Məhkəmə qərarları › İş №2(102)-2645/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2645/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2645/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2645/2024 (Açar sözlər: borc müqaviləsindən irəli gələn mübahisələr; borc sənədi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı ilkin, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (106)-627/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh İddiaçı borclu olması barədə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış əlyazma mövcuddur. Əlyazmada aşağıdakılar qeyd olunmuşdur: “Mən Cavabdeh X6 20.000 (iyirmi min) manat borc almışam. Əlavə olaraq maşına görə 5.500 manat (beş min beş yüz manat) borcum var. X8 deməsinə görə pulu bankdan götürüb və xx.xx.2023-cü il tarixədək 12.000 (on iki min) manat pul ödəyib faiz”. Bu yazılardan sonra “imza Cavabdeh xx.xx.2023” yazılmış və imza icra edilmişdir. Bunun a rdınca isə qeyd edilmişdir ki, “Əlavə olaraq 2010-cu ilin dekabr ayında X6 37.000 (otuz yeddi min manat) aldım borc kimi evi satdım, yəni Şərur MTK-da olan X2 adına olan ev”. Bundan sonra “Cavabdeh” yazılaraq imza icra edilmişdir. 2. "xxxx" MMC ilə X9 arasında bağlanmış 12 dekabr 2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, müqavilənin predmetini Cəmiyyətə ayrılmış ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 1123 saylı mənzili təşkil edir. Cəmiyyət inşa ediləcək binanın 10-cu giriş, 5-ci mərtəbəsinin 1123 saylı mənzilini payçı X4 verməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" Mənzil Tikinti Kooperativinin (əvvəlki adı "xxxx" MMC) 18 may 2023-cü il tarixli, 73 nömrəli məktubunda qeyd olunmuşdur ki, 12 dekabr 2005-ci ildə X9 ilə "xxxx" MMC-nin satış üzrə meneceri Elxan Bağı rov arasında cəmiyyətin Talıblı küçəsində (indiki Ə.Əhmədov 24B) inşa edilmiş binasında yerləşən 1123 saylı mənzilə dair mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Nazim Ağayev mənzil üçün cəmiyyətin xəzinəsinə 42.400 ABŞ dolları ödəmişdir. 18 may 2011-ci il tarixdə X9 şəxsən özü 1123 saylı mənzili 39.000 manata X1. Sonuncunun alğı-satqıda iştirak edən həyat yoldaşı X5 mənzilin razılaşdırılmış dəyəri olan 39.000 manatı Nazim Ağayevə ödəmişdir. 18 may 2011-ci il tarixdə aparılmış alğı-satqı zamanı mənzilin dəyərini Nazim Ağayevin şəxsən özünün alıcıdan qəbul etməsi onun alğı-satqıya razılıq verməsi kimi qəbul edilmişdir. Lakin buna baxmayaraq, 1123 saylı mənzilin addan ada keçməsinə əsas olmuş sənəd MTK-nın arxivində naməlum səbəbdən aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 39.850 manat məbləğində əsas məbləğin və ödənilmiş 209,55 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehə təxminən 2019-cu ilin avqust ayında "xxxx" ASC-dən götürdüyü 200.000 manat kredit məbləğindən 20.000 manat borc vermiş, cavabdeh həmin məbləği ödəmədiyinə görə o, həmin məbləği 12.000 manat faiz məbləği ilə birlikdə, yəni 32.000 manat məbləğində banka ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa, 2020-ci ilin dekabr ayında özünə məxsus Ələt-Astara yolunun 109-cu kilometrliyində y erləşən yanacaq doldurma məntəqəsində 1.500 manat cavabdehə borca pul vermişdir. Ona 11.500 ABŞ dolları məbləğində nisyə satdığı **-DU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220” markalı avtomobilə görə o vaxtın kursu ilə 8.910 ABŞ dollarının manata məzənnəsi ilə 6.950 manat borcu qalmışdır. Dəfələrlə o, pulunu cavabdehdən tələb etsə də, cavabdeh qohumluq münasibətlərindən sui-istifadə edərək, hər dəfə müəyyən bəhanələr irəli sürüb indiyədək qeyd olunan məbləğlərdə aldığı pul vəsaitlərini geri qaytarmamışdır. Cavabdeh onun bacanağı Nazim Ağayevin qızının əridir. Cavabdeh 2020-ci ilin dekabr ayında Ələt-Astara yolunun 109-cu kilometrliyində yerləşən yanacaq doldurma məntəqəsində aldığı 1.500 manat vəsaitdən 600 manat qaytarsa da, digər borclu olduğu məbləğləri hər dəfə ona hərbçi o lduğuna görə dövlət tərəfindən ev veriləcəyi və həmin evi satıb borclarını ödəyəcəyi barədə yalan vədlər verərək onu aldatmışdır. Bununla bağlı hazırkı iddia ərizəsinə qoşma edilmiş cavabdeh tərəfindən əlyazma üsulu ilə yazılmış qəbzi və cavabdeh ilə telefon danışığına dair səs yazısı olan yaddaş kartını sübut qismində məhkəməyə təqdim edir. Hazırkı vaxtadək cavabdehin ona olan borcu ümumilikdə 39.850 manat təşkil edir.

6. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı 87.100 manat məbləğində pulun və 381,30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi bar ədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi tamamilə yalan, şər-böhtan xarakterli məlumatlardan ibarətdir. İlk iddiaçı ilə onun arasında borc münasibətləri daha əvvəl 2011-ci ildən etibarən başlanmışdır. Həmin vaxt o, işgüzar problemlər yaşadığından İddiaçı 37.000 manat borc pul götürmüşdür. Həmin vaxt onda əminlik yaratmaq üçün özünə məxsus (qayınatası X2 adına sənədləşdirilmiş) Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən mənzilə dair sənədləri borc verən İddiaçı vermişdir. İlk iddiaçı bilərəkdən həmin məsələnin üstündən sükutla keçərək aralarında borc münasibətlərinin 2019-cu ildən başlandığını bildirir. O, 2019-cu ildə İddiaçı 20.000 manat borc almışdır. Daha sonra, 2020-ci ildə 1.500 manat alaraq h əmin puldan 600 manat qaytarıb 900 manat borclu qalmışdır. İlk iddiaçıdan aldığı **-DU-*** nömrə nişanlı avtomobilə görə isə 5.000 manat borclu qalmışdır. Hansıki, həmin məbləğ ilk iddiaçıya verdiyi yazılı iltizamda da öz əksini tapır. İlk iddiaçı ona pul verərkən 200.000 manat məbləğində kredit götürdüyünü və guya onun yerinə kredit faiz borcu ödədiyini deyir, lakin onların arasında pula görə faizlərin ödənilməsi barədə heç bir danışıq və ya razılaşma olmamışdır. Onun ümumiyyətlə, İddiaçı kredit götürməsindən belə xəbəri olmamışdır. Bundan başqa, 200.000 manatlıq kreditin 10 faiz hissəsi olan 20.000 manata görə 12.000 manat faiz hesablanması absurddur. Onun ilk iddiaçıya 25.600 manat məbləğində borcu var. O, 2022-ci ildə qayınatası Nazim Ağayevlə bacanağı, hazırkı iş üzrə ilk İddiaçı aras ında problemlər başlayan vaxt İddiaçı evinin sənədlərini verməsini, evi satıb ona olan borclarını da bağlayacağını bildirmişdir. Lakin İddiaçı bundan imtina etmişdir. Sonrakı araşdırmalar nəticəsində İddiaçı ona məxsus evi saxta yollarla satdığı məlum olmuşdur. Bundan sonra bir çox orqanlara şikayətlər etmiş, araşdırma aparılmışdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının "xxxx" MMC-dən ("xxxx" MMC-dən) aldığı mənzil qanunsuz alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda həmin mübahisənin hüquqi yolla həlli istiqamətində işlər aparılır. Yaxın vaxtlarda "xxxx" MMC ("xxxx" MMC) və üçüncü şəxslərə qarşı inzibati qaydada məhkəmə çəkişməsi başlanılacaqdır. Göründüyü kimi, o, İddiaçı 2011-ci ildən indiyə kimi ümumilikdə 62.900 manat məbləğində borc almışdır. Lakin İddiaçı ona etibar edərək verdiyi evin sənədlərindən qanunsuz istifadə etməklə, saxta alğı-satqı müqaviləsi hazırlayaraq Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində (indiki Ə.Əhmədov 24B) yerləşən mənzili satmışdır. Həmin mənzilin bugünkü bazar dəyəri 150.000 manatdır. Həmin məbləğdən ilk iddiaçıya borclu olduğu 62.900 manat borcu çıxaraq hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus 87.100 manat məbləğində pul geri qaytarılmalıdır.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı 2019-cu ilin avqust ayında "xxxx" ASC-dən 200.000 manat kredit götürüb həmin puldan 20.000 manatı Cavabdeh vermişdir. 20.000 manat pula görə iddiaçı banka 12.000 manat faiz ödəmişdir.2020-ci ilin dekabr ayında cavabdeh iddiaçının işlətdiyi YDM-də ondan 1.500 manat pul borc almışdır. Eyni zamanda, iddiaçı cavabdehə 11.500 ABŞ dolları dəyərində olan “Mercedes E220” markalı **-DU-*** markalı avtomaşını satmış və cavabdeh həmin avtomaşının pulundan bir hissəsini ödəmiş, 6.950 manat isə borclu qalmışdır. Cavabdeh borc aldığı 1.500 manatdan 600 manatı qaytarmış, qalan hissədə isə borclu qalmışdır. Cavabdeh özü yazılı qəbz yazaraq 20.000 manat və həmçinin 5.500 manat maşina görə borclu olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçıya sonuncunun bankdan götürdüyü kreditə görə 12.000 manat faiz ödəməlidir. Cavabdeh öz ərizəsində iddiaçıya olan borcunu etiraf etmişdir. Eyni zamanda, iddiaçının cavabdehlə olan telefon danışığı zamanı faiz borcunu etiraf etmişdir. İddiaçı cavabdehə aid olan evi satmamış, bu barədə Yasamal Rayon Prokurorluğunda yoxlama aparılmış və həmin fakt öz təsdiqini tapmamışdır.

9. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, ona qarşı verilmiş iddianı qəbul edir. 2019-cu ildə İddiaçı 20.000 manat borc almış, 2010-cu ildə İddiaçı əmlaklarını əlindən çıxarılmasından sonra o vaxtın pulu ilə 10.000 ABŞ dolları dəyərində, yəni 7.800 manat dəyərində olan 1955-ci buraxılışı olan “Mercedes” markalı maşını ona satmışdır. Həmən məbləğin 2.800 manatını qaytarmış, 5.500 manat borclu qalmışdır. 2019-cu ilin may ayında Mayıldan 1.500 manat məbləğində borc almış və həmin puldan 600 manatı qaytarmış, nəticədə ümumilikdə 25.900 manat borclu qalmışdır. Bank qarşısında öhdəlik götürmədiyindən İddiaçı öhdəlikləri üçün cavabdeh deyildir. 2010-cu ildə onun rəhbərlik etdiyi hərbi hissənin maliyyə rəisi dövlət əmlakını oğurladığı üçün məcburiyyət qarşısında qalaraq pula ehtiyacı olduğundan Mayıldan 37.000 manat pul almışdır. Buna görə Mayıla Nazimin adına olan evin müqavilə sənədlərini vermişdir. Bir müddət keçəndən sonra Mayılla bacanağı Nazim arasında mübahisə yaranmışdır. Sonradan ona məlum olmuşdur ki, Mayıl Nazimin adına olan evi saxtakarlıq yolu sənədləşdirib satmışdır. Ona görə Korrupsiya İdarəsinə və daha sonra Yasamal Rayon Prokurorluğuna müraciət etmiş, sonuncu təşkilat ona məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İddiaçı satdığı mənzilə görə ona 87.100 manat pulu rüsumla birlikdə ödəməlidir. İddiaçı olan 25.900 manat borcunu qəbul edir. İddiaçılə olan telefon danışığında 4.567 manat faiz borcunun ona verməli olmasını öhdəsinə götürməmiş, başqa banklardan götürülən 20.000 manat pula görə 4.567 manat faiz ola biləcəyini demək istəmişdir. Hər iki iddianın təmin olunmasını xahiş etmişdir.

10. Salyan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(057)-1267/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 26.400 manatın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 138,85 manatın alınıb İddiaçı verilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 20.000 manat borc almış, həmin pulun heç bir hissə sini ödəməmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı 1.500 manat pul almış və həmin puldan 600 manat ödəmiş, 900 manat borclu qalmışdır. Cavabdeh aldığı maşına görə isə 5.500 manat borclu qalmışdır. Cavabdeh 20.000 manat və maşına görə olan 5.500 manat borcunu İddiaçı yazılı qəbz verməklə etiraf etmiş, digər 1.500 manatdan isə 900 manat borclu olmasını məhkəmə baxışı zamanı etiraf etmişdir. Ona görə də məhkəmə qeyd edilən məbləğlərin Cavabdeh alınıb İddiaçı verilməsini doğru hesab etmişdir.

12. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tələb heç bir sübutla təsdiq olunmur və qarşı tərəf də həmin tələbi etiraf etmir.Ona görə də iddia həmin hissədə də rədd olunmalıdır.

13. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasını n 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 529.1-529.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçılə qohumdurlar və münasibətləri normal olmuşdur. 25 dekabr 2010-cu il tarixdə o, İddiaçı müraciət edərək, 37.000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə "xxxx" MMCdən (hazırkı "xxxx" MTK) qayınatası X2 adına aldığı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində 1123 saylı mənzilin sənədlərini verərək bildirmişdir ki, mənzilin həmin vaxtkı dəyəri 75.000 manatdır, bir müddət sonra mənzili satacaq və İddiaçı olan 37.000 manat borcunu ödəyəcək. Nə o, nə də qayınatası Nazim Ağayev qeyd edilən mənzilin satılmasına heç bir ərizə, razılıq və ya etibarnamə vermədikləri halda, İddiaçı qeyd edilən mənzili saxta yolla sataraq başqa şəxsin adına sənədləşdirmişdir. Qeyd edilən məsələ ilə bağlı o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə istinadən, İddiaçı heç bir qanuni əsas olmadığı halda, ona məxsus mənzili qanunsuz yolla ələ keçirərək əsassız varlanmışdır. Bu səbəbdən də o, qarşılıqlı iddia ərizəsində İddiaçı ona olan 62.900 manat borcunu çıx dıqdan sonra 87.100 manat məbləğində pul tələb etmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni Cavabdeh məxsus mənzilin ilk iddia üzrə iddiaçı tərəfindən qanunsuz olaraq ələ keçirilməsinə və başqa şəxsə satılmasına heç bir hüquqi qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-627/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi) Tofiq Heydərov və İlham Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdiril mədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi ilk iddia tələbinin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmış və mövqeyinə dair qeyd etmişdir ki, iş materiallarının 93-cü vərəqində olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış əlyazma qəbzdə qeyd olunmuşdur: “- “Mən Cavabdeh X6 20.000 (iyirmi min) manat borc almışam. Əlavə olaraq maşına görə 5.500 manat (beş min beş yüz manat) borcum var. X8 deməsinə görə pulu bankdan götürüb və xx.xx.2023-cü il tarixədək 12.000 (on iki min) manat pul ödəyib faiz”. Bu yazılardan sonra “imza Cavabdeh xx.xx.2023” yazılmış və imza icra edilmişdir. Bunun ardınca isə qeyd edilmişdir: “-Əlavə olaraq 2010-cu ilin dekabr ayında X6 37.000 (otuz yeddi min manat) aldım borc kimi evi satdım, yəni Şərur MTK-da olan X2 adına olan ev”. Bundan sonra “Cavabdeh” yazılaraq imza icra edilmişdir.

18. İşdəki birinci instansiya məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etdiyini, 2019-cu ildə İddiaçı 20.000 manat borc aldığını, İddiaçı aldığı “Mercedes” markalı maşına görə ona 5.500 manat borclu qaldığını, 2019-cu ilin may ayında İddiaçı 1.500 manat borc aldığını və həmin puldan 600 manat qaytardığını, ümumilikdə İddiaçı 25.900 manat borcu qaldığını bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilk iddia tələbini 3 hissədə təmin etmişdir: 1) 20.000 manat borc; 2) 1.500 manat borcun ödənilməmiş 900 manat hissəsi; 3) avtomobilə görə ödənilməmiş qalan 5.500 man at.

19. Cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm birinci instansiya məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli iclasında, həm də apellyasiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli iclasında qəbul etmişdir ki, o, İddiaçı bir dəfə 20.000 manat, bir dəfə də 1.500 manat borc almış, sonuncu borcdan 600 manat qaytarsa da, 900 manatını qaytarmamış, yekunda həmin məbləğlərə görə 20.900 manat borcu yaranmışdır.

20. Qeyd edilən məbləğlərin Cavabdeh tərəfindən etiraf edilməsi ilə yanaşı, İddiaçı Cavabdeh tərəfindən yazılmış qəbzi də məhkəməyə təqdim etmişdir. Həmin qəbzlə də Cavabdeh İddiaçı 20.000 manat borclu olduğunu qəbul etmişdir.

21. Bununla yanaşı, Cavabdeh özü tərəfindən yazılmış qəbzdə İddiaçı aldığı “Mercedes” markalı maşına görə ona 5.500 manat borclu qaldığını qeyd etsə də, sonrada n qarşılıqlı iddia ərizəsində maşına görə 5.000 manat borcunun qaldığını bildirmiş, lakin sonradan hər hansı ödənişin edilməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Cavabdeh özü tərəfindən qəbzdə də qeyd edildiyi kimi maşına görə onun İddiaçı 5.500 manat borcunun qaldığını qəbul etmişdir.

22. Hazırkı iş üzrə Cavabdeh tərəfindən İddiaçı verilmiş əlyazma qəbz mahiyyəti etibarı ilə borclunun öhdəliyin təsdiqi üçün kreditora verdiyi borc sənədidir. Həmin qəbzi yazmaqla Cavabdeh İddiaçı qarşısında mövcud olan öhdəliyini təsdiq etmişdir.

23. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, əvvəla, iş materiallarına əlavə edilmiş sənədlə rdən də göründüyü kimi, Cavabdeh qeyd etdiyi mənzil onun adına sənədləşdirilməmiş, mənzil qayınatası Nazim Ağayevin adına sənədləşdirilərək müqavilə də onunla bağlanmış, həmin mənzilin dəyəri də tam olaraq məhz Nazim Ağayev tərəfindən ödənilmiş, sonradan 18 may 2011-ci ildə şəxsən Nazim Ağayev tərəfindən Nəzakət Ağayevaya 39.000 manata satılmışdır. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzilin məhz İddiaçı tərəfindən satılaraq pulunun əldə edildiyinə dair hər hansı sübut təqdim etməməklə yanaşı, işin müəyyən edilmiş hallarından həmin mənzilin Cavabdeh mülkiyyətində olması da təsdiq olunmur, həmin mənzildə Cavabdeh özünün yaşamış olması isə onun həmin mənzilin mülkiyyətçisi sayılması üçün əsas kimi çıxış etmir. Bu səbəbdən də hazırkı iş materiallarına əsasən həmin mənzillə bağlı hər hansı mü qavilənin mübahisələndirilərək, mənzilə görə ödənilməli olan pulun tələb edilməsinə dair Cavabdeh subyektiv hüququ müəyyən edilmir. Bununla yanaşı, Cavabdeh sözügedən mənzilin dəyərinin həqiqətən 150.000 manat olmasına dair də sübut təqdim etməmişdir.

24. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə istinad edərək, İddiaçı ona məxsus mənzili qanunsuz olaraq ələ keçirərək əsassız varlandığını bildirmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Lakin hazırda iş materialları ilə İddiaçı hüquqi əsas olmadan Cavabdeh hesabına əmlak əldə etməsi halı müəyyən edilmir və belə olan halda, İddiaçı Cavabdeh hesabına əsassız varlanm asından danışmaq olmaz.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 529.3, 600.4, 1091.1-ci və 1091.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiy mət verməyərək maddi hüquq normasının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə qarşı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən teleqram formasında etiraz daxil olmuş, etirazda kassasiya şikayətinin heç bir hüquqi əsasının olmadığı qeyd olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məb ləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən e dilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olma yan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 4

8. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

49. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

50. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-627/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar