Məhkəmə qərarları › İş №2(103)-59/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-59/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-59/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit borcu, tələbin ipoteka predmetinə yönəltmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X16 və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(010)-60/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı xx.xx.2016-cı tarixli kredit müqaviləsi ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qaytarılması şərti ilə 9.000 manat məbləğində borc pul vermişdir. 2.Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2016-cı il tarixində İddiaçı ilə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşaşyış evini ipoteka qoymuşdur. 3.Cavabdeh müqavilə özrə öhdəilklərinin lazimi qaydada icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəmyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1, X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 9000 manat əsas borcun, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi Azərbaycan Respublikası Mərkəzi Bankın məlumatına əsasən Bankın illik uçot dərəcəsi nəzərə alınmaqla 2.099 (iki min doxsan doqquz) manat, cəmi 11.099 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20.0 kv.m olan 98 saylı fərdi yaşayış evi 9.000 manat olmaqla açıq hərracda satılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20.0 kv.m olan 98 saylı fərdi yaşayış evindən çıxarılmaqla evin mənzildəki əşyalarla birlikdə boşaldılması, onların mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 iddiaçıdan 9.000 manat məbləğində borc pul istəmişdir.İddiaçı həmin pulu xx.xx.2016cı il tarixdə 37 saylı notariat kontorunda Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi, həm də oğlu Cavabdeh2 kredit müqaviləsinə əsasən vermişdir. Borcun təminatı olaraq cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20.0 kv.m olan 98 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər borclu olduqları məbləği xx.xx.2018-ci il tarixədək qaytaracaqlarını öhdələrinə götürmüşlər. Lakin, iddiaçı dəfələrlə borcu qaytarmalarını tələb etsə də, cavabdehlər vədlərinə əməl etməmiş, borcu qaytarmaqdan yayınmışlar. Cavabdehlər Rəhidə Müzəffər qızı və oğlu Cavabdeh2 ilə öhdəliyin icra edilməsi yaranmş məsələni məhkəmədən kəna qaydada həll edilməsi barədə danışılqlar iddiaçı tərəfindən aparılmışdır. Lakin danışılqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı öz tələbinin məhkəə m qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Müqaivlə üzrə öhdəlikləri vaxtında icra edilmədiyinə görə cavabdehlər Cavabdeh1 Muüzəffər qızı və oğlu Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildiriş xx.xx.2019-cu il tarixdə Azrbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. 6.Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, iddia ərizəsinə olan etirazında həm yazılıl həmçinin də şifahi olaraq bildirmişdir ki, Cavabdeh1 onun anasıdır. Ona təcili qaydada pul lazım olduğundan Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi kimi notarial qaydada iddiaçı ilə müqavilə bağlamış və cəmi 9000 manat pul almışdır. Həmin pulun qaytarılması ilə bağlı olaraq ipoteka müqaviləsi bağlamış və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20.0 kv.m olan 98 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin o, xx.xx.2016-cı il tarixdə həbs olunmuş və həmin müddətdə həyat yoldaşı iddiaçıya faizləri qaytara bilmirdi. Buna görə də o həbsdən azad olunandan sonra evin bir hissəsini X22 adlı şəxsə sataraq 7000 manat pul əldə etmişdir. Ev satılan gün 7000 manat pul X11 yanında İddiaçı verilmişdir. Əvvəlki məhkəmə araşdırmlasında şahid olaraq dindirilmiş X22 ifadəsində göstərmişdir ki, alğı-satqı müqaviləsi bağlayarkən o Eldarı tanımışdır. O evin bir hissəsinin Hüsenov seylan Bəhram oğlundan almışdar. Notariusdat evin təhvil-təslim olunması günü Cavabdeh2 Bəhrə oğlu X11 və bir nəfər sürücünün yanında kassadan 7000 manat pulu götürüb İddiaçı vermişdir. Lakin o heç bir yazılı sənəd