Məhkəmə qərarları › İş №2(102)-2657/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2657/2019

24.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2657/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli 2(103)11531/2018 saylı qətnaməsindən iddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.K.Mürsəlov, iş № 2(002)-288/2018) iddiaçı N qızının cavabdeh X2 qarşı birgə mülkiyyətdə olan əmlakın bölünməsi tələbi nə dair iddiası təmin edilərək X5 ilə X4 arasında “Mercedes Benz E-350” markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə həmin avtomobilə dair verilmiş 07 iyun 2017-ci il tarixli şəhadətnamənin ləğv edilməsi, X1 adına olan həmin avtomobilin və “Seat Toledo” markalı avtomobilin tərəflərin birgə mülkiyyəti hesab edilməsi, həmin avtomobillərə iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınması, avtomobillərin açıq hərracdan satılaraq əldə olunan pul vəsaitinin ½ hissəsinin iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tərəflər arasında bölünərək onun 2/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə isə cavabdehin mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 10 iyul 2018ci il tarixli qətnaməsi qismən – qeyri-yaşayış sahəsinin bölünməsi hissəsində ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməklə qeyri-yaşayış sahəsinin tərəflər arasında bərabər paylarda bölünməsi və tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməsi, həmin tələb üzrə iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: Tərəflər 19 fevral 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2005 və 2010-cu illərdə iki uşaqları olmuşdur. 2016-cı ilin noyabr ayında tərəflərin ailə münasibətləri pozulmuşdur. 2017-ci ilin iyul ayında X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş iki avtomobilin və qeyri-yaşayış sahəsinin bölünərək avtomobillərin 1/2 hissəsinə, qeyri-yaşayış sahəsinin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınması, avtomobillərin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin qeyri-yaşayış sahəsinin tərəflər arasında bərabər paylarda bölünməsinə dair hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsin in tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə qeyri-yaşayış sahəsinin bərabər paylarda bölünməsinə dair hissədə ləğv edilib həmin hissədə iddianın təmin edilərək qeyri-yaşayış sahəsinin 2/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə isə cavabdehin pay hüququnun müəyyən olunmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyri-yaşayış sahəsinə tərəflərin bərabər pay hüquqlarını müəyyən edərkən hesab etmişdir ki, iddiaçının himayəsində iki uşağının olması onun pay hüququnun artırılmasına əsas verən müstəsna hal hesab edilə bilməz. Apellyasiya məhkəməsinə görə Ailə Məcəlləsinin 37.1-ci maddəsi ər-arvadın ümumi əmlakdakı paylarını bərabər hesab etdiyindən, qeyri-yaşayış sahəsi onlar arasında bərabər paylarda bölünməlidir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə uşaqların mənafeyini lazımınca nəzərə almadan gəldiyindən qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edi lir. (37.1.) Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.(37.2.) Göründüyü kimi qanun ər-arvaddan birinin payının artırılması imkanını məhkəmə kollegiyasının göstərdiyi kimi hər hansı bir müstəsna haldan asılı etməmişdir. 37.2-ci maddəyə görə məhkəmə ayrı-ayrı hallarda yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alıb ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İddiaçının himayəsində iki uşağının olması qanunun göstərilən normasının (37.2-ci ma ddə) qüvvəsini tətbiq edib iddiaçının ümumi əmlakdakı payının artırılması üçün əsas verdiyindən, kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmaqla iddiaçının payı 2/3 hissədə müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2018-ci il tarixli qətnaməsi qeyri-yaşayış sahəsinin bərabər paylarda bölünməsinə dair hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə iddiaçı N qızının 2/3 hissədə, cavabdeh X1 1/3 hissədə payları müəyyən olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar