Məhkəmə qərarları › İş №2(102)-2659/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2659/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2659/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ 27 iyul 2023-cü il Bakı şəhəri 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)1580/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 01 sentyabr 2015-ci il tarixdə İddiaçı rəsmi nikah əs asında X ilə ailə qurmuş və onların birgə nikahından 21 dekabr 2016-cı il tarixdə Aynur adlı övladları doğulmuşdur. 05 avqust 2019-cu il tarixli, 157 saylı müqaviləyə əsasən "xxxx" MMC-ti Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsi, 1950-ci məhəllədə yerləşən yaşayış kompleksinin 3-cü girişində olan, 4 otaqlı, ümumi sahəsi 198,02 kv.metr olan 4 saylı mənzili 200.000 manata Cavabdeh1 satmışdır. "xxxx" MMC tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli maliyyə arayışına əsasən mənzilin pay haqqı Cavabdeh1 oğlu tərəfindən tam məbləğdə ödənilmişdir və göstərilən mənzil üçün heç bir borcu yoxdur. 26 iyul 2019-cu il tarixli, 61 saylı müqaviləyə əsasən "xxxx" MMC-ti ünvan 1 ünvanda yerləşən yaşayış binasının İ blok 3-cü mərtəbəsində yerləşən sahəsi 99.0 kv.metr olan 1 saylı mənzilini 118.800 manata İddiaçı satmışdır. "xxxx" MMC tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən mənzilin pay haqqı İddiaçı tərəfindən tam məbləğdə ödənilib və onun heç bir borcu yoxdur. 03 avqust 2021-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçın adına qeydə alınmışdır. 26 iyul 2019-cu il tarixli, 62 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 4 binanın İ blok, 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilini 137.760 manata İddiaçı satmışdır. "xxxx" MMC tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən sözügedən mənzilin pay haqqı tam məbləğdə İddiaçı tərəfindən ödənilmişdir və onun "xxxx" MMC-nə heç bir borcu yoxdur. 31 iyul 2021-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 06 may 2021-ci il tarixli, 73 saylı müqaviləyə əsasən "xxxx" MMC-ti tərəfindən ünvan 4 evin 1-ci mərtəbəsində yerləşən, sahəsi 90,0 kv.metr olan qeyri-yaşayış sahəsini (obyekti) 126.000 manata İddiaçı satmışdır. "xxxx" MMC tərəfindən verilmiş 06 may 2021ci il tarixli maliyyə arayışına əsasən sözügedən qeyri-yaşayış sahəsinin pay haqqı İddiaçı tərəfindən tam məbləğdə ödənilmiş və onun həmin qeyri-yaşayış sahəsinə görə "xxxx" MMC-nə borcu yoxdur. 02 iyun 2021-ci il tarixli Çıxarışa əsasən sözügedən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 06 may 2021-ci il tarixli, 74 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 4 evin 1-ci mərtəbəsində yerləşən, sahəsi 382,10 kv.metr olan qeyri-yaşayış sahəsini (obyekti) 543.200 manata İddiaçı satmışdır. "xxxx" MMC tərəfindən verilmiş 06 may 2021ci il tarixli maliyyə arayışına əsasən sözügedən qeyri-yaşayış sahəsinin pay haqqı tam məbləğdə İddiaçı tərəfindən ödənilmiş və onun "xxxx" MMC-nə borcu yoxdur. 02 iyun 2021-ci il tarixli Çıxarışa əsasən sözügedən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 04 oktyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edlmiş bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evdə yerləşən sahəsi 382,1 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünür ki, İd diaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evin 1-ci mərtəbəsində yerləşən sahəsi 382,1 kv.metr olan qeyri- yaşayış sahəsini bağışlamaq istədiyini bildirmişdir. 04 oktyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evin 1-ci mərtəbəsində yerləşən sahəsi 86,1 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünrü ki, İddiaçı ünvan 4 evin 1-ci mərtəbəsində yerləşən sahəsi 86,1 kv.metr olan qeyri- yaşayış sahəsini bağışlamaq istədiyini bildirmişdir. 05 oktyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 4 evin sahəsi 89,9 kv.metr olan 1 saylı mənzilini Ca vabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evin sahəsi 89,9 kv.metr olan 1 saylı mənzilini bağışlamaq istədiyini bildirmişdir. 05 oktyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evin sahəsi 103,70 kv.metr olan 2 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsinə əlavə edilmiş ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evin sahəsi 103,70 kv.metr olan 2 saylı mənzilini bağışlamaq istədiyini bildirmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-1115/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmi n edilmiş, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən sahəsi 0,113454 ha olan torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə İddiaçı tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, İddiaçı Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən sahəsi 0,113454 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılması, ünvan 3 ünvanda yerləşən, sahəsi 0,113454 ha torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evinin və əlavə tikililərin Cavabdeh1 təhvil verilməsi, habelə İddiaçı Cavabdeh1 qarşı ünvan 2 ünvanda yerləşən 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması və onun təmin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, həmin torpaq sahəsi və həmin torpaq sahəsində olan ev heyvanlarının (dörd ədəd pişiyin) İddiaçı təhvil verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1393/2022 saylı, 13 iyul 2022ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 01 sentyabr 2015-ci il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, 21 dekabr 2016-cı il tarixdə doğulmuş X1 anası Cavabdeh1 yanında saxlanılmas və İddiaçı 17 fevral 2022-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. 09 aprel 2022-ci il tarixli pul məbləğinin geri qaytarılmasına dair müqavilədən görünür ki, İddiaçı 15 dekabr 2021-ci il tarixdə Gürcüstan Respublikasında yerləşən “Georgia” Bankından götürdüyü 70.308 ABŞ dollarını, həmin günə manata olan məzənnəsi ilə 119.523,6 manat pulu notariusun deposit hesabı vasitəsilə Cavabdeh1 ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evdə yerləşən ümumi sahəsi 86.1 kv.metr və ümumi sahəsi 382,1 kv.metr olan qeyri-yaşayış sahələrinin bağışlanmasına dair 04 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin, onların əsasında verilmiş Çıxarışla rın və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evin sahəsi 89,9 kv.metr olan 1 saylı və həmin ünvanda yerləşən sahəsi 103.7 kv.metr olan 2 saylı mənzillərinin bağışlanmasına dair 05 oktyabr 2021-ci il tarixli bağışlama müqavilələrinin, onların əsasında verilmiş Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1996-cı ildə tanış olmuş, 2008-ci ildən faktiki münasibətləri yaranmış və 09 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olumuşlar. Cavabdehlə rəsmi nikaha daxil olduqan sonra Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 510, 13 B saylı evin, 12 saylı mənzildə yaşayaraq ümumi təsərrüfatı birlikdə idarə etmişlər. Cavabdehlə birgə nikah müddətində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 15 saylı evin, sahəsi 114,8 kv.metr olan 2 saylı mənzilini əldə etmişlər. Belə ki, 26 iyul 2019-cu il tarixdə "xxxx" MMC ilə onun arasında ünvan 4 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının İ blok, 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilin 137.760 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC-ti 29 iyun 2021-ci il tarixli maliyyə arayışı ilə həmin mənzilin pay haqqının tam ödənilməsini bildirərək Cəmiyyətin ona heç bir borcunun olmamasını bildirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında göstərilən mənzil 31 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əm lakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlə rəsmi nikaha daxil olduqan sonra həmçinin 26 iyul 2019-cu il tarixdə "xxxx" MMC ilə onun arasında ünvan 5 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının İ blok, 3-cü mərtəbəsində yerləşən sahəsi 99.0 kv.metr olan 1 saylı mənzilinin 118.800 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC-ti 29 iyun 2021-ci il tarixli maliyyə arayışı ilə həmin mənzilin pay haqqının tam ödənilməsini bildirərək onun Cəmiyyətə heç bir borcunun olmamasını bildirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında göstərilən mənzil 03 avqust 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqınd a daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmçinin cavabdehlə rəsmi nikaha daxil olduqan sonra 06 may 2021-ci il tarixdə "xxxx" MMC ilə onun arasında ünvan 4 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 388,0 kv.metr olan qeyri-yaşayış sahəsinin (obyektinin) 543.200 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin (obyektinin) pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC-ti 06 may 2021-ci il tarixli maliyyə arayışı ilə həmin qeyri-yaşayış sahəsinin (obyektin) pay haqqının tam ödənilməsini bildirərək onun Cəmiyyətə heç bir borcunun olmamasını bildirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında göstərilən qeyriyaşayış sahəsi (obyekt) 02 iyun 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin qeyri-yaşayış sahəsinə (obyektinə) dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. ünvan 5 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 378,0 kv.metr olan qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 08 may 2021-ci il tarixdə 20 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Göstərilən icarə müqaviləsinin 4.1- ci bəndinə əsasən icarə haqqı 8.140 manat şərtləşdirilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC-nin Mərkəzi filialında hesab açdırmış və icarə haqqının həmin hesaba ödənilməsi şərtləndirilmişdir. Həmçinin cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra 06 may 2021-ci il tarixdə "xxxx" MMC ilə onun arasında ünvan 4 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış bi nasının 1-ci mərtəbəsində sahəsi 90,0 kv.metr olan qeyri-yaşayış sahəsinin (obyektin) 126.000 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin (obyektin) pay haqqı tam şəkildə ödənilmişdir. "xxxx" MMC-ti 06 may 2021-ci il tarixli maliyyə arayışı ilə həmin qeyri-yaşayış sahəsinin (obyektinin) pay haqqının tam ödənilməsini bildirərək onun Cəmiyyətə heç bir borcunun olmamasını bildirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında göstərilən qeyri-yaşayış sahəsi (obyekt) 02 iyun 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adıma qeydə alınaraq həmin qeyriyaşayış sahəsinə (obyektə) dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. ünvan 5 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 86.10 kv.metr olan qeyriyaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 15 iyul 2021-ci il tarixdə 5 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Göstərilən icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqı 581.40 manat şərtləşdirilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC-nin Mərkəzi filialında hesab açdırmış və icarə haqqının həmin hesaba ödənilməsi şərtləndirilmişdir. Həmçinin 05 avqust 2019-cu il tarixdə "xxxx" MMC ilə cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsində, 1950-ci məhəllədə yaşayış kompleksinin 3-cü girişində 4 otaqlı, ümumi sahəsi 198,02 kv.metr olan 4 saylı mənzilin 200.000 manat məbləğində alqı-satqısına dair müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli maliyyə arayışından görünür ki, mənzilin pay haqqı tam ödənilmişdir və mənzil üçün heç bir borcu yoxdur. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada göstərilən daşınmaz əmlakları əldə etmiş və həmin daşınmaz əmlakların qeyri-yaşayış sahələrinə aid olan hissələrini icarəyə verərək icarə haqqı almağı nəticəsində əmlakın təbii faydalı xassələrini hasil etməyin və ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanına malik olmuşdur. Lakin, 2021-ci ilin oktyabr ayının əvvəllərində cavabdeh ona bildirmişdir ki, onunla birgə nikah müddətində əldə etdiyi göstərilən daşınmaz əmlaklara onun ölüm halım baş verdiyi halda, ondan daha əvvəl nikahda olduğu X doğulmuş oğlu Vəkil2 vərəsə ola bilməsin deyə göstərilən əmlakları formal olaraq bağışlama qaydasında onun adına keçirsin. Cavabdehin göstərilən təklifi ilə razılaşmışdır. Lakin, cavabdeh göstərilən niyyətlə bağlı təkid etməkdə davam edirdi. Cavabdeh əlavə olaraq bildirmişdir ki, göstərilən qeyriyaşayış sahələrinə dair bağlanmış icarə müqavilələri üzrə ödənilməli olan icarə haqqlarının ödənilməsi üçün onun adına açılmış hesab qüvvədə qalacaq və icarə haqqı onun adına açılmış hesaba ödəniləcək və aylıq icarə haqlarını yenə də o özü alacaq. Ailə münasibətləri pozulmasın deyə nəhayət onunla razılaşmışdır. Cavabdeh isə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, tərəflər birgə nikahda olmuş və bu nikah pozulmuş, bu barədə qətnamə qanuni qüvvəyə minmişdir. Birgə nikah dövründə bir neçə əmlak almışlar, bu əmlaklar cavabdehin vəsaiti hesabına alınmışdır, həmin dövrdə iddiaçı işləmirdi. Bununla bağ lı arayış məhkəməyə təqdim olunmuşdur. Əmlaklar alındıqdan bir müddət sonra tərəflər öz aralarında razılaşmışlar ki, iddiaçı bu əmlakları cavabdehin adına rəsmiləşdirsin və ər-arvad olduqları üçün bağışlanma yolunu seçiblər və müvafiq notariat kontorunda iddiaçı həmin əmlakları cavabdehin adına rəsmiləşdirmişdir. Bağışlanma müqavilələri həyata keçirilərkən tərəflər arasında münasibətlər normal olmuş, ailə münasibətləri davam etmişdir. İddiaçı, Gürcüstan Respublikasında yerləşən Bankda onun adına olan pul vəsaitini onun adına verdiyi etibarnamədən sui-istifadə edərək götürməyə çalışdığından tərəflər arasında olan münasibətlər pozulmuş və dekabrın ortalarından tərəflərin ailə münasibətlərinə faktiki xitam verilmişdir, həmin dövrdən tərəflər ayrı yaşayırlar. Eyni zamanda birinci nikahdan olan oğlunun onun adına olan əmlakları mənimsəməsi söhbəti iddiaçı ilə onun arasında olmamışdır. Şəraitin əhəmiyyətli dəyişməsi məsələsi ilə bağlı iddiaçının dediklərinə gəldikdə isə mülki qanunverciliyə görə şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır, yəni dəyişim o dərəcədə əhəmiyyətli xarakter daşımalıdır ki, tərəflər bunu əvvəlcədən görə bilməzdilər, yaxud görə bilsəydilər müqavilə bağlamazdılar. Ancaq iddiaçı bildirir ki, onunla aralarındakı münasibətlər avqust ayından pis imiş. Yəni iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etdiyi hal iddiaçıya bağışlamadan əvvəl məlum idi. Göründüyü kimi iddiaçı ziddiyyətli izahatlar vermişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 670-ci maddə ilə bağlı 19 dekabr 2012-ci il tarixli qərarında verd iyi şərhdə qeyd etmişdir ki, bağışlama müqaviləsinin ləğvinin 422-ci maddədə nəzərdə tutulan müqavilənin ləğvindən fərqli əsası var və bu müqavilələr də hərhansı qeyd-şərt nəzərdə tutulmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(004)5398/2022 saylı qətnaməsi ilə (hakim G.Babazadə) iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nikah dövründə əldə etdiyi əmlakların cavabdehə bağışlanmasına dair müqavilələr hər hansı şərtlə şərtləndirilməmişdir. İddiaçının iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi hallar tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. İşin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlm ir. Cavabdeh daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin digər əsası ilə bağlı qeyd etmişdir ki, iddiaçı bağışlama müqavilələrinin bağlanması ilə onun birinci nikahından olan oğlunun vərəsəlik hüququnun məhdudlaşdırıldığını qeyd etmişdir. Göründüyü kimi iddiaçı sağdır. Hər hansı miras əmlak mövcud deyildir. İddiaçının oğlunun əvəzinə sağ ikən belə bir əsas gətirərək bağışlama müqavilələrinin ləğvini tələb etməsinin hüquqi əsası mövcud deyil. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mül ki Məcəllənin 6.2, 152.4, 394, 399.1, 421.1, 421.2, 422.1, 422.2, 666.1, 667.1, 668.1, 673.1, 1200-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxılmamış və yanlış nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə cavabdehin icarə haqqını iddiaçının bank hesablarıma köçürmək öhdəliyini yerinə yetirməməsini araşdırmamış və nəzərə almamışdır. Məhkəmə onu araşdırmamış və nəzərə almamışdır ki, cavabdeh iddiaçının küçəyə qovduqdan sonra onun yaşamağa yeri olmamışdır. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, cavabdeh iddiaçının hesablarından bütün pulları çıxarmış və bu pul onun özündə qalmışdır. Məhkəməyə təqdim olunan sənədlərdən belə görünür ki, cavabdeh iddiaçının qızı ilə ünsiyyətinə mane olur, bununla həm onun, həm də qızının hüquqlarını kobud şəkildə pozur. Məhkəmə əqdin ilkin olaraq uydurma əqd olmasını, formal xarakter daşıdığını və əqdin aldatmaq məqsədilə bağlanmasını, cavabdeh tərəfindən ailə hüquq vəzifələrini pozaraq iddiaç ını faktiki olaraq dolanışıq vəsaitlərindən məhrum etməsini və yeganə yaşayış yerindən məhrum etməsini bununla da bu hədiyyənin onun üçün ağır yükə çevirilməsini araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)1580/2023 saylı qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən, məruzəçi, R.Eyvazov və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(004)-5398/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı qeyd olunan müqavilələrin etibarsızlığına səbəb ola biləcək halları tələbində və izahatında qeyd etmiş (onu təhdid etməsi, məcb ur olunması və sair), lakin həmin halları məhkəmə iclasında sübuta yetirə, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və bağışlama müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmamışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.4, 339.1, 339.2, 339.3, 394, 399.1, 421.1, 421.2, 422.1, 422.2, 666.1, 667.1, 668.1, 673.1-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, on a qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X2) kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddianın, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmiş və apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozaraq, həmin normanı hazırki mübahisəli məsələyə düzgün tətbiq etməmişdir. Məhkəmə əmlakın bağışlanmasına dair əqdlərin etibarlılığını yoxlayarkən iddiaçını və cavabdehi istiqamətləndirən motivlərlə bağlı iddiaçının məhkəməyə verdi yi izahat və sübutları hüquq normalarına uyğun olaraq qiymətləndirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən e dilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdimübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqdbağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdinmübahisələndirilməsi üçün t ərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdmübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdimübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməs i və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilə r, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər (422.2.1.) Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış o lmasın. Maddə 668.1.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə (673.1.1.); hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda (673.1.2.); o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (673.1.3). Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansi yası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər 01 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı, 04 oktyabr 2021-ci il tarixdə notarial qay dada təsdiq edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 15 saylı evin 1-ci mərtəbəsində yerləşən sahələri 86,1 və 382,10 kv.metr olan qeyri-yaşayış sahələrini, habelə 05 oktyabr 2021-ci il tarixdə həmin ünvanda yerləşən sahələri 89,9 kv.metr və 103,70 kv.metr olan 1 və 2 saylı mənzillərini arvadı olan cavabdehə bağışlamışdır. Tərəflər arasında bağlanmış nikah isə 13 iyul 2022ci il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Əvvəla, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı kassasiya şikayətində yalnız işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasın ı kassasiya şikayətində göstərməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsində göstərilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunmuş nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Digər tərəfdən, tərəflərin birgə nikah dövründə, ümumi gələrləri hesabına əldə etdikləri sözügedən əmlakların iddiaçı tərəfindən cavabdehə bağışlanmasına dair bağışlama müqavilələri hər hansı şərtlə şərtləndirilməmişdir. İddiaçı, iddia ərizəsində olduğu kimi kassasiya şikayətində də bağışlama müqavilələrinin bağlanması ilə onun birinci nikahdan olan oğlu Vəkil2 vərəsəlik hüququnun pozulduğunu, məhdudlaşdır ıldığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu diləlil ilə razılaşmır. Belə ki, hazırda iddiaçı özü sağdır və mübahisəli əmlaklar miras əmlak statusuna malik deyillər. Ona görə də iddiaçının sağ olduğu halda oğlu Vəkil2 əvəzinə hazırki əsasla bağışlama müqavilələrinin ləğvini tələb etməsinin qanuni əsası yoxdur. Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçı, heç müvafiq subyektiv hüquqa malik olmamışdır. Bundan başqa iddiaçı, kassasiya şik ayətində cavabdehin ona şifahi söz verdiyini, bağışlama müqavilələrinin formal bağlandığını, həmin müqavilələrin bağlanmasına heç bir zərurətin olmadığını, bağışlama müqavilələrinin bağlanmasından dərhal sonra cavabdehin nikahın pozulması barədə hazırki iddia ilə məhkəməyə müraciət etdiyini və beləliklə də, bağışlama müqavilələrinin bağlanmasından sonra mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlillərini də əsassız hesab edir. Çünki bağlanmış nikahın pozulmasını tələb etmək cavabdehin hüququdur və tərəflərin nikahının pozulması ilə bağışlama müqavilələrinin ləğvi arasında hər hansı bir səbəbli əlaqə olmamışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi hallar t ərəflərin bağışlama müqavilələrini bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Əksinə, işdən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulmasının səbəbkarı iddiaçı özü olmuşdur. İddiaçı özü də kassasiya şikayətində göstərmişdir ki, cavabdehlə ailə münasibətləri normal olan ərəfələrdə biri-birinə inamı- etibarı olmuşdur. Cavabdeh isə iddiaya etirazında göstərmişdir ki, sonuncu ona edilmiş etibardan suiistifadə edərək, ona verilmiş etibarnamə əsasında 15 dekabr 2021-ci il tarixdə Gürcüstan Respublikasında Bankda onun adına olan bank hesabından külli miqdarda pul vəsaitini ona məlumat vermədən çıxarmış və məhz bundan sonra tərəflərin ər-arvad münasibətləri pozulmuşdur. Halbuki, cavabdeh pulun çıxarılmasından 6 gün əvvəl, yəni 09 d ekabr 2021ci il tarixdə iddiaçının adına verdiyi etibarnaməni notarial qaydada ləğv etdirmiş və bu barədə sonuncuya məlumat vermişdir. Göründüyü kimi, işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir və bütün qeyd olunan proseslərdən xeyli əvvəl iddiaçı birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə edilmiş sözügedən əmlakları könüllü olaraq cavabdehə bağışlamışdır. Bu mənada kassasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının irəli sürdüyü digər faktiki hallar da onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı qeyd olunan müqavilələrin etibarsızlığına səbəb ola biləcək halları da tələbində və izahatında qeyd etmiş olsa da (onu təhdid e tməsi, məcbur olunması və sair), həmin halları da məhkəmə iclasında sübuta yetirə və bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və ümumiyyətlə bağışlama müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, cavabdehin sözügedən daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etməsi mülki iş materialları ilə təsdiq olunduğundan, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran ma raqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət ve rildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-1580/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar