Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2659/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı işi üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma 14.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-438/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları mü əyyən etmişlər: 2. 14 oktyabr 2015-ci il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən “MTK” adlanan Cavabdeh pay qismində çıxış edən Sumqayıt şəhəri, 6-cı mkr Səməd Vurğun küçəsndə tikilməkdə olan bina 5, blok 5, mərtəbə 9, 3 otaqlı, 62 nömrəli mənzili tikib “Payçı” İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür;
3. Həmin müqaviləyə əsasən mənzilin sahəsi 85,5 kv.m təşkil edir. Müqavilənin ümumi dəyəri 94110,68 manat təşkil edir. Müqavilənin ilkin ödənişi 23,10 faiz, yəni 21740,8 manatdır. İddiaçı müqavilə qiymətinin qalan 72370 manat məbləğini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən cədvəl üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür;
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanı (ümumi sahəsi 81.0 kv.m) Daşınmaz Əmlakın Dövlət Reyestrində 302 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********69-05305-093018 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır;
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətinə əsasən reyestr nömrəsi **********6905305-093018 olan ünvan 1 ünvanı İddiaçı adına xx.xx.2017-ci il tarixdə 31875 inventar nömrəsi ilə qeydə alınmışdır. Mənzil 9-cu mərtəbədə yerləşir, 3 o taqlı, ümumi sahəsi 81.0 kv.m, yaşayış sahəsi 50.5 kv.m-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MTK-yə qarşı artıq alınmış pulların geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 5173 manat məbləğində pulun, dövlət rüsumu kimi köçürdüyü 60.40 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK-nın Sumqayıt filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən həmin şirkətə məxsus, ünvan 2 ünvanında yerləşən 62 saylı, sahəsi 85,5 kv.m. olan 3 otaqlı mənzili 98285 (doxsan səkkiz min iki yüz səksən beş) manata almaq barədə razılığa gəlmiş və həmin mənzilin 1 kv.m-nin dəyəri 1149.53 manat müəyyən edilmişdir. İddiaçı, həmin mənzilin dəyərini tam olaraq ödəmiş və xx.xx.2017-ci il tarixdə onun həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatından keçməklə ona ******* nömrəli RX seriyalı çıxarış da verilmişdir. Həmin çıxarışda mənzilin sahəsi 81 kv.m. göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 85.5 kv.m.-nin tam dəyərini almış, əslində isə ona təxminən 4.5 kv.m. az sahəsi olan mənzili satmışdır. Bununla da iddiaçıdan 5173 (beş min yüz yetmiş üç) manat məbləğində artıq pul almışdır. İddiaçıdan artıq alınmış həmin vəsait vurulmuş ma ddi ziyan kimi qiymətləndirilməklə cavabdehdən alınaraq ona geri qaytarmalıdır. İddiaçı, bu mənzilləri alarkən pulları bankdan kredit götürmüş və həmin pula görə banka əlavə faiz ödənişləri həyata keçirmiş və nəticədə 2000 manat məbləğində əlavə maddi ziyana da düşmüşdür. Bundan başqa cavabdehin iddiaçını aldatması, ona aldığından kiçik ölçüdə mənzil satması ona ağır mənəvi stress yaratmış, ona 3000 (üç min) manat mənəvi ziyan vurmuşdur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2676 nömrəli rəyə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhəri, 6-cı mikrorayon S.Vurğun küçəsində yerləşən 5-ci bina, blok 5, 62 saylı mənzilin sahəsinin İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx. xx.2015-ci il tarixli ********* saylı müqavilənin 2.5-ci bəndinə uyğun olaraq yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxil olmaqla 83,94 m2 olduğu, bu sahənin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən olunur. Tədqiq olunan mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə uyğun olduğu müəyyən olunur.
9. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(012)-1673/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (X1)
10. Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinə əsasən, iddiaçı və cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı m üqavilənin 2.5-ci bəndinə uyğun olaraq yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxil olmaqla 83,94 m2 olduğu, bu sahənin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən olunur. Tədqiq olunan mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə olduğu olduğundan iddia tələbi təmin edilə bilməz. Rəydə göstərilmiş mənzil sahəsinin ölçüsü müqavilədə göstərilmiş ölçü ilə fərqlənsə də, məhkəmə hesab etmişdir ki, rəydəki mənzil sahəsinin ölçüsü sübut kimi qiymətləndirilməməli, tərəflər arasında bağlanmış müqavilədəki mənzil sahəsi əsas götürülməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki M əcəlləsinin 324.1, 324.4, 324.5, 389.1, 390.1, 405.1, 404.1, 404.2, 425, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 102.1, 103.1, 106.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsini tətbiq etsə də, onu düzgün təfsir etməmişdir. Halbuki, həmin normada göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvan ların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşdə olan Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, reyestr nömrəsi **********69-05305093018 olan ünvan 1 ünvanı iddiaçının adına xx.xx.2017-ci il tarixdə 31875 inventar nömrəsi ilə qeydə alınmışdır. Mənzil 9-cu mərtəbədə yerləşir, 3 otaqlı, ümumi sahəsi 81.0 kv.m, yaşayış sahəsi 50.5 kv.m-dir. Belə olan halda, məhkəmə Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını əsas götürməklə iddia tələbini təmin etməli idi. Lakin qətnamədən də göründüyü kimi, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını, yəni Mülki Məcəllənin 140-cı maddəsini tətbiq etməmiş, əvəzində müqavilələrin bağlanmasına dair ümum i müddəaları əks etdirən və hazırki işə tətbiq edilməli olmayan bir sıra maddi hüquq normalarını tətbiq etmişdir. Nə qədər ki, sözü gedən çıxarış, qüvvədədir, ləğv olunmayıb və ya dəyişdirilməyib, bu o deməkdir ki, mənzilin ümumi sahəsi 81.0 kv.mdir və müqavilədə göstəriləndən azdır, iddia tələbi qanuni və əsaslıdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Lalə Rəhimli və İlqar Dəmirov) 2(105)-438/2024 nömrəli mülki iş üzrə 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(012)-1673/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən həmin müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mənzil sahəsinə hansı hissələrin daxil edildiyi, hansı hissələrin daxil edilmədiyini müfəssəl müəyyənləşdirmişlər.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə hazırkı mübahisənin həlli üçün araşdırılması zərəri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması tərəflər arasında yaranmış müqavilə h üquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində həll edilməlidir. Çünki mənzilin təmir və tikinti işləri nəticəsində işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələbləri yalnız mübahisəli mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alına bilər ki, həmin tələblər yuxarıda adı çəkilən müqavilənin şərtlərinə aid edilmir. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, cavabdeh mənzili müqavilə şərtinə uyğun olaraq iddiaçıya təhvil vermiş, iddiaçı isə dəyərini ödəməklə mənzili qəbul etmiş və həmin mənzilə dair mülkiyyət hüququna dair çıxarışı və texniki pasportu xx.xx.2017-ci il tarixdə almışdır. Buna görə də, məhkəmə kollegiyası cavabdeh tərəfindən müqavilə tələblərinin mənzilin həmin hissəsində icra olunduğunu hesab etmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 390.2, 390.5, 390.6, 404.1, 404.2, 405.1, 417.1, 417.2, 417.3, 752.1, 766, 773-cü maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 77.3, 107, 119.1, 218.3, 372.6, 372.7, 384.0.1, 384.0.2, 382, 384, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsini tətbiq etsə də, onu düzgün təfsir etməmişdir. Halbuki, həmin normada göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mət bəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, reyestr nömrəsi **********69- 05305-093018 olan ünvan 1 ünvanı İddiaçı adına xx.xx.2017-ci il tarixdə 31875 inventar nömrəsi ilə qeydə alınmışdır. Mənzil 9-cu mərtəbədə yerləşir, 3 otaqlı, ümumi sahəsi 81.0 kv.m, yaşayış sahəsi 50.5 kv.m-dir. Belə olan halda, məhkəmə Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını əsas götürməklə, iddia tələbini təmin etməli idi. Lakin qətnamədən də göründüyü kimi, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını, yəni mülki Məcəllənin 140-cı maddəsini tətbiq etməmiş, əvəzində müqavilələrin bağlanmasına dair ümumi müddəaları əks etdirən və hazırki işə tətbiq edilməli olmayan bir sıra maddi hüquq normalarını tətbiq etmişdir. Nə qədər ki, sözü gedən çıxarış, qüvvədədir, ləğv olunmayıb və ya dəyişdirilməyib, bu ö deməkdir ki, mənzilin ümumi sahəsi ümumi sahəsi 81.0 kv.mdir və müqavilədə göstəriləndən azdır, iddia tələbi qanuni və əsaslıdır.
21. Kassator, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübutların mümkünlüyünə dair MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surəti, mövcud müqaviləyə 1-ci əlavədə göstərilən cədvələ müv afiq olaraq, mənzilin sahəsinin hansı ölçüdə olmalı olması və hazırki real ölçüsü, eləcə də müqavilənin qiyməti işdə olan bu materiallarla dəqiq müəyyən olunur. Tərəflərin hər hansı biri həmin sənədləri mübahisələndirmir. Belə olan halda, ekspert rəyinin alınmasına və ona sübut kimi qiymət verilməsinə ehtiyac qalmır. Ekspert rəyi o zaman lazım olardı ki, tərəflərdən hər hansı biri müqaviləni və ya reyestr qeydini, qeydi təsdiq edən çıxarışı mübahisələndirmiş olardı.
22. Kassator şikayətini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci; Mülki Məcəlləsinin 140-cı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 81, 88, 102.1, 103.1, 106.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
26. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüz ar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
27. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Qanuna əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
38. Tərəflər aralarında bağladıqları müqavilədə razılaşmışlar ki, mənzilin hesablaşma sahəsinə yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxildir, mənzilin dəyəri əlavə nömrə 2-də göstərilən sxe mə uyğun hesablaşma sahəsi əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2676 nömrəli rəyinə əsasən, mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda, İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli, ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə uyğun olduğu müəyyən olunur. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-438/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.