Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2636/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2636/2024 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)124/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən birinci Cavabdeh2 (Vəkil3) tərəfindən verilmiş kas sasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh2 İddiaçı qardaşı X8 ilə 11 avqust 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və onların üç uşaqları dünyaya gəlmişdir.
2. Cavabdeh1 Cavabdeh2 atasıdır. Cavabdeh3 Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisində yerləşən hərbi hissəsində xidmət etmiş, sonradan xidmətdən azad edilmiş sabiq hərbi qulluqçudur.
3. Cavabdeh2 08 sentyabr 2022-ci il tarixində planlı şəkildə Cavabdeh3 qoşularaq ər evini tərk etmiş, Bakı şəhərinə yollanmış, bir müddət kirayədə birlikdə yaşadıqdan sonra atası Cavabdeh1 onlarla Bakı şəhərində digər qızının evində görüşmüş, onları götürüb Beyləqan rayonuna gətirmişdir.
4. Hadisədən sonra Cavabdeh2 digər qardaşı Fikrət Vəliyev, həmçinin Turanə Vəliyevanın əri X16 Vəliyevadan evdəki pulu aparması; Cavabdeh3 Cavabdeh1 onu döyməsi; Cavabdeh2 isə əri Rəyis Məmmədovdan işgəncələrə məruz qalıması, balta ilə hədələnməsi, intihara cəhd etməsi ilə bağlı polisə şikayət ərizəsi ünvanlamışlar.
5. Həmin şikayətlər üzrə Xocavənd Rayon Polis X3 baş müstəntiqi Bəhruz Səfiyarlı tərəfindən 07 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarla X4 Cavabdeh2 ilə arasında olan pul mübahisəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir.
6. Cavabdeh2 Xocavənd Rayon Polis Şöbəsində 09 sentyabr 2022-ci il tarixdə yazdığı izahatında göstərmişdir ki, o, evdən çıxarkən özünə məxsus bir ədəd (qızıl) üzərində bir ədəd birliyant qaş olan qızıl üzük, bir cüt qızıl sırğa, bir neçə ədəd plastik əşyadan olan bəzək əşyası, özünə məxsus nağd şəkildə 130 manat pulu və geyim əşyalarını götürmüşdür. Bundan başqa o, evdən heç bir əşya və pul göturməmişdir. Təxminən 4-5 gün əvvəl Rəyis ona rəngli sellofan paketdə icərisində 3 ədəd (10.000 manatlıq) pul bağlaması vermiş, həmin vaxtı o, pulu saymamış və Rəyisə pulu seyfə qoymağını dedikdə, sonuncu pulu seyfə qoymamağını, pulu başqa yerə qoymağını demiş və o, da mətbəxdə mebelin üzərində olan qutunun içərisində qazana qoymuşdur. Pulun yerini isə Rəyisə bildirmişdir. Evdən könüllü olaraq heç bir təyziq və şantaj olunmadan getmiş, ona hər hansı bir şəxs fərdi və ya fiziki zor tətbiq edilməmişdir.
7. C avabdeh3 09 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatında göstərmişdir ki, Cavabdeh2 təxminən 20 gündür tanıyır. Turanə ilə aralarında sevgi münasibətləri yaranmış və onlar danışmağa başlamışlar. Telefonla danışdıqda Turanə ona ailəsində problem olmasını və ayrılmasını demiş, Bakı şəhərində yaşayan bacısının evinə getmək istəməsini və ona maşın tapmasını demişdir. Bakı şəhərinə yollandıqdan sonra özlərinə kirayə ev tapmış və o, kirayə üçün 200 manat pul ödəmişdir. Evi kirayə tutuqdan sonra Turanə ilə evdə olarkən Turanənin atası zəng edərək, bacısıgilə getməsini demiş, həmin gün axşam saatlarına qədər kirayə tutduqları evdə qaldıqdan sonra Turanənin bacısının Binəqədi rayonunda yaşadığı evə getmişlər. Həmin vaxtı orada Turanənin atası və bir neçə qohumu olmu şdur. Turanənin atası və başqa şəxslər onu döymüş, bir neçə saat sonra oradan onlara məxsus avtomobillə yenidən Beyləqan rayonuna gəlmişlər. Turanə onunla gedərkən onun üzərində 30.000 manat pul olmasını bilməmiş, əvvəldən ona bu barədə məlumat verməmişdir. Turanənin bacısının evində atası Rüzgar tərəfindən döyüldükdən sonra atası ilə onun qardaşı, adını bilmədiyi şəxs danışarkən eşitmişdir ki, həmin pulu Turanədən atası Rüzgar götürmüşdür.
8. Cavabdeh1 2022-ci il 13 sentyabr tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatında göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində qızının qaynı Fikrət Vəliyev onlara gələrək qızının evdən getdiyini, evlərindən qızıl və 30.000 manat pul apardığını bildirmişdir. Bundan sonra qızı olduğu yer barədə məlumat vermiş və Turanə yə Bakı şəhərində yaşayan digər qızı Nərminin evinə getməsini, ordan gedib gətirəcəyini demişdir. Təxminən saat 23 radələrində qızı Nərminin Bakı şəhərində evinə getdikdə Turanə və qızının qoşulub qaçdığı Namizəd adlı şəxs orda olmuş, qızının qoşulub qaçdığı Namizəd adlı şəxsi hirsli olduğu üçün döymüşdür. Bununla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır. Qızını Bakı şəhərindən gətirməyə gedən zaman qızının və Namizədin üzərində hər hansı pul və zinət əşyası olmamışdır. Orada olarkən qızından pul götürüb-götürmədiyini soruşduqda, qızı evdən pul götürmədiyini demişdir. Cavabdeh3 tamamilə yalan deyir, qızı Turanə həyat yoldaşı Rəyisin evindən pul götürməmiş və həmin pul onda deyildir.
9. İddiaçı 01 oktyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatına göstərmişdir ki, o, 04 sentyabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində avtomobil almaq və qardaşları ilə görüşmək üçün həyat yoldaşı və qızı ilə birgə rayona getmiş, gedən zaman avtomobil almaq üçün üzərində 30.000 manat pul götürmüşdür. Beyləqan rayon ərazisində olan “Prado” markalı avtomobilə baxış keçirən zaman avtomobilin zərbəsi olduğu üçün almaq qərarından daşınmış və həmin gün axşam saatlarında X14ə pulu saxlaması üçün vermişdir. Rayon ərazisində qohumları çox olduğu üçün ailə üzvləri ilə birgə rayon ərazisində təxminən iki-üç gün qalmağı planlaşdırmışdır. Rayonda qaldığı müddət ərzində ailə üzvləri ilə birgə qardaşı X7 rayonu, 500 ailəlik qəsəbə ərazisində yerləşən evində qalmış və 30.000 manat pulu qardaşında olduğu üçün yoxlamamışdır. Qardaşının həyat yoldaşı Cavabdeh2 08 sentyabr 2022-ci i l tarixdə saat 01 radələrində yaşadığı evi tərk etmiş və bu barədə qardaşı Rəyisə mesaj yazmışdır. X1 üçün verdiyi 30.000 manat pulu həyat yoldaşı Cavabdeh2 apardığını aşkarlamışdır. Qardaşının ailəsində baş vermiş hadisə ilə əlaqədər olaraq digər qardaşı X10 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Cavabdeh2 evdən 30.000 manat pul apardığını bildirmişdir. Baş vermiş hadisədən sonra 11 sentyabr 2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhərinə geri qayıtmış və X14 saxlamaq üçün verdiyi 30.000 manat pulu geri qaytarmamışdır. Beyləqan rayon ərazisində X14ə saxlaması üçün üç ədəd yüz manatlardan ibarət 10.000 manatlıq pul bağlaması salafan paketdə vermişdir. O, rayonda qaldığı üçün pulu saxlamağa yeri yox idi və X14in evində qaldığı üçün pulu saxlaması üçün ona vermiş, lakin pulun saxland ığı yeri bilməmişdir. Qızının onda pul olmasından heç bir xəbəri olmamış və onun qızına heç bir pul verilməmişdir.
10. Cavabdeh2 tərəfindən +994-51-704-63-14 telefon nömrəsi vasitəsi ilə əri Rəyis Vəliyevə ünvanlanmış yazının mətnində aşağıdakılar göstərilmişdir: “Senetkar pul atamdadi. Allahqi men ona dedim gel verək. Dedi seni asasar. Oldurerem yandirama... Duru ama deyesen arada xercliy. Mende istemirem qurtarsın. X17 axdaram tapmiram. Götürüb istəyrem verem menfiyete. Yox o pul senidi.” İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində olan, ona məxsus 30.000 manat məbləğində pulun həmin şəxslərdən müştərək qaydada alınaraq xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Turanənin evdən qaçmasını həm bacısı, həm də əvvəlcədən atası, iş üzrə Cavabdeh1 da bilmiş və hətta qızına bu işdə bildiyi qədər dəstək olmuşdur. Belə ki, hadisənin səhəri gün onlara məlum olmuşdur ki, Turanə evdən qaçarkən evdə olan bütün qiymətli qızıl-zinət əşyaları, o cümlədən evdə Rəyisin azyaşlı 2 qızına hədiyyə edilmiş qızıl boyunbağıları, sırğaları, habelə Rəyisin oğluna hədiyyə edilmiş bilərziyi evdən götürmüşdür. Bundan əlavə, Cavabdeh2 evdən çıxarkən, evdə ona məxsus, hadisədən bir neçə gün öncə qardaşı Rəyis ə müvəqqəti saxlamaq üçün əmanət olaraq verdiyi 30.000 manat pulu da özü ilə götürmüşdür. Bütün bunlar barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Namizəd Allahveridyevin məlumatı olmuşdur. Belə ki, həmin pul Turanə tərəfindən götürüldükdən sonra, Namizəd ilə birlikdə taksi ilə Bakıya gedərkən yolda Namizədə verilmişdir. Daha sonra isə, həmin pulu Rüzgar, Namizəddən alaraq özündə saxlamışdır.
13. İddiaçı məhkəməyə sübut qismində +994-51-704-63-14 telefon nömrəsi ilə X14in yazışmalarını təqdim edərək həmin nömrənin Cavabdeh2 məxsus olduğunu bildirmişdir. Həmin yazışmalara görə Cavabdeh2 yazır: “Senetkar pul atamdadi. Allahqi men ona dedim gel verək. Dedi seni asasar. Oldurerem yandirama... Duru ama deyesen arada xercliy. Mende istemirem qurtarsın. X17 axdaram tapmiram. Götürüb istəyrem verem menfiyete. Yox o pul senidi.”
14. Xocavənd Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(069)-219/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia qismən təmin olunmuş, cavabdehdən 30.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Rəyis Vəliyev tərəfindən Cavabdeh2 saxlaması üçün qardaşı İddiaçı məxsus 30.000 manat pulun verilməsi və pulun mövcudluğu barədə xəbəri olması, gecə vaxtı ailə üzvlərindən heç kimə xəbərdarlıq etmədən evdən getməsi, sonradan həmin pulun atası Cavabdeh1 olması və bir hissəsinin atası tərəfindən xərclənməsini etiraf etməsi o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya məx sus olan 30.000 manat pul Cavabdeh2 tərəfindən götürülmüşdür.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçıya məxsus 30.000 manat pulun Cavabdeh2 tərəfindən götürülməsi öz təsdiqini tapmış, lakin Turanə tərəfindən 30.000 manat pulun atası Cavabdeh1 verilməsi, pulun Cavabdeh1 olması və onun tərəfindən xərclənməsi məhkəmə iclaslarında təsdiq olunmamışdır. Eyni zamanda məhkəmə iclasında iddiaçıya məxsus 30.000 manat pul vəsaitinin Cavabdeh2 tərəfindən digər Cavabdeh3 verilməsi barədə iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 152.1, 157.2, 157.4, 425.1, 1091.1, 1091.2-ci və Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
18. Qətnamədən iddiaçı və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri vermişlər.
19. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamışdır. Hər üç cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya məxsus 30 000 manat pul cavabdehlərin sahibliyinə keçmişdir.
21. Cavabdeh2 n ümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-494/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şi kayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi araşdırması zamanı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi göstərilən sübutlar əsasında iddia tələbinin qismən əsaslı olması, yəni iddiaçının tələb etdiyi pul vəsaitinin Cavabdeh2 tərəfindən 08 sentyabr 2022-ci il tarixdə gecə vaxtı yaşadığı evdən gedərkən özü ilə aparılması qənaətinə gəlmişdir. Halbuki həmin sübutlar ayrı-ayrılıqda tədqiq edildikdə, bu nəticə görünmür.
25. Həmçinin, iddiaçı avtomaşın almaqdan ötrü üstündə olan pulu saxlaması üçün X14ə, sonuncunun da Cavabdeh2 verməsini bildirmiş, şahid qis mində dindirilmiş Rəyis Vəliyev də bunu təsdiq etmiş, həmçinin Cavabdeh2 həmin pulu mətbəxdə mebelin üstündəki qutunun içində olan qazana qoymasını bildirmiş, şahid qismində dindrilmiş X13 özünə məxsus “Toyota Prado” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğısatqısı ilə bağlı İddiaçılə danışıq aparmasını, X2 ilə X9 elanda qeyd edilmiş “Toyota Prado” markalı avtomobili alması üçün İddiaçı hər birinin 10.000 manat borc pul verməsini bildirmişlər. Belə ki, qeyd olunan izahatlar yalnız İddiaçı avtomobil alması üçün 30.000 manat pulun üstündə olmasını, həmin pulu saxlaması üçün X14ə verməsini, sonuncunun da qeyd olunan pulu saxlaması üçün Cavabdeh2 verməsini, onun da pulu mətbəxdə qutuda olan qazanın içinə qoymasını müəyyən etməyə imkan verir. Beləliklə, izahatların heç birində Cavabdeh2 göstərilən pul vəsaitini evdən gedərkən özü ilə aparması birbaşa təsdiq olunmur.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Rəyis Vəliyevin məhkəmədə verdiyi izahatında qaynatası Ruzgar Məmmədovun telefon danışığı zamanı pulu Daxili İşlər Nazirliyinə verəcəyini bildirməsini Ruzgar Məmmədov təsdiq etməmiş və bu xüsusat hər hansı bir sübutla təsdiq edilməmişdir. Rəyis Vəliyevin izahatında qeyd olunan, sonradan Cavabdeh2 “Teleqram” proqramı vasitəsi ilə ona evdən apardığı 30.000 manat pulun atasında olması və həmin pulun bir hissəsinin xərclənməsini bildirməsi də hər hansı sübutla öz təsdiqini tapmır. Hətta o, hadisədən sonra Polis Şöbəsinə verdiyi nə ərizəsində, nə də izahatında bu xüsusatı qeyd etməmişdir. Halbuki həmin xüsusat pulun Cavabdeh2 olmasını göstərən əsas amil idi və be lə hal olmuş olsaydı, Rəyis Vəliyevin polis şöbəsinə verdiyi ərizə və izahatında həmin xüsusut da göstərilərdi. Lakin onun ərizə və izahatında qeyd olunan xüsusatdan bəhs olunmaması əslində həmin halın olmamasını göstərir. Birinci instansiya məhkəməsi qətnamədə belə məzmunlu teleqram yazışmasına istinad etsə də, iş materialında bunu təsdiq edən heç bir yazışma yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsinə görə Rəyis Vəliyevin bir neçə gün əvvəl Cavabdeh2 istifadəsində olan (051)-704-63-14 mobil nömrədən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050)-749-49-49 mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30.000 manat pulun atası Cavabdeh1 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirməsi də iddianın təmin olunması üçün əsas kimi qəbu l oluna bilməz. Əvvəla, yazışmada, ümumiyyətlə, 30.000 manat puldan söhbət edilmir, ikincisi, həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da həmin pulun 30.000 manat pula aidiyyəti olub-olmaması müəyyən edilmir. Üçüncüsü yazışmalar aparılan (051)-704-63-14 telefon nömrəsinin Cavabdeh2 məxsus olması da, iş materialları ilə sübut olunmur. Dördüncüsü isə, qeyd olunan yazışmalar istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da, aparıla bilər. Belə ki, telefonda adlar siyahısında şəxsin adı əvəzinə onun mobil telefon nömrəsinin yazılması, əslində, mesajların həmin nömrədən deyil, həmin nömrə adı altında digər nömrədən gəlməsi mümükündür. Məhz bu səbəbdən də, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, bu halın təsdiq olunması üçün yazışmaların aparıldığı telefonun məhkəməyə gətirilməsini tələb etmiş, lakin məhkəmə bu vəsatətlə bağlı araşdırma aparmamış, ümumiyyətlə, vəsatətə hüquqi qiymət verməmişdir. İddiaçı, isə bu halın əksini təsdiq edən sübutları təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası qeyd edilən halın araşdırılması üçün hər hansısa bir zərurət görməmiş və bunu onunla əsaslandırmışdır ki, aparılan araşdırma əlavə sübut toplamağa yönəldiyindən, bu, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərini pozmuş olar. Bu isə birinci instansiya məhkəməsinin sübutlara düzgün istinad etməməsini göstərir. Nə Cavabdeh2 ilə gedən Cavabdeh3, nə onları aparan taksi sürücüsü X5, nə də onları qızının evində tapmış Cavabdeh1 izahatlara əsasən onlar Cavabdeh2 30.000 manat pul olmasını bilməmiş, belə bir pul və saitini onda görməmişlər.
29. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 evdən gedərkən apardığı qızıl-zinət əşyaları özünə məxsus olmaqla onun Rəyis Vəliyevə məxsus hər hansı əşyanı aparmaması işin mübahisəsiz halıdır. İddiaçının evdə pulu saxlaması üçün qardaşına, sonuncunun isə Cavabdeh2 verərkən onun seyfə qoymaq istəməsinə razı olmayıb mətbəxə qoyması Cavabdeh2 seyfdən istifadə etmək imkanının olmasını göstərir. Buna baxmayaraq, onun evdən gedərkən seyfdən hər hansı pul vəsaiti və ya digər qiymətli əşya götürmək imkanının olduğu halda, oradan heç bir şey götürməməsi onun evdə olan başqasına məxsus pulu götürməsinin inandırıcı olmamasını göstərir. Halbuki ərinə məxsus seyfdə olan pul və əşyalar birgə nikah dövründə əldə olunmaqla Cavabdeh2 ona daha çox haqqı çatırdı.
30. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, Cavabdeh2 məhz İddiaçı məxsus pulu özü ilə aparması tələb edilsə də, İddiaçı bununla bağlı Polis Şöbəsinə müraciət etməmişdir. Polis Şöbəsinə onun qardaşı Fikrət Vəliyev müraciət etmişdir. Həmin ərizədə Turanə Vəliyevanın evdən gedərkən pul və qızıl aparması qeyd edilsə də, məhz İddiaçı pulunun aparılması göstərilməmişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin düzgün yönəlib-yönəlməməsinə də qiymət verməmişdir. Belə ki, tərəflərin izahatlarına əsasən 08 sentyabr 2022-ci il tarixdə 30.000 manat pulu iddiaçı X14ə vermiş, sonuncu isə həmin pulu Cavabdeh2 vermişdir. Beləliklə, iddiaçı birbaşa Cavabdeh2, nə də digər cavabdehlərə pul verməmişdir. O, pul olmadığı halda, həmin pu lu verdiyi şəxsdən, yəni Rəyis Vəliyevdən tələb edə bilərdi. Pulun Cavabdeh2 tərəfindən aparılması təsdiq edilərdisə (hərçənd ki, bu iş materialları ilə təsdiq olunmur), o zaman Rəyis Vəliyev həmin pulu Cavabdeh2 tələb edə bilərdi.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 54.1, 54.2, 77.1, 88, 217.4 və 384.0.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat:
33. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, ilk növbdədə qeyd edilməlidir ki, 30.000 manat pulun mövcud olma faktı, onun Cavabdeh2 tərəfindən qəbul edilərək evdə saxlanması, Cavabdeh2 digər Cavabdeh3 qoşularaq gizlin şəkildə evdən Bakıya qaçması cavabdehlərin birinci instansiya məhkəməsində verdiyi izahatları, habelə pulun oğurlanması ilə bağlı şikayət ərizəsi əsasında Xocəvənd Rayon Polis şöbəsində aparılmış araşdırma zamanı izahatları ilə təsdiq edilir. Həmçinin Cavabdeh2 özünün də birinci instansiya məhkəməsində izahatına əsasən qabaqcadan evdən getməsini planlamış və evdən ona zəruri olan qiymətli əşyaları əvvəlcədən yığmış və gecə yarı xəbərsiz gizlin şəkildə evdən qaçmışdır. Bakıya gedərkən taksi pulunu Turanənin verməsi faktı onu deməyə əsas verir ki, Cavabdeh3 üzərində olan pul sonradan ona Turanə tərəfin dən verilmiş 30.000 məbləğdə pul vəsaitidir ki, Namizəd Turanənin qohumu evində döyüldükdən və huşunu itirdikdən sonra, üzərindən götürülmüşdür. Lakin o, bu faktı yalan ifadələr verməklə məhkəmədən gizlətməyə çalışmış və həqiqəti məqsədli şəkildə ört basdır etməyə çalışmışdır. Aşağı məhkəmələr nədənsə bu halı və ümumiyyətlə, cavabdehlərin iddiaçıya məxsus pulun onların qanunsuz sahibliyinə keçirməsi ilə bağlı əməllərini diqqətəlayiq araşdırmamışlar. Bundan başqa, Turanə ilə Rəyisin “Teleqram” proqramı ilə yazşmasında pulların Turanə tərəfindən götürülməsi etirafı da maddi sübut qismində məhkəməyə təqdim olunmuşdur. Ərinə adı ilə yox, “sənətkar” ləqəbi ilə müraciət edən Turanə yazışma zamanı pulları həqiqətən götürməsini və həmin pulların sonradan atası Cavabdeh1 əlinə keçməsi faktını səm imi şəkildə etiraf etmişdir. Lakin Turanə bu faktı məhkəmədə yenidən danmağa başlamışdır. Apellyasiya instansiya məhkəməsində cavabdehlərin ziddiyyətli ifadələri və bunun qətnamədə əks olunmaqla məhkəmənin yalnız həmin ifadələrə istinadən qətnaməsini əsaslandırması yolverilməzdir. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatdan fərqli olaraq evdən gizli şəkildə qaçarkən üzərində bir ədəd çanta götürməsi kimi izahatı məhkəmənin diqqətini işin əsl mahiyyətindən yayındırmağa hesablanmışdır. Halbuki Cavabdeh2 birinci instansiya məhkəməsindəki izahatında evdən çıxarkən özü ilə bir neçə çanta götürməsini bildirmiş, hətta digər Cavabdeh3 bu çantaların olduqca ağır olmasını bildirmişdir. Apellyasiya instansiya məhkəməsi bütün bunlara qiymət verərək nəzərə almalı idi ki, cavabd ehlər əslində cinayət hüquqi xarakter daşıyan gizli talama faktına dair hərəkətlərini açıq şəkildə etiraf edə bilməzlər. Bu səbəbdən, cavabdehlər məhkəmənin diqqətini işin əsl mahiyyətindən yayındırmağa hesablanmış yanlış və həqiqətə uyğun olmayan izahatlar vermişlər. Apellyasiya instansiya məhkəməsinin cəmi bir iclasa – bu qədər az müddətə sübutları qiymətləndirməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması baxımından ağlabatan hesab edilə bilməz.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2877/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov) iddiaçının kassasiya şikayətini qismən təmin etmiş, apellyasiya instansiya məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi l əğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara almışdır.
36. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Cavabdeh2 ərinin adının Rəyis olmasına baxmayaraq, ləqəbinin “Sənətkar” olması, hamının onu bu adlı çağırmasını bildirmiş (i.v. 138), 08 dekabr 2022-ci il tarixli məhkəmə iclasında ona verilmiş suala cavab olaraq sözügedən mobil nömrədən istifadə etdiyini, bir neçə gün əvvəl əri Rəyis ilə barışmaq üçün “Teleqram” proqramı vasitəsilə əlaqə saxlamasını, Rəyisə barışmağı təklif etməsini, Rəyisin onu qəbul etmədiyini, Rəyisə pulun onda olmaması barədə deməsini bildirmişdir.
37. Lakin, apellyasiya instansiyası məhkəməsi (051)-70463-14 telefon nömrəsinin Cavabdeh2 məxsus olmasının iş materialları ilə sübut olunmaması, qeyd olunan yazışmaların istənilən şəxs tər əfindən teleqram vasitəsilə başqa yolla da aparıla bilməsini müəyyən etsə də, bunu hansı sübutun qiymətləndirilməsi yolu ilə müəyyən etməsi nə işdən, nə də qətnamədən görünmür.
38. Belə ki, qeyd edilən nömrənin Cavabdeh2 məxsus olması və əri ilə yazışmaların Cavabdeh2 tərəfindən aparılması onun özünün izahatı ilə müəyyən ediləcəyi halda, həmin nömrədən “Teleqram” proqramı vasitəsilə pul vəsaiti ilə bağlı başqa şəxsin yazışma aparmasını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşməlidir.
39. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələbinin düzgün şəxsə qarşı verilməməsi barədə gəldiyi nəticə ilə bağlı qeyd edilməlidir ki, məhkəmə bu nəticəyə də, yuxarıda qeyd edildiyi kimi, işdəki bütün sübutları müqayisəli şəkildə təhlil və tədqiq etmədən gəlmişdir.
40. Belə ki, p ulun ona İddiaçı tərəfindən verilməsi barədə Cavabdeh2 polisdə verdiyi izahatla (i.v.75), məhkəmə iclasında verdiyi izahatlar arasındakı ziddiyyət aradan qaldırılmamışdır.
41. İşin halları prosessual qanunvericiliyn tələblərinə uyğun müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olub-olmamasına qiymət verə bilmədiyini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat:
42. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-124/2024 nömrəli, 30 yanvar 2024-cü il il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
43. Apellyasiya instans iya məhkəməsi Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatı (səh. 170) mötəbər hesab etmiş və sonrakı izahatların özünü müdafiə xarakterli daşıdığını qeyd etmişdir. Hətta, məhkəmə kollegiyası 30.000 manat pul vəsaitinin iddiaçıya məxsus olmasının və onun saxlanmaq üçün müvəqqəti olaraq Rəyis Vəliyevə verilməsinin Cavabdeh2 məlum olması iş üzrə sübutlarla təsdiqini tapdığı üçün hazırkı iş üzrə tələb hüququnun iddiaçıya aid olmasını düzgün hesab etmiş, işin qeyd edilən faktiki hallarının mübahisəsiz olmasını göstərmişdir.
44. Belə ki, MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bu baxımdan da, hazırkı iş üzrə tələbə cavab verməli şəxs Cavabdeh2dır ki, digər cavabdehlərə qarşı iddianın təmin edilməsi əsassızdır.
45. Bundan əlavə, birinci instansiya məhəkməsində iş üzrə Cavabdeh3 etirazında qeyd etmişdir ki, onunla birlikdə olarkən Turanənin üzərində 30.000 manat məbləğində pul olması barədə məlumatı olmamış və ona bu barədə məlumat verməmişdir. Turanə və atası Rüzgar onun yanında danışarkən Turanənin atası Rüzgar həmin pulun onda olmasını və qaytarmayacağını eşitmişdir. Lakin həmin pulun nə qədər olması və kimə məxsus olması ona məlum olmamışdır. Cavabdeh3 qeyd edilən məlumatı, polisdə verilmiş izahatlar (həmin izahatların hər hansı təsir altında verilməsi belə mübahisələndirilməmişdir), məhkəməyə təqdim edilmiş Diskdəki yazışmalar və onun təsdiqi üzrə Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatlar (sual-cavabları) kimi sübutlar kollegiya tərəfindən mötəbər hesab edilərək iddianın əsaslı olmasını şərtləndirir. Cavabdeh3 dəfələrlə məhkəməyə dəvət edilsə də, bu halların yenidən dəqiqləşdirilməsi üçün gəlməmiş, qanunvericiliyin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmışdır.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 385.1 386.1 1091 1092.1-ci maddələri, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəl illəri. Kassasiya şikayətinin dəlilləri:
47. Qətnamədən Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
49. Lakin iddiada Cavabdeh2 məhz İddiaçı məxsus pulu özü ilə aparması tələb edilsə də, İddiaçı bununla bağlı Polis Şöbəsinə müraciət etməmişdir. Polis Şöbəsinə onun qardaşı Fikrət Vəliyev müraciət etmişdir. Həmin ərizədə Turanə Vəliyevanın evdən gedərkən pul və qızıl aparması qeyd edilsə də, məhz İddiaçı pulunun aparılması göstərilməmişdir. Cinayət işinin başlanması qərarla rədd edilmişdir. Birinci ins tansiya məhkəməsi iddiaçının tələbinin düzgün yönəlib-yönəlməməsinə də qiymət verməmişdir. Belə ki, tərəflərin izahatlarına əsasən 08 sentyabr 2022-ci il tarixdə 30.000 manat pulu iddiaçı X14ə vermiş, sonuncu isə həmin pulu Cavabdeh2 vermişdir.
50. Belə ki, iddiaçı birbaşa nə Cavabdeh2, nə də digər cavabdehlərə pul verməmişdir. Qarşı tərəf iddia etdiyi 30.000 manatın məhz Turanə tərəfindən götürülməsi və özü ilə aparılması ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Habelə, iddiaçı sübut qismində yalnız vatsap yazışamsındakı “sənətkar pul atamdadı” yazısı hansı puldan söz getməsini açıqlaya bilmir. Cavabdeh2 08 sentyabr 2022-ci il tarixdə gecə vaxtı evdən çıxarkən necə, nə ilə, üzərində və ya çantasında nə olduğunu heç kimi görməmişdir və bilmir. Birinci instansiya məhkəməsində Tu ranənin evdən gedərkən pulu götürməsi, əri ilə teleqram yazışmaları, və iddiaçının pulu Turanəyə və digər cavabdehlərə deyil Rəyisə veridliyi bildirilmişdir.
51. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə belə məzmunlu teleqram yazışmasına istinad etsə də, iş materialında bunu təsdiq edən heç bir yazışma təqdim edilməmişdir. X12 Məmmədovanın istifadəsində olan (051) *** ** ** mobil nömrədən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050) *** ** ** mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30.000 manat pulun atası Cavabdeh1 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirməsi də, iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Əvvəla, yazışmada 30.000 manat puldan bəhs edilmir. İkincisi, həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da, həmin pulun 30.000 manat pula aidiyyəti olub-olmaması müəyyən edilmir. Üçüncüsü, yazışmalar aparılan (051) *** ** ** telefon nömrəsinin Cavabdeh2 məxsus olması da, iş materialları ilə sübut olunmur. Dördüncüsü, qeyd olunan yazışmalar istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da aparıla da bilər. Cavabdehin nümayndəsi və vəkili iddia edilən yazışmaların aparıldıgı telefonun məhkəməyə gətirilməsi ilə baglı vəsatət vermiş və məhkəmə bu vəsatətə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
52. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları və mübahisə predmeti üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən, iddia ərizəsində göstərilən xahiş ilə bağlı təqdim e dilmiş sübutları düzgün qiymətləndirməmiş, araşdırmamış, araşdırılan hallara isə ümumiyyətlə düzgün yanaşmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
53. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
54. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
55. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş dig ər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
57. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
58. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
60. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
61. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllən in 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
70. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
71. Kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüq uqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci ma ddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
77. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
78. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
80. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-124/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.