verməmişdir. Dəfələrlə ona yazılı bir sənədin verilməsini xahiş etsə də, o bundan imtina etmişdir. Buna görə də X12 adlı bir jurnalist xanıma müraciət etmişdir ki, o İddiaçı ilə danışsın. O İddiaçı ilı görüşərək onunla söhbət etmiş və həmin söhbət əsasında Eldar 7000 manat pulu götürdüyün etiraf etmiş və qalan 2000 manat pulu gətirəcəyi təqdirdə evi ipotekadan azad edəcəyinə söz vermişdir. Bununla əlaqədar həmin jurnalist xanım İddiaçı səsini və pulu almasının etirafını diktofona yazmışdır. Bundan sonra cavabdeh öhdliklərini tam icra etmədiyinə görə iddiaçıya 2000 manat məbləğində borcu aqlmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və və bundan sonra iddiaçının məhkəməyə ərizə ilə müraciət etməsinədək 8 ay gecikmə olmuşdur. Buna görə də iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. 7.Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək məhkəmə iclasında bildirmişdir ki, həqiqətən də xx.xx.2016-cı il tarixdə əri Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 37 saylı notariat kontorunda 9.000 manat məbləğində borc müqaviləsi bağlanmış və müqavilədə hissə-hissə qaytarmaq şərtilə razılığa gəlmişlər. Eldar həmin pulu aşağı faizlə onlara verəcəyini söz vermişdir. xx.xx.2016-cı ildə Cavabdeh2 həbs olunmuş, Eldar ona zəng vuraraq verdiyi pulun faizini (8 faizlə) tələb etmişdir. Lakin, onlar faizi verə bilməmişlər. Cavabdeh2 həbsdən azad olduqdan sonra xx.xx.2017-ci ildə evi satmış və İddiaçı 7.000 manat məbləğində pul vermişdir. Onlar 7.000 manata dair Eldardan qəbz istədikdə, Eldar qəbzi verməkdən imtina etmiş və 7.000 manat pulun faizə götürdüyünü demişdir. Sonradan Cavabdeh2la Eldar arasında mübahisələr baş vermişdir. Eldar daha sonra ondan 2.000 manat pul tələb etmiş və bununla da evi ipotekadan çıxarmasını söz vermişdir. O, Eldara 2.000 manat verməyə razılaşmış və bu zaman Eldar sözündən yayınmışdır. O vaxtdan mübahisə yarımçıq qalmış və onlar 2.000 manat məbləğində pulu Eldara verməmişlər. Sözü gedən mənzildə 10 nəfər adam qeydiyyatda olmaqla yaşayır. Onların yaşamağa başqa yerləri yoxdur. Bu səbəbdən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində göstərmişdir ki, o, alğı-satqı müqaviləsi bağlayarkən İddiaçı tanımışdır. Belə ki, o, evin bir hissəsini Cavabdeh2 almışdır. “Muğan” bank Bakıxanov filialında 7000 manat Cavabdeh2 vermişdir. Notariusda evin təhvil-təslim olunması günü Cavabdeh2 onun və bir nəfər sürücünün yanında 7000 manat pulu İddiaçı vermişdir. Şəxsən bunun şahidi olmuşdur. 9.Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, o, jurnalistdir. Sənubər xanım ona pulun faizlə verilməsi ilə bağlı çətin vəziyyətə düşdüyünü və ona köməklik göstərilməsini xahiş etmişdir. O da jurnalistika fəaliyyəti ilə məşğul olduğundan İddiaçı ilə görüşmüş, özünü mətbuat işçisi olaraq qeyd etmiş və onunla danışdıqlarının hamısını diktofona qeyd etmiş və Eldar onun yanında 7000 manat pulun Cavabdeh2 almasını etiraf etmişdir. Bundan əlavə Cavabdeh2 2000 manat pulu qaytardığı halda evi ipotekadan çıxarılacağını qeyd etmişdir. 10.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 fevral 2021-ci il tarixli, 2(010)-60/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Nərminə Rzayeva) iddia qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2000 manat əsas borc, 200 manat illik uçot dərəcəsi, cəmi 2200 (iki min iki yüz) manat iddia qismən təmin edildiyindən 7 (yeddi) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşayış evi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ödənilməsi, mənzil satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşayış evindən çıxarılmaları və Cavabdeh1 və Cavabdeh2 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. 11.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X13 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı evin xüsusi mülkiyyətçisi Cavabdeh1dır. 12.İş materiallarında olan xx.xx.2016-cı tarixli kredit müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qaytarılması şərti ilə 9.000 manat məbləğində borc pul vermişdir. 