Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-266/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu R ayon Мəhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İşBurcayev) İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər E.Şamayev və X.Sarıyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçının işləmədiyi dövr üçün 6784,6 manat, mənəvi zərərə görə 2000 manat, hüquqi xidmətə görə 300 manat, cəmi 9084,6 (doqquz min səksən dörd manat altımış qəpik) manat məbləğində pul vəsaitinin vəxx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçıya təyin olunmuş əlilliyin müddəti bitəcəyi xx.xx.2021-ci il tarixinədək hər ay 164,50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurmuş olduğu xəsarətə görə Bakı şəkəri 3 saylı şəhər klinik xəstəxanasında çəkdiyi 5000 manat xərcin, xaricdə müalicə olunmağı üçün 20000 manat, işlədiyi dövr üçün onun usta qismində tikintilərdə işləməyi və aylıq qazancın ***-**** manat olması nəzərə alınmaqla bu müddətdə almalı olduğu 20000 manat əmək haqqının, 350 manat ödənilməyən əmək haqqının, "xxxx" MMC-yə ödədiyi 300 manatın, cəmi 45650 manat məbləğində maddi zərərin və mənəvi zərərin əvəzi olaraq 5000 manatın, bundan sonrakı dövr üçün aylıq 164.5 manat dolanacaq xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyas ı iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi miqdarında dövlət nəfnıə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, 11-xx xxxxxx 2015-ci il tarixdə müxtəlif ünvanlardan beton panel alınıb, kran vasitəsi ilə Rafiq Daşdəmirovun idarə etdiyi ZİL 133 markalı yük m aşınına yüklənib Cavabdeh məxsus bir mərtəbəli sexə gətirildiyi, orada həmin beton panellərin sexin ikinci hissəsində bir mərtəbəli sexin orta hissəsində düzülmüş sütunlarla kənar divarlarının çıxıntıları üzərinə beton panellərin düzülərək həmin sexi iki mərtəbəli formaya salmaqla orada yenidənqurma işlərinin aparılması zamanı, işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində İddiaçı sexinin ikinci mərtəbəsində düzülmüş beton panellərin uc hissələrini kəsən zaman, yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alması ilə nəticələnmiş cinayət hadisəsinin baş verməsi tam sübuta yetirilir. İş materiallarında olan 7 saylı BŞX-nın ambulator Stasionar xəstənin tibbi kartasındakı göndərişdən görünür ki, iddiaçıya b aş beyinin travmatik xəstəliyi, sağ qalça darağının qəlpəli sınığının bitişməsindən sonrakı vəziyyəti diaqnozu qoyulmuşdur. Həmçinin iş materiallarından görünür ki, iddaçıya ikinci dərəcəli əlillik qrupu verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, "xxxx” MMC ilə iddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixli hüquq xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə mədaxil qəbzi ilə 300 manat ödənilmişdir. İş materiallarında olan Kassa məxaric orderinə əsasən iddiaçıya “xxxx” ASC tərəfindən 10000 kredit verilmişdir. İlk öncə qeyd etmək lazımdır ki, hazırkı iş üzrə iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: 1. cavabdehin ona vurmuş olduğu xəsarətə görə Bakı şəkəri 3 saylı şəhər klinik xəstəxanasında çəkdiyi 5000 manat xərc tələbi, 2. xaricdə müalicə olunmağı üçün 20000 ma nat pul tələbi, 3. işləmədiyi dövr üçün almalı olduğu 20000 manat əmək haqqı tələbi, 4. 350 manat ödənilməyən əmək haqqı tələbi, 5. "xxxx" MMC-nə ödədiyi 300 manat hüquqi xidmət haqqı tələbi,
6. Mənəvi zərərin əvəzi olaraq 5000 manat pul tələbi, 7. bundan sonrakı dövr üçün aylıq 164.5 manat dolanacaq xərci tələbi. Birinci tələbə - cavabdehin ona vurmuş olduğu xəsarətə görə Bakı şəkəri 3 saylı şəhər klinik xəstəxanasında çəkdiyi 5000 manat xərc tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əm əldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiy a şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Cavabdeh hadisənin onun təqsiri üzündən baş vermədiyini təkid etsə də, bu fakt Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təsdiqini tapmışdır. MPM-in 82.4-cü maddəsinə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin hadisənin baş verməsində təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyindən hazırkı məhkəmə baxışında həmin hallar mübahisələndirilə bilməz və on ların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, sözügedən məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Bu baxımdan məhkəmə kolllegiyası hesab edir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı olan dispozisiya şərtləri hazırkı iş üzrə mövcuddur. “Əhalinin sağlamlığının qorunması haqqında” xx xxxx 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur. İşdən və iddia ərizəsindən və iddiaçının izahatlarından müəyyən olunur ki, iddiaçı dövlət tibb müəssisəsində - Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasında müalicədə olmuşdur. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuz olduğundan iddiaçı həmi n xəstəxanada 5000 manat xərc çəkməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də bu hissədə iddia təmin edilməməlidir. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Göstərilən maddədəki sübutetmə yükünə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, m ülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən (iddiaçı) iddiasının əsasını təşkil edən halları, yəni ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs (cavabdeh) isə iddiaya qarşı etirazını əsaslandıran faktları-hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə kollegiya qeyd edir ki, sübutetmə y ükünün iddia tələbini irəli sürən tərəfə aid edilməsi heç də bütün hallarda iddiaçının həddindən artıq sübutetmə yükü altında qalmasına əsas vermir. Bununla əlaqədar kollegiya hesab edir ki, iddiaçı məhz cavabdehin hərəkəti nəticəsində zərər çəkməsini sübut edən yetərli dəlilərlə çıxış etmişdir. İddianın xaricdə müalicə olunmağı üçün 20000 manat pul tələbinə aid hissəsində məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xəstəliyin Azərbaycan Respublikasından kənar müalicə olunması zərurətini, həmin xəstəliyin ölkə daxilində pulsuz müalicə olunmamasının səbəblərini sübuta yetirməmiş, ancaq şifahi mülahizələrlə kifayətlənmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçının üçüncü - işləmədiyi dövr üçün almalı olduğu 20000 manat əmək haqqı tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaya aid xəsarətlər alması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. İddiaçının aldığı xəsarətin dərəcəsi həqiqətən də onun ən azı 4 il ərzində əmək qabiliyyətini tam itirdiyi barədə qə naətə gəlməyə imkan verir. Bu baxımdan həmin dövr üçün iddiaçının orta aylıq qazancının cavabdehdən tutulması tələbi əsaslıdır. Lakin iddiaçı məhkəməyə aylıq qazancının 1000 manat olması barədə heç bir sübut təqdim edə bilməmişdir. Mövcud vəziyyətdə məhkəmə kollegiyası iddiaçının məhrum olduğu aylıq qazanc meyarı kimi ölkə üzrə əmək qabiliyyətli şəxslər üçün yaşayış minimumunun əsas götürülməsini mümkün hesab edir. Hadisənin 2015-ci il baş verdiyi nəzərə alınarsa, 2018ci il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 140 manat, 2016-cı ildə 146 manat, 2017-ci ildə 164,5 manat, 2018-ci ildə 183 manat müəyyən edilmişdir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə itirilmiş qazanca görə (12 x 140) +(12 x 146) +(12 x 164,5), 2018-ci il üçün iddia verilən günədək 7 ay (7 x 183), 16 gün (97,6 manat) 1378,6 manat toplanmaqla cəmi 6784,6 manat pul tutulmalıdır. İddia tələbinin 350 manat ödənilməyən əmək haqqı tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin məbləğdə əmək haqqı alacağına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan sonrakı dövr üçün aylıq 164.5 manat dolanacaq xərci tələbinə gəldikdə isə məhkəmə kolllegiyası mövqeyini onunla əsaslandırır ki, 2019-cu ildə yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. İddiaçı isə tələbində bundan sonrakı dövr üçün aylıq 164.5 manat dolanacaq xərcinni tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Baxılan iş üzrə tələbdən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia verildiyi xx.xx.2018-ci il tarixdən iddiaçıya təyin olunmuş əlilliyin müddəti bitdiyi xx.xx.2021-ci ilədək hər ay 164,50 manat dolanacaq xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməlidir. Məhkəmə kollegiyası həmçinin iddiaçıya izah edir ki, əlliyin müddəti yeniləndiyi, yaxud səlahiyyəti qurumun qərarı ilə əlillik üzərindən götürüldüyü təqdirdə bu məsələyə yenidən baxılması istisna olunmur. İddianın mənəvi zərər hissəsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudl aşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər... Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini a ydınlaşdırmağa borcludur... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bəra bər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin hansı dərəcədə olduğunu və onun qarşılığında zərərin əvəzi kimi kompensasiyanın ödənilməsini qanunvericilik işə baxan məhkəmənin mülahizəsinə və daxili inamına həvalə etmişdir. Lakin hər bir halda nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləği işin halları baxımından ağlabatan və ədalətli olmalıdır. İşdən müəyyən olunur ki, iddiaçının sağlamlığının pozulması nəticəsində mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu əsasdan məhkəmə kollegiyası ona dəymiş mənəvi zərəri tələb edilən həcmdə deyil, 2000 manat məbləğində dəyərləndirilməsini və cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. "xxxx" MMC-nə ödədiyi 300 manat hü quqi xidmət haqqı tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx” MMC ilə iddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixli hüquq xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə mədaxil qəbzi ilə 300 manat ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi xidmətə görə ödənilmiş 300 manat pulun tutulması barədə tələbi sübut olunduğundan iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublika sı MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.