şəxs(lər)in söküntü işləri aparması və onların hansı hüquqla bu işləri aparması barədə iddiaçıya məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli, 19 VB-344/2019 saylı sorğu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və xx.xx.2019-cu il tarixli, 19 VB-336/2019 saylı sorğu ilə Bakı şəhəri Cavabdeh3nə müraciət edilmişdir. Komitənin xx.xx.2019-cu il tarixli, 03-Bİ/739 saylı cavabına əsasən müəyyən edilmişdir ki, yuxarıda qe yd edilən ünvanda söküntü və yenidən tikinti işləri aparılmasına xx.xx.2018-ci il tarixli, 290 saylı sərəncamla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, hazırda isə Cavabdeh2 tərəfindən icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Bakı şəhəri Cavabdeh3 19-19/2/- 134 saylı, xx.xx.2019-cu il tarixli cavabına əsasən isə ünvan 2 ünvanında Pilot layihə çərçivəsində çoxmənzilli bina tikintisi işi aparan Cavabdeh2dir.
7. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqları pozularaq onun əmlakı sökülmüş və nəticədə iddiaçıya külli miqdarda maddi və mənəvi zərər dəymişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad etmişdir.
9. Cavabdeh2 də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmisində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh2 MMC tərəfindən təmin edilməsi, yeni əmlak təmin edilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 162 06 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını Cavabdeh3 həyata keçirsin. Buna görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1754 nömrəli, xx.xx.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Cavabdeh3 Başçısının 2 fevral 2018-ci il tarixli, 34 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kə sişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.
11. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. 12. ünvan 3 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdır və hər an uça və bədbəxt hadisələr baş verə bilər. 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlinə həvalə ed ilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzillərin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar.
13. Cavabdeh2 xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. Cavabdeh2 rəhbərliyi İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin İddiaçı əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində Bakı şəhə ri Cavabdeh3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3. və 2.4-cü bəndlərinin icra edilməsinə onlardan asılı olmayan səbəblərdən məhdudiyyətlər yaradılır.
14. Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə Cavabdeh2 arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətdə olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda İddiaçı yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi Cavabdeh2 vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır.
15. Eyni zamanda, Cavabdeh2 köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamışdır. İtirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır.
16. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 24, 31, 71-ci və Mülki Məcəllənin 16.1-ci maddələrinə istinad edilmişdir.
17. Cavabdeh2 sifarişi əsasında "xxx x" MMC tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli, ƏEM/İ 60-750/19 saylı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabata əsasən ünvan 3 ünvanının 1-ci mərtəbəsində yerləşən, faktiki ümumi sahəsi 221,06 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin 29 iyul 2019-cu il tarixə dəyəri 332000 manat, ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ümumi sahəsi 145,29 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri 29 iyul 2019-cu il tarixə 109000 manat təşkil edir.
18. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin söküntü-inşaat işləri aparılması nəticəsində yararsız vəziyyətə düşübdüşməməsi, həmin sahənin hazırki dövrdə bir aylıq icarə haqqının və 24 sentyabr 2018-ci il tarixindən 02 sentyabr 2020-ci il tarixinədək olan müddətdə icarə gə lirlərinin müəyyən edilməsi məqsədilə 23 sentyabr 2020-ci il tarixli qərardadla tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmiş, ekspertizanın aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. 19. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatına əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh1 və “Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ərazidə söküntü inşaat işləri aparması nəticəsində dağıdılaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə icarə gəlirləri 1 kvadrat metrə görə 15 manat olmaqla, 46928 manat təşkil etmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 1 kvadrat metrə görə 15 manat olmaqla, 2035 manat təşkil edir.
20. Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ölçülərə əsasən 145,29 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin hazırda istismara yararsız vəziyyətdədir. Mövcud vəziyyətin həmin ərazidə söküntü inşaat işləri aparılması səbəbindən və ya digər səbəbdən (söküntüdən öncə) olmasının müəyyən edilməsi ekspertizanın imkanları xaricindədir. Aparılmış hesablamalara v ə təhlillərə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil etmişdir.
21. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 nömrəli, xx.xx.2021-ci il qətnaməsi ilə ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin olunmuş, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə veril məsinin Cavabdeh2 təmin etməsi, yeni əmlak verilənədək Cavabdeh2 tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)
22. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh3 başçısının müavini ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (so nradan Cavabdeh2 MMC) direktoru arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC (sonradan Cavabdeh2 MMC) tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 5 ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən Bakı şəhəri Cavabdeh3nə 5 il müddəti nə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binaların ın və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.
24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, ilkin və qarşılıqlı iddia tələbləri “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə yeni qeyri-yaşayış sahəsinin verilməsi” hissələri təmin edilməklə, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) tam sökülməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Ca vabdeh2 MMC təmin etməlidir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən və həmin rəyə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən ibarətdir.
25. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır.
26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ilk iddia tələbində göstərilən qaydada ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə, yeni əmlak ilə təm in edilməsi ədalətlidir və ilkin iddia üzrə iddiaçının hər hansı hüququnu məhdudlaşdırmır.
27. Birinci instansiya məhkəməsi həmçinin İddiaçı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməlidir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 (İİİ hissə), 29 (İİ hissə), 71-ci (İİ hissə), Mülki Məcəllənin 6.3, 16.1, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 15-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli, “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli Qərarları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə əsaslandrımışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. İddi açı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın tam təmin olunan hissələrində ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti“' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək “Azəri Tikinti Şirkəti" MMC tərəfindən İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi və əmlakının qanunsuz olaraq sökülməsi ilə əlaqədar xüsusi qəra rdad çıxararaq bununla bağlı Baş prokurorluğa məlumat verilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə öz qətnaməsində əsas tutduğu, dəfələrlə qarşılıqlı iddianın təmin edilməsi üçün maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 483 Xs-li Qərarı ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir; - ilkin iddia üzrə cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçü n iddiaçı ilə hər hansı razılıq əldə olunmamış, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirilməmişdir. Cavabdeh qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ilkin iddiaçıya ödənilməsi üçün hər hansı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyri-yaşayış sahəsinin bir hissəsinin sökərək onun istifadəsini qeyri-müəyyən edən hala gətirmişdir; - məhkəmə heç bir əsas olmadan qətnaməsində icarə haqqının 550 manat olması barədə nəticəyə gəlmişdir. Həmçinin artıq uzun müddət ərzində həmin qeyri-yaşayış sahəsinin bir hissəsinin sökülərək onun tamamilə istifadə olunmaz hala salınmasına baxmayaraq, məhkəmə icarə haqqının hansı tarixdən hesablanmalı olması barədə də heç bir göstəriş qe yd etməmişdir; - digər tərəfdən məhkəmə öz qətnaməsində heç bir sübuta əsaslanmadan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin zirzəmi olması və onun yerinə zirzəmi verilməsi barədə yanlış nəticəyə gəlmişdir; - həmçinin məhkəmə iddiaçıya veriləcək yeni qeyri-yaşayış sahəsinin sahəsini müəyyən edərkən də qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, ilkin iddia üzrə cavabdehin özünün istinad etdiyi Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında 15 fevral 2018-ci il tarixli müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək ç oxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlarda n kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı); - məhkəmə yuxarıda qeyd olunan normalara əsasən, həmçinin tələbdən kənara çıxaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 tərəfindən inşa e dilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması barədə qətnamə qəbul etməli idi; - bundan əlavə, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Həmin Məc əllənin 394.1-ci maddəsinə görə işə apellyasiya qaydasında baxan məhkəmə həmin Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən sökülməsində bir sıra cinayətlərin əlamətləri mövcuddur. Lakin birinci instansiya məhkəməsi bununla bağlı xüsusi qərardad çıxarmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
32. Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4551 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın Layihə sənədləri təqdim edilmədiyindən, həmin layihə sənədlərində fasad hissəsi mərkəzi yola baxan hissədə sahəsi 135,7 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarının 186-cı səhifəsinə əlavə edilmiş plan-sxemdə "Azəri Tikinti Şirkəti” MMC-nin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat metr sahənin yerləşdiyi əks olunmuşdur. Baxış zamanı həmin sahəyə keçid bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Tədqiq olunan binanın mərkəzi yola baxan mərtəbəsində arakəsmə divarlar inşa edilmədiyindən, 135,7 kvadrat metr sahənin ayrı-ayrı hissələrdən ayrılması mümkün ola bilər. İddiaçı məxsus sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (texniki pasport, layihə sənədi, ayrıc aktı və s..) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan Mərkəzə təqdim edilmədiyindən (bu barədə xx.xx.2021-ci il tarixli vəsatət verilmişdir.) İddiaçı verilməli olan və ya mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin tədqiq olunan binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış zamanı iddiaçının şifahi izahatına əsasən, ona məxsus qeyri-yaşayış sahəsinin 2-ci binanın baş hissəsində yerləşdiyi və bir hissəsinin həmin binanın altına düşdüyü göstərilmişdir. İddiaçı məxsus sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (te xniki pasport, layihə sənədi, ayrıc aktı və s..) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan mərkəzə təqdim edilmədiyindən, ona verilməli olan, qeyri-yaşayış sahəsinin ərazisinin sökülmüş qeyri-yaşayış sahəsinin ərazisi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla təkrar məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
34. Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli 10/5607 saylı tikinti-texniki ekspertizasının ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki olaraq mövcud deyil və qeyri-yaşayış sahəsinin sökülməzdən öncə texniki parametrlərinin dəqiqliklə müəyyən edilməsi mümkün olmadığından 2018-2021-ci illər üçün aylıq icarə haqqının məbləğini müəyyən edilməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyriyaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyri-yaşayış sahəsinə giriş çıxış yolu Sahib Zeynalov küçəsi tərəfdəndir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad hissəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kvadrat metr qeyri-yaşayış (faktiki olaraq həmin sahədən artıq) sahəsinin nəzərdə tutulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr ospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrini əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən İddiaçı verilməli olan qeyri-yaşayış sahəsinin ərazisi sökülmüş qeyri-yaşayış sahəsindən artıq olmuşdur. Lakin İddiaçı verilməli olan qeyri-yaşayış sahəsini ərazisi sökülmüş qeyri-yaşayış sahəsi ilə eyniləşdirmək üçün həmin sahənin daxilində arakəsmə divarları hörülərək 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin yaradılması mümkündür.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-51/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İddiaçı mülkiyyət ində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthindən nisbətdə, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 MTK tərəfindən təmin edilməsi, ilkin iddia verilən xx.xx.2020-ci il tarixdən yeni əmlak verilənədək Cavabdeh2 MTK tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsinin təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Xumar Mərd anova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)
36. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd edib ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən ilkin iddia üzrə iddiaçıya məxsus qeyriyaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunmasına istinad etmiş və söküləcək qeyri-yaşayış sahəsinin əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC-yə həvalə etmişdir. İşin materiallarından görünür ki, Cavabdeh2 MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisi olmuşdur. Lakin işə apellyasiya icraatı qaydasında baxılarkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən məlum olmuşdur ki, Cavabdeh2 MTK xx.xx.2008-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh2 MMC-nin hüquqi varisi olmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, İddiaçı tələbində mülkiyyət hüquqlarının pozularaq əmlakının sökülməsi nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəyməsini göstərməklə ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən bərpa edilib xx.xx.2018-ci il tarixdən əvvəlki vəziyyətində ona təhvil verilməsini tələb etsə də, apellyasiya şikayətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamasını, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbirin həyata keçirilməməsini, qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ona ödəniləsi üçün hər hansı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyriyaşayış sahəsini bir hissəsini sökülərək onun istifadəsini qeyri-müəyyən edən hala gətirməsini göstərməsi deməklə, faktiki olaraq mülkiyyətinin sökülməsini etiraf etməklə yanaşı, bu halla da bir növ razılaşmışdır. İddiaçının mövcud vəzi yyətlə razılaşması onun qarşılıqlı iddiaya olan etirazının və apellyasiya şikayətinin dəlillərində də özünü göstərir.
38. Apellyasiya instansiyası məhkəməsi şikayətin ilkin iddia üzrə iddiaçı ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamasına, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirməməsinə dair dəlilləri ilə bağlı vurğulamışdır ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olmasına dair iş materiallarında sübutlar olduğundan birinci instansiya məhkəməsinin iddiaçının mülkiyyətində olan ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin tam sökülməli olmasına dair nəticəsi işin hallarına uyğun olmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsində təmin edilməli olmamasına dair nəticəsi ilə də razılaşmışdır. Belə ki, ilkin iddia üzrə İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verilməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 5 50 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olmasına dair nəticə işin hallarına uyğun olsa da, birinci instansiya məhkəməsi kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməmiş, kirayə haqqının hazırki iş üzrə ilkin iddia verilən tarixdən – xx.xx.2020-ci il tarixdən yeni əmlak verilən tarixədək hesablanmalı olmasına qiymət verməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi şikayətin “Azəri Tikinti Şirkəti"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, işin araşdırılmış hallarına əsasən ilk iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşay ış sahəsini xx.xx.2018-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X1 əldə etmişdir. ünvan 4 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilsə də, onun adına yeni qeyri-yaşayış sahəsinə dair texniki pasport tərtib edilməmişdir. İş materiallarına əlavə olunmuş X.Əmiraslanovanın adına tərtib olunmuş texniki pasportda binanın ümumi göstəriciləri bölümündə qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə “yarımzirzəmi” kimi göstərilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyəti olmuş qeyri-yaşayış sahəsinin yarımzirzəmi olduğu üçün onu zirzəmi kimi göstərməkdə haqlı olmamışdır. İddiaçının mülkiyyətində olmuş mübahisələndirilən sahənin yarımzirzəmi olması texniki pasport göstəricilər indən başqa, iş materiallarında olan sahənin əvvvəlki fotoşəkillərdən də aydın görünür. Yəni, şəkillərdən də görünür ki, sahənin pəncələri asfalt nisbətində yerləşməklə sahəyə giriş asfalt yoldan birbaşa deyil, pilləkənlərlə aşağı düşmək yolu ilə həyata keçirilmişdir. İşin bu halı tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin ilk iddiaçının izahatlarından məlum olmuşdur ki, mübahisəli sahənin üstündə (binanın İ mərtəbəsində) onların qohumlarına məxsus sahə mövcud olmuş və bu sahə ilə də bağlı məhkəmə çəkişmələri baş vermişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin birinci mərtəbədə yerləşməyərək, yarımzirzəmi olması artıq işin mübahisəsiz halıdır.
44. Apellyasiya instansiyası məhk əməsi şikayətinin 135,7 kvadrat metr qeyriyaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC- yə həvalə edilmişdir. Yəni, artıq sahə yalnız yaşayış sahələrinə mün asibətdə tətbiq edilir. İddiaçının isə mülkiyyətində olan sahə qeyri-yaşayış sahəsi (yarımzirzəmi) olduğu üçün birinci instansiya məhkəməsi haqlı olaraq 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə zərurət görməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddiaçı bu barədə tələb irəli sürmədiyindən birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaya müstəsna əsas müəyyən etmədiyinə görə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından düzgün qətnamə qəbul etmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair hər hansı bir də lil olmadığı üçün həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Belə ki, rəydən və iş materiallarında olan plan sxemdən görünür ki, ilk iddia üzrə cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat metr sahənin yerləşdiyi əks edilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) pəncərələr vasitəsilə təbii işıqlanması olduğu halda cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat metr sahə verilməsi iddiaçının əvvəl ona məxsus olan sahə ilə uyğun olmayacaq ki, bu da əvəzlənmənin ədalətsiz olması ilə onun mülki yyət hüququnun pozulmasına səbəb ola bilər. Buna görə də ekspertiza rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Sahib Zeynalov küçəsi tərəfdən olduğu və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad hissəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin nəzərdə tutulması müəyyən edildiyindən ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşay ış binasının mərkəzi yola baxan asfalt səthinə nisbətdə, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 MTK tərəfindən təmin edilməsi daha ədalətli və qanunauyğun olmaqla yanaşı, tərəflərin maraqlarına uyğundur.
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarının mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilməsi barədə şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu hal qaldırılmış iddiaların mahiyyəti üzrə baxılmasının qarşısını almamaqla birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan q ətnaməsinin qanunsuz və əsassız olmasını təsdiq etmir. Bu və digər ciddi əhəmiyyət kəsb etməyən prosessual pozuntular birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız nəticə hissəsinin dəyişdirilməsi üçün əsasdır.
49. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı cavabdehin iddiaçının mülkiyyətinin sökülməsi ilə bağlı hərəkətlərində işin faktiki və mövcud vəziyyəti ilə araşdırılmış hallarına əsasən əməllərində hər hansı cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən apellyasiya şikayətinin xüsusi qərardadın çıxarılmasına dair dəlillərini əsassız saymışdır.
50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 6 və 152.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri
51. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti“' MTK tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh2 MTK tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüqu qudur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Maddə 4.1 və 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respubl ikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Maddə
17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təş əkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «”FortisBayıl” Mənzil Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarı Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İ VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salı nıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
55. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini qeyriyaşayış sahəsinin 20 faiz artıq olmaqla və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh2 MTK tərəfindən ona ödənilməsi hissəsində mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.
56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla verilməsi barədə tələbin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.
58. İddiaçı kassasiya şikayətində qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla ona verilməsi barədə apellyasiya şikayətində göstərdiyi tələbin təmin edilməməsini mübahisələndirsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı bu tələbi birinci instansiya məhkəməsinə deyil, apellyasiya instansiyası məhkəməsinə verib. Apellyasiya instansiyası məhkəməsi həmin tələblə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayarkən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə istinad edib. (bax: 45-ci bənd)
59. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Mülki Prosessual Məcəllənin Mülki Prosessual Məcəllən in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
60. Göründüyü kimi, mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyib.
61. Bu baxımdan, məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla verilməsi ilə bağlı tələb üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini əsaslı, iddiaçının bu hissədə kassasiya şikayətinin dəlillə rini isə əsassız sayır.
62. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh2 MTK tərəfindən iddiaçıya 550 manat kirayə haqqı ödənilməsi hissəsində qətnamə əsaslı deyil.
63. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olması barədə birinci instansiya məhkəməsinin dəldiyi nəticə ilə razılaşdığını göstərmişdir. Birinci instansiya məhkəməsi isə yeni əmlak verilənədək cavabdeh tərəfindən iddiaçıya hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olmasını iddiaçının mənafeyini nəzərə alması ilə əsaslandırmışdır.
64. İşdən görünür ki, birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizada mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir ayıq icarə haqqının nə qədər olması barədə ekspertiza qarşısında sual qoymuş və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08PLS saylı hesabatında qeyri-yaşayış sahəsinin aylıq icarə dəyərinin 1 kvadrat metrə görə 15 manat olmaqla, 2035 manat təşkil etməsi qeyd edilmişdir.
65. Həmçinin cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil edir.
66. Cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli rəydə qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müd dətdə aylıq icarə dəyərinin 16675 manat təşkil etməsi o nəticəyə gəlmək əsas verir ki, aylıq icarə haqqı 694 manatdır. Belə ki, 24 sentyabr 2018-ci ildən 02 sentyabr 2020-ci ilədək olan dövr iki ili əhatə edir, bu da 24 aydır. 16675 manat 24 aya bölünərsə, bu da yuvarlaq şəkildə 694 manat edir.
67. Göründüyü kimi, istər məhkəmənin qərardadı, istərsə də cavabdehin sifarişi əsasında alınmış rəylərdə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir aylıq icarə haqqının məhkəmə qətnaməsi ilə tutulan məbləğdən çox olması görsənir: "xxxx" MMC-nin rəyində bir aylıq icarə haqqı 2035 manat, "xxxx" MMC-nin rəyində 694 manat.
68. Buna baxmayaraq, birinci instansiya məhkəməsi nə özünün aldığı rəyə, nə də cavabdehin sifarişi ilə təqdim edilən rəyə hər hansı qiymət vermədən, bu rəyləri qəbul edib-etməmə sini də qətnamədə əsaslandırmadan Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olması barədə nəticəyə gəlmişdir.
69. Halbuki, Mülki Prosessual Məcəllənin 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. ekspert rəyi məhkəmə iclasında tədqiq edilməli və digər sübutlarla birgə qiymətləndirilməlidir.
70. Birinci instansiya məhkəməsi qeyd edilən prosessual normaya əməl etməmiş, icarə haqqını qarşılıqlı iddiaçının (cavabdehin) təklif etdiyi məbləğdə müəyyən edərkən, üstəlik, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində mənzillər üçün ayda 550 manat kirayə haqqı ödənilməli olması barədə şərtə də istinad etmişdir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində aylıq 550 manat kirayə haqqı mənzillər üçün nəzərdə tutulub. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak isə mənzil deyil, qeyri-yaşayış sahəsi olub. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bunu da diqqətdən qaçırmış, mənzillər üçün müəyyən edilən aylıq kirayə məbləğini qeyri-yaşayış sahəsinin kirayə məbləği ilə eyniləşdirmişdir. Halbuki qeyri-yaşayış sahəsinin təyinatı (icarəyə verilməsi, sahibkarlıq obyekti kimi istifadə edilməsi və s.) həmin əmlakdan gəlir götürmə eht imalının daha çox olması baxımından onun kirayə haqqının mənzillərlə eyni tutulmasını istisna edir.
72. Eyni səhvi apellyasiya instansiyası məhkəməsi də təkrar etmişdir.
73. Halbuki məhkəmələr eyni ərazidə (oxşar vəziyyətdə) kirayə haqqının nə qədər olması, cavabdehin belə qeyri-yaşayış sahələrinə görə nə qədər kirayə haqqı ödəməsini, habelə formalaşmış işgüzar adətlərə uyğun olaraq tikinti şirkətlərinin qeyri-yaşayış sahəsi mülkiyyətçilərinə ödədiyi aylıq kirayə haqqının məbləğini aydınlaşdırmaqla hazırki iş üzrə də kirayə haqqının məbləğini müəyyən edə bilərdilər.
74. Buna görə də apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması qeyd edil ənlər baxımından əsaslı sayıla bilməz.
75. Bundan əlavə, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməməklə səhvə yol verdiyini göstərib, kirayə haqqının hazırki iş üzrə ilkin iddia verilən tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yeni əmlak verilən tarixədək hesablanmalı olması nəticəsinə gəlsə də, özü də gəldiyi bu nəticəni qətnamədə əsaslandırmamış, nəyə görə kirayə haqqının hazırki iddia verilən tarixdən tutulmalı olmasına aydınlıq gətirməmişdir. Ümumiyyətlə, kirayə haqqının xx.xx.2020-ci il tarixdən tutulmalı olmasının hansı kriteriyalarla müəyyən edilməsi qətnamədən görünmür. Eyni zamanda pulun tutulma anını müəyyən etmək üçün qeyriyaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsi də araşdırmadan kənarda qalıb.
76. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən – kirayə haqqının məbləği və onun tutulma vaxtı hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan (qeyri-yaşayış sah əsinin 20 faiz əlavə edilməklə verilməsi) hissəsində təmin edilməməlidir.
77. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-51/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən – kirayə haqqının məbləği və onun tutulma vaxtı hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarlsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan (qeyri-yaşayış sahəsinin 20 faiz əlavə edilməklə verilməsi) hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.