13.İş materiallarında olanAzərbaycan Respulikası Əmlak Məsələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi, Elçin Məmmədov küçəsi, 98 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 14.İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı nisyə alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 234.1 kv.m olan fərdi yaşayış evindən 83.5 kv.m-ni X2. 15.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 37 saylı Notariat Kontornunun X1 tərəfindən verilmiş 30 noyabr 2017-ci il tarixli məktuba əsasən 29 noyabr 2017-ci il tarixdə Bakı şəhər 37 saylı notarita kontorunda 4Ə/300 reyestr nömrəsi ilə vətəndaşlar Cavabdeh1 ilə X18 arasında birinciyə məxsus ünvan 3 ünvanında mülkiyyətdəğ olan 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 234.1 kv m olan 98 saylı fərdi yaşayış evindən 83,5 kv m ilə bğlı nisyə alğı-satqı müqaviləsi rəsmləşdirilmişdir. Aaralarında olan satşı qiyməti 14000 (on dörd) min manat pul alıcı tərəfindən satıcıyı tam olaraq ödənilmişdir. 16.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/669 saylı, 29 oktyabr 20202-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 1 ədəd “HP” markalı fleş yaddaş kartında olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “HP” markalı fleş yaddaş kartında olan mübahisəli fonoqramdakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, İddiaçı məxsusdur. 17.Məhəkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə xx.xx.2018-ci il tarixədək 9.000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli “İpoteka müqaviləsi” bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi , 98 saylı evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İş üzrə İddiaçı həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə iclasında şahid qismində X22 ifadə verərək ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 məxsus olan evin bir hissəsinin alğı-satqısına dair müqavilə bağlamış və mənzilin pulunu ödəmiş və həmin pulu kassadan Cavabdeh2 almış və onun yanında 7000 manat pulu İddiaçı vermişdir. 18.Məhkəmə şahid ifadəsini inandırıcı hesab edərək qeyd etmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 234.1 kv.m olan fərdi yaşayış evindən 83.5 kv.m-ni X15 xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı nisyə alğı-satqı müqaviləsi əsasında satmışdır. Bundan əlavə eksper rəyi əsasında tətqiq edilmiş cavabdehin 7000 manat pulun iddiaçıya qaytarılmasına dair səsyazısında olan kişiyə məxsus səs İddiaçı məxsus olması ehtimal olaraq müəyyən edilmişdir. 19.Beləliklə kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə bitdiyindən və həmin dövrdən hazırkı vaxtadək səkkiz ay gecikmə baş verdiyindən məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə qaytarılmalı olan 2000 manat pulun həmin dövrə bank uçot dərəcəsi 10% təşkil etdiyindən (2000x10%=200:12x12ay=200 manat) 200 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 20.Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin müqavilə tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış və xx.xx.2018-ci il tarixdə bitmişdir. 21.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən Cavabdeh1 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2000 manat əsas borc, 200 manat illik uçot dərəcəsi, cəmi 2200 (iki min iki yüz) manat və iddia qismən təmin edildiyindən 7 (yeddi) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşayış evinə yönəldilməli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşayış evi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ödənilməli, mənzil satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşayış evindən çıxarılmalı və mənzil boşaldılmalı, Cavabdeh1 və Cavabdeh2 bu mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1, 217.2, 319.1, 385.1, 433.1, 448.1, 739.1, 739.2, 741, 449.1, 449.2-ci: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 41.1, 59.1, 59.3, 59.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 23.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(010)-60/2021 saylı qətnaməsinin iddia ərizəsinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə mübahisəni kifayət qədər araşdırmayıb. 5 il olar ki, cavabdeh ondan pulu götürmüş və bu günə qədər pulu qaytarmamışdır. Hal-hazırda cavabdehin ona 9000 manat borcu var. AR X21 əsasən Bankın illik uçot dərəcəsi hesablanmaqla 2.099 manat təşkil etmişdir. Cavabdehdən cəmi 11.099 manat pul tutulub iddiaçıya ödənməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, məhkəmə hansısa səs yazısına istinad etmişdir. İddiaçı bildirir ki, həmin səs yazısı ona məxsus deyildir. Digər tərəfdən səs yazısını guya hansısa bir jurnalist almışdır. Ekspert rəyində də qeyd edir ki, “ehtimal” edir ki, səs yazısı iddiaçıya aiddir. Məhkəmə “ehtimala” əsaslanıb qətnamə qəbul edə bilməz. İddiaçı tərəfindən pul notariat qaydada təsdiq olunmuş əqd əsasında verilmişdir. Cavabdeh tərəf bunun müqabilində borcun ödənilməsi ilə bağlı heç olmasa sadə yızılı sübut təqdim edə bilirmi? Göründüyü kimi, cavabdeh tərəfin bununla bağlı mötəbər heç bir sübutu yoxdur. 27.İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək, apellyasiya şikayətində dəqiqləşmə apararaq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(010)-60/2021 saylı qətnaməsinin təmin olunmayan, yəni borc məbləğinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 prosessual hüquq varisləri Cavabdeh2 Bəhram oğlu və X6 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 29.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 30.Maddə 317.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 31.Maddələr 319.1, 319.6.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 32.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 35.Maddə 449.2.Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 36.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 37.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 38.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 39.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 40.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 41.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 42.Maddə 1306.1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 43.Maddə 1.0.1.İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 44.Maddə 1.0.9.İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 45.Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 46.Maddə 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. 47.Maddə 39.3-cü və 39.3.3.Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 50.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 51.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 52.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 53.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 55.İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə dəqiqləşdirmə edilməsi barədə ərizə təqdim edərək qətnamənin təmin olunmayan, yəni məbləğin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 56.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini kredit borcu ilə bağlı hissədə tələb bölünməz olduğundan, qətnamənin iddianın kredit borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 57.Kollegiya ilk olaraq qeyd edir ki, iş üzrə Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etdiyi üçün, məhkəmə kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. 58.Məhkəmə kollegiyasının çoxsaylı sorğularına əsasən Zığ qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli məktubu əsasında müəyyən olunmuşdur ki, mərhum Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 98 saylı fərdi yaşayış evində 1-ci növbə vərəsələr Cavabdeh2 Bəhram oğlu və X6 qeydiyyatda olmaqla yaşayırlar. 59.Məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 Bəhram oğlu və X6 mərhum Cavabdeh1 prosessual hüquq varisləri qismində işə cəlb olunmuşlar. 60.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. 61.Belə ki, işin araşdırılmış halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə xx.xx.2018-ci il tarixədək 9.000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli “İpoteka müqaviləsi” bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 98 saylı evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. 62.Kollegiya mübahisələndirilən hissədə mübahisənin hüquqi əsası ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kredit müqaviləsi üzrə cavabdehin ödənilməmiş borclarının mövcudluğu iş materialları ilə öz təsdiqini tapdığından tərəflər arasında müqaviləyə əsaslanan öhdəlik hüququndan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı tərəf öz öhdəliyini yerinə yetirmiş, cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 63.Lakin məhkəmə kollegiyası iddianın 2200 manat həcmində qismən təmin edilən hissəsi ilə bağlı hesab edir ki, qətnamə qeyd olunan hissədə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə kredit borcunun tutulması ilə bağlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində, ilkin satış qiyməti ilə bağlı hissədə ləğv edilərək, işdə olan sübutlar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməlidir. 64.Belə ki, məhkəmə iddianı əsas borca görə 2000 manat həcmində təmin edərkən ona əsaslanmışdır ki, məhkəmə iclasında şahid qismində ifadə verən X22 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 məxsus olan evin bir hissəsinin alğı-satqısına dair müqavilə bağlamış və mənzilin pulunu ödəmiş və həmin pulu kassadan Cavabdeh2 almış və onun yanında 7000 manat pulu İddiaçı vermişdir. 65.Həmçinin məhkəmə qeyd etmişdir ki, ekspert rəyi əsasında tətqiq edilmiş cavabdehin 7000 manat pulun iddiaçıya qaytarılmasına dair səs yazısında olan kişiyə məxsus səs İddiaçı məxsus olması ehtimal olaraq müəyyən edilmişdir. 66.Məhkəmə kollegiyası 7000 manatın iddiaçıya qaytarılması ilə bağlı məhkəmənin gəldiyi nəticəni mötəbər sübutlara təsdiq olunmadığından əsaslı hesab etmir. 67.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 68.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 69.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 70.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 71.Belə ki, tərəflər arasında kreditin verilməsi notariat qaydada təsdiq olunmuş əqd əsasında həyata keçirilmişdir. Cavabdeh tərəf pulun qaytarılmasını yazılı (sadə və ya notariat) sübuta deyil, şahid ifadəsinə istinad edir. 72.Kollegiya qeyd edir ki, şahid Ramil Abbasov cavabdehlərdən əmlak əldə edən şəxs olmaqla, hazırki iş üzrə onun obyektivliyi şübhə doğurur. Bundan əlavə şahid ifadəsi digər sübutlarla da təsdiq olunmadığından, mötəbər sübut kimi qəbul oluna bilməz. 73.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özü-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 74.Plenumun qeyd olunan qərarına əsasən kollegiya hesab edir ki, iş materiallarında olan səs yazısı hazırki mübahisə üzrə əqdin tərəfi olmayan, özünü mətbuat işçisi kimi təqdim edən şahid X12 tərəfindən gizlin olaraq əldə edilmişdir. 75.Əvvəla həmin səs yazısı əqdin tərəfləri arasında deyil, başqa şəxs tərəfindən gizli şəkildə əldə edilmişdir. 76.Digər tərəfdən məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 29 oktyabr 2020-ci il tarixli, 4/669 saylı ekspert rəyinə əsasən ekspertizaya tədim edilmiş 1 ədəd “HP” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, İddiaçı məxsusdur. 77.Kollegiya hesab edir ki, ekspert tədqiqatı üzrə ekspert qəti nəticəyə gəlməmiş, səs yazısının İddiaçı məxsus olmasını ehtimal etmişdir. 78.Kollegiya qeyd edir ki, məhkəmə ehtimala deyil, yalnız mötəbərliyi şübhə doğurmayan sübutlara istinad etməlidir. 79.Buna görə də, kollegiya hesab edir ki, səs yazısının İddiaçı məxsus olması müəyyən olunmadığından, şahid X7 ifadəsi və onun tərəfindən təqdim olunmuş səs yazısı mötəbər sübut kimi qəbul oluna bilməz. 80.Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisələndirilən xx.xx.2016-cı tarixli kredit müqaviləsi notarial qaydada təsdiq edilməklə yazılı qaydada bağlanmış müqavilə olmaqla, həmin müqavilə üzrə borcun qaytarılması ən azından hər hansı bir yazılı sübutla təsdiq olunmalı olmasına baxmayaraq, cavabdeh tərəf bununla bağlı mötəbər sübut təqdim etməmişdir. 81.Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditdən iddiaçıya hər hansı bir məbləğdə borcun qaytarılması iş materilları ilə müəyyən edilmədiyindən, eləcə də bu halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, məhkəmənin istinad etdiyi 7000 manatın qaytarılması ilə bağlı sübutlar isə yuxarıda qeyd olunan əsaslara görə mötəbər sübut hesab edilmədiyindən, qanunvericiliyin müddəalarına uyğun olaraq iddia tələbi əsas borc üzrə 9000 manat həcmində təmin edilməldir. 82.Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi Azərbaycan Respublikası Mərkəzi Bankın məlumatına əsasən Bankın illik uçot dərəcəsi nəzərə alınmaqla 2.099 (iki min doxsan doqquz) manatın tutulması ilə bağlı hissəsinə münasibətdə iddianı qismən əsaslı hesab edərək qeyd edir ki, kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə bitdiyindən və həmin dövrdən xx.xx.2019-cu il tarixədək 12 ay gecikmə baş verdiyindən, kredit müqaviləsi üzrə qaytarılmalı olan 9000 manat pulun həmin dövrə bank uçot dərəcəsi 10% təşkil etdiyindən 900 manat faiz borcu tutulmalıdır. 83.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 84.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borculu olan Cavabdeh1 vəfat edəndən sonra, ondan miras qalmış evi onun birinci növbə vərəsələri Cavabdeh2 Bəhram oğlu və X6 faktiki qəbul etməklə idarə edirlər. 85.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023cü il tarixli, №3-16-16/2-10/5839-9/6048 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən ümumi sahəsi 20,0kv.m olan 98 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 14500 manat məbləğində, likvid dəyəri isə təqribən 13000 manat məbləğində müəyyən edilir. 86.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 87.Göründüyü kimi, miras əmlakın bazar dəyəri 14500 manat olmaqla, Cavabdeh2 Bəhram oğlu və X4 çatan miras payı borc məbləğindən artıq olduğundan, iddiaçı tərəfindən tələb olunan 9000 manat əsas borc və 900 manat faiz cavabdehin prosessual hüquq varislərindən müştərək qaydada tutulmalıdır. 88.Kollegiya həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 13000 manat müəyyən edilməlidir. 89.Qətnamə tutulmalı olan 7 manat dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilməli, tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq 26,7 manat müəyyən edilməlidir. 90.Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 89 manatı Cavabdeh1 hüquqi varsiləri Cavabdeh2 Bəhram oğlu və X3, 11 manatı isə isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 91.Məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(010)-60/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilməli, Cavabdeh1 hüquqi varsiləri Cavabdeh2 Bəhram oğlu və X3 müştərək qaydada xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat əsas borc, xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixə kimi illik bank uçot dərəcəsi ilə 900 (doqquz yüz) manat, cəmi 9900 (doqquz min doqquz yüz) manat, 26,7 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 13000 (on üç min) manat müəyyən edilməlidir. 92.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(010)-60/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilsin. Cavabdeh1 hüquqi varsiləri Cavabdeh2 Bəhram oğlu və X3 müştərək qaydada xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat əsas borc, xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixə kimi illik bank uçot dərəcəsi ilə 900 (doqquz yüz) manat, cəmi 9900 (doqquz min doqquz yüz) manat pul İddiaçı xeyrinə tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 13000 (on üç min) manat müəyyən edilsin. Qətnamə dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilsin, tutulan dövlət rüsumu 26,7 (iyirmi altı manat yetmiş qəpik) manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 89 (səksən doqquz) manatı Cavabdeh1 hüquqi varsiləri Cavabdeh2 Bəhram oğlu və X3, 11 (on bir) manatı isə isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar