Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2661/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.11.2018-ciiltarixli 2(103)12235/2018 nömrəli qətnaməsindən iddiaçı Cəfəri Mehdi Can oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Rzayev) 09.07.2 018-ci il tarixli 2(001)-4375/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və mülkiyyət haqqında çıxarışın ləğv olunması” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh arasında bağlanan və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində yerləşən notariat kontorunun xüsusi notariusu X3 tərəfindən notarial qaydada təsdiq olunan 01.04.2017-ci il tarixli, ***** saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqaviləyə əsasən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərəfindən Cavabdeh verilən mənzilə mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrindən ****** seriyalı, ******** nömrəli, 05.04.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, iş üzrə icraata hissəvi, yəni artıq əqd etibarsız hesab edildiyindən və çıxarış l əğv edildiyindən mülkiyyət hüququ haqqında yeni çıxarışın verilməsinin ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi hissəsində xitam verilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 50%inin, yəni 5 manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılması, qalan 50%-nin, yəni 5 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 22.11.2018-ciiltarixli 2(103)-12235/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(001)-4375/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.11.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və mülkiyyət haqqında çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə 04.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 01.04.2017-ci il tarixli, ********* saylı “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv edilməsi və həmin müqaviləyə əsasən DƏDRX tərəfindən cavabdehə verilən mənzilə mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra iddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və mülkiyyət haqqında çıxarışın ləğv olunması” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh arasında bağlanan və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində yerləşən notariat kontorunun xüsusi notariusu X3 tərəfindən notarial qaydada təsdiq olunan 01.04.2017-ci il tarixli,********* saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqaviləyə əsasən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərəfindən Cavabdeh verilən mənzilə mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******** seriyalı, ***** nömrəli, 05.04.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 32 saylı mənzilə dair iddiaçı mülkiyyət hüq uqunun bərpa edilməsi və ona bununla bağlı mülkiyyət hüququ haqqında çıxarışın verilməsinin ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 670.1, 670.3, 673.1.2, 673.1.3 və 673.2.2-ci maddələrinin tələblərini pozmuş, həmin maddi hüquq normalarını tətbiq normalarını tətbiq etməli olduğu halda onları tətbiq etməmişdir. İşin hallarından da görünür ki, iddiaçı mülkiyyətində olan mübahisəli mənzili məhz tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə müb ahisəsinin getdiyi, bu barədə birinci instansiya məhkəməsinin qətnaməsinin çıxdığı, lakin qüvvəyə minmədiyi vaxt cavabdehə bağışlanmışdır. Buradan da həmin müqavilənin məhz ailə münasibətlərinin saxlanılması şərti ilə bağlandığı aydın görünür. Bu fakt iddiaçının mübahisəli mənzili cavabdehə bağışlaması ilə bağlı tərəflər arasında gedən müzakirələrin bilavasitə iştirakçısı olmuş və birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 ifadələri ilə aydın təsdiq olunur. Hazırki mülki iş üzrə qətnamə qəbul edilərkən apelyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respublikasının MPM-nin 77.1, 88, 218.1 və 220.4-cü maddələrinin tələblərini pozmuşdur. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.11.2018-ciiltarixli 2(103)-12235/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 22.11.2018ciiltarixliqətn aməsi ilə Cavabdeh apelyasiya şikayətini təmin edərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(001)-4375/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh 23.08.2002-ci il tarixdə nikaha daxil olmuş, 28.06.2018-ci il tarixdə nikahları ləğv edilmişdir. Mübahisələndirilən bağışlama müqaviləsinin predmeti olan ünvan1 ünvanda yerləşən ***** saylı mənzili Cavabdeh 30.06.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, sonradan mənzili id diaçıya bağışlamış və 22.04.2016-cı il tarixdə mənzil iddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş, 01.04.2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən mənzil iddiaçı tərəfindən Cavabdeh bağışlanmış və 05.04.2017-ci il tarixdə onun adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, bağışlama müqaviləsi cavabdehin iddiaçıdan boşanmamasına dair öhdəlik götürməsi şərti ilə bağlana bilməzdi. Azərbaycan Respublikası Ai lə Məcəlləsinin 2.2-ci maddəsində ailə münasibətlərinin qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması prinsiplərinə uyğun tənzimlənməsi nəzərdə tutulmuşdur. Nikah könüllü ittifaq olduğundan nikaha daxil olan tərəflərin nikahı ləğv etmək hüququ qanunla qorunduğundan ər və arvad arasında bu hüququn məhdudlaşdırılmasına yönəlmiş hər hansı razılaşma qanunsuz və etibarsızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ər-arvad arasında bağlanmış bağışlama müqaviləsinin hədiyyəni qəbul edən tərəfin digər tərəfdən gələcəkdə boşanmayacağı şərti ilə bağlanması ailə qanunvericiliyinin prinsiplərinə zidd olduğundan belə şərt müqavilənin məzmununa daxil edilmiş olsaydı belə etibarsız olardı. Bağışlamadan imtinanın əsasları Mülki Məcəllənin 673-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırkı halda həmin əsaslardan heç biri mövcud deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, bağışlama müqaviləsinin hər hansı şərtlə bağlanması və apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.11.2018-ci il tarixli 2(103)-12235/2018 nömrəli qətnaməsi dəyişiklik edilm
Məhkəmə qərarları › İş №2(102)-2661/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2661/2019
18.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver