Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2657/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili V1 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)***/2019 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) xx.xx.2019-cu il tаrixli, 2(004)- */2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “addan istifadənin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, E.Şamayev) xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(004)-*/2019 saylı qətnaməsinin iddia tələbinin “İddiaçı MMC-nin adından istifadə edilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qadağan edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın qeyd edilən hiss ədə təmin edilməsi, İddiaçı MMC-nin adından istifadə edilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qadağan edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı MMCiş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “addan istifadənin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı MMC-nin adından istifadə edilməsinin qadağan edilməsi, “Adımı yaz”, “Ağlayan sevgi”, “Dəniz”, “Gözəldir”, “Günlərim, aylarım”, “İki söz, bir cümlə”, “Nazı yandırdı”, “Sevmişəm biri ni”, “Şəmkir”, “Toy”, “Ucar”, “Yandım”, “Yenə gəl”, “Heyif” mahnılarının cavabdehlər tərəfindən ifa edilməsinin qadağan olunması; qrupun tanınması, musiqilərin yazılması, geyimlərin alınması, klip çəkilişi ilə bağlı İddiaçı MMC tərəfindən xərclənən 20.000 manat pulun, İddiaçınun adından qanunsuz istifadəyə görə əldə edilmiş gəlirin müəyyənləşdirilərək, həmin məbləğin 50 faizinin və dəymiş mənəvi zərərə görə 30.000 manat pulun, hüquqi yardıma görə ödədiyi 150 manat, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin “X6” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İş üzrə yuxarıd a göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi və vəkili V1 qızı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi iş üzrə tam deyildir. Belə ki, cavabdehlərlə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilsə də, cavabdehlər İddiaçı adından hazırda da istifadə etməkdə davam edirlər. Bununla bağlı sübutlar isə apelyasiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə isə iddianı yalnız addan istifadə hissəsində təmin etmişdir. İddianın digər hallarına münasibətdə məhkəmə həmin halların sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Mahnıların yazılmasına, geyimlərin alınması və klip çəkilişinə sərf olunan məbləğlə bağlı sübutların təqdim edilməsində problemlər olsa da, mənəvi zərərlə bağlı belə bir problem yoxdur. Belə ki, addan qanunsuz olaraq istifadə edilməsi təqdim edilmiş sübutlarla təsdiq edildiyindən, iddia mənəvi zərər hissəsində də təmin edilməli idi. Çünki mənəvi zərər məhz addan istifadə ilə bağlıdır. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü mad dəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili V1 qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı MMC X5 tərəfindən təsis edilib və Cəmiyyət xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınıb və VÖEN ********** əsasında fəaliyyət göstərir, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 169 M12 mənzil 3 ünvanıdır. İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi X3r. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqavilələrinə əsasən cavabdehlər İddiaçı MMC-yə ifaçı kimi işə qəbul edilmişlər. Cavabdehlərin əəmək funsiyası mahnıların hazırlanması; mahnıların ifası və təqdimatından ibarət olmuşdur. İddiaçı MMC-nin ifaçısı Cavabdeh1, ifaçı-bəstəkarı Cavabdeh3 və icraçıdirektoru Cavabdeh2 xx.xx.2019-cu il tarixli ərizələrlə İddiaçı MMCnin təsisçi-direktoru X4 müraciət edərək, xx.xx.2019-cu il tarixdən tutduqları vəzifədən azad edilmələrini və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsini xahiş etmişlər. İddiaçı MMC-nin təsisçidirektoru X2 xx.xx.2019-cu iltarixli əmrləri ilə İddiaçı M MC-nin ifaçısı Cavabdeh1, ifaçı-bəstəkarı Cavabdeh3 və icraçı-direktoru Cavabdeh2 tutduqları vəzifələrdən azad edilmişlər, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin iddia ərizəsində adları göstərilən “Adımı yaz”, “Ağlayan sevgi”, “Dəniz”, “Gözəldir”, “Günlərim, aylarım”, “İki söz, bir cümlə”, “Nazı yandırdı”, “Sevmişəm birini”, “Şəmkir”, “Toy”, “Ucar”, “Yandım”, “Yenə gəl”, “Heyif” mahnılarının müəllif hüququnun İddiaçı MMC-yə məxsus olmasını təsdiq edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş şəhadətnamələri, müəllif müqavilələrini, əsərlər (mahnılar) üzərində sair hüquqlarını müəyyən edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qrupun tanınması, musiqilərin yazılması, geyimlərin alınması, klip çəkilişi ilə bağlı İddiaçı MMC tərəfindən xərclənən 20.000 manat pul xərclənməsini və bu məbləği məhz cavabdehlərə xərcləməsini, İddiaçınun adından qanunsuz istifadə etməklə cavabdehlərin gəlir əldə etmələrini, həmçinin cavabdehlərin hərəkətləri nəticəsində İddiaçı MMC-yə mənəvi zərər dəyməsini (çünki, hüquqi şəxsin fiziki və mənəvi iztirablar çəkməsi, mənəvi sarsıntılara məruz qalmaları qeyri-mümkündür, mənəvi zərər vurulmasının subyekti yalnız fiziki şəxslər ola bilərlər) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçı öz tələblərinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən əsəri yaradan şəxs onun mü əllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi - ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il. Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoymadığı hallar istisna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu müddə a müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Həmin Qanunun 45-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ö dənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun qüvvəyə minməsi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 438 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 38 nömrəli qərarı ilə Əsərin qeydiyyatı haqqında şəhadətnamənin nümunəsi və verilmə qaydası, həmçinin Azərbaycan Respublikası ərazisində tətbiq olunan müəllif müqavilələrinin nümunəsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına (Əlavə 1) əsasən müstəsna müəlliflik hüquqlarının sahibləri müəlliflik hüququnun qüvvədə olduğu müddətdə əsərlərini Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər. Əsərini qeydiyyatdan keçirən hüquq sahibinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi forma üzrə şəhadətnamə verilir. Bununla belə apelyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbi iddiaçının adından istifadənin cavabdehləri qadağan edilməsi hissəsində əsaslıdır. Belə ki, Mülki Məcəllənin 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-ko mmersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. Həmin Məcəllənin 50.1-1-ci maddəsinə əsasən qeyrihökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən isə başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol veril mir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. İş materiallarında olan və iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər və video görüntülərdən görünür ki, cavabdehlər İddiaçı MMC tərəfindən onların müqavilələrinə xitam verildikdən sonra sosial şəbəkələrdə, habelə televiziya kanallarında qanunsuz olaraq iddiaçının adında istifadə etmiş, özlərini həmin qrupun üzvü kimi göstərmişlər. Belə olan halda apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı MMC-nin adından istifadə edilməsi cavabdehlərə qadağan edilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin məzmunundan və xahiş etdi hissəsindən görünür ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində mahnıların yazılmasına, geyimlərin alınması və klip çəkilişinə sərf olunan məbləğlə bağlı sübutların təqdim edilməsində problemlər olmasını etiraf etmiş olsa da, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının mənəvi zərərlə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı mənəvi zərərlə bağlı tələbinin sübut edilməsini vurğulasa da, apelyasiya kollegiyası iddianın bu hissəsi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, hüquqi şəxsin fiziki və mənəvi iztirablar çəkməsi, mənəvi sarsıntılara məruz qalmaları qeyri-mümkündür, mənəvi zərər vurulmasının subyekti yalnız fiziki şəxslər o la bilərlər. Bununla da iddiaçı mənəvi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbayc an Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2657/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2657/2020
30.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver