Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2651/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2651/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən e tdi: İşin halları 1. 20.06.2019-cu il tarixli əmək müqaviləsi ilə Cavabdeh (bundan sonra - cavabdeh) İddiaçı MMC-də (bundan sonra - iddiaçı) ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir.
2. Tərəflər arasında əmək müqaviləsi bağlanarkən tam maddi məsuliyyət haqqında müqavilə və işçinin əmək funksiyası barədə əlavə razılaşma da bağlanmış, həmin razılaşmada ticarət nümayəndəsinin vəzifə borcları, konkret olaraq isə işçinin əmək funksiyası göstərilmişdir, lakin razılaşdırılmış dəyişiklər əmək müqaviləsinə daxil edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 24069,11 manat vurulmuş maddi ziyan, 1203,45 manat faiz borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə arasında olan şifahi razılaşmaya əsasən İddiaçı MMC-dən nisyə qaydasında şirniyyat və qənnadı məhsullarını götürərək pulunu 20 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən şirniyyat və qənnadı məhsullarının götürülməsinə dair iddiaçının “Alınmış mallara görə hesablaşma vərəqəsi” kitabında qeydiyyat aparılmış və cavabdeh həmin kitabda borcunun olmasını təsdiq etmişdir. 20 iyun 2019-cu il tarixli əmək müqaviləsinə əsasən cəmiyyətdə ticarət nümayəndəsi vəzifəsində işləmişdir. Eyni zamanda cavabdeh ilə MMC arasında “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh ilə cəmiyy ət arasında bağlanmış əmək müqaviləsinə əsasən o, cəmiyyətin anbarında olan şirniyyat və qənnadı məmulatlarını xidmət göstərdiyi ticarət müəssisələrindən əvvəlcədən sifariş qəbul etməklə həmin malların sürücü ekspeditorlar tərəfindən ticarət obyektlərinə tam və keyfiyyətli çatdırılmasını yoxlayıb özünün cari uçot kitabına mədaxil etməklə həmin malların satışından əldə olunan pulları şirkətin xəzinəsinə tam ödənilməsinin təmin olunmasını üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə 04 fevral 2020-ci il tarixində xitam verilmişdir. Cavabdeh cəmiyyətdə ticarət nümayəndəsi işlədiyi dövr ərzində ümumilikdə 104579 manat məbləğində satış üçün mal götürmüşdür. Həmin məbləğdən cəmiyyətin kassasına ödənilmiş, endirim edilmiş, satışdan geri qaytarılma edilmiş, başqa əml akla əvəzləşdirilmiş malların dəyəri ümumilikdə 80509,89 manat təşkil edir. Hazırda cavabdehin cəmiyyətə 24069,11 manat məbləğində borcu qalmışdır. 04 may 2020-ci il tarixində cavabdehin maliyyə-təsərrüfat fəaliyyətinin təftiş yoxlaması aparılmış, onun cəmiyyətə qalan borcunun 28569,11 manat olması müəyyən edilmişdir. Bundan sonra qeyd edilən borcun ödənilməsi üçün dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh həmin məbləğdə borclu qaldığını və qısa müddətdə borcunu ödəyəcəyini bildirsə də, borcunu ödəməkdən yayınmışdır. Əlavə olaraq bildirilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh özünəməxsus avtomobili borcunun bir hissəsi kimi əvəzləşdirilməsini xahiş etmişdir. Onun avtomobilinin dəyəri olan 4500 manat məbləğində pul vəsaiti 02 mart 2021-ci il tarixində cava bdehin MMC-yə borcu olduğu məbləğdən çıxılmış və hal-hazırda onun MMC-yə 24069,11 manat borcu qalmışdır. Cavabdeh borclu olduğu 24069,11 manat məbləğində pulun ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz məbləğində faiz ödəməlidir. Odur ki, cavabdeh ödənişi gecikdirdiyi 1 il üçün 1203,45 manat faiz borcunu MMC-yə ödəməldir.
5. Cavabdeh, vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək göstərmişdir ki, əvvəla iddiaçı hüquqi şəxs mühasibatlıq qaydalarına uyğun olaraq hesabat aparmamışlar. Belə ki, bu cür hesablaşmalar qanunvericiliklə təsdiq edilmiş ciddi hesabat blankları əsasında aparılmalıdır. Eyni zamanda cavabdehin zərər vurulmasına gətirən təqsirli hərəkətləri olmamışdır. Bundan başqa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, əmək münasi bətlərinə xx.xx.2020-ci ildə xitam verilməsinə baxmayaraq, iddia ərizəsi xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Bundan başqa cavabdehin avtomobili onunla əmək müqaviləsi bağlanarkən girov götürülmüş və sonradan iddiaçı firma tərəfindən satılmışdır. Girov dedikdə onunla gələcəkdə baş verə biləcək zərərin aradan qaldırılması üçün formal olaraq avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda cavabdeh tərəf bildirmişdir ki, avtomobil məsələsini onsuz da başqa məhkəmə icraatında mübahisələndirəcəkdirlər. Cavabdehin nümayəndəsi buraxılmış müddətin üzürlü hesab edilməsi barədə iddiaçının ərizəsinə etiraz edərək göstərmişdir ki, cavabdeh faktiki olaraq 2019-cu ilin dekabr ayından işə getməmişdir. Belə ki, təqdim edilmiş əmək haqqından çıxarış məlumatlarına əsasən işçiyə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə əmək haqqı ödənilmişdir. Bundan başqa karantin dövrü olsa da məhkəmələr və digər xidmət orqanları fəaliyyət göstərmiş və həmçinin elektron məhkəmə sistemi fəaliyyətdə olmuşdur. Sonuncu məhkəmə iclasında cavabdeh bildirmişdir ki, onun əmək funksiyası malların sifarişini götürüb firmaya vermək və firmadan vaxtı keçmiş malları firmaya qaytarmaq, eyni zamanda satışdan əldə edilən pulları kassaya mədaxil etmək olmuşdur. Malların sifarişini firmaya verdikdən sonra onun iştirakı olmadan firmanın sürücüsü anbardan sifariş edilmiş malları sifarişçiyə çatdırır və o isə malları yerində yoxlayaraq, sifarişin düzgün həyata keçirilməsinə nəzarət etmişdir. İddia edilən borcun yaranmasına əsas isə, sifarişçinin yaranmış borcunu firmaya qaytarmaması olmuşdur. Belə ki, o, işləd iyi firmanın rəhbər şəxslərinin təkidi ilə İnşaatçılar metrosu yaxınlığında yerləşən bir mağazaya mal vermiş və sonradan həmin mağaza bağlanmış və firmaya borcunu ödəməmişdir. Bu barədə rəhbərliyinə bildirdikdə ki, ona bu sənin problemindi deyə cavab verilmişdir. Bundan sonra o, həmin mağaza sahibinə dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Ə.Əliyev) (bundan sonra – birinci instansiya məhkəməsi) 27 iyul 2021-ci il tarixli, 2(001)-2584/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia müddətinin ötürülübötürülməməsinə qiymət verilməmişdən əvvəl iddiaçının cavabdehdən tələb etmə ilə bağlı subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir.
8. Məhkəmə qeyd etmişd ir ki, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət, eyni zamanda bu barədə müqavilə bağlandığı hallarda isə tam maddi məsuliyyət daşıması öhdəliyi vardır. Lakin maddi məsuliyyətin yaranması üçün 3 əsasın eyni zamanda mövcud olması zəruridir. Bunlar Əmək Məcəlləsinin 191.2-ci maddəsində sadalanmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından göründüyü kimi işəgötürən işçidən onun sifariş əsasında firmadan götürdüyü və sifarişçiyə verdiyi malların dəyərinin ödənilməməsinə görə vurulmuş zərəri tələb edir. Vurulmuş zərərin məbləği ciddi hesabat blankları ilə təsdiq edilməsə də, işçi malı qəbul edərkən alınmış mallara görə hesablaşma vərəqəsinə imza etmişdir. Lakin əmək müqaviləsində işçinin malların dəyərini sifarişçidən ala bilmədikdə onun məsuliyyət daş ıması barədə vəzifəsi təsbit edilməmişdir. Belə ki, əmək müqaviləsinin 3-cü bəndində işçinin əmək funksiyaları göstərilmişdir. Bundan başqa tam maddi məsuliyyət haqqında müqavilədə də işçinin verilmiş malların dəyərinin qeyd-şərtsiz almalı olması barədə məsuliyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda ticarət nümayəndəsinin vəzifə borcları barədə təsdiq edilmiş razılaşmada da, baxmayaraq ki, həmin razılaşma əmək müqaviləsinə daxil edilməmişdir, bu barədə hərhansı qeyd yoxdur. Bütün bunlardan daha əhəmiyyətlisi odur ki, zərərin vurulmasında işçinin təqsiri müəyyən edilmir. Belə ki, işçinin zərər vurulmasına səbəb olan qanuna zidd əməlləri sübut edilmir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə zərər vurması sübut edilmədiyindən həm vurulmu ş zərərə, həm də bundan irəli gələn əldən çıxmış faydaya görə pul məbləğinin tutulması barədə iddia əsaslı hesab edilə bilməz.
10. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, zərərin işçinin təqsiri ilə vurulması sübut edilməsə də, iddiaçının malı qəbul etmiş sifarişçilərdən malların dəyərini tələb hüququ istisna edilmir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57, 191.1, 191.2, 192.2, 194, 199, 203.1, 206.1 və 296.5,-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
13. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər-V.Ə.İbayev (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 20 dekabr 2021-ci il tarixli, 2(103)-10701/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinin əsası kimi məhkəməyə təqdim etdiyi tərəflər arasında 20 iyun 2019-cu il tarixdə bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1.5 və 1.6-cı bəndlərinə istinad etmiş və göstərmişdir ki, həmin maddələrdə işçinin malların dəyərini ödəmək üçün tam maddi məsuliyyət daşıması öz əksini tapmışdır.
15. Apellyasina instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, 2019-cu ildə MMC-dən götürüb müxtəlif obyektlərə payladığı malların dəyərini ödəmədiyinə görə cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 02 fevral 2020-ci il tarixdə MMC-də tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 08 fevral 2020-ci ildə dövlət rüsumu ödəyərək məhkəməyə müraciət etmiş və iddia ərizəsini 12 fevral 2021-ci ildə məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 29 6.5-ci maddəsinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən 2019-cu ildə yaranmış borca görə 2021-ci ilin fevral ayının 12-də məhkəməyə müraciət edilməsini qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməsi kimi qiymətləndirmiş və müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsaslar müəyyən etməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57, 191.1, 191.2, 192.2, 194, 199, 203.1, 206.1 və 296.5,-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası maddi hüquq normalarına istinad etsə də, bu normalara istinadını əsaslandırmamış, yalnız birinci instansiya məhkəməsinin formal mövqeyini qətnaməyə olduğu kimi köçürmüşdür. Məhkəmə ümumiyyətlə işin mahiyyətinə, tərəflərin münasibətinə və iş materiallarında olan sübutlara diqqət yetirməmiş, işin halları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlara deyil, özünün yaratdığı xəyali bir münasibətlər haqqında fikir yürütmüşdür. Əks təqdirdə, nə iş materialları ilə təsdiqini tapan, nə də məhkəmə kollegiyası tərəfindən araşdırılmayan məsələlər barədə məhkəmənin belə dolğun informasiyaya malik olması mümkün ola bilməzdi.
20. Kassasiya şikayətində Əmək Məcəlləsinin 191.1, 191.2, 192.2, 194, Mülki Məcəllə nin 425.1, 442, 448.1, 448.2 və 448.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Re spublikasının Əmək Məcəlləsi:
24. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
25. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
26. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığı nı iddia etdikdə bunu sübut etməyə borcludurlar.
27. Maddə
194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
28. Maddə
199. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
29. Maddə 203.1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
30. Maddə 206.1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
31. Maddə 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələ ləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxl anılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halları müəyyən olunmur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutl arı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2651/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.