Məhkəmə qərarları › İş №2(102)-2649/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2649/2023

19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2649/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2649/2023 (Açar sözlər: məlumat vermək vəzifəsi, işin mülki məhkəmə icraat qaydasında baxılmalı olmaması, tələbin inzibati icraata aid edilməsi, iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-yə qarşı “dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişinin hansı hüquqi və ya fiziki şəxs tərəfindən yerinə yetirilməsi barədə məlumat verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1742/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə dair işə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı ilə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X2” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən “Azərbaycan ElmiTədqiqat və Layihə-X2” MMC Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə küçəsi, 264 saylı sahədə İddiaçı məxsus yaşayış evinin 12,30 kVt elektrik yükünün hesabatını hazırlamaq işini görməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik xəttinin xx.xx.2012-ci il tarixli 10023/0439 saylı texn iki şərti verilmişdir. 3. "xxxx" ASC X4 Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmış və məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydalarının” 2.2.2 (yeni obyektin yaranması ilə əlaqədar (məişət abonenti istisna olmaqla) qoşulması nəzərdə tutulan gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər) bəndinə əsasən evin (obyektin) enerji təchizatı üçün verilən texniki şərtin “abonentin hesabına görüləcək işlər” bəndində öz əksini tapır. Lakin təqdim etdiyiniz 1xx-xx/0479 nömrəli 08 may 2012-ci il tarixli texniki şərtdə “abonentin hesabına görüləcək işlər” bəndində “yoxdur” qeydi ap arılmışdır. Yenidənqurma zamanı sökülmüş 7 ədəd metal dayağın və 400 metr kabelin Sizə məxsus olması haqqında heç bir rəsmi sənəd təqdim etmədiyiniz üçün onların geri qaytarılması tələbi əsassızdır. 4. "xxxx" ASC-nin İddiaçı xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, yaşadığınız ünvan 10 kV-luq 27 saylı KTM-dən elektrik enerjisi ilə təchiz olunurdu. Həmin KTM sakinlər özləri tərəfindən alınmış və özləri üçün pərakəndə şəkildə qeyri-standart naqillərdən istifadə edərək yaşayış evlərini elektrik enerjisi ilə təchiz ediblər. 2016-cı ilin 3cü rübündə 10 kV-luq 27 saylı KTM ləğv olunaraq yerində "xxxx" ASC tərəfindən yeni müasir tipli KTM quraşdırılmışdır. 0,4 Kv-luq elektrik xətləri yeni ÖN kabel xətləri ilə əvəz olunmuşdur. Ərazidə olan bütün qeyri-standart naqillər və dayaq lar abonentlərin özləri tərəfindən sökülərək götürülmüşdür. Paylayıcı Şəbəkə sahəsi tərəfindən ərazidə heç bir söküntü işləri aparılmamışdır.

5. İddiaçı tərəfindən "xxxx" ASC-nin adına 25 mart 2022-ci tarixli ərizə ünvanlanmış, ərizədə Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat verilməsi cavabdehdən xahiş edilmişdir. 6. "xxxx" ASC-nin tərəfindən M.Mustafyevin adına xx.xx.2022-ci il tarixli 602/06/M088/3/3281 saylı məktub ünvanlanmış və məktubda bildirilmişdir ki, 2016-ci ilin 3cü rübündə 10 kVluq 27 saylı komplekt transformator məntəqəsi (KTM) ləğv olunaraq yerində yeni müasir tipli KTM quraşdırılmışdır. 0,4 kV-luq elektrik veriliş xətləri yeni ÖİN kabel xətləri ilə əv əz olunmuşdur. Paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi Firudin Köçərli küçəsində dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə cavabdeh "xxxx" ASC-dən (bundan sonra “cavabdeh” və ya “ASC”) məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən fərdi y aşayış evinə elektrik xətti çəkdirmək üçün "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən bildirilmişdir ki, elektrik xətti çəkilməsi üçün “Azərbaycan Elmi Tədqiqat və Layihə X2” MMC-də elektrik yükünün hesabatı hazırlanmalı və transformator şəxsi olduğu üçün elektrik xəttini iddiaçının öz vəsaiti hesabına çəkiləcəkdir. İddiaçının qonşuları və digər küçələrin sakinlərinin də enerjidən bu qayda ilə istifadə etdiklərini bildirmişlər.

9. İddiaçı Sumqayıt şəhərinin çıxışında yerləşən metal satılan yerdən hər birinin uzunluğu 7 metr olan 12 ədəd 90 mm diametrlik, (ümumi dəyəri 312 manat) dəmir boru və Şərq bazarından 400 metr 3 naqilli (ümumi dəyəri 420 manat) kabel aldıqdan sonra xx.xx.2011-ci ildə "xxxx" MMC-nin əməkdaşlarının köməkliyi ilə evinə eletrik xətti çəkdirmişdir. Üzrlü sə bəbdən iddiaçının bir müddət Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən fərdi yaşayış evinə getməyə imkanı olmamışdır.

10. İddiaçı 25 oktyabr 2017-ci ildə fərdi yaşayış evinə getdiyi zaman şəxsi vəsaiti ilə aldığı boru və kabel xəttinin çıxarılıb aparıldığını, Saray qəsəbəsində dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkildiyini görmüşdür. Şəxsi vəsaiti ilə aldığı avadanlığın özünə qaytarılması ilə əlaqədar iddiaçı əvvəlcə şifahi, 24 may 2019-cu ildə isə rəsmi olaraq X4 Təchizat və Satış İdarəsinin rəisinə ərizə ilə müraciət etmiş, xx.xx.2019-cu ildə X4 Təchizat və Satış İdarəsinin əməkdaşı mobil telefonla zəng edib vəziyyətlə tanış olmaq üçün nümayəndə göndəriləcəyini bildirmişdir. xx.xx.2019-cu ildə X4 Təchizat və Satış İdarəsinin əmək daşı, mühəndisi telefonla əlaqə saxlayıb, məlumatlı olduqlarını, şifahi olaraq kabel və boruların tenderin qalibi olmuş özəl müəssisə tərəfindən götürüldüyünü bildirmişlər.

11. X4 Təchizat və Satış İdarəsinin rəisinin imzası ilə 27 iyun 2019-cu il tarixdə göndərilən məktubda evin enerji təchizatı üçün verilən texniki şərtdə abonentin hesabına görüləcək işlər bəndində “yoxdur” yazıldığını, 7 (12) ədəd metal dayağın və 400 metr kabelin iddiaçıya məxsus olması barədə heç bir rəsmi sənəd olmadığı üçün onların geri qaytarılmasından imtina olunduğu bildirilmişdir.

12. Fərdi yaşayış evlərinin elektrik enerjisi ilə təchiz olunmasının layihələndirilməsi və çəkilişi “ASAN xidmət”ə verilənə qədər yalnız vətəndaşın şəxsi vəsaiti hesabına çəkilirdi. Lakin X4 Təchizat və Satış İdarəsinin rəsmi şəxslərin in imzaladığı X6 Qaydalar səhifəsinin 5-ci bəndində qeyd olunub ki, istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır. Avadanlıqlar "xxxx" MMC ilə razılaşdırılmalı və onun spesifikasiyalarına uyğun olmalıdır. Bu bəndin tələbindən görünür ki, boruların və kabel xəttinin "xxxx" MMC-yə aidiyyatı yoxdur.

13. İddiaçının 03 noyabr 2020-ci ildə "xxxx" ASC-nin sədrinə etdiyi müraciətə xx.xx.2020-ci ildə Texniki Departamentin direktorunun imzası ilə göndərilən cavab məktubunda ərazidə olan bütün qeyri-standart naqillər və dayaqların abonentlərin özləri tərəfindən sökülərək götürüldüyü bildirilmişdir.

14. İddiaçının 01 yanvar 2021-ci ildə X4 Təchizat və Satış İdarəsinin rəisinə və 15 fevral 2022-ci ildə "xxxx" ASC-nin sədrinə boru və naqillərin nə vaxt dəyişdirildiyi barədə r əsmi məlumat verilməsi barədə ərizəsinə cavab verilməyib. Bu səbəbdən iddiaçının xx.xx.2022-ci ildə təkrar göndərdiyi məktuba X4 Təchizat və Satış İdarəsinin istismar üzrə müavininin imzası ilə verilən cavab məktubunda elektrik dirəklərinin və elektrik xətlərinin 2016-cı ilin İİİ rübündə podratçı təşkilat tərəfindən dəyişdirildiyi bildirilir.

15. İddiaçı 15 yanvar 2022-ci ildə "xxxx" ASC-nin Sədrinə və 25 mart 2022-ci ildə "xxxx" ASC-nin Sədrinə göndərdiyi elektrik dirəklərinin və elektrik xətlərinin hansı podratçı təşkilat tərəfindən dəyişdirilməsi barədə məlumat verilməsi müraciətinə "xxxx" ASC-nin Texniki Departamentinin direktorunun imzası ilə göndərilən xx.xx.2022-ci il tarixli məktubda 2016- cı ilin 3-cü rübündə 10 kv-luq 27 saylı komplekt transformator məntəqəsinin ləğv olunaraq yer ində yeni müasir tipli KTM quraşdırıldığı, 0,4 kv-lıq elektrik verilişi xətlərinin yeni ÖİN kabel xətləri ilə əvəz olunduğu, paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmadığı bildirilib.

16. Bununla da cavabdeh mübahisənin məhkəmədən kənar həll olunması üçün iddiaçıya podratçı təşkilatın adı, hüquqi ünvanı, rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsindən bir qayda olaraq qeyri-müəyyən cavab verməklə yayınır.

17. Cavabdehin nümayəndəsi hər hansı dəlil göstərmədən iddiaya etiraz etmişdir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(006)3989/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində (2016-ci ilin 3-cü rübündə) dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabe llə elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. (hakim Anar İbadzadə)

19. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evinə xx.xx.2011-ci ildə "xxxx" MMC-nin vasitəsi ilə öz hesabına eletrik xətti çəkdirmişdir. Sonra həmin elektrik xətti sökülmüşdür. İddiaçı elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının adına ünvanlanmış xx.xx.2022-ci il tarixli 6-02/06/M-088/3/3281 sa ylı məktubda qeyd edilmişdir ki, 2016-ci ilin 3-cü rübündə 10 kV-luq 27 saylı komplekt transformator məntəqəsi (KTM) ləğv olunaraq yerində yeni müasir tipli KTM quraşdırılmışdır. 0,4 kV-luq elektrik veriliş xətləri yeni ÖİN kabel xətləri ilə əvəz olunmuşdur. Paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmamışdır

20. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehin xx.xx.2022-ci il tarixli 602/06/M-088/3/3281 saylı məktubla iddiaçıya verdiyi cavabda ifadə olunan hərəkəti qanunsuz hesab edilməlidir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 602/06/M-088/3/3281 saylı məktubda iddiaçının tələb etdiyi elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat öz əksini tapmamışdır.

21. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1, 12.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri: - söküntü, quraşdırma işləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamı na əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək yaradılmışdır. Həmin dövrdə ad dəyişmə aparılmağına baxmayaraq hazırki günə kimi hələ də sənədlərin təhvil-təslimi aparılmamışdır. Buna görə də qeyd edilən məlumatların verilməsi mümkün olmamışdır. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur; - sənədlərin üzrlü səbəbdən təqdim edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, qətnamənin gələcəkdə icrası mümkün olmayacaqdır. Nəticədə “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edəcəkdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1742/2023 nömrəli, 28 fevral 20 23-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3989/2022 saylı 24 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Akif İsgəndərov)

25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı hazırda elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsini cavabdehdən tələb edir. Göründüyü kimi iddiaçının tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı tələb olmamaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aiddir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddələrinə və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 31.2 və 44.1-ci maddələrini tətbiq etməmişdir. Belə ki, həmin normalara əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015- ci il tarixli 4 nömrəli Qərarı: Bənd

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul ed ilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd

14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətləri ndə olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Mülki Prosessual Məcəllə Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.

35. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədədir.

36. İddia tələbinə görə iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsi öhdəliyinin "xxxx" ASCnin üzərinə qoyulmasını tələb edir. Tələb in əsası kimi isə iddiaçı ona istinad edib ki, bu barədə müraciətləri cavabdeh tərəfindən müsbət cavablandırılmayıb. 37. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3.0.6-cı maddəsinə görə fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları müraciətə baxan subyektlərdir.

38. Belə olan halda iş üzrə cavabdeh olan "xxxx" ASC də, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olduğu üçün, müraciətə baxan subyekt sayılır. Həmçinin "xxxx" ASC “Təbii inhisarlar haqqında” Qanunun 4-cü maddəsinin 2 və 3-cü hissələrinə görə təbii inhisar subyektidir. 39. “İnzibati v ə mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində göstərilib ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır.

40. Hazırki mübahisə də iddiaçı ilə təbii inhisar subyekti sayılan cavabdehin mülki (öhdəlik) hüquq münasibətlərindən yaranmayıb. Təbii inhisar subyekti sayılan cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən – vətəndaşın müraciət və informasiya əldə etmək hüququ i lə bağlı fəaliyyətindən yaranıb.

41. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır.

42. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbinin məhkəmə aidiyyatı ilə bağlı gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Belə ki, gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinın MPM-in 31.2 və 44.1-ci maddələrinin pozulması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız sayır. Qeyd edilən normalara əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

44. Hazırki mübahisədə isə əvvəlcədən aidiyyət qaydalarına riayət edilmədiyi üçün MPM-in 31.2 və 44.1-ci maddələrinin tətbiqi istisna edilir.

45. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1742/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar