Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2635/2024 12.07.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2795/2023 nömrəli, 20 may 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məh kəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan (İİ cild, səh.76) görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)2795/2023 nömrəli, 20 may 2024-cü il tarixli qərardadı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə 30 may 2024-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 19 iyun 2024-cü il tarixdə yerləşdirilmiş və həmin tarixdə imzalanmışdır. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair məsələ həll edilməmişdir. Odur ki, kassasiya şikayəti qanunvericilikdə müəyy ən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hall arda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2795/2023 nömrəli, 20 may 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2635/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-2635/2024
12.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver