Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2654/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativi və Kooperativin sədri X1, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra olunması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması və müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kolleg iyasının hakimləri X3 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativi və Kooperativin sədri X1, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra olunması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4239/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 01 iyun 2023-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativi və Kooperativin sədri X1 qarşı “müqavilə öhdəliklərinin icra olunması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin üzərinə iddiaçı ilə mənzilə aid bağladıqları müqavilənin “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi”, “mənzillərin girişində elektrik sayğacının quraşdırılması” üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binanın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna qarşı cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi nəticəsində dəymiş 15.000 manat maddi zərərin və 15.000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 nömrəli, 31 mart 202 2ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 MTK-nın üzərinə İddiaçı ilə ünvan 1 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi”, “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi”, “mənzillərin girişində elektrik sayğacının quraşdırılması”, “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh1 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, Cavabdeh1 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
3. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsi və iddia tələbinin cavabdeh Həbib Zülfüqarova aid hissəsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4239/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hak im Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanovun və Fuad Talışinskini) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Daha sonra 20 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 (nümayəndəsi və vəkil Nümayəndə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7584/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 MTK tərəf indən verilmiş apelyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7584/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadı ləğv olunmuş, apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilərək, apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
7. Qərardaddan Cavabdeh1 (nümayəndəsi və vəkil Nümayəndə) kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-801/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7584/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və o na etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
8. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4239/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən 27 yanvar 2023-cü il tarixdə Cavabdeh1 (nümayəndəsi və vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
9. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
10. Maddə 405.0.1. Apellyasiya instansiyası məh kəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kas sasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
14. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlü yünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə c avab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
18. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir.
19. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən tərəflərin, üçüncü şəxslərin şikayət vermə hüququ o halda yaranır ki, onların tələbləri təmin olunmamış olsun (MPM-nin 403.1-ci maddəsi).
20. Nəzərə alınmalıdır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəmə sində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
21. Hazırki iş üzrə müəyyən edilir ki, Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4239/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7584/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və qeyd olunan qərardaddan cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, qərardad qanuni qüvvəsini almışdır.
22. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4239/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi üzrə Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 Mənzil Tikintisi Kooperativinə münasibətdə tələbinin təmin olunmadığı halın olmadığını ehtiva edir və bu halda onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
23. Bundan başqa iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4239/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 vəkilinin elektron kabinetinə 24 iyun 2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin cavabdehin vəkili tərəfindən tərtib edilmiş kassasi ya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət 6 aydan çox keçdikdən sonra, 28 yanvar 2023-cü il tarixdə yerləşdirilmişdir. Kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.
24. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 402-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
26. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4239/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.