Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2645/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinə və 42 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdı rma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair birinci qarşılıqlı və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ikinci qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqi l Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)11770/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzillər İddiaçı1 mülkiyyətindədir və otel kimi istifadə olunur.
2. Həmin binanın 4 saylı mənzili İddiaçı2 mülkiyyətindədir.
3. Binanın 1-ci mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır və orada Cavabdeh2 qeydiyyatdadır. 4. ünvan 2 ünvanında yerləşən binanın çardağına həyətindəki pilləkəndən (blokdan) və İ.Səfərli 12/123 saylı binanın həyətində q uraşdırılmış pilləkəndan daxil olmaq olur. Lakin İ.Səfərli küçəsi 12/123 saylı binadan çardağ hissəsinə giriş texniki pasportda öz əksini tapmamışdır.
5. Binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv.m sahəsi İddiaçı1 və İddiaçı2 Abdulrəhman qızının istifadəsindədir. İddiaçı1 məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoyulmuşdur.
6. Çaradağa əsas giriş iş üzrə digər iddiaçı olan İddiaçı2 Abdulrəhman qızına məxsus mənzilin girişi ilə eynidir. Binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 Abdulrəhman qızının girişindən məhdudiyyət qoyulub, yəni dəmir barmaqlıqla arakəsmə var. Çardağın qeyd edilən hissəsinə artıq istifadə olunmayın əşyalar yığılmışdır.
7. Çardağın qalan hissəsindən Cavabdeh3 və Cavabdeh2, həmçinin “MƏCLİS” X1 istifadə edirlər.
8. Həmi n Assosiyanın qanuni təmsilçisi X5r. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmində dəyişiklik edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, - cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə, binanın çardağında və digər sahələrində aparılmış tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi; - yuxarıda qeyd edilmiş və binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi; - cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən M.İbrahimov küçəsi, 5 saylı binanın ümumi istifadə sahəsi olan İ.Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə açılmış giriş-çıxış sahəsinin bağlanılması, bununla bağlı aparılmı ş tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilməsi və sökülməsi; - cavabdehlər tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi; - İddiaçı1 dəymiş mənəvi ziyana görə 10000, maddi ziyana görə 10000 manat, cəmi 20000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi; - Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrindən istifadə etmək, həmin əraziyə daxil olmağın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qadağan edilməsi; - cavabdehlər Cavabdeh1nün, C avabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdən, həmin evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılması, həmin sahələr iddiaçıların istifadəsinə verilməsi, iddiaçıların həmin sahələrdən sərbəst istifadə etmək imkanlarının təmin edilməsi; - iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər ümumi istifadə üçün nəzərdə tutulan sahələrindən istifadə etmələrinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğuların, qapıların sökülməsi, bağlı kilidlərin açılması, cavabdeh tərəfindən həmin əraziyə qanunsuz yer ləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 əğluna həvalə edilməsi; - iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və ümumi istifadə üçün nəzərdə tutulmuş digər sahələrindən istifadə etmələrinə maneəçilik törətməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçılar mülkiyyətlərində olan binanın ümumi sahələrindən istifadə etmək imkanlarından məhrum etmişlər. Həmin binanın ümumi istifadədə olan sahələri cavabdehlər tərəfindən zəbt olunmuşdur. Yaşayış üçün nəzərd ə tutulmayan həmin sahələrdə cavabdeh yanğın təhlükəsizliyi qaydaları əleyhinə qurğu və avadanlıqlar quraşdırmış, yaşayış məqsədlərinə cavab verməyən həmin sahəni yaşayış məqsədləri üçün istifadə edir. Cavabdehin bu hərəkətləri iddiaçıların mülkiyyətində olan mənzillər üçün real dağıntı təhlükəsi yaradır. Cavabdeh zəbt etdiyi sahələrdə həmin sahələr üçün nəzərdə tutulmayan su xətləri çəkmiş, iddiaçının mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşmüşdür. Həmçinin 42 saylı MKİS-dən daxil olan məlumatlara əsasən binanın ümumi istifadə sahəsi olan İ.Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə giriş-çıxış mövcuddur. Həmin giriş-çıxış Cavabdeh3 və Cavabdeh2 istifadəsindədir. Həmin giriş-çıxış texniki pasportda öz əksini tapmamışdır.
11. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişini bağlamaqla zəbt etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişinə asılmış qıfıl və kilidlərin məcburi qaydada sökülməsi və həmin tələb üzrə cavabdehdən vicdansızcasına əsassız iddia qaldırması nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manat və vaxt itkisinə görə 10000 manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli sahəyə yerində baxış keçirən zaman binanın həyətində yerləşən yanğın pilləkəninin üzərində qıfıl vurulduğunu aşkar etmək olar. Həmin pilləkən yanğın çıxışı olmaqla yanaşı həm də binanın çardağına daxil olmaq üçün yeganə vasitədir. Sözügedən pilləkən İddiaçı1 və onunla birlikdə çoxmənzilli yaşayış binasının daxilində mehmanxana (otel) işlədən Soltan Mustafayev adlı şəxs tərəfindən zəbt edilərək qıfıllanmışdır. Cavabdeh1 qarşı iddia tələbi bütövlükdə fərziyyələrə əsaslanır, heç bir maddi sübutla təsdiq olunmur, iddia olunan hüquqi nəticələrlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqə sübuta yetirilməmişdir. Buna baxmayaraq iddiaçı Cavabdeh1 cavabdehlər sırasından çıxarmamış və ona qarşı iddia tələbləri irəli sürməyə davam etmək dədir. Beləliklə də hesab edirlər ki, İddiaçı1 vicdansızcasına əsassız iddia verməsinə dair hərəkətləri Cavabdeh1 iş vaxtının itirilməsi və mənəvi iztirablar keçirməsi ilə nəticələndiyi üçün qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir.
13. Həmçinin iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısının dəmir bağlamaqla zəbt etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi; ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısına asılmış qıfıl və kilidlərin məcburi qaydada sökülməsi və qanunsuz hərə kətlər nəticəsində vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində kompensasiyanın cavabdeh İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmin qarşılıqlı iddia ərizəsi iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e2(004)-1163/2021 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) hər üç iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçılar mülkiyyətlərində olan binanın ümumi sahələlərindən istifadə etmək imkanlarından məhrum edilməsini göstərsələr də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, binanın çardağ hissəsinə blokdan giriş İddiaçı2 məxsus o lan mənzilin qapısında olan dəhlizdən olmaqla, iddiaçılar çardağın əsas giriş qapısından (blokdan) daxil olmaqla çardağın 15,0 kv.m hissəsindən istifadə edirlər. Məhkəmə hesab etmişdir ki, ilkin iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, ev 5-in çardağından istifadə etmələrinə dair məhduddiyyətlər yaradılmasına dair tələbləri əsassızdır.
17. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıların cavabdehlərin binanın çardağından bu və ya digər formada istifadələri zamanı onların mülkiyyətində olan mənzillər üçün real dağıntı təhlükəsi yaranmasına dair dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, iddiaçılar mənzilləri üçün daima yanğın, su sızması və nəticədə mənzillərin dağıdılması ilə nəticələnən tavanın uçması və s. əmlak ziyanı ilə nəticələnə bilən təhlükələr yarana bilməsi, eləcə də, İddiaçı1 mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşməsi, su sızma nəticəsində yüksək səviyyədə təmir edilmiş mənzilin su sızmaya məruz qalan otaqları tamamilə yararsız vəziyyətə düşməsi, nəticədə sonuncunun təmirli mənzilinə xeyli miqdarda ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübutlar təqdim etməmişlər.
18. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddiaçıların mübahisəli evin çardağında qanunsuz tikinti işləri aparılmasına dair dəlilləri 42 saylı MKİS-nin iş materiallarında olan arayışının məzmunu ilə təkzib edilir.
19. Məhkəmə qeyd etmişdir ki, ilk iddiaçının cavabdehlərdən 10000 manat maddi ziyan tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzla şmadığı üçün əsassız olduğundan rədd edilməlidir.
20. Məhkəmə ilk iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Çünki, əsas tələb vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmaqla, həmin hissədə iddia tələbi rədd edildiyindən, əlavə tələb kimi çıxış edən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir.
21. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh1 iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, işin materiallarından da görünür və Cavabdeh1 da iddiasında etiraf edir ki, Yasamal rayonu, M.İbrahimov küçəsi, 5 saylı binaya heç bir aidiyyəti olmamışdır. Belə olan halda onun hazırki iş üzrə iddia qaldırmağa subyekti v hüququ olmamışdır.
22. Nəhayət məhkəmə, Cavabdeh2 qarşılıqlı iddiasına hüquqi qiymət verərək bu iddianın da dəlillərinin əsassız olması qənatinə gəlmiş və göstərmişdir ki, o, iddiasında İddiaçı1 və X2 binanın yanğın pilləkənini, blokunu və çardağın giriş qapısını öz şəxsi mülkü kimi yalnız otellərinin ehtiyacları üçün istifadə etmələrini göstərməklə onun həmin sahələrə giriş-çıxının qanunsuz olaraq məhdudlaşdırılmasını iddia etsə də, işin materiallarında olan 42 saylı MKİS-nin məktub və aktlarından aydın olur ki, 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İ.Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən giriş-çıxış üçün Cavabdeh3 və Cavabdeh2 istifadə edir. Bunula da məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə idiaçının onun istifadəsində o lan çardağın digər hissəsinə sərbəst şəkildə giriş-çıxışı olduğundan, iddiaçılar tərəfindən çardağın məhz onların istifadələrində olan hissəsinə giriş olan tərəfdən qapısının bağlanılması, qarşılıqlı iddia üzrə iddiaçının maraqlarına toxunmur.
23. Məhkəmə öz mövqeyini ilk iddiaya münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 35.1-ci maddələri, Cavabdeh1 qarşılıqlı iddiasına münasibətdə Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı, Cavabdeh2 qarşılıqlı iddiasına münasibətdə Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(004)-1163/2021 nömrəli qətnaməsinin qismən, ilk iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)-11770/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə hakimlər X.Ə.Sarıyevdən və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e2(004)-1163/2021 nömrəli qətnaməsi İddiaçı1 ilk iddiasının rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli bina çoxmənzilli bina sayılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın ümumi əmlakına dair qərar qəbul etmək sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətinə aiddir. Ümumi yığıncağın keçirilməsi qaydası qanunla müəyyənləşdirilmişdir. Lakin iddiada qeyd olunan məsələ ilə bağlı ümumi yığıncaq keçirilməmişdir. Odur ki, əvvəlcə ümumi yığıcaq çağırılmalı və bu mə sələ müzakirə olunaraq qərar qəbul edilməli idi. Belə qərarlar məcburi sayılır.
27. İddiaçılar çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağını çağırmadan yığıncağın səlahiyyətinə aid olan məsələni məhkəmədə qaldırmışlar. Ümumi yığıncağın qərarı olmadığına görə də hesab olunur ki, iddiaçılar hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyillər, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı rədd etmişdir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1, 43.2, 44, 45.5, 45.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
29. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)-11770/2021 nömrəli qətnaməsinin lə ğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 35.1, 35.2, 36.2, 36.4, 35.4-cü, Mülki Məcəllənin 227.1-ci, Mülki Prosessual Məcəllənin 50.3, 87.1, 174.2-ci maddələri pozulmuşdur. Belə ki, çardaqlar yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi istifadəsində olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Lakin həmin çardaq yalnız cavabdeh tərəfindən təkbaşına və qanunsuz istifadə edildiyi halda iddia təmin olunmamışdır. İddiaçı ümumi mülkiyyətə sahib olmaq hüququndan tam məhrum edilmiş, cavabdeh isə çardağın təqribən 300 kv.m. sahəsindən təkbaşına istifadə edir.
31. Həmçinin qanunvericiliyə əsasən mənzildən kənar yerləşən qeyri-yaşayış sahələri ilə bağlı hüquqlara yalnız həmin mənzillərin mülkiyətçiləri malik olduğu halda,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində nə mənzil, nə də qeyriyaşayış sahəsi yoxdur.
32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
35. Birinci instansiya məhkəməsi tərəfindən həm ilk, həm də qarşılıqlı iddialar rədd olunsa da, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən həmin məhkəmənin qətnaməsi mübahisələndirilməmişdir. Kassasiya şikayətini ilk iddia üzrə iddiaçı verdiyindən və qətnaməni ilk iddianın təmin edilməmiş hissə sini mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin baxış predmetini yalnız həmin iddia təşkil etmişdir.
36. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən eyni əsaslara mübahisələndirdiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hi ssəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obye ktlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etm ək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabde h tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğu n olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdır ılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
43. Belə ki, apellyasiya məhkəməsinin də göstərdiyi kimi, iddiaçılar ümumilikdə 9 tələb irəli sürmüşdür. Həmin tələblər iddiaçıların mülkiyyətlərində olan yaşayış sahələrinin üstündə yerləşən, mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahədə (çardaqda) cavabdehlər tərəfindən yenidənqurma və tikinti işlərinin qanunsuz hesab edilməsindən, həmin işlərin nəticələrinin sökülməsindən, binanın sökülmüş konstruktiv elementlərinin bərpa edilməsindən və s. ibarət olmuş və əsas kimi göstərilmişdir ki, cavabdehlərin çardaqdan istifadə etmələri nəticəsində iddiaçıların mənzillərinə və mənzillərin yerləşdiyi binaya təhlükə yaradılır, mənzilə su axıdılır və s.
44. Birinci instansiyası məhkəməsi iddianı o əsasla rədd et mişdir ki, iddiaçılar tələbini sübut edə bilməmişlər.
45. İddiaçı1 birinci instansiya məhkəməsinin bu mövqeyini apellyasiya qaydasında mübahisələndirsə də, apellyasiya məhkəməsi ümumiyyətlə hesab etmişdir ki, iddiaçının bu iddiaları irəli sürməyə subyektiv hüququ yoxdur.
46. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin 43, 44 və 45-ci maddələrini düzgün tətbiq etməyərək, iddiaçının hazırki iddianı yalnız sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarını aldıqdan sonra irəli sürmək hüququna malik olması qənaətinə gəlmişdir.
47. Belə ki, Mənzil Məcəlləsinin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
48. Hazırki iddia tələblərinin əsas hissəsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətinə aid deyildir. Belə ki, iddiaçılar çoxmənzilli binanın yenidən qurulması, tikili və qurğula rın inşa edilməsi, təmiri, ümumi əmlakın istifadəyə verilməsi ilə bağlı deyil, zəbt olunduğunu, mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırdığı və ona zərər vurması ilə nəticələnməsini iddia etdiyi hərəkətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.
49. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5 və 157.4-ci, Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə uyğun olaraq iddiaçıların iddia verməyə subyektiv hüququnun olmasına hüquqi qiymət verməli idi.
50. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin onun mülkiyyətinə ziyan vurulması ilə nəticələnən digər şəxslərin hərəkətlərin qarşısının alınması üçün ilk olaraq sahə mülkiyyətçisinin ümumi yığıncağının çağırılması, binanın idar əetmə orqanının qərarının qəbul edilməsi, yalnız həmin qərar icra olunmadığı halda məhkəməyə müraciət etməsindən ibarət apellyasiya məhkəməsinin mövqeyi iddiaçıların Konstitusiyanın 60-cı və Mülki Prosessual Məcəllənin 4.1-ci maddələri ilə nəzərdə tutulan hüquqlarının pozulması ilə nəticələnir.
51. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
52. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, apellyasiya şikayətinin dəlilləri ətrafında araşdırma aparmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli h üquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)-11770/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.