Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2638/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(107)2950/2018 nömrəli qətnaməsindən Cavabdeh6 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı rayon Məhkəməsinin (hakim R.Şirinov) 31.08.2018-ci il tarixli, 2(037)710/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabde hlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və yetkinlik yaşına çatmayan Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh1 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 İsmayıllı şəhəri, ************************************ yerləşən ümumi sahəsi 167.9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı 10 saylı fərdi yaşayış evindən çıxarılmaları, İsmayıllı şəhəri, *************** yerləşən ümumi sahəsi 167.9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı 10 saylı fərdi yaşayış evinin tamailə boşaldılaraq mülkiyyətçi İddiaçı ASC-nə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 İsmayıllı şəhəri, ****************** yerləşən ümumi sahəsi 167. 9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı 10 saylı fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilərək xitam verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, E.Hüseynov, Ç.Məmmədov) 05.12.2018-ci il tarixli, 2(107)-2950/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh6 və Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə İsmayıllı rayon Məhkəməsinin 31.08.2018ci il tarixli, 2(037)-710/2018 nömrəli qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh6 və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, C avabdeh6, Cavabdeh5 və yetkinlik yaşına çatmayan Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh1 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.06.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 İsmayıllı şəhəri, ***************** yerləşən ümumi sahəsi 167.9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı 10 saylı fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-nə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 İsmayıllı şəhəri, Təbriz küçəsi (əvvəlki B.Mirzəyev küçəsi) dalan 2-də 0.1459 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 167.9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı 10 saylı f ərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh6 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi bərabərlik prinsipini pozmuş, həm də sübutları düzgün qiymətləndirə bilməmişdir. Məhkəmə fərdi yaşayış evinin mülkiyyətçisinin hüquqlarını qorumuş, həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarını qorumamışdır. Beləliklə, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(107)-2950/2018 saylı qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün Şəki Appellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh6 və Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə İsmayıllı rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli, 2(037)-710/2018 nömrəli qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 19 mart 2008-ci il tarixli 10 saylı kredit müqaviləsinə əsasən i ddiaçı tərəfindən sonuncuya istehsalın genişləndirilməsi məqsədi ilə 60 ay müddətinə illik 7% hesablanmaqla 90.000 manat məbləğində kredit verilmiş, 19 mart 2008-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin olunması məqsədi ilə birinci cavabdehə məxsus İsmayıllı şəhəri, ***************************** yerləşən ümumi sahəsi 167,9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı,10 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən iddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli 2(037)-469/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia tələbi təmin olunaraq birinci cavabdehə məxsus İsmayıllı şəhəri, ******************** yerləşən ümumi sahəsi 167,9 kv.m olan 1 mərtəbəli, 4 otaqlı,10 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və ipoteka predmetinin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin həmin tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxx” MMC tərəfindən 19 fevral 2016-cı il tarixli hərrac keçirilmiş və hərracın yekunlarının nəticəsi olaraq mübahisəli fərdi yaşayış evi tələbkar tərəfindən 33150 manata əldə edilərək həmin əmlaka dair hüquq müəyyənedici sənəd verilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin fərdi yaşayış evindən istifadə istifadə edir ki, bu da bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gət irib çıxaran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istən ilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərar ı əsasında məcburi qaydada çıxarılırlar. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh6 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(107)-2950/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2638/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2638/2019
18.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver