Məhkəmə qərarları › İş №2(102)-2634/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2634/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2634/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2634/2024 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlunda ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-996/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tari xdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı mərhum əri X3 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra, onun yeganə qanuni vərəsəsi olduğundan Bakı şəhəri 19 nömrəli notariat ofisində onun ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və mərhum ərinin adına olan bütün əmlaklarla bağlı iddiaçıya 18 iyun 2021-ci il tarixli X9 X2 verilmişdir.

2. Cavabdeh İddiaçı oğlu X6 ilə 2018-ci ildən 2020-ci ilədək faktiki nikah münasibətində olmuşdur.

3. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Azər İsmayılzadənin 05 iyun 2023-cü il tarixli qərarına əsasən, X4 ərizəsi, o cümlədən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmi şdir. Həmin qərarın məzmununa görə, qeyd edilən material üzrə təyin edilmiş müvafiq ekspertizalara əsasən, 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının və 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli məhkəmə fonoskopik ekspertizasının rəyləri əldə edilmişdir.

4. Material üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertə təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti isə 414,0 manat müəyyən edilmişdir. təqdim edilməyən qərarda adları və göstəriciləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzə ri qiymətləri 127.230,0 manat müəyyən edilir.

5. Material üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli məhkəmə fonoskopik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, espertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarət olmuş, mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi X5, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertiza rəyində istinad edilən CD disk məhkəməyə iddiaçı tərəfindən təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayən dəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2020-cı il tarixli, 6/2800-9\6014 nömrəli ekspertiza rəyində sadalanan iddiaçının mərhum əri Hafiz Abbasova məxsus olmuş qızıl-zinət əşyalarının üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); cəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (s ırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl (sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan) qızıl bilərzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl bilərzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkənin (bun dan sonra-qızıl-zinət əşyaları) və həmin əşyalar naturada mövcud olmadıqda onun dəyərinin 50.000 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və hazırkı iddiasının verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının ərinin sağlığı dövründə, yəni 13 iyul 2020-ci il tarixində doğma oğlu X7 Bakı şəhəri Yasamal RPİ-nə rəsmi ərizə ilə müraciət edərək, qardaşı Vüqar Abbasovun, yəni onun kiçik oğlunun arvadı, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh 2020-ci ilin fevral ayından may ayına kimi olan müddət ərzində yaşadıqları ünvan 1 ünvanından onların ailə üzvlərinə məxsus ümumi dəyəri təxminən 50.000 manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla taladığını bildirərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini, ailəyə məxsus həmin qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin təəssüflər olsun ki, iddiaçının doğma oğlu Arzu Abbasovun həmin şikayəti üzrə hazırkı vaxtadək, Bakı şəhəri Yasamal RPİ-i tərəfindən 6 dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilərkən, iddiaçının oğlu Arzu Abbasovun verdiyi şikayətlər əsasında istər yuxarı prokurorluq orqanı, istərsə də məhkəmə tərəfindən həmin qərarlar qanunsuz sayılaraq ləğv edilmiş və yenidən iş üzrə hərtərəfli araşdırma aparılması üçün material Yasamal RPİ-nin İŞ-nə geri göndərilmişdir. Sonuncu dəfə məhz iddiaçının şikayəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Azər İsmayılzadənin 407 nömrəli material üzrə 08 may 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və həmin material üzrə yenidən araşdırma aparılmışdır. Həmin araşdırmanın da nəticəsində Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Azər İsmayılzadə 407 nömrəli material üzrə 05 iyun 2023-cü il tarixində sonuncu dəfə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sonuncu dəfə məhz iddiaçının şikayəti üzrə həmin Polis İdarəsində araşdırma aparılarkən, iş üzrə məhkəmə fo noskopik ekspertizası keçirilmiş və həmin ekspertizanın 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən müəyyən edilmişdir ki: 1. Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi X5 “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Həmin səs yazısından o fakt müəyyən edilir ki, əslində cavabdeh vaxti ilə iddiaçının ərinə məxsus olan qızılları mərhum ərinin və iddiaçının izni olmadan onları özü şəxsən götürmüşdür. Həmçinin araşdırma zamanı əldə edilmiş 30 dekabr 2020-cı il tarixli 6/28009/6014 saylı ekspertiza rəyindən aydın olmuşdur ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 414,0 manat müəyyən edilmişdir. Həmin qızılların bir qismini vaxtı ilə cavabdeh götürdükdən sonra onlara qaytarmışdır. Əslində isə polisdə aparılan araşdırma zamanı, təqdim edilməyən və ekspertza qərarında adları və göstəriciləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzəri qiymətləri 127.230,0 manat müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçının ailə üzvləri cavabdehdən həmişə cəmisi 50.000 manat dəyərində olan qızılları tələb etmişdilər. Lakin cavabdeh hər dəfə bir bəhanə ilə onları qaytarmaqdan imtina etmişdir. İstintaq orqanının əldə etdiyi Cavabdeh səs yazısına dair ekspertiza rəyinə əsasən, Səidənin həmin qızılları vaxtilə izinsiz götürməsi faktı artıq müəyyən edildiyindən, məhkəmə tərəfindən həmin qızılların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçının oğlu Vüqar ilə 2018-ci ilin 12 dekabr tarixindən faktiki olaraq nikah münasibətlərinə girib. onunla ər-arvad kimi onların qonşuluğunda olan A.M.Şərifzadə küçəsi ev 74, mənzil 24 ünvanında yaşamağa başlamışlar. İddiada qeyd olunan qızılları vaxtilə keçmiş əri Vüqar öz doğma valideynlərinin mənzilindən şəxsən gətirərək onların özlərinin yaşadıqları mənzildə saxladığını, həmin qızılların Vüqar tərəfindən götürüldüyünü və öz mənzillərinə gətirilməsindən xəbəri o lduğunu, həmin qızılları Vüqar mənzildə asılmış çılçırağın şamdanlarında və pərdə asılqanlarında, yəni karnizdə saxlamışdır. Vüqarla faktiki nikah münasibətində olan zaman, onun “Topaz oyunları” oynaması və xeyli borclarının olmasını bildiyindən, o həmin qızılları keçmiş əri Vüqar tərəfindən borclarının ödənilməsinə sərf olunduğunu bildirmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş CD disklərdə olan səs yazıları onun özünə məxsus olmuşdur. Lakin həmin səs yazılarında olan qızılların onun tərəfindən götürülməsinə dair etiraf edici ifadələri, yəni əri Vüqarla olan söhbətdə qızılları onun özü tərəfindən götürülməsini və daha sonra zibilliyə atması ilə bağlı verdiyi ifadəni o, təzyiq altında vermişdir. Həmin vaxtı o, hamilə olduğundan, əri Vüqar və onun ailəsi tərəfindən işgəncəyə məruz qala bilm əsi təhlükəsindən qorxaraq, eyni zamanda yaşının az olmasından yəni hamiləliyi pozulmasın deyə məcbur olub qızılları özü tərəfindən götürüldüyü etiraf etmişdir. Əslində isə o, həmin qızılları şəxsən götürməmiş və hazırda da iddia edilən qızıllar onda olmamışdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(008)-4855/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilərək, iddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2020-cı il tarixli, 6/2800-9\6014 nömrəli ekspertiza rəyində sadalanan iddiaçının mərhum əri Hafiz Abbasova məxsus olmuş aşağıdakı qızıl-zinət əşyaları: üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); çəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl (sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan)qızıl bilərzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl bilərzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzəri ndə brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkələrin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞnin 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarında qeyd edilən xüsusatlar, yəni hazırkı mübahisəyə baxılarkən məhkəmə üçün iddiaçının öz iddia ərizəsində qeyd etdiyi hadisənin olub-olmaması və iş üzrə tərəflərin hazırda həmin hadisəyə aidiyyəti hissəsində məcburi olması faktı kimi hallar n əzərə alınmalıdır. Hazırda iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, məhkəmə-fonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən müəyyən edilmişdir ki: 1.Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi X5, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Belə ki, həmin səs yazısından o faktlar müəyyən edilir ki, əslində Cavabdeh vaxtilə iddiaçının özünə və onun mərhum ərinə məxsus olan qızılları onları n icazəsi olmadan götürmüşdür. X1 ilə Cavabdeh arasında baş tutmuş mübahisəli fonoqramlardakı Cavabdeh etiraf edici ifadəsindən müəyyən edilir ki, o keçmiş əri Vüqara həmin qızılları vaxtilə özü tərəfindən götürülüb gizlətməsini, bu hadisənin üstü açılacağından qorxaraq sonradan həmin qızılları zibilliyə atmasını bildirir. Həmçinin digər səs yazısından müəyyən edilir ki, Cavabdeh 50.000 manat dəyərində qızıl-zinət əşyalarının pulunu valideynləri vasitəsi və köməyi ilə ödəməyə razılıq verir və bildirir ki, bunun qarşılığında o, istəmir ki, onun Vüqarla olan ailəsi dağılsın, uşağı atasız böyüsün.

11. Məhkəmə qeyd etmişdir ki, məhkəmədə cavabdehin iddianı etiraf eməməsinə baxmayaraq, məhz iddia ərizəsinə sübut kimi əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, məhkəmə-fonoskopik eksper tizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən və həmin rəyin keçirilməsinə əsas vermiş səs yazısı olan CD diskdən müəyyən edilir ki, əslində iddia edilən qızıl-zinət əşyalarını məhz cavabdeh iddiaçının və onun mərhum ərinin icazəsi olmadan götürmüş və sonradan da geri qaytarmamışdır. Məhkəmə həmin ekspertiza rəyini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, iddia ərizəsi üzrə verilmiş bu sübutu cavabdeh tərəfindən sarsıdacaq heç bir mötəbər əlavə sübüt məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaya qarşı təkzibedici hər hansı sübut təqdim edilməmişdir.

13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiada qeyd edilən qızılların iddiaçının oğlu Vüqar tərəfindən götürülməsini, sonrada həmin qızılları “Topaz”a olan borclarına görə xərclənməsinə dair gətirdiyi dəlillər və etirazlar heç bir mötəbər sübuta söykənmir. Həmçinin məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazısının cavabdehə aid olmasına baxmayaraq, həmin vaxtı cavabdehin sanki bu cür ifadə verməsinin təzyiq altında olması və hamiləliyi dövründə baş verməsi səbəbinə dair gətirdiyi dəlilləridə məhkəmə əsaslı və ağlabatan saymamışdır. Belə ki, cavabdeh bu etirazını əsaslandıracaq və sübuta yetiriləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin bu əsaslarla gətirdiyi etirazlarını qəbul etməmişdir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında verdiyi öz izahatında, həmçinin iddia ərizəsində qeyd etmişdir ki, əslində onlara məxsus qızıl-zinət əşyaları müəmmalı şəkild ə yoxa çıxdıqdan sonra, cavabdehin valideynləri tərəfindən həmin əşyalardan ucuz olanlarının bir neçəsi onlara qaytarılmışdır. Həmin qaytarılan əşyalara da ekspert tərəfindən cəmisi 414 manat qiymət qoyulmuşdur. Həqiqətəndə iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən müəyyən edilmişdir ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 414,0 manat müəyyən edilir. Bütün bu halları nəzərə alaraq məhz cavabdehin valideynləri tərəfindən sonradan 414,0 manat dəyərində iddiaçıya və onun mərhum həyat yoldaşına aid olan qızılların qaytarılması faktının özüdə ona dəlalət edir ki, vaxtilə məhz cavabdeh özünün səs yazısında etiraf etdiyi kimi, iddiaçıya və onun mərhum həyat yoldaşına aid olan qızılları şəxsən özü götürmüşdür. Əks təqdirdə burada sual yaranır, yoxa çıxmış qızılların bir qismi sonradan cavabdehin valideynləri tərəfində iddiaçıya qaytarılırsa, həmin qızıllar cavabdehin valideynlərində necə ola bilərdi və kim həmin qızılları cavabdehin valideynlərinə aparıb verə bilərdi.

15. Məhkəmə iclasında təqdiq edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinidə hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, iddia ərizəsi üzrə verilmiş bu sübutuda cavabdeh tərəfindən sarsıdacaq heç bir mötəbər əlavə sübut məhkəməyə təqdim edilməmişdir. Məhz həmin rəydən aydın olur ki, təqdim edilməyən qərarda adları və göstərici ləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzəri qiymətləri 127.230,0 manat müəyyən edilir. Həmçinin iddiaçı vaxtilə bu qızılların naturada mövcud olması, özünün və ailə üzvlərinin istifadəsində olmasına dair bir sıra fotoşəkilləridə məhkəməyə əlavə sübut kimi təqdim etmişdir. Lakin buna baxmayaraq iddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, onun ailə üzvləri cavabdehdən həmişə cəmisi 50.000 manat dəyərində olan qızılları tələb etmişlər. Yəni naturada sadalanan həmin qızılları vaxtilə onların özləri əlli min manat məbləğində dəyərləndirmişlər. Ona görə də hazırda baxmayaraq ki, ekspertiza rəyində sadalanan qızıl məmulatlarının cəmi dəyəri 127.230,0 manat müəyyən edilmişdir, iddia tələbində əgər həmin qızıllar naturada mövcud o lmazsa, onların cəmi dəyərinin 50.000 manatın cavabdehdən alınıb ona verilməsini israrla tələb edir.

16. Məhkəmə sonda hesab etmişdir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş bütün mötəbər sübutlar hazırkı iddianın təmin olunmasına əsas verir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.5, 1091.1, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 106.1, 107, 119.1, 217.4, 218.3, 222.1, 119, 216-220, 222, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilən məhkəmə-fonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 saylı rəyini əsas götürmüşdür. Halbuki qeyd edilən səs yazısı iddiaçı, onun oğlu (onun keçmiş həyat yoldaşı) və digər ailə üzvlərinin təkidi ilə yazılmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cinayət işinin başlanması rədd edilərkən qızıl-zinət əşyalarının əyarı, çəkisi, hansı ölkənin istehsalı olması, sayı və ayrı-ayrılıqda dəyəri barədə məlumatın olmaması əsası qeyd edilmişdir. Bundan əlavə, qeyd edilən qərarlarda Cavabdeh əri Vüqar Abbasovun xahiş və yalvarışlarını nəzərə alaraq yalan danışdığı, yəni iddiaçının sübut kimi təq dim etdiyi səs yazılarının necə yazıldığı qeyd edilən qərarlarda öz əksini tapmışdır. Hazırkı iddia ərizəsində qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi, əyarı, hansı ölkənin istehsalı olması, ümumiyyətlə belə qızıl-zinət əşyalarının mövcud olması barədə heç bir sübut təqdim edilməmişdir. Yalnız sonuncu məhkəmə iclasında iddia tərəf bir neçə fotoşəkil təqdim etmişdir. İllərdir ki, Yasamal Rayon Polis İdarəsində qeyd edilən məsələ ilə bağlı araşdırma gedərkən iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərin ümumiyyətlə kimə aid olması (fotoşəkillərdə yalnız qızılzinət əşyaları görünür) məhkəmə tərəfindən müəyyən edilmədən birinci instansiya məhkəməsi qeyd edilən fotoşəkilləri sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarına istinad edərək iddianın təmin edilmə si qənaətinə gəlsə də, iddiaçının (eləcə də onun mərhum həyat yoldaşının) mülkiyyətində iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının mövcud olmasına hüquqi qiymət verməmişdir. İddia ərizəsində sadalanan bəzi qızıl-zinət əşyalarının çəkisi həqiqətə uyğun olmamışdır. Belə ki, məhkəmə tərəfindən 180 qram çəkidə sırğa-üzük dəstinin olması və ya çəkisi 452 qram Quran şəkilli medalyonları ilə birlikdə qızıl – belə bir qızıl-zinət əşyasının olmasının mümkün olması aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarına istinad etsə də, hansı əsasla məhz onun tərəfindən qızıl-zinət əşyalarının götürülməsini qətnamədə əsaslandırmamışdır. Onun rəsmi qeydiyyat ünvanı Zəngilan rayonu, Ağalı kəndində olsa da, məhkəmə kobud prosessual pozuntuya yol verərək mülki işə Bakı şəhə ri Sabunçu Rayon Məhkəməsində baxmışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir.

20. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrə uyğun tərtib edilmişdir. Belə ki, iddianın əsaslı olması iş materiallarında olan müvafiq ekspertiza rəyləri, cavabdehə məxsus səs yazıları, fotoşəkillər və sair rəsmi sübutlarla təsdiq olunmuşdur. Həmin sübutları inkar edəcək və ya sarsıdacaq heç bir mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin Bakı şəhəri, Sabunçu rayonunda daimi yaşaması, onun özü tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan da öz təsdiqini tapmışdır.

21. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı Bakı şəhəri Yasamal RPİnin İŞ-nin baş müstəntiqi Azər İsmayılzadə tərəfindən 407 nömrəli material üzrə qəbul edilmiş 05 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın çıxarılmasına əsas olmuş iş materialları sorğu edilərək götürülmüş və tədqiq edilmiş, tədqiqat zamanı, materialda olan – siyahı üzrə “Mələk” şəkilli 750 əyarlı 1 dəstin çəkisi 18 qram olması və siyahının Hafiz Abbasov tərəfindən tərtib edilməsi müəyyən edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-996/24 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev ) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəstin (sırğa cütü və üzük) cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilərək, “Mələk” şəkilli 18 qram çəkidə 750 əyarlı 1 dəstin (sırğa cütü və üzük) cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, ekspert rəyində qızıl-zinət əşyalarının dəyəri 127.230,0 manat göstərilməsinə baxmayaraq iddiaçı tərəf həm istintaq orqanına təqdim etdiyi şikayətində, həmçinin iddia ərizəsində həmin qızıl zinət əşyalarını 50.000 manat dəyərində qiymətləndirdiyindən, əşyalar olmadığı təqdirdə onların dəyəri olaraq 50.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, “Mələk” şəkilli 750 əyarlı 1 dəstin (sırğa cütü və üzük) qramına aid hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın çıxarılmasına əsas olmuş iş materiallarına tədqiqat zamanı materialda olan siyahı üzrə “Mələk” şəkilli 750 əyarlı 1 dəstin çəkisi 18 qram olması müəyyən edilmişdir. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılan zaman səhvə yol verilərək “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəstin cavabdehdən alınaraq iddi açıya verilməsi qeyd edilmişdir. Həmçinin, 35 ədəd qızıl boyunbağıların (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar) cəmi qramı olaraq 452 qram qeyd edilmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin arayışına əsasən, cavabdehin məcburi köçkün kimi məskunlaşaraq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Şaiq küçəsi ev 14, mənzil 10-da yaşaması müəyyən olunmuşdur. İşdən göründüyü kimi cavabdeh tərəf işə birinci instansiya məhkəməsində baxılarkən ərazi aidiyyətini mübahisələndirməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.5, 1091.1 və 1091.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. İddiaçının vəkili Nümayəndə tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı y azılı etiraz verilmiş, etiraz iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılaraq, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası ol mur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak e dən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırıl mış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-996/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar