Məhkəmə qərarları › İş №2(102)-2662/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2662/2020

25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2662/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və vəkili Vəkil3 xx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12578/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-330/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı Cavabdeh1 Yun us oğluna qarşı “maddi zərərə görə 16.970 manat, mənəvi zərərə görə 10.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərə görə 400 manat, hüquqi xidmətə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 460 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12578/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALL ARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan maddi zərərə görə 16.970 manat, mənəvi zərərə görə 10.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilib, iddianın təmin edilməyən hissəsində də tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil3 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edi r ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya inst ansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı iddia edir ki, 2015-ci ilin iyun ayında “Medholding” Klinikasında diş həkimi işləyən cavabdehə “vinir” diş qoyulması üçün müraciət edib və cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən 20 ədəd dişinə lyumminir vinir qoyulması üçün 1 ədəd diş üçün 300 manat olmaqla, ona cəmi 6.000 manat pul ödəyib. Bu dişlərə görə cavabdeh ona şifahi formada 10 il zəmanət verib. Lakin pulu ödəməsi ilə bağlı ona heç bir çek və sair sənəd təqdim edilməyib. Vinir dişlərin qoyulması başa çatdıqdan sonra çox vaxt keçmədən problemlər yarandı, yəni alt çənə damağında stomatit (irinli iltihablaşma) yaranıb. Buna görə cavabdeh onun 3 ədəd dişinin sinirlərini çıxardıb. Lakin, son 3 il ərzində dişlərində aparılan yararsız müalicə nəticəsində mütəmadi əziyyət və ağrılar çəkib. Dişlərində həssaslıq həddindən artıq artıb və müalicəsi çoxdan başa çatmış olsa da, davamlı şəkildə müayinə olunmaq üçün həkimə getmək məcburiyyətində qalıb. Bundan sonra o, “vinir”lə işləyən həkimin yanında olub və dişlərini rentgen etdirib. Rentgenə və dişlərinə baxaraq həkimlər eyni diaqnozu “dişlərin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gi ngivit yaranıb. Səbəb isə vinirlərin düzgün hazırlanmaması göstərilib. Müalicə üçün diş daşları təmizlənməli, küretaj (keyitmə ilə diş ətinin dərindən təmizlənməlidir. Sonrakı prosesdə vinirlər mütləq dəyişdirilməlidir) qoyulub. Bundan əlavə cavabdehin müalicə etdiyi dişlərində qüsurlar və zədələnmələr (kistalar və s.) aşkar edilib. Bir sıra digər ixtisaslı diş həkimləri ilə məsləhətləşdikdən sonra ona məlum olub ki, cavabdeh xeyli miqdarda ödənişin qarşılığında onun dişlərinə qoyduğu “vinir” saxta imiş, daha doğrusu aralarında şifahi müqavilə bağlanarkən razılaşdıqları kimi, heç də bahalı və keyfiyyətli yox, əksinə ən ucuz və tamamilə keyfiyyətsiz “vinir’lər qoyulub. Cavabdeh tərəfindən dişlərinin müalicəsi (yonulması) zamanı dişləri travma alıb (kistalar yaranıb). Bununla əlaqədar olar aq həmin dişləri yenidən müalicə etdirmək məcburiyyətində qalıb. “Vinir”lər dişin üzərinə qoyulan çox nazik qat olduğu və qoyulduğu zaman dişlərin formasını aldığı üçün, estetik gözəllik səbəbilə vinir qoyulması zamanı bir çox hallarda mövcud dişlərin yonulmasına ehtiyac yaranır. Lakin, vinir diş qoyulması ilə bağlı tibbi məlumatlara görə, əgər vinirlərin qoyulması üçün dişlərin yonulması tələb olunursa, diş minası zəifdirsə, bu yolla vinirlərin qoyulması zərərlidir. Cavabdeh onun dişlərini vinir qoymaqdan əvvəl yonarkən səhvə yol verib və dişlərinin minası zəif olduğu üçün vinir qoyularkən, ya dişləri umumiyyətlə yonulmamalı, ya da xüsusi həssasslıqla və incəliklə yonulmalı idi. Lakin, cavabdeh dişlərini yonarkən diş minasını zədələyib və nəticədə diş sinirlərinin üstü açılıb, bu da qış v axtı olduğu üçün soyuğa həddindən artıq həssaslığın yaranmasına, güclü ağrılar çəkməsinə, hətta soyuq havanın qəbulu ilə əlaqədar danışmaqda belə çətinlik çəkməsinə səbəb olub. Həmçinin, həddən artıq həssaslıq yaranması səbəbindən bir neçə dişinin sinirini çıxartdırmaq məcburiyyətində qalıb. Halbuki müalicə düzgün formada aparılsaydı buna ümumiyyətlə ehtiyac olmazdı. Burdan belə nəticə cıxır ki, dişlərinə vinir qovmazdan əvvəl cavabdeh onları müalicə və hazırlayarkən tibbi səhvə vol verib və nəticədə dişlərini zədələyib. Cavabdeh tərəfındən uğursuz müalicə olunması nəticəsində ona xeyli miqdarda maddi zərər dəyib. Ödəmiş olduğu 6.000 manat pulun müqabilində nəinki dişləri müalicə olunmuş, əksinə dişlərinin yenidən müalicəsi üçün ona xeyli miqdarda əlavə maddi zərər dəyib. Hazırda dişlərini n professional həkim tərəfindən müalicə olunması üçün 16.970 manat tələb olunur. Cavabdehin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində ona 10.000 manat mənəvi zərər dəyib və ona göstərilən hüquqi xidmətə görə 1.000 manat zərər dəyib. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxx 2019-cu il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, iddiaçının radioloji disk görüntülərdən başqa tədqiqata hər hansı bir tibbi sənəd təqdim edilməyib. xx xxxxxx 2019-cu il tarixdə komisyon ekspertizalar şöbəsində iddiaçı məhkəmə-tibbi müayinədən keçib və iddiaçının deməsinə görə, dişlərin estetik görünüşü onu qane etmədiyindən 2015-ci ilin iyun-iyul aylarında “Medholding stomotoloji və estetik” Klinikasına müraciət edib. Orada həkimsto matoloq işləyən cavabdeh tərəfindən müayinə olunub, həm alt, həm də üst dişlərinin manipulyasiyası, yəni vinir qapaqlannın qoyulması planlaşdırılıb. 20 diş üzərində manipulyasiya aparılması qərara alınıb. Bir gündə alt və üst dişlərində yönəltmələr icra olunub. 15 gün sonra alt dişlərində 10 ədəd, 10 gün sonra üst dişlərində 10 ədəd vinir qoyulub. 1 ay sonra üst iki dişi qopub, lakin onlar bərpa olunsa da, digər dişlərində də problemlər yaranıb. Qoyulan dişlərdə sızıltı, qanama, damaqda ağrı və sair qeyd olunub. Digər tibb müəssisələrinə müraciət etdiyi zaman vinirlərin düzgün qoyulmadığı məlum olub. Məhkəmə-tibbi müayinəsi zamanı alt və üst dişlər üzərində cəmi 20 ədəd vinir qapaqlarının qoyuldugu müəyyən edilir. İddiaçının alt və üst çənə nahiyyəsinə qoyulmuş vinir qapaqların istehsalı, keyfiyyəti və istifadə müddətlərinin müəyyənləşdirilməsi məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətinə aid deyil. Tibbi təcrübəyə əsasən, aparılmış manipulyasiyalardan asılı olaraq həkim-stomatoloq tərəfindən dişlərin yonulması individual xarakter daşıyır. İddiaçının mütəxəssis müayinəsi zamanı dişlərin həddindən artıq tünd rəngli olması müəyvən edilir. Bununla əlaqədar olaraq, manipulyasiya ediləcək dişlərin ön və uc hissələrinin yonulmasına göstəriş olub. Belə ki, vinir qapaqlar nazik olduğundan, dişin öz rənginin üzə çıxmaması üçün dişlərin yonulmasına düzgün qərar verilib və icra edilib. İddiaçının dişləri üzərində aparılmış manipulyasiya, yəni vinir qapaqların qoyulması zamanı diş minasının zədələnməsi yonulma prosesi ilə əlaqədar olub. İddiaçının mütəxəssis müayinəsinə əsasən, on a nəzərdə tutulan dişlərin həssaslığı yoxlanıldıqdan sonra vinir qapaqlar qoyulmalı idi. Lakin sözügedən işdə vinir qapaqlarının qoyulması zamanı dişlərin həssaslığının yoxlanılıb-yoxlanılmaması barədə hər hansı bir tibb sənəd tərtib edilmədiyindən bu haqda fikir söylənilməsi mümkün deyil. İddiaçının alt və üst çənə dişləri üzərinə vinir qapaqlarının qoyulmasından sonra damaq sinirlərinin ağrıması və qanaması ilə bağlı onun hər hansı tibb müəssisəsinə müraciəti olmadığından qeyd olunan subyektiv halın qiymətləndirilməsi mümkün deyil. İddiaçının mütəxəsis müayinəsinə və ağız boşluğunun çəkilmiş radioloji (CD disk) görüntülərinə əsasən, onda paradontit əlamətlərinin olduğu müəyyən edilməyib. İddiaçının təqdim etdiyi “X5”nın xx xxx 2018-ci il tarixli müayinə aktının surətinə əsasən, onun di şləri müayinə edilərək dişlərin boşluğunda diş daşları və ərp yığışdığı üçün yerli ginfivit yarandığı, müalicə kimi diş daşlarının təmizlənməsi və küretaj təyin edilib. Diş daşlarının təmizlənməsi və diş kanallarının ikinci təmizlənməsinin ümumi məbləğinin 400 manat olması göstərilir.c Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən məhkəmə-tibbi ekspertinin rəyini arışdırıb, habelə Mülki Məcəllənin 14, 21.1, 21.2, 1096.1, 1097.1, 1112-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib müəyyən etmişdir ki, iddiaçı, dişlərinə vinir qapaqlarının keyfiyyətsiz qoyulmasına istinad edib yeni vinir qapaqlarının dəyərini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, s adalanan maddi hüquq normalarının mənasına görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə del ikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinin tələbinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi zərərvuran mülki məsuliyyətdən o, vaxt azad edilə bilər k i, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmiş olsun və bu halda tibb müəssisəsində müalicə zamanı cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla, o cümlədən məhkəmə-tibbi ekspertin rəyi ilə müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının alt və üst dişləri üzərində cəmi 20 ədəd vinir qapaqları qoyulmuşdur. Lakin alt və üst çənə nahiyyəsinə qoyulmuş vinir qapaqlarının istehsalı, keyfiyyəti və istifadə müddətlərinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş və ekspert də səlahiyyətinə aid edilmədiyi üçün bu suallara aydınlıq gətirməmişdir. Apelyasiya instansiyası məhkəməsi məhkəmə tibbi ekspertinin rəyinə əsaslanaraq qeyd etmişdir ki, tibbi təcrübəyə əsasən, aparılmış manipulyasiyalardan asılı olaraq həkim- stomatoloq tərəfindən dişlərin yonulması individual xarakter daşıyır. İddiaçının mütəxəssis müayinəsi zamanı dişlərin həddindən artıq tünd rəngli olması müəyvən edilmişdir. Bununla əlaqədar olaraq, manipulyasiya ediləcək dişlərin ön və uc hissələrinin yonulmasına göstəriş olmuşdur. Belə ki, vinir qapaqlar nazik olduğundan, dişin öz rənginin üzə çıxmaması üçün dişlərin yonulmasına düzgün qərar verilmiş və icra edilmişdir. İddiaçının dişləri üzərində aparılmış manipulyasiya, yəni vinir qapaqların qoyulması zamanı diş minas ının zədələnməsi yonulma prosesi ilə əlaqədar olmuşdur. İddiaçının mütəxəssis müayinəsinə əsasən, ona nəzərdə tutulan dişlərin həssaslığı yoxlanıldıqdan sonra vinir qapaqlar qoyulmalı idi. Lakin hazırki işdə vinir qapaqlarının qoyulması zamanı dişlərin həssaslığının yoxlanılıbyoxlanılmaması barədə hər hansı bir tibb sənəd tərtib edilmədiyindən, bu haqda fikir söylənilməsi mümkün deyil. İddiaçının alt və üst çənə dişləri üzərinə vinir qapaqlarının qoyulmasından sonra damaq sinirlərinin ağrıması və qanaması ilə bağlı onun hər hansı tibb müəssisəsinə müraciət etməsi mülki iş materialları ilə təsdiq olunmur və bu səbəbdən də bu halın duzgun qiymətləndirilməsi mümkün deyil. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi məhkəmə tibbi ekspertin rəyinə istinad etməklə iddiaçının mütəxəsis müayinə sinə və ağız boşluğuna dair çəkilmiş radioloji CD disk görüntülərinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçıda hər hansı paradontit əlamətlərinin olduğu müəyyən edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi “X5”nın xx xxx 2018-ci il tarixli müayinə aktına əsaslanaraq apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının dişləri müayinə edilərək onun dişlərinin boşluğunda diş daşları və ərp yığışdığı üçün yerli ginfivit yaranmışdır və ona müalicə üçün diş daşlarının təmizlənməsi və küretaj təyin edilmişdir. Diş daşlarının təmizlənməsi və diş kanallarının ikinci təmizlənməsinin ümumi məbləği isə 400 manat təşkil edir. Göründüyü kimi iddiaçının dişlərinə qoyulmuş vinir qapaqlar nazik olduğundan, dişin öz rənginin üzə çıxmaması üçün onun dişlərinin yonulmasına cavabdeh tərəfindən d üzgün qərar verilmiş və icra edilmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarının 02-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cav abdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının dişlərinə vinir qapaqlarının qoyulması nəticəsində dişlərin minalarının zədələnməsi ilə bağlı hazırda yaranmış stomatitin, diş kanallarının müalicəsi, diş daşlarının təmizlənməsi tələb olunduğundan, həmçinin cavabdehin təqsiri üzündən iddiaçıya 10.000 manat məbləğində mənəvi zərər dəyməsi, onun hər hansı mənəvi sarsıntı, iztirab keçirməsi mülki iş materialları ilə təsdiq edilmədiyindən, iddia tələbini maddi zərərin əv əzinin ödənilməsi hissəsində yuxarıda göstərilən məbləğdə qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. 2015-ci ilin iyun ayından ötən müddət ərzində iddiaçının, cavabdehin onun üzrində cərrahiyyə əməliyyatını duzgun aparmaması və ona yanlış diaqnoz qoyması barədə aidiyyəti qurumlara şikayət etməməsi və ya məhkəmədə bu barədə hər hansı iddia qaldırmaması, əksinə dəfələrlə müalicə üçün yenidən cavabdehə müraciət etməsi də kasasiya şikayətinin dəlillərinin əsassız olmasını təsdiq edir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflər in qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası M PM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12578/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar