Məhkəmə qərarları › İş №2(102)-2653/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2653/2021

20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2653/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ iş (Açar sözlər: qiymətləndirmə hesabatının ləğvi) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, 3-cü şəxs Heydərova Leyla Tofiq qızının vəkili Alıyev Cavid Barat oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -5047/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən 3-cü şəxs Heydərova Leyla Tofiq qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 01.03.2019-cu il tarixli hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 2(001 )1352/2016 saylı, 17.03.2016-cı il tarixli icra sənədinə, Səbail rayon icra və Probasiya Şöbəsinin 21.09.2018-ci il ta rixli qərarı və 60970/2018-16-617742 saylı müraciətinə əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18, Bakı şəhəri, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı qeyri-yaşayış sahəsinin (30), Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı qeyri-yaşayış sahəsinin (15), Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyriyaşayış sahəsi (673,4), Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 99 saylı qeyri-yaşayış sahəsi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı, 1,50 ha, 2,50 ha, 4,0 ha ehtiyat fondu torpaq sahələrinin müəyyənləşdirilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. Cavabdeh MMC-nin 01.03.2 019-cu il tarixli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, 18 saylı mənzilin qiyməti 66.000 manat, K.Kazımzadəküçəsi, ev 115, 15 saylı mənzilin qiyməti 133.000 manat, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi 1.400.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 99 saylı qeyri-yaşayış sahəsi 35.000 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti 5.000 manat, 1,50 ha - 30.000 manat, 2,50 ha - 50.000 manat, 4,0 ha ehtiyat fondu torpaq sahəsinin qiyməti isə 80.000 manat qiymətləndirilmişdir. Həmin qiymətləndirmə rəyi əsassız olduğu və əmlakın bilərəkdən aşağı qiymətləndirmək məqsədi daşıdığı üçün ləğv edilməlidir. Belə ki, Cavabdeh MMC tərəfin dən göstərilən əmlaklar və torpaq sahələri və onun üzərində olan tikilinin qiymətləndirilməsi zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə əməl etməmişdir. Cavabdeh MMC- nin hazırladığı rəy çox primitiv olmaqla ümumi cümlələrdən ibarətdir. Bu hesabatda əmlakı qiymətləndirərkən hansı metod üsul və vəzifələrdən istifadə edildiyi göstərilməmiş, qiymətləndirmə düzgün aparılmamış, mbahisəli əmlakla bağlı sənədlərlə tanış olunmamış, əmlakın bazar qiyməti müəyyən edilərkən analoji əmlakların bzar qiymətləri təhlil edilməmiş və bilərəkdən mülkiyyətdən məhrum etmə ilə bağlı olan rəy tərtib edilmişdir. Belə ki, əmlaklar dəyərindən 2-3 dəfə aşağı dəyərləndirilmişdir. Yasamal rayonu, K.Kazımzadə küçəsi, təmirli mənzilin 1 kv.metri 2500-3000 manat olduğu halda 800 manat dəyərində qiy mətləndirilmişdir. “Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında 165,8 kv.m. yaşayış sahəsi, 5 otaqlı, super təmirli mənzil 133.000 manata təklif olunur. Eyni zamanda digər 2 otaqlı mənzil də elə qiymətləndirilmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin kv.metri 200 manata dəyərləndirilmişdir. Sahibkarlıq üçün torpaq sahəsi Giləzi qəsəbəsində 30.000-32.000 manat dəyəri olduğu halda 20.000 manata qiymətləndirilmişdir. Cavabdeh MMC-nin rəyi isə sırf olaraq mülkiyyət hüququna yönəlmiş qanunsuz fəaliyyətdir. Bu səbəbdən həmin rəy ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 31 may 2019-cu il tarixli 2(009)-1411/2019 nömrəli məhkəmə iclas protokolu ilə Heydərova Leyla Tofiq qızı üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiy a məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(009)-1411/2019 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının əsası kimi Cavabdeh MMC tərəfindən daşınmaz əmlaklara qoyulan qiymətlərin real olmamasını, real bazar qiymətindən kifayət qədər aşağı həddə olmasını göstərmişdir. Məhkəmə iddiaçının qiymətləndirmə hesabatının ləğvi barədə dəlilləri əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən bu dəlillər mülahizə xarakteri daşıyır və iddiaçı tərəfidən bunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 127ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - İsmayıl Xəlilov- sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, ilham Kərimli) 2(103)-11102/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düz gün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı əmlakların qiymətinin real bazar dəyərindən aşağı olduğunu bildirsə də, bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Qətnamədən narazı qalan İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) 28 fevral 2020-ci il tarixli, 2(102)- 1193/2020 saylı qərarı ilə kasasiya şikayəti təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.10.2019-cu il tar ixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın məzmununu müəyyən edən normalar mövcud olmadığından hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə “Məhkəmə ekspertiza fəaliyyəti haqqında" Qanunun 26-cı maddəsinin tələbləri əsasında hüquqi qiymət verilməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən Məhkəmə ekspertizasının rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri əks olunmalıdır. Qeyd edilən normanın qanunun analogiyası üzrə hazırkı mübahisəyə tətbiqi əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatda da istifadə edilən m etodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələrinin əks olunmasını ehtiva edir. Bundan başqa Mülki Prossesual Məcəllənin 101.6-cı maddəsində göstərilir ki, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Lakin Cavabdeh” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 01.03.2019- cu il tarixli hesabatından göründüyü kimi əmlakı qiymətləndirərkən hansı metod, üsul və vasitələrdən istifadə edildiyi göstərilməmiş və yuxarıda qeyd edilən əmlakların bazar qiyməti müəyyən edilərkən analoji əmlakların bazar qiymətləri təhlil edilməmişdir. Bundan başqa qiymətləndirilmə zamanı əmlakların konkret fərdi xüsusiyyətləri əks etdirilməmiş, bütün əmlaklara münasibətdə eyni parametrlərdən istifadə edilmiş və yalnız əmlakların ümumi sahələri və adları sadalanmaqla həmin əmlaklar bir birindən fərqləndirilmişdir. Hazırkı işdə mübahisələndirilən hesabatlarda hər bir əmlakın fərdi xüsusiyyətləri göstərilməklə həmin əmlakların qiymətini müəyyən etməyə imkan verən müfəssəl tədqiqat prosesi əks olunmadığından həmin rəyləri tətqiq etmək və qiymətləndirmək mümkün deyildir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Azad imanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vah id Sadıqov) 2(103)-5047/2020 saylı, 29 iyul 2020-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin aınması, rəyin verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi qərara alınmışdır. ““xxxx” MMC tərəfindən verilmiş 28.09.2020-ci il tarixli, № MB 13/1034 saylı qiymətləndirmə rəyindən görünür ki, əmlakların qiyməti aşağıdakı kimi müəyyən olunmuşdur:

1. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18-in (67.9 kv.m) hazırda mövcud satış (bazar) qiyməti 140000 manat və likvid dəyəri isə 126000 manat;

2. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15-in (165.8 kv.m) hazırda mövcud satış (bazar) qiyməti 350000 manat və likvid dəyəri 315000 manat;

3. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsinin hazırda mövcud satış (bazar) qiyməti 40000 manat və likvid dəyəri 34000 manat;

4. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsinin hazırda mövcud satış (bazar) qiyməti 25000 manat və likvid dəyəri 21300 manat;

5. İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyriyaşayış sahəsinin hazırda mövcud satış (bazar) qiyməti ******* manat və likvid dəyəri ******* manat;

6. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sa həsinin hazırda mövcud satış (bazar) qiyməti 57000 manat və likvid dəyəri 48400 manat;

7. İddiaçı məxsus olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırda mövcud satış (bazar) qiyməti 10000 manat və likvid dəyəri 8800 manat;

8. İddiaçı məxsus olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1,50 ha, 2,50 ha və 4,0 ha ehtiyat fondu (sahibkarlıq məqsədli) torpaq sahələrinin hazırda mövcud satış (bazar) qiyməti 64000 manat və likvid dəyəri 56300 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-5047/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəm əsinin 2(009)-1411/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində y erləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sahəsi; Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 01.03.2019- cu il tarixli hesabatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı qaytarılması, qiymətləndiricinin xidmət haqqı olan 800 manat pulun İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh MMC tərəfindən mülkiyyətində olan daşınmaz əmlakların qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsini tələb etməkdə qismən haqlı olmuşdur. Belə ki, iş üzrə təyin edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sahəsi; Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyəri ilə Cavabdeh MMC tərəfindən verilmiş qiymətləndirilmə nəticələri arasında kəskin fərq mövcuddur. Kolegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş qiymətləndirilmə nəticələri haqqında 01.03.2019- cu il tarixli hesabatı sadalanan əmlaklara aid hissədə ləğv edilməlidir. Kollegiya eyni zamanda hesab edir ki, iddia tələbi İddiaçı məxsus olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1,50 ha, 2,50 ha və 4,0 ha ehtiyat fondu (sahibkarlıq məqsədli) torpaq sahələrinin qiymətləndirilmə nəticələrinə aid hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, həmin əmlakın qiymətləndirilmə nəticəsi iş üzrə əsas sübut qismində tanınan “xxxx” MMC tərəfindən verilmiş 28.09.2020 -ci il tarixli, № MB 13/1034 saylı qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymətdən çoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 3-cü şəxs Heydərova Leyla Tofiq qızı (vəkil Alıyev Cavid Barat oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi işə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi onun iştirakı olmadan baxmışdır. İşdən görünür ki, üçüncü şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsini təsd iq edən sübut yoxdur. Buna baxmayaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla o, iş üzrə səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etmək, iddiaçının apelyasiya şikayətinə qarşı öz müdafiəsini hazırlamaq, etiraz və mülahizələrini bildirmək, razı olmadığı ekspertiza rəyi ilə bağlı təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermək kimi imkanlardan məhrum edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən həmçinin AR MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair 88, 217.1. və 217.3-cü maddələrinin tələblərin ə əməl edilməmişdir. İşdən görünür ki, məhkəmə iddianı qismən təmin edərkən yalnız "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə rəyini əsas götürmüşdür. Nəzərə alınsa ki, həmin rəydə mübahisəli əmlaklara qoyulan qiymətlərlə cavabdeh "Cavabdeh" MMC-nin hesabatında qoyduğu qiymətlər arasında kəskin fərq və ziddiyyətlər mövcud olmuşdur, belə olan halda, məhkəmə iş üzrə obyektiv və ədalətli nəticəyə gələ bilmək üçün həmin əmlaklarla bağlı təkrar ekspertiza təyin etməli idi. Lakin məhkəmə bunu etməmiş və öz qətnaməsində "xxxx" MMC-nin rəyinin nəyə görə, hansı meyarlara əsasən "Cavabdeh" MMC-nin hesabatından üstün olmasını əsaslandırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Mə hkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, 3-cü şəxs Heydərova Leyla Tofiq qızı, cavabdeh “xxxx” MMC-nin və 3-cü şəxs Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Heydərova Leyla Tofiq qızının vəkili Alıyev Cavid Barat oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədə şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə 3-cü şəxs tərəfindən iddianın təmin edildiyi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmi n edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası mütəxəssis rəyini əldə etdikdən sonra İddiaçı və Cavabdeh MMC-yə SMS-bildiriş ünvanlayaraq 28.10.2020-ci il tarixdə məhkəmə iclasının keçiriləcəyini bildirmiş, lakin 3-cü şəxslərə hər hansı bildiriş ünvanlamamışdır. Bundan sonra apelyasiya kollegiyası 28.10.2020ci il tarixdə keçirilmiş məhkəmə iclasını 11.11.2020-ci il tarixinə təxirə salmış, yenə də İddiaçı və Cavabdeh MMC-yə SMS-bildiriş ünvanlamış, 3-cü şəxslərə isə məhkəmə iclasının vaxtı və yeri barədə hər hansı m əlumat verməmiş, 11.11.2020-ci il tarixində keçirilən məhkəmə iclasında isə yekun məhkəmə aktı qəbul etmişdir. Bununla da apelyasiya kollegiyası tərəfindən prosesin çəkişmə prinsipi təmin edilməməklə, üçüncü şəxsin "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasında nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ (maddə 6), Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat verilməsi hüququ (maddə 60), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi şərti (maddə 127) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi (maddə 9) kobud şəkildə pozulmuşdur. Digər tərəfdən işə mahiy yəti üzrə baxmış apelyasiya kollegiyası əldə etmiş olduğu “xxxx” MMC-nin mütəxəssis rəyini əsas götürərək, iddia tələbinin təmin etdiyi hissəsini həmin rəyə uyğun əsaslandırmışdır. Lakin apelyasiya kollegiyası iddianı təmin etdiyi hissə üzrə iki qiymətləndirmə rəyi üzrə məbləğlərin əhəmiyyətli dərəcədə fərqlənməsini nəzərə almamış, ədalətli məhkəmə araşdırması hüququnu pozaraq obyektiv nəticəyə gəlinməsi üçün həmin hissələrə dair iş üzrə təkrar ekspertiza təyin etməmiş, bununla da prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 102.2-ci mddəsinə əsasən məhkə mə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3- cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan no rmaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin və çəkişmə prinsipinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.11.2020-ci il tarixli, 2(103)5047/2020 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs Heydərova Leyla Tofiq qızı kasasiya şika yəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5047/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar