Məhkəmə qərarları › İş №2(102)-2664/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2664/2020

22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2664/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-82/2019, hakim R.İddiaçı) İddiaçı Cavabdeh MMC-yə qarşı X3 və X9 cavabd eh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məmmədova, V.T.Həsənov, X.Ə.Sarıyev, iş № 2(103)-14968/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədəni ddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsinixahiş etmişdir. İşin halları: İddiaçı xx.xx.2016-cı il tarixdə saat 8:30-da «City Hospital» Klinikasına daxil olmuş, ona burun boşluğunun polipi, sağ tərəfli polipoz, haymorit, etmoidit, sol tərəfli polipoz etmoidit kliniki diaqnoz müəyyən edilmiş, həmin gün saat 9:30-da «FESC» cərrahi əməliyyatı aparılmışdır. Həmin gün saat 16:00-dan xəstənin vəziyyəti yüksək qan təzyiqi fonunda pisləşmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı baş beyin qan dövranın pozğunluğu, sol arxa beyin arteriya hövzəsində işemik insultun olduğu müəyyən edilmiş, o, xx.xx.2016-cı il tarixə qədər həmin klinikada qalmışdır. X4 əri İddiaçı burun tənəffüsünün kəskin çətinləşdiyi üçün X15 müraciət etdiyinə, xx xxxx 2016-cı il tarixdə onun əməliyyat edildiyinə, əməliyyata alınan zaman onun yüksək təzyiqi olduğundan həmin gün insult keçirdiyinə, həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq xəstənin hələ də müalicə aldığına, onun müalicəsinin xeyli vəsait tələb etdiyinə istinad edərək X12rşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və iddiaçı X1 həmin iddianı irəli sürməyə subyektiv hüququnun olmaması iddianın rədd edilməsi əsaslarından biri kimi göstərilmişdir. Həmin mülki iş kassasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı X5 iddiadan imtina etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə qarşı sağlamlığa vuru lmuş zərərin ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tibb müəssisəsində əməliyyatdan sonra iddiaçının tibb müəssisəsində olduğu müddətdə arterial təzyiqinin artması nəticəsində insult keçirmiş, nəticədə tamamilə hərəkətsiz vəziyyətə düşmüş, əmək qabiliyyətini tam itirmiş, ömürlük birinci dərəcəli əlil olmuşdur. İddiaçının sağlamlığına zərər vurulmasında cavabdeh tibb müəssisəsinin təqsirinin olmaması sübut yetirilmədiyi halda, apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tibb müəssisəsində aparılmış keyfiyyətsiz tibbi müayinə və müalicələr ( «FESC» əməliyyatı) nəticəsində səhhətinin daha da pisləşməsi, nəticədə orqanizmində ciddi fəsadların (iflic vəziyyəti, fiziki hərəkətsizlik durumu, əmək qabiliyyətini itirmə) yaranması və bunun nəticəsi kimi maddi və mənəvi zərərə məruz qalması ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, həmin hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin et məməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Tərəflər arasındakı mübahisə sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olmaqla, cavabdeh tibb müəssisəsidir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yalnış müalicə olunmaqla sağlamlığına vurulmuş ziyan nəticəsində iflic olmuş və əmək qabiliyyətini tamamən itirmişdir. İddiaçıya tibbi xidmət göstərmiş Cavabdeh MMC-nin həkimləri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quliyev Məzahir və Mehdi Şıxəli iddiaçının əməliyyat öncəsi müayinəsinin nəticələrinə ciddi əhəmiyyət verməyərək, cərrahi əməliyyatın təxirə salınmalı olduğu halda, onu cərrahi əməliyyata almışlar və əməliyyatdan sonrakı durumunun ağır olmasına səhlənkar yana şaraq ona gərəkli tibbi müdaxilələri vaxtında etməmişlər. Nəticədə, iddiaçının səhhətində əmək qabiliyyətinin tam itməsinə, onun ömürlük birinci dərəcəli əlil olmasına səbəb olan fəsadlar baş vermişdir. Eyni zamanda işin mübahisələndirilməyən digər bir halı ondan ibarətdir ki, iddiaçının əməliyyat öncəsi arterial təzyiqi 160/95-dən yüksək olmuşdur. İddiaçı məhz cavabdeh tibb müəssisəsinin təqsiri nəticəsində İ qrup əlil olduğuna istinad edərək müəssisəsiyə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh tibb müəssisəsi iddiaçı üzərində aparılan əməliyyatın, müayinə və müalicənin tibbi standardlara uyğun aparıldığını və iddiaçının sağlamığının pozulmasında müəssisənin təqsirinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsinin yuxarıda qeyd edilən ümumi qaydası ilə bərabər, sübutetmə baxımından çətin vəziyyətdə olan tərəfi müəyyən faktın mövcudluğunu sübut etmək vəzifəsindən azad edən və digər tərəf əksini sübut edənədək bu faktın mövcudluğu ehtimal edilən xüsusi qayda da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi əsaslarını müəyyən edən 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin ə vəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi, hazırki mübahisədə tibb müəssisəsinin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində sağlamlığına zərər vurulduğunu sübut etmək iddiaçının vəzifəsi olmamaqla, əksinə cavabdeh iddiaçının sağlamlığına zərər vurulmasında təqsiri olmadığını sübut etmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və on un keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, aparılmış müayinələr əsasında iddiaçıya «burun boşluğunun polipi; sağ tərəfli polipoz haymorit, etnoidit; sol tərəfli polipoz etnoidit; burun çəpərinin əyriliyi» diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq iddiaçı üzərində xx.xx.2016-cı il tarixdə «FESC» cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilmiş və icra edilmişdir. Onun arterial təzyiqinin 160/95 mm..c.st olması onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatında əks göstəriş hesab edilməyə bilər. İddiaçının xəstəlik tarixində xəstəliklərin XBT kodu göstərilməmişdi r. Xəstəliklərin Beynəlxalq təsnifatı üzrə onun xəstəliyi J-33, J-33.0, J-34.2 kodları altında göstərilməli idi. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda müəyyən edilən "Hipertoniya xəstəliyi İİ dərəcə, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motor afaziya” xəstəliyinin baş verməsinin ona aparılmış müayinə və müalicələrlə səbəbli əlaqəsi olmamışdır. Göründüyü kimi, həmin rəydə iddiaçının əməliyyatdan sonra insult keçirməsində aparılmış müayinə və müalicələrlə səbəbli əlaqənin olmaması göstərilsə də, iddiaçının əməliyyat öncəsi arterial təzyiqinin 160/95 mm..c.st olmasının icra edilmiş cərrahiyyə əməliyyatı üçün əks göstəriş hesab edilməsi imkanı da istisna edilməmişdir. İddiaçı həmin ekspert rəyi ilə razılaşmayaraq, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, iddiaçıda “hipertoniya xəstəliyi, İİ kəskin baş-beyin qan dövranının pozğunluğu, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motorafaziya” xəstəliyinə istər cərrahiyyə əməliyyatı, istərsə də anesteziyanın tətbiqi səbəb olmamışdır.İddiaçının “hipertoniya xəstəliyi, İİ kəskin baş-beyin qan dövranının pozğunluğu, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motorafaziya” diaqnozunun ağırlaşmasına səbəb həmin xəstəliyin ağırlığı və gedişi olmuşdur. 15 vərəqi əhatə edən həmi n ekspert rəyində yalnız əvvəlki ekspert rəyi, eyni zamanda birinci instansiya məhkəməsinin təkrar ekspertiza təyin edilməsi barədə qərardadı eynilə köçürülmüş, ümumiyyətlə hər hansı tədqiqat və əsaslandırma aparılmadan qoyulan suallar cavablandırılmışdır. Halbuki, “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmununu müəyyən edən 26cı maddəsinin tələblərinə görə, aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nət icələrinin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Qeyd edilən normada göstərilən tələblərə cavab verməyən ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi ziddiyyətli hesab edilən ilk ekspert rəyi, eyni zamanda ümumiyyətlə əsaslandırılmayan təkrar ekspert rəyinə istinad etməklə iddia sübut olunmadığından iddianın rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin ekspert rəyləri ilə kifayətlənməklə və iddiaçının təkrar ekspertiza keçirilməsi barədə vəsatətini formal mülahizə hesab etməklə, birinci instansiya məhkəməsi tərəfindən yol verilən hüquq pozuntusuna qiymət verməməklə bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərin i pozaraq iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət vermədən və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Beləliklə, apellyasiya məhkəməsi hazırki mübahisəyə tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası iddiaçının maddi və mənəvi zərərlə bağlı işin faktiki halları barədə irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmayaraq hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara Az ərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 1096, 1097, 1099, 1112 və 1118-ci maddələrinin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar