Məhkəmə qərarları › İş №2(102)-2638/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2638/2022

05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2638/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı dair iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti üzrə prosessual müddətin ötürülməməsi, şikayətin rabitə orqanına verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7770/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qəra rdadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri 14 saylı Notariat Kontoruna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 29 dekabr 2015-ci il tarixli reyestr nömrəsi 7E-12847 olan icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3239/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və id dia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7770/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 128-137, 146, 357-366, 372, 402-406-cı maddələrinin tələblərinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüş, prosessual müddət in bərpa edilməsinə dair ərizə təqdim edilmədən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətində şikayət verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yer qeyd edilməmiş, işdə müxtəlif ünvanlar göstərilmişdir. Qeyd olunan xüsusatlar sübutların təkzibedilməzliyi və ehtimalların yolverilməzliyi müstəvisində sui-istifadəyə şərait yaradan hallar olaraq apellyasiyanın mümkünlüyü üçün prosessual əsasları istisna etdiyindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin göstərilən qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını, qətna mədən verilmiş apellyasiya şikayətinə baxılması barədə qərar edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən 26 may 2021-ci il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilmiş, qətnamədən apellyasiya şikayəti birinci instansiya məhkəməsinə göndərilməsi üşün 25 iyun 2021-ci il tarixdə rabitə orqanına təqdim edilmiş, apellyasiya 30 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə yanlışlıqla müəyyən edilmiş 1 aylıq prosessual müddətin ötürülməsi barədə nəticəyə gəmişdir.

9. Şikayətin əsası kimi MPM-in 129, 267, 268, 269 və 360-cı maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

11. Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

14. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllən in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

16. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktı nın tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Baxılan iş üzrə iddiaçının apelyasiya şikayəti məhkəməyə 30.06.2021-ci il tarixdə daxil olsa da, iddiaçı tərəfindən rabitə orqanına 1 aylıq prosessual müddətə riayət etməklə 25.06.2021-ci il tarixində təqdim edilmişdir. MPM-in 129.3-cü maddəsinə əsasən bu halda müddət ötürülməmiş hesab olunur.

22. Məhkəmənin apelyasiya şikayətinin 30.06.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmasını əsas götürüb, prosessual müddətin ötürüldüyü barədə qənaətə gəlinməsi iş üzə düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər əsaslar da şikayətdə iddiaçının iş yerinin göstərilməməsi, yaşayış yerinin fə rqli qeyd olunması prosessual qanunvericilikdə apellyasiya şikayətinin qeyri-mümkünlüyü əsası kimi nəzərdə tutulmamışdır.

24. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirəsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.3 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7770/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş apelyasiya şikayətinin mümkünlüyünün yenidən müzak irə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar