Məhkəmə qərarları › İş №2(102)-266/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-266/2025

13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-266/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi, Aərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı tələblər; mülkiyyətin ədalətli kompensasiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddi açı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(103)4820/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,72 ha torpaq sahəsi ilə bağlıdır. Torpaq sahəsinə dair 2 şəxsin - İddiaçı və Züleyxa Məhərrəmovanın adında xx.xx.1998-ci il tarix li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Həmin aktdan görünür ki, torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ayrılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərər görə 576000 manat, mənəvi zərərə görə isə 10.000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Abşeron rayonu Məmmədli kənd ərazisində 0.72 ha (kod: ********) JN-305-saylı torpaq sahəsi iddiaçının mülkiyyətinə v erilmişdir. 2014-cü il tarixdə həmin torpaq sahəsini rəsmiləşdirmək istədikdə bildirilmişdir ki, ona aid torpaq sahəsindən Bakı-Novorossiyski neft kəməri keçir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən iddiaçıya 649 saylı cavab məktubu göndərilmişdir. Həmin torpaq sahəsindən heç bir halda istifadə edə bilmir. Bu da iddiaçının mülkiyyət hüququnu pozur. Öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmək iddiaçıya həm maddi ziyan vurur, həm də mənəvi sarsıntı verir. Həmin boru xətti çəkilərkən iddiaçının razılığı olmamış və hər hansı zərər ödənilməmişdir. Hesab edir ki, onun hüquqları pozulmuşdur və dəymiş zərər tam olaraq ödənilməlidir.

4. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərlər i İdarəsinin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, sözügedən torpaq sahəsi uzun illər ərzində İxrac neftin nəqli və emalı əməliyyatlarının aparılması üçün SOCAR-ın Cavabdeh2 daimi istifadəsindədir. İdarənin istismarında olan Dübəndi-Böyükşor Dş-700- Dş-500 mm-lik və Suraxanı-Böyükşor Dş-300 mm magistral neft kəmərləri 1996-cı il tarixində istismara verilmişdir. Bakı şəhər X1 İcraiyyə Komitəsinin 16 iyun 1989-cu il tarixli 5/190 nömrəli qərarına əsasən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaqlar kənd təsərrüfatı təyinatlıdır. Daha sonra Tikintisi başa çatmış obyektin dövlət komissiyası tərəfindən 26 noyabr 1996-cı il tarixli istismara qəbul Aktı mövcuddur. Belə ki, 12 dekabr 1996-cı il tarixində tikinti başa çatmış obyektin işçi komissiyası tərəfindən istismara qəbul olunması Aktına əsasən tikinti başa çatmış və Dövlət qəbul komissiyasına təqdim olunmuşdur. İddia ərizəsində göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsas ən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6- cı maddəsinə əsasən, “Dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “T exniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. İd diaçılara məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmazdan əvvəl, yəni 1995-ci il tarixindən Bakı-Novorossiysk neft kəməri kəmərin hazırkı yatağı üzrə mövcud olmuşdur. İddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin hazırkı Dübəndi-Böyükşor Dş-700-Dş500 mmlik və Suraxanı-Böyükşor Dş-300 mm neft kəmərinin mühafizə zonasına düşən hissəsində istifadə hüququ Cavabdeh2 tərəfindən məhrum edilməmişdir. Bununla iddiaçılara hər hansı bir maddi və ya mənəvi ziyan vurulmamış heç belə ziyandan söhbət gedə bilməz. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarının 6.1-ci bəndinə əsasən AR Energetika Nazirli yinin icazəsi, istismarçı təşkilatın (Cavabdeh2) rəyi və texniki şərt alınandan sonra və qərarda göstərilən məhdudiyyətlər gözlənilməklə torpaq sahəsinin neft kəmərinin mühafizə zonasına düşən hissəsindən istifadə edilə bilər. Şərh olunanlardan belə anlaşılır ki, dövlət ehtiyacı üçün ayrılmış torpaq sahəsindən iddiaçıların istifadəsinə verilməsi və zərərin əvəzinin ödənilməsi barədə iddiaçıların iddia ərizəsində qaldırdıqları istəkləri formaldır və mümkünsüzdür. Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Belə ki, iddiaçıların torpaq sahələrinə mülkiyyət hüququ əsasında alınan “Çıxarış” yəni mülkiyyət sənədlərinin verilməsi Socar Cavabdeh2 səlahiyyətində deyil dir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(005)-41/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə komission ekspertiza - əlavə məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, komission ekspertiza - əlavə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşunaslıq ekspertizasının aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.

6. M əhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9136 nömrəli rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 sot torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun bazar dəyərinin təqribən 2750,0 manat məbləğində olduğu müəyyən edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)18/2024 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilərək, İddiaçı istifadəsində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.72 ha torpaq sahəsi Bakı-Novorossiyski neft kəmərinin mühafizə zolağına düşdüyündən, 198.000 manat məbləğində pul kompensassiyası cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qa lan hissədə təmin edilməmişdir.

8. Məhkəmə bildirmişdir ki, iddiaçı sözügedən torpaq sahəsindən neft kəmərinin keçdiyini iddia edir. Məhkəmə bu halın əsaslılığını müəyyən etmək üçün mülki iş üzrə dəfələrlə müvafiq ekspertizalar təyin etmiş, tələb olunan mütəxəssis rəylərinin əldə edilməsi üçün müvafiq dövlət orqanına sorğular ünvanlamışdır. Lakin verilmiş mütəxəssis və ekspert rəyləri hazırda baxılan mülki işin araşdırılması üçün tələb olunan heç bir sualı cavablandıra bilməmişdir.

9. Məhkəmə mülki iş üzrə araşdırmanın qeyd edilən səbəbdən kifayət qədər uzanmasını nəzərə alaraq, iddiaçının məhkəməyə müraciət edərkən nəzərində tutduğu mənafelərinin aktuallığını qorumaq məqsədilə iş üzrə əhəmiyyət kəsb edən halın – iddia tələbində göstərilən torpaq sahəsindən neft kəmərinin keçməsi halının t əsdiqi olaraq məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin nümayəndəsinin izahatını əsas götürmüşdür.

10. Cavabdehi nümayəndəsi iddiaçının istifadəsində olan torpaq sahəsindən neft kəmərinin keçməsini təsdiq etmişdir. Bununla da iddiaçını iddia tələbinin əsası olan, neft kəmərinin keçməsi barədə istinad etdiyi halı sübut etmək vəzifəsindən azad etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsindən neft kəmərinin çəkilməsi sübuta yetirildiyindən bu əmlakın qanuni sahibi olan iddiaçının hüquqlarının realizəsinə də maneələr yaranması halı öz təsdiqini tapır. Aydındır ki, neft kəmərinin keçməsi iddiaçıya bu torpaq sahəsindən təyinatına uyğun istifadə etməyə imkan vermir. Bu səbəbdən də qanunvericiliyə əsasən belə torp aq sahələri onun mülkiyyətçisindən dövlət ehtiyacları üçün alınır. Bununla da mülkiyyətçilərinin hüquqlarının pozuntusunun qarşısı alınır.

12. İş materiallarından müəyyən edilir ki, sözügedən torpaq sahəsi mülkiyyət hüququ Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçının istifadəsinə verilmişdir. Bu torpaq sahəsi üzərindən neft kəmərlərinin keçməsi işin mübahisəsiz halıdır. Lakin nəzərə alınmalıdır ki, neft kəməri 1989-cu il tarixli qərarla inşasına başlanılmış və 1996-cı il tarixdən istismara verilmişdir. Yəni neft kəmərləri iddiaçının bu torpaq sahəsindən istifadə hüququ yaranmamışdan əvvəlki tarixdə çəkilmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Nef t Kəmərləri İdarəsinin, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməsi halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehlərə münasibətdə sübutlarla əsaslandırılmadığından bu hissədə təmin edilə bilməz. Bununla yanaşı iddia tələbində qeyd edilən torpaq sahəsindən neft kəmərlərinin keçməsi iddiaçının hüquqlarını pozur. Belə ki, iddiaçı torpaq sahəsində istədiyi kimi istifadə edə bilmir. Halbuki torpaq sahəsi müvafiq qərarla onun istifadəsinə verilmişdir. Bu səbəbdən də iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlir.

13. Məhkəmə qeyd etmişdir ki,əmlak dövlət ehtiyacları üçün alındıqda kompensasiya ödənilməsi üçün şəxsin əml akın mülkiyyətçisi olması tələb edilmir. Qeyd edildiyi kimi torpaq sahəsi ilə bağlı qanuni (Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997- ci il tarixli 15 nömrəli qərarı), lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər də kompensasiya almaq hüququna malikdirlər. Məhkəmə iddia tələbində göstərilən torpaq sahəsi ilə bağlı iddiaçının subyektiv hüquqlarının olmasını və bu torpaq sahəsindən neft kəmərlərinin çəkilməsinin iş materialları ilə sübuta yetirilməsini nəzərə alaraq, sözüdeən torpaq sahəsinin dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin etmiş, əldə edilmiş ekspert rəyindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 sot torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun bazar dəyərinin təqribən 2750,0 manat məblə ğində olduğu müəyyən edilmişdir. Belə ki, neft kəmərinin birbaşa keçdiyi ərazi ilə yanaşı bu kəmərin mühafziə zonası da nəzərə alınmalıdır. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının maddi zərərin tutulması hissəsində iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlir və ekspert rəyində qeyd edilən bazar dəyərini əsas götürərək hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi 0.72 ha olduğu ndan torpağın dəyəri olaraq 198000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə maddi zərərlə bağlı pul məbləğinin hansı hüquqi şəxs və ya dövlət orqanından tutulması ilə bağlı pul məbləğinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutulması qənaətinə gəlir.

14. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd etmişdir ki, maddi zərərlə bağlı iddia tələbinin qismən əsaslı olması özlüyündə mənəvi zərərlə bağlı iddia tələbinin əsaslılığına dəlalət etmir. Əks halda məhkəmə tərəfindən iddiasının tam və ya qismən təmin edilməsi barədə qənaətə gəlindiyi bütün hallarda iddiaçıların mənəvi zərərlə bağlı hüquqları yaranardı. Halbuki mənəvi zərərin anlayışı qanunvericilikdə aydın ifadə edilmişdir və hazırda baxılan iş üzrə iddiaçı bu hissədə iddia tələbinin əsaslılığına dair heç bir sübut təqdim etməmiş, iddia tələbini bu hissədə əsaslandırmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab etmiş və rədd edilməsi qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.9, 246.1, 247.1-ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1, 7.1, 7.2, 7.3, 7.3.1, 7.3.2, 7.4-cü maddələrinə, “Azərbaycan Respublikasının Maliyyə nazirliyi haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(103)-4820/2024 nömrəli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-18/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 198.000 manat tutulmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, neft kəməri daha əvvəl çəkilib, sonra torpaq sahəsinin iddiaçıya verilməsi qərara alınıb. Belə ki, torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı il ə ayrılıb, neft kəməri isə 1 il əvvəl - xx.xx.1996-cı ildə istismara qəbul olunub (cild 1, iş v. 63). “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə görə, torpaq islahatı zamanı magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin maddənin 2-ci hissəsinə görə, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Ona görə də neft kəmərinin bilavasitə yerəşdiyi torpaq və kəmərin mühafizə zonası daxilində qalan torpaq dövlətin müstəsna mülkiyyəti sayılır. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz, bu barədə olan qərar qanunsuz sayılır. Əgər torpaq iddiaçıya ayrıldıqdan sonra neft kəməri çəkilsəyidi, belə halda mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb oluna bilərdi. Hər hansı hüq uqun pozulması üçün əvvəlcə hüquq yaranmalı, sonra onu pozan fakt (hüquqi zidd davranış) baş verməlidir. Əgər fakt hüququn yaranmasından əvvəl baş verirsə, hüquq pozulmuş sayılmır. Odur ki, iddiaçı mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb edə bilməz. O, torpaq islahatı nəticəsində hüququnun pozulmasına görə, yəni islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslandığından məhkəmə başqa əsasla qətnamə qəbul edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur.

19. Neft kəmərinin keçdiyi torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi olubolmadığına münasibətdə qeyri-müəyyənlik var. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 649 nömrəli məktubuna görə, torpaq sahəsindən Bakı-Novorossiysk neft kəməri keçir (cild 1, iş v. 11). Cavabdeh DNŞ Neft Kəmərləri İdarəsinin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında (cild 2, iş v. 41) bu faktı inkar etməyib. Birinci instansiya məhkəməsində icraat zamanı neft kəmərinin torpaq sahəsindən keçib-keçmədiyinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin bu suala cavab verilməsi mümkün olmamışdır. Səbəbi belə izah edilmişdir ki, döngə kordinatları ilə həmin ərazidə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə a lınıb (cild 1, iş v. 166 və 193). Hazırkı mübahisənin həlli üçün neft kəmərinin torpaq sahəsindən keçib-keçmədiyinin müəyyən edilməsinə zərurət yoxdur. Çünki hər 2 halda iddia rədd olunmalıdır. Əgər müəyyən edilsə ki, neft kəməri həqiqətən torpaq sahəsindən keçir, belə halda yuxarıda qeyd edilən səbəbə görə (torpağın dövlətin müstəsna mülkiyyətində olmasına görə) iddianın təmin edilməsi mümkün olmayacaq. Əgər müəyyən edilsə ki, neft kəməri torpaq sahəsindən keçmir, belə halda iddianın əsası (torpaq sahəsindən neft kəmərinin keçməsi) təsdiq olunmadığına görə iddianın təmin edilməsi mümkün olmayacaq.

20. Bundan başqa, torpağın ölçüləri (0,72 ha olması) nəzərə alınmalıdır. Əgər torpağın qalan hissəsindən (kəmərin mühafizə zonasından kənardakı hissəsindən) kəmərlə əlaqədar olan hər hansı səbəb ə görə (məs., kəmərin torpaq sahəsini iki yerə bölməsinə görə və s.) kənd təsərrüfatı məqsədilə istifadə etmək mümkün deyilsə, belə halda iddiaçı aqrar islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Əgər torpaq sahəsinin qalan hissəsindən (kəmərin mühafizə zonasından kənardakı hissəsindən) təyinatı üzrə istifadə mümkündürsə, iddiaçı həmin hissəyə münasibətdə iddia qaldıra bilməz, çünki torpağın həmin hissəsinə hüququ pozulmayıb.

21. Maliyyə Nazirliyi delikt törətməyib və ya hər hansı hüquqa zidd hərəkət etməyib. Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 5-ci bəndinə görə, Maliyyə Nazirliyinin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Odur ki, 0,72 ha torpaq sahəsinin dəyəri (198.000 manat) Maliyyə Nazirliyinin saxlanması və fəaliyyəti üçün ayrılan vəsait hesabına ödənilə bilməz.

22. Dövlətin öhdəliklərinə görə tutulmalı olan pul Maliyyə Nazirliyindən deyil, Maliyyə Nazirliyinin vasitəsilə dövlət bücəsindən tutulur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsində qeyd olunub: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Əgər iddiaçının hər hansı hüququn un pozulmasına görə dövlətin pul öhdəliyi yaranarsa, həmin pul Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən tutula bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslanıb, lakin müəyyən olunur ki, mülkiyyət hüququ pozulmayıb, çünki neft kəməri əvvəl çəkilib, sonra torpağın mülkiyyətə verilməsi qərara alınıb. Mülkiyyət hüququ pozulmadığına görə, iddiaçının qarşısında hər hansı subyektin, o cümlədən dövlətin məsuliyyəti yarana bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4820/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edi lməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli kənd ərazisində 0.72 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair müvafiq çıxarış məhkəməyə təqdim olunmasa da, iş materiallarında bu torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci iltarixli 15 nömrəli qərarı mövcuddur. Yəni mövcud mülki qanunverciliyə əsasən iddiaçı əmlakın mülkiyyətçisi olması sübuta yetirilməsə də o torpaq sahəsinə qanuni sahiblik etmişdir. Lakin bu hal Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamış və nətiədə maddi normanın prinsipləri ozulmaqla qətnamə qəbuledilmişdir

25. Apellyasiya Məhkəməsi maddi normanın tələblərini pomaqla qərar qəbul etmişdir. Vətəndaşa ayrılmış və verilmiş t orpaq sahəsindən Neft kəmərinin keçməsi şəxsin müllkiyyət hüququnun pozulmasıdır. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamışdır.

26. İşə baxan məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam olaraq nəzərə almamış, uzun illər həmin torpaq sahəsinin iddiaçının sahiblik və istifadəsində olduğuna hüquqi qiymət verməmişdir.

27. Apellyasiya Məhkəməsi birinci instansiyada araşdırılmış hallara və təqdim edilmiş sübutlara və məhkəmə qətnaməsində öz əksini tapmış hallara düzgün qiymət verməmişdir. Bununla da prosessual pozuntuya yol verilmişdir.

28. İşə baxan məhkəmə torpağın iddiaçıya ayrılmasını, üzərindən neçə illər keçməsinə baxmayaraq onun sahibliyində olan əmlakına görə kompensasiya ala bilməməsinə dair iddiaçı tərəfindən iş materiallarında olan sübutara qiymət verməmiş və bununla da MPM -in müvafiq normasını pozaraq iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmiş və bununla da prosessual normanı pozmuşdur.

29. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1-ci maddəsi, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14, 77, 217, 218.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şə xslər olmayan orqanları həyata keçirirlər.

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə

6. Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır:... 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;... Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiy ası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətin ə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə dəyərləndirmə aparılmasına lüzum görmür.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2024-cü il tarixli 2(103)-4820/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar