Məhkəmə qərarları › İş №2(102)-2666/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2666/2020

13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2666/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh: Cavabdeh X7 İddia tələbi: kartdan karta köçürülmənin 0.2 %-də saxlanması və bağlanmış müqavilələrdə göstərilmiş 18%-lə depozit faiz pulunun ödənilməsi Açar sözlər: bankın xidmət tariflərini birtərəfli qaydada dəyişməsi, tutulmuş komissiya məbləğinin qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil i ştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11776/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı7, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Nümayəndə Cavabdeh X7 (bundan sonra – cavabdeh və ya Bank) ilə xx xxx 2016-cı il tarixli müddətli əmanət müqaviləsi və həmin depozitin təminatı ilə xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi; İddiaçı7 Bankla xx xxx 2016-cı il tarixli müddətli əmanət müqaviləsi və həmin depozitin girov təminatı ilə 24 ay 2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi; İddi açı3 Bankla xx xxx 2016-cı il tarixli müddətli manat müqaviləsi və həmin depozitin girovu təminatı ilə xx xxx 2016-cı il tarixli 01KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi; İddiaçı6 Bankla xx xxx 2016-cı il tarixli müddətli əmanət müqaviləsi və həmin depozitin girovu təminatı ilə xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi; İddiaçı5 Bankla xx xxx 2016-cı il tarixli müddətli əmanət müqaviləsi və həmin depozitin təminatı ilə xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi; İddiaçı4 Bankla xx xxx 2016-cı il tarixli müddətli əmanət müqaviləsi və həmin depozitin girovu təminatı ilə xx xxx 2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi; İddiaçı2 Bankla xx xxxx 2016-cı il ta rixli müddətli əmanət müqaviləsi və həmin depozitin girov təminatı ilə xx xxxx 2016-cı il tarixli 001KK**********101 saylı kredit kart üzrə kredit müqaviləsi bağlamışlar. Qeyd edilən kredit kart üzrə kredit müqavilələrinin hər biri üzrə Bank Plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında Nümayəndə ilə xx xxx 2016-cı il tarixli müqavilə; İddiaçı7 ilə xx xxx 2016-cı il tarixli müqavilə; İddiaçı3 ilə xx xxx 2016-cı il tarixli müqavilə; İddiaçı6 ilə xx xxx 2016-cı il tarixli müqavilə; İddiaçı5 ilə xx xxx 2016-cı il tarixli müqavilə; İddiaçı4 ilə xx xxx 2016-cı il tarixli müqavilə və İddiaçı2 ilə xx xxxx 2016-cı il tarixli müqavilə bağlamış və həmin müqavilələr əsasında iddiaçılar Bankdan VİSA Classic/Standard kartları əldə etmişlər. Tərəflər arasında bağlan mış plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilələrə əsasən Kart sahibinin Kartdan istifadə etməklə hesablaşma aparması üçün Bank bu müqavilə əsasında Kart sahibinə xüsusi kart hesabı açır. Kartın növü və xüsusi kart hesabının valyutası kart sahibi tərəfindən ərizədə qeyd olunur. Kart xüsusi kart hesabına giriş vasitəsidir və kart sahibi ondan müqavilədə müəyyən olunmuş qaydalar əsasında istifadə etməyi öhdəsinə götürür (bənd 1.1). Müqavilənin şərtlərini və ya tariflərini bir tərəfli qaydada dəyişmək Bankın hüququdur (bənd 3.2.5). Kart sahibi xidmət haqqını Tariflərə uyğun olaraq ödəyir. Bank tarifləri bir tərəfli qaydada dəyişdirə bilər. Bank yeni Tariflər qüvvəyə minməmişdən 10 gün əvvəl onları www.Cavabdeh.azveb-səhifəsində və Bankın daxil i məlumat lövhələrində yerləşdirməlidir (bənd 4.1-4.2). İddiaçılardan xx xxxx 2016-cı il tarixə, yəni, Bankın xx xxxx 2016-cı il tarixli, MEMO OPD60620-347 saylı daxili əmri qəbul olunana kimi, plastik kartlar üçün CardtoCard xidməti üzrə tarif köçürülən məbləğin 0,2% məbləği ilə tutulub. Qeyd olunan tarixdən sonra isə sözügedən əmrə əsasən qeyd olunan xidmət üzrə tariflər dəyişdirilərək, köçürülən məbləğin 1%-i olaraq müəyyən edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Banka qarşı iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək Bankla bağlanmış mövcud müddətli əmanət hesab müqavilələrinin təminatı altında verilmiş kredit kartından karta köçürülməklə kredit axımının dayandı rılması məqsədi ilə (20.000 manat üçün) hər ayı 0.2%-lə 40 manat başa gəldiyi halda, bütöv 1%-dən 200 manata başa gəlməsi nəticəsində əmanətçilərin hüquqları pozulmaqla xeyli miqdarda maddi ziyan vurulmasını nəzərə alaraq, mövcud olmuş köçürülmənin 0.2%-lə tutulmasını təmin etməklə əmanətlərdən girov təminatı olaraq Bankda qalan pullarının köçürülmələrdə cavabdehin təqsirinin olmasını nəzərə almaqla, qalan pulların onlara tam itkisiz qaytarılması və bağlanmış müqavilələrdə göstərilmiş 18%-lə depozit faiz pullarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bank xidmət haqqını 200 manata qaldırmaqla onlara xeyli miqdarda ziyan vurmuşdur. Onlar qeyd edilən müqavilələri bağlayıb tamamlamaq üçün təxminən 50.000 ABŞ dollara borc a girmiş, 148 manat 50 qəpikdən manata çevirməklə qeyd edilən müqavilələrin xeyirli olduğunu düşünmüşlər. Müqavilələr bağlanarkən digər banklarla da əlaqədə olmuşlar. O vaxt və indi 0.5% tutulacağı barədə müqavilələr onlar üçün sərfəli olmamış və hazırda da sərfəli deyil. Həmin banklarla müqavilə bağlamamışlar. Buna səbəb də köçürmə haqqının daha da yüksək, yəni 0.5% olmasıdır. Cavabdeh onlara qarşı göstərdiyi səmərəsiz xidməti nəticəsində onları xeyli miqdarda maddi ziyana məruz qoymuşdur. Bank tərəfındən yaradılmış əngəllər onları həm dollar kursunda, həmçinin pullarının kursa görə dəyərsizləşməsində xeyli ziyana məruz qoymuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, plastik kartlarla aparılan əməliyyatlara dair şərtlər Bankla iddia çılar arasında bağlanmış Plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilələrdə nəzərdə tutulmuşdur. Yəni, bu kartlarla aparılan əməliyyatlar iddiaçılarla bağlanmış depozit və kredit müqavilələri ilə tənzimlənmir. Hazırda isə Plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilələrin şərtləri mübahisələndirilir. Kredit üzrə faiz və cərimələrin məbləği müştəri tərəfindən kredit öhdəliyinin icra intizamına bağlı olduğundan öhdəliyin müqavilə şərtlərinə uyğun icrası zamanı əlavə faiz və cərimə hesablanmayacaq. Lakin plastik kart üzrə köçürmələr müştərinin şəxsi zərurəti və mülahizəsindən asılı olaraq həyata keçirildiyi üçün onun Bankla olan borc kredit münasibətlərinin tərkib hissəsinə aid deyildir. Qeyd edilməl idir ki, komissiya ilə bağlı dəyişikliklər müqavilə şərtlərinə uyğun həyata keçirilməlidir. Belə ki, iddiaçılarla plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilələr bağlanarkən plastik kartlar üçün CardtoCard xidməti üzrə tarif köçürülən məbləğin 0,2% məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh Bankın xx xxxx 2016-cı il tarixli, MEMO OPD60620-347 saylı daxili əmri ilə qeyd olunan xidmət üzrə tariflər dəyişdirilərək köçürülən məbləğin 1%-i müəyyən edilmişdir və bu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 398.1, 398.2, 421.1-ci maddələrinə, “Banklar haqqında” Qanunun 36.6-cı maddəsinə, tərəflər arasında bağlanmış plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilələrin 1.1, 3.2.5, 4.1, 4.2-ci bəndlərinin tələblərinə tam uyğun olmuşdur. Göründüyü kimi, plastik kartlar üçün CardtoCard xidməti üzrə tarifləri birtərəfli dəyişdirilməsi qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilələrin şərtləri çərçivəsində həyata keçirilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti əsasında xx.xx.2017-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi qərara alınmış və ekspertlər qarşısında kartdan-karta köçürmələrin hansı müştəri hesablarından hansı müştərilərin hesabına köçürülməsi və kartlardan köçürmə zamanı hesabdan hesaba nə qədər məbləğlərin köçürüməsi və köçürmələrə hansı faiz dərəcəsinin hesablanması barədə suallar qoyulmuşdur. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli, 24194 saylı rəyi ilə müəyyən edilmişdir ki, Nümayənd ə ilə 001KK**********01 saylı, İddiaçı6 ilə 001KK**********01 saylı, İddiaçı3 ilə 001KK**********01 saylı, İddiaçı5 ilə XHKK**********01saylı, İddiaçı2 ilə 001KK**********01 saylı, İddiaçı4 ilə 001KK**********01 saylı, İddiaçı7 ilə 001KK**********01 saylı kredit kart üzrə müqavilələri bağlanmışdır. Yuxarıda qeyd olunan müqavilələrə əsasən kreditor tərəfindən borcalanlara aylıq faiz dərəcəsi 2 % olmaqla 24 ay müddətinə 20.000,00 manat məbləğində kredit limiti verir. İddiaçılar tərəfindən hesaba kartlardan-karta köçürmə etməklə mədaxil edilmiş məbləğlərə görə 0.2%-dən artıq komissiya tutulmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-63/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmi n edilmiş, cavabdehlə bağlanmış mövcud müddətli əmanət hesab müqavilələrinin təminatı altında verilmiş kredit kartından karta köçürülmənin müqavilə bağlanan vaxt mövcud olmuş 0.2 %-lə tutulması təmin edilməklə, xx.xx.2016-cı ildən hazırkı vaxta kimi iddiaçılardan artıq tutulmuş məbləğlərin iddiaçılara geri qaytarılması qət edilmiş, iddia qalan hissələrdə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh müqavilənin 3.2.5-ci bəndinə görə müqavilənin şərtlərini və ya tariflərini birtərəfli qaydada dəyişməyin Bankın hüququ olmasına dair şərtə əsaslanmaqla birtərəfli qaydada xidmət üzrə tariflər dəyişdirərək, köçürülən məbləğin 1%-i olaraq müəyyən etməklə faktiki olaraq iddiaçıları maddi cəhətdən ağır vəziyyətə salmasına şərait yaratmaqla, bir növ hüquqdan sui-istifadə halına yol vermişdir. Belə ki, iddiaçılar göstərilən xidmətlə (kartdan karta köçürmə) bağlı plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilələri imzalayarkən plastik kartlar üçün CardtoCard xidməti üzrə tarif köçürülən məbləğin 0,2% məbləğində müəyyən edilməsini məqbul saydıqları üçün razılaşaraq, bu şərtlər daxilində əmanət müqaviləsinin təminatı altında müqavilələr bağlamışlar. Cavabdeh iddiaçılara müqavilənin 3.2.5-ci bəndinə görə müqavilənin şərtlərini və ya tariflərini birtərəfli qaydada dəyişməyin Bankın hüququ olmasına dair şərtini irəli sürərkən bu şərtin onları gələcəkdə, yəni, xidmət üzrə tariflər dəyişdirilərək köçürülən məbləğin faizinin artırılmasının qane edib-etməməsi ilə bağlı kart sahibinə bu dəyişikliklə bağlı özünün mövqeyini nümayiş etdirməyinə şərait yaratmamışdır. Başqa sözlə, artırılmış tarif dərəcəsi altında cavabdehlə plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilə münasibətlərinin davam etdirmək arzusunda olub-olmaması aydınlaşdırılmadan müqavilənin 4.1-ci bəndinə görə kart sahibi xidmət haqqını Tariflərə uyğun olaraq ödəməli olması kimi vəzifənin daşıyıcı olaraq qalmışlar. İddiaçıların müqavilə tərəfi olaraq mütəmadi cavabdehin veb səhifəsini izləmələri və ya Banka gələrək, Bankın daxili məlumat lövhələrində yerləşdirilən elanlarla tanış olmaları kimi vəzifələri və ya öhdəlikləri olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-11776/2019 nömrə li iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçılar Nümayəndə və Nümayəndə apelyasiya şikayətləri təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə də iddia təmin olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi iş materialları və ekspert rəyi əsasında müəyyən etmişdir ki, iddiaçıların kart hesabları üzrə aparılan kartdan karta pul köçürməsi əməliyyatları ilə əlaqədar bu günədək 1% dərəcəsi ilə komissiya tutulmamışdır. İddiaçılar cavabdehin həqiqətən də onlardan xidmət haqqını 0.2 faizlə deyil, 1 faizlə tutmasına, buna görə də 20.000 manat üçün hər ayı 200 manata başa gəlməsi nəticəsində o nlara xeyli miqdarda ziyan vurulmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Əksinə, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi və kartdan karta pul köçürməsi əməliyyatları ilə əlaqədar iddiaçılardan 1% dərəcəsi ilə komissiya tutulmadığı bilavasitə təsdiq olunmuşdur. Bu baxımdan iddiaçılar nəyə əsasən onlara xeyli miqdarda ziyan vurulması qənaətinə gəlmələrinin səbəblərini açıqlamır və hansı formada ziyan çəkmələrini sübut edə bilmirlər. Məhkəmə hesab etmişdir ki, müqavilələrdə xidmət üzrə tarifin köçürülən məbləğin 0,2, yaxud 1 faiz olması nəzərdə tutulmamış, tərəflər bunu müqavilənin mühüm şərti kimi qəbul etməmişlər. Ona görə də tərəflər arasında bağlanmış müqavilələrin 3.2.5-ci bəndində müqavilənin şərtlərini və ya tariflərini birtərəfli qaydad a dəyişməyin Bankın hüququ olması və 4.2-ci bəndinə əsasən Bankın tarifləri birtərəfli qaydada dəyişdirə bilməsi nəzərdə tutulmasa belə, “Banklar haqqında” Qanunun 36.6-cı maddəsinin tələbinə əsasən də Bank iddiaçılarla bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri müəyyən etməkdə sərbəstdir. Bununla yanaşı, iddiaçılar qeyd olunan müqavilələri bağlayarkən həmin şərtləri, yəni Bankın xidmət haqqı tariflərini birtərəfli qaydada dəyişdirmək hüququnu görmüş, bundan məlumatı olmuş və bununla razılaşmışlar. Göründüyü kimi bu, heç bir halda hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Plastik kart üzrə köçürmələr iddiaçıların şəxsi zərurəti və mülahizələri ilə bağlıdır. Onlar bunu etməyə də bilərlər. Lakin bu xidm ətdən istifadə edirlərsə, xidmət haqqını da ödəməlidirlər. Bununla yanaşı, bu günə qədər Bankın xidmət haqqını artırılmış tarifə uyğun iddiaçılardan tutmaması da açıq-aşkar iddianın əsassızlığına dəlalət edir və məhz bunu bilərək bu formada iddia irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. İddiaçılar qeyd olunan müqavilənin şərtlərindən və onlardan 1 faizlə xidmət haqqının tutulmadığından məlumatlı ola-ola bu tələblə çıxış edir, hətta işə baxılması müddətini süni surətdə uzatmaq məqsədi ilə yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair məhkəməyə, zəruriliyi hər hansı bir formada əsaslandırılmamış vəsatətlər də verirlər. Halbuki ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə alınmaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qə dər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırkı iş üzrə ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, apelyasiya instansiyası məhkəməsi iş üzrə yekun qənaətə gələrkən məhkəmə mühasibatlıq ekspertizasının rəyini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçıların apelyasiya şikayətlərində göstərdiyi dəlilləri qeyri-müəyyən hesab etmişdir. Belə ki, eyni məzmunlu apelyasiya şikayətlərinin nəticə hissəsində “... % (faiz) işarəsinin qoyulmaması çaşqınlıq yaratmış” dedikdə nəyi nəzərdə tutduqlarını açıqlamamış və bunun niyə hüquqi səhv olduğunu apelyasiya baxışı zamanı da aydınlaşdıra bilməmişlər. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində açıq-aşkar görünür ki, % (faiz) işarəsi mövcuddur və bunu iddiaçılar da görməlidirlər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar İddiaçı7, İddiaçı5 və İddiaçı6 (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Məzmunu iddia ərizəsi və ona əlavələrin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə birinci instansiya məhkəməsinin aktı həm iddiaçılar Nümayəndə və Nümayəndə apelyasiya şikayətləri, həm də cavabdehin apelyasiya şikayəti əsasında yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılmışdır. Ona görə də hazırkı kassasiya şikayəti üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətinin dəlilləri əsasən iddiaçıların apelyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı7, İddiaçı5 və İddiaçı6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11776/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar