Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2644/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)6134/2021 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 23 sentyabr 2009-cu il tarixli sərəncamı ilə İddiaçı1 Basqal Meşəbəyiliyinin 53-cü kvartalının 1-ci bölməsindən icarəyə götürdüyü 1,5 ha torpaq sahəsində meşə landşaftını korlamadan, əsaslı tikinti aparmadan, qırıntıya, ağacların kəsilməsinə yol vermədən, yanğın və sanitariya-gigiyena qaydalarına əməl etməklə “Teliba” istirahət mərkəzinin yaradılması məqsədilə yüngül konstruksiyadan ibarət ümumi sahəsi 1393,03 kv.metr olan binaların müvəqqəti quraşdırılmasına icazə verilmişdir.
2. İbadov X4 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, “Teliba” İstirahə t Mərkəzində müxtəlif cinayət hadisələrinin baş verməsi, mülkiyyətinə vurulmuş maddi ziyanın əvəzinin aidiyyəti dövlət orqanları tərəfindən ödənilməsini xahiş etmişdir.
3. İsmayıllı RPŞ-nin Təhqiqat qrupunun 03 mart 2019-cu il tarixli qərarı ilə İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı istirahət mərkəzində hər hansı bir oğurluq faktının törədilməsi aşkar edilməmişdir. Bundan başqa baxış zamanı elektrik generatorunun yerində olması, heç bir avadanlığın sökülməməsi müəyyən edilmişdir. Baxış zamanı cinayət xarakterli hər hansı bir iz aşkar edilməmişdir.
4. İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarı ilə İsmayıllı RPŞ-nin Təhqiq at qrupunun 03 mart 2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş və qərarın icrası İsmayıllı rayon prokuroruna həvalə edilmişdir.
5. İsmayıllı RPŞ-nin Təhqiqat qrupunun 24 oktyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, müraciət müəllifinin müraciətdə göstərdiyi xüsusatları təsdiq edə biləcək mötəbər dəlil əldə edilməmişdir.
6. İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qərarı ilə təhqiqat orqanının 24 oktyabr 2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək, ləğv edilmiş və qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilmişdir.
7. İsmayıllı RPŞ-nin Təhqiqat qrupunun 07 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, müraciət müəllifinin müraciətdə göstərdiyi xüsusatları təsdiq edə biləcək mötəbər dəlil əldə edilməmişdir.
8. İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ilə İddiaçı2 şikayəti təmin edilməmiş və təhqiqat orqanının 07 fevral 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat maddi zərərin, daşınmaz əmlaklarından məhrum olmaqları ilə bağlı vurulmuş 8980 manat zərərin, enerji blokunun dağıdılması nəticəsində əldən çıxmış fayda olaraq 400000 manat zərərin və 500000 manat məbləğində zərərin cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması, polis kapitanları X6 və X1 reqress iddia qaydasında məsuliyyətə cəlb olunmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin dekabr ayında “Teliba” istirahət mərkəzinin ərazisində naməlum şəxslər tərəfindən törədilmiş müxtəlif xarakterli çoxsaylı cinayət hadisələri barədə Azərbaycan Respublikası DİN-ə məlumat verilmişdir. Polis kapitanı X3 03 mart 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarı ilə Səfa Əsgərovun qərarı ləğv edilmiş və qərarın icrası İsmayıllı rayon prokurorluğuna həvalə edilmişdir. Bu qərarın icrası ilə bağlı İsmayıllı rayon prokuroru tərəfindən 6 ay ərzində məhkəmə qərarının icrası hərəkətsiz saxlanılmışdır. Bu müddət ərzində cinayət hadisələrinin nəticəsində vurulmuş ziyanın müəyyən olunması üçün müxtəlif qurumlara sorğular ünvanlanmış, rəylər alınmış, nəticədə isə vurulmuş ziyanın məbləği 8980 manat müəyyən edilmişdir. Sonradan İsmayıllı rayon prokurorluğunun məktubundan məlum olmuşdur ki, polis kapitanı X1 24 oktyabr 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan şikayət verilmiş və İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qərarı ilə Şəhriyar Fərəcovun qərarı ləğv edilmiş və bu dəfə qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilmişdir. Yenidən başqa bir polis təhqiqatçısı X5 tərəfindən 0 7 fevral 2020-ci il tarixli qərar qəbul edilməklə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan şikayət verilmiş və İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ilə Sarvan Qarayevin 07 fevral 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmənin bu qərarından şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan bu və digər zəruri prosessual hərəkətlərin icrası ilə bağlı pozulmuş hüquqların bərpasına nail olmaq məqsədilə nağd pul vəsaitləri xərclənmiş, bu işlərin görülməsinə zəhmət və zaman sərf olunmuş, naməlum şəxslərin törətmiş olduqları cinayət əməlləri nəticəsində isə işgüzar nüfuza xələl gətirilmişdir. İstirahət mərkəzində olan daşınar əmlakların yararsız vəziyyətə salınması ilə iddiaçılara 8980 manat məbləğində ziyan dəymişdir. Cinayət prosesini həyata keçirməli olan İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluğunun məsul vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində törədilmiş özbaşınalıqlar iddiaçıların qanuni mənafeyinə ziyan və zərər vurmuşdur. Obyektin enerji blokunun dağıdılması nəticəsində obyekt öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, nəticədə isə adi mülki dövriyyə şəraitində 2018-ci ilin dekabr ayından iddia verilən günədək olan müddət ərzində orta hesabla 400000 manat məbləğində gəlir əldən çıxmışdır.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(009)367/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əs aslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı2 şikayəti üzrə dəfələrlə polis tərəfindən araşdırma aparılmış, lakin iddiaçıların iddia etdiyi kimi “Teliba” istirahət mərkəzinin ərazisində hər hansı bir cinayət əməlinin törədilməsi faktı müəyyən edilməmişdir. Bu səbəbdən polis orqanının müvafiq qərarları ilə cinayət işinin başlanması rədd edilmiş və sonuncu olaraq polis mayoru Sarvan Qarayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar məhkəməyə iddia ərizəsində göstərdikləri halları, habelə hazırki iş üzrə cavabdehlərin məsul şəxslərinin hərəkətləri nəticəsində onlara ziyan dəyməsi faktını təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqd im edə bilməmişlər.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1100-cü maddələri, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(009)-367/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)6134/2021 saylı qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibə) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf ona vurulan zərəri tələb etsə də, ümumiyyətlə onlara hər hansı zərər vurulmasını və həmin zərərin vurulmasında cavabdehlərin, o cümlədən digər şəxslərin təqsiri olmasını sübuta yetirə bilməmişdir. İş materiallarından müəyyən olunur ki, “Teliba” istirahət mərkəzinin ərazisində hər hansı cinayət əməlinin törədilməsi faktı müəyyən olunmamış və cinayət işinin başlanması rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci ins tansiya məhkəməsində işə baxılarkən işdə iştirak edən şəxslər, o cümlədən iddiaçılar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, iddiaçıların vəsatəti ilə məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, buna baxmayaraq iddiaçılar sonuncu məhkəmə iclasında da iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
19. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş bütün sənədlər, sübutlar araşdırılmış və onlara qanunla müəyyən olunmuş qaydada qiymət verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin iddiaçıların həmin dəlillərinə verdiyi qiymətlə razılaşmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-6134/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci, Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 42-ci maddələrinin pozulması ilə qəbul edilmiş, apellyasiya şikayətinin dəlilləri nəzərə alma mış, iddiaçılara hüquqlarının tam həcmdə həyata keçirilməsi üçün kifayət qədər şərait yaradılmamışdır.
23. Həmçinin İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-6134/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Mülki Məcəlləsinin 21, 1100-cü, Mülki Prosessual Məcəlləsinin 9, 217, 220-ci maddələrinin pozulması ilə qəbul edilmiş, İsmayıllı rayon polis şöbəsinin və İsmayıllı rayon prokurorluğunun əməkdaşlarının vəzifələrinin yerinə yetirməmələri və nəticədə iddiaçılara zərər vurmaları nəzərə alınmamış, İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli və 16 dekabr 2019-cu il tarixli qərarlarını araşdırmamış, həmin qərarları iş üzrə sübut qismində qəbul etməmişdir. Qətnamənin əsaslandırıcı hissələrində sübutlar tədqiq olunmamış, iddia ərizəsində və apellyasiya şikayətində göstərilən maddi, prosessual və konstitusion normalarını rədd etmək üçün dəlillər gətirilməmiş, qətnamələrdə istinad olunan prosessual hüquq normaları isə iddianın rədd edilməsi və şikayətin təmin edilməməsi üçün əsas təşkil etməmişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nümayəndəsi, vəkil X2 vasitəsi ilə kassasiya şikayətinə qarşı etiraz verərək, kas sasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6134/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
27. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096-cı maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarları düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələ ndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) n əticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilmə lidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-c i maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki şikayətlərin dəlillərinə uyğun olan iddiaçıların apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını poz mamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.
35. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
36. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətini n yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin təqdim etdiyi sübutları qiymətləndirə rək, həmin sübutları iddianın təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, təqdim olunmuş sübutlarla iddiaçılara aid olan “Teliba” İstirahət Mərkəzinin ərazisində hər hansı cinayətin törədilməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan halda isə, təsdiqini tapmamış cinayətin araşdırılmamasına görə istintaq və prokurorluq orqanlarının mülki məsuliyyətə cəlb olunmasına dair iddia tələbi əsassızdır.
39. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasi ya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-6134/